Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

24 

 

əlaqədar olan və üzə çıxarılası üstünlük və çatışmazlıqların təqribi sayını müəyyən edir və 



bundan sonra tapşırığı tələbələrə təqdim edir.   

Üsul tələbələrin eyni məsələyə müxtəlif müstəvidən baxmaq, onun  ayrı-ayrı tərəfləri 

təsvir etmək bacarıqlarını qiymətləndirmək imkanı verən sadə və az vaxt tələb edən vasitədir.  

 Bir çox hallarda problemlər ancaq iki tərəfli (üstünlük-çatışmazlıq, mənfi-müsbət, xeyir-

ziyan və s.) olmur, onlar daha zəngin və çoxaspektli olur və belə hallar üçün bu yanaşma çox 

sadələşdirilmiş bir üsuldur.  



Məzmun, forma və funksiyanın əsas müddəaları 

Bəzən “Nə, necə və niyə” adlandırılan bu üsulun tapşırığının yerinə yetirilməsi üçün 

tələbələr konkret  məlumata dair  “nə” (məzmun), “necə” (forma), “niyə” (funksiya) 

suallarını diqqətlə təhlil edərək, cavablandırmalıdırlar. İlkin məlumat kimi nitq və çıxışların 

mətni, bədii əsərin fraqmenti, məlum bir üsulu təsvir edən məlumat, təlimat, tarixi hadisələri 

təsvir edən informasiya, reklam mesajı  və s. çıxış edə bilər. Tələbə qoyulan sualları 

cavablandıran əsas fikirləri yığcam şəkildə yazmalıdır. 

 “Məzmun, forma və funksiyanın əsas müddəaları” tapşırığı tələbələrin 

informasiyanın məzmunu, forma və funksiyasını bir-birindən  ayırmaq və təhlil etmək 

bacarığı barədə əks əlaqənin alınması üçün nəzərdə tutulub.   

Üsul oxu, yazı, öyrənmə, təhlil etmə, məntiqi nəticələrin çıxarılışı,  metod və 

materialların qiymətləndirilməsi, etik seçimlərin edilməsi və əsaslandırılmış qərarların 

verilməsi bacarıqlarını inkişaf etdirir. İlk növbədə yazı və kommunikasiya ilə əlaqədar 

fənlərdə istifadə olunması məqsədə uyğundur (reklam, marketinq, dizayn, incəsənət, dil, 

ədəbiyyat və s.) 

Misal 1 

Misalda formativ qiymətləndirmə üsulun məzmunun, formanın və funksiyalarının əsas müddəalarının 

açıqlanması üçün struktur təklif edilir.  

Məzmun, forma və funksiyanın əsas müddəaları 

Məzmun (Nə?) 

Forma 

(Necə?) 

Funksiya (Niyə?) 

 

Üsulun adı 

 

Fraza 


Üsulun məğzini əks etdirmək və oxucunun diqqətini cəlb etmək 

Üsulun təsviri 

 

İzahedici mətn 



Oxuculara üsul ilə tanış olmasını davam edib-etməmək barədə qərar 

verilməsində kömək etmək 

Əsas məqsəd 

 

İzahedici mətn 



Üsulun hansı növ informasiyanın əldə edilməsi üçün nəzərdə 

tutulduğunu izah etmək 

Digər öyrətmə 

məqsədləri 

 

Siyahı 


Üsulun ən münasib olduğu öyrətmə məqsədlərini müəyyən etmək 


25 

 

İstifadəsi 



 

İzahedici mətn 

İstifadə üçün münasib olan sahələr barədə məlumat vermək 

Misal 1 


 

Cədvəl 


Üsulun mahiyyətini misala əsaslanaraq açıqlamaq 

Tətbiq qaydaları 

 

Təlimat 


Üsulun tətbiq qaydalarını addım-addım izah etmək 

Üstünlüklər 

 

Siyahı və 



izahatlar  

Əsas üstünlüklərin nədən ibarət olduğunu izah etmək 

Çatışmazlıqlar 

 

Siyahı və 



izahatlar 

Əsas çətinliklərin nədən ibarət olduğunu izah etmək 



 

 

Üsulun tətbiqi üçün mühüm məzmunu olan  və strukturlaşdırılmış mətn (mesaj və s.) 



seçilir. Paralel olaraq nümunə kimi istifadə olunacaq ikinci mətn də seçilir  və bu mətn üçün  

Məzmun, forma və funksiyanın əsas müddəalarını müəllim özü açıqlayır. İkinci mətn və 

onun müddəaları tələbələr ilə birgə ardıcıl təhlil olunur. Müəllim əmin olandan sonra ki, 

tələbələr üsulu başa düşüblər, hazırladığı tapşırığı onlara verir. 

Üsul tələbələrdə mesajları diqqətlə təhlil etmə və kritik düşüncə vərdişlərini inkişaf 

etdirir, forma və ümumi strukturlar barədə düşüncələri stimullaşdırır, eyni informasiyanın nə 

üçün müxtəlif üslublarda müxtəlif formada verilməsinin mümkün olduğunu  dərk etməyə 

kömək edir, tələbələrin zəif tərəflərini üzə çıxararaq öyrətmə prosesini daha dəqiq 

uyğunlaşdırmağa imkan verir. 

Üsul kifayət qədər vaxt tələb edir, bir çox mesajları kateqoriyalaşdırmaq  o qədər də 

asan deyil, mesajların bir qismi isə çoxsaylı funksiyalar daşıyır və bu baxımdan onların təhlili 

mürəkkəbdir. 

Sintez 

Bir cümləlik xülasə 

Üsulda tələbələrə verilmış mövzu barədə “Kim, nəyi, kimə, nə vaxt, harada, necə və 

niyə edir? ” sualları verilir. Tələbələr bu suallara cavab verməlidirlər, lakin burada söhbət 

ancaq sualların sadəcə olaraq cavablandırılmasından getmir. Əsas problem ondan ibarətdir ki,  

cavablar qrammatik baxımından düzgün olan və xülasə şəklində yazılmış bir informativ 

cümlədə sintez olunmalıdır. Bu cümlə suallar toplusuna verilən cavab baxımından vahid, 

yığcam və yetəri olmalıdır. Predmet sahəsinin mahiyyətindən asılı olaraq  “kim?” və  

“kimə?” sualları “nə?” və “nəyə?” sualları ilə əvəz oluna bilər. 

Üsul tələbələrin konkret predmet sahəsinə və ya mövzuya dair informasiyanı təhlil 

etmək və yekunlaşdırmaq bacarıqlarını qiymətləndirməyə imkan verir. Təhlil olunan və 

yekunlaşdırılan ilkin məlumat müxtəlif həcmli ola bilər. Üsulun tətbiqinə başlayarkən təhlil 



26 

 

olunan mətndə bir-iki abzasdan artıq olmamalıdır, tələbələr təcrübə topladıqca, tapşırığın 



həcmi artırıla bilər. Tələbələrin qarşısına suallar qoyularkən cavablar üçün şablon format da 

verilə bilər. Bir cümləlik xülasə üsulu oxu, öyrənmə, yaddaş, ideya və informasiyanın 

inteqrasiya və sintezi, fikirləri yığcam və məntiqi ifadə etmək bacarıqlarını inkişaf etdirir.  

Üsulda ilkin informasiya deklarativ formada təqdim olunur. Tələbələr bu informasiya 

barədə bir cümləlik xülasələr hazırlayır, müəllimlər isə tələbələrin bacarıqları barədə əks 

əlaqə alırlar.  

Misal 1. 

Tapşırıqda repetitorluq fəaliyyəti barədə bir cümləlik xülasənin yazılması tələb olunur. Tapşırığın yerinə 

yetirilməsini sadələşdirmək üçün aşağıdakı suallara cavab verilməsi məqsədəuyğundur.  

Kim?  Məktəb müəllimləri və peşəkar repetitorlar 

Nəyi?  Qəbul imtahanların hazırlığı 

Kimi?  Məzunları 

Nə vaxt?  İl boyu 

Harada?  Öz evlərində 

Necə?  Metodik vəsaitlərdən və testlərdən istifadə edərək fərdi və qrup məşğələlərinin keçirilməsi yolu ilə 

Nə üçün?  Əlavə gəlirin əldə edilməsi məqsədi ilə 

Nə edir?

  

Həyata keçirirlər.



  

 

Cümlə: Məktəb müəllimləri və peşəkar repetitorlar əlavə gəlirin əldə edilməsi məqsədi ilə metodik vəsaitlərdən 



və testlərdən istifadə edərək fərdi və qrup məşğələlərin keçirilməsi yolu ilə məzunların qəbul imtahanlarına 

hazırlığını il boyu öz evlərində həyata keçirirlər. 

 

Misal 2. 



 “Enerji menecmenti” fənnini tədris edən müəllim alternativ və bərpa olunan enerji mənbələri haqqında 

mühazirələri başa çatdırdıqdan sonra tələbələrə müasir dövrdə bu mənbələrin enerji sahəsinə olan təsiri barədə 

bir cümləlik xülasə yazmağı təklif edir.  

Kim?  Enerji istehsalçı və istehlakçıları  

Nəyi?  Ənənəvi enerjinin  istehsalının payını 

Nəyə?  Enerji istehsalına 

Nə vaxt?  Son illər 

Harada?  İnkişaf etmiş ölkələrdə 

Necə?  Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edərək 

Nə üçün?  Bərpa olunmayan neft və qazdan asılılığı azaltmaq və ətraf mühitin qorunmasını təmin etmək 

məqsədi ilə  



Nə edir?  Tədricən azaldırlar.  


27 

 

 



Cavab: Son illər inkişaf etmiş ölkələrdə enerji istehsalçıları və istehlakçılar bərpa olunmayan neft və qazdan 

asılılığı azaltmaq və ətraf mühitin qorunmasını təmin etmək məqsədi ilə  alternativ və bərpa olunan enerji 

mənbələrini inkişaf etdirərək enerji istehsalında ənənəvi enerjinin payını tədricən azaldırlar. 

 

Üsuldan istifadə etmək üçün fənn müəllimi yaxın vaxtlarda öyrətdiyi və xülasənin 



yazılışı üçün münasib olan mövzunu seçir, seçdiyi mövzuya dair “Kim, nəyi, kimə, nə vaxt, 

harada, necə və niyə edir? ” sualları verir,  sualları əvvəlcə özü  cavablandırır və xülasəni 

hazırlayır, tapşırığın yerinə yetirilməsi üçün özünün sərf etdiyi vaxtı müəyyən edir. 

Tələbələrə Bir cümləlik xülasə tapşırığı verəndə, müəllim tapşırığa cavab verilməsi üçün 

tələbələrə şəxsən özü sərf etdiyi  vaxtdan iki dəfə artıq vaxt ayırır. 

Üsulun üstünlüyü ondan ibarətdir ki, o,  tələbələrdə mürəkkəb prosesləri qavramaq, 

izah etmək və onlar haqqında fikirləri lakonik və məntiqi uzlaşmış formada yekunlaşdırmaq 

bacarığını inkişaf etdirir. 

Yerinə yetirilməsi baxımından, tapşırıq o qədər də asan deyil 

Konsepsiya sxemi 

  

“Konsepsiya sxemi” konsepsiyalar arasında olan əlaqələri əyani şəkildə nümayiş 



etdirir və bu üsuldan biliklərin aşkarlanması və təsviri üçün istifadə olunur.  

Misal 1. Texniki və proqram təminatının konsepsiya sxemi  

 

 

 

 

 

 

 

 

 

 

verilənlər  

daxil olunur 

 

məlumat  



göndərilir 

Kompüter 

Proqram təminatı 

Sistem proqram 

tttəminatı 

iki tipə bölünür: 

Tətbiqi proqram 

təminatı 

Texniki təminatı 

Çıxış  

qurğuları 



Giriş  

qurğuları 

2 kateqoriyaya ayrılır: 

Əməliyyat sistemi 

hər bir 

kompüter iki hissədən ibarət olur: 

Sistem 

bloku 


Prosessor 

Yaddaş (RAM) 

Monitor

  

Printer 



əsas hissə 

daxildir 

idarə edir 

ən mühüm 

ibarətdir 



28 

 

Konsepsiya sxeminin və ya diaqramın təsviri üçün çevrə, oval və ya dördbucaqlılardan və 



onları birləşdirən oxlardan (qövslərdən) istifadə edilir. Ayrı-ayrı konsepsiyalar arasındakı 

əlaqələr “tələb olunur”, “ibarət olur”,  “səbəbidir”,  “törədir”, “təsir edir” və s. tipli 

münasibətləri təsvir edirlər.  

Tapşırığı yerinə yetirən tələbələr müəllimin xüsusi bir diqqət yetirdiyi konsepsiya və 

onların əvvəllər öyrəndikləri arasındakı əlaqələri konsepsiya sxemi şəklində təsvir 

etməlidirlər. Tapşırığın yerinə yetirmə prosesində tələbələr yeni və mövcud biliklərə 

əsaslanaraq konsepsiyalar və onlar arasında olan assosiasiyaları müşahidə və müraciət oluna 

bilən qrafik əks şəklində verirlər. İnsanların assosiasiyaları subyektiv olduğu kimi, tələbələr 

də eyni tapşırığa bir-birindən struktur və detallaşdırma baxımından fərqli olan cavablar 

verəcəklər. Eyni zamanda, tapşırıq bütün tələbələr tərəfindən başa çatdırıldıqdan sonra 

onlarda öz təsəvvürlərini başqaların konsepsiya sxemləri ilə müqayisə etmək və ehtiyac 

duyularsa şəxsi sxemləri zənginləşdirmək imkanı yaranır.  

Misal 2. Qiymətləndirmənin konsepsiya sxemi 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Formativ 

Öyrətmə 

məqsədləri 

Tədris 

prosesi 


Qiymətləndirmə 

İlkin  


(diaqnostik) 

Summativ


Öyrənmə 


nəticələri 

İmtahan  

Subyektiv 

Obyektiv 

asan, çətinliyi orta 

səviyyədə olan və 

çətin 

Kurs işi (layihə) 



Tapşırıqlar iki sinifə bölünür: 

uyğunluq 

 

əsas növləri 



 

etibarlılıq,  

uyğunluq, 

ədalətlilik, 

sistemlilik 

 

Qeyri-formal 



Formal 

iki növ 


ola 

bilər 


 

əks əlaqə 

Düz-səhv, qoşa müqayisə, çoxseçimli 

suallar, açıq tipli (esse) 

Onların kombinasiyası ən yaxşı nəticələri verir 



“Bir dəqiqəlik 

yazı”, “Ən çətin və 

aydın olmayan” və 

s. 


 

əksər 


hallarda bu 

formada 


aparılır 

 

bu prinsiplər əsasında 



hazırmalıdır 

 

imkan verir 



 

Laboratoriya işi 

Tapşırıqlar 3 mürəkkəblik dərəcəsi

  

üzrə tərtib olunur



 


29 

 

 



 

Üsuldan istifadə edilməsi nəticəsində tələbələr fənnə aid olan konsepsiya və 

nəzəriyyələrə dair biliklərini, ideya və informasiyanın inteqrasiya və sintez etmək 

bacarıqlarını, sistemli baxımından düşünmək, eyni zamanda tərkib hissələri və vahid sistemi 

görmək, əvvəllər topladığı və yeni əldə edilmiş biliklərdən düzgün nəticələr çıxarmaq 

qabiliyyətlərini inkişaf etdirirlər. 

Üsul ilk növbədə konseptual öyrənməni, yəni informasiyanı məntiqi intellektual 

strukturlar  şəklində təşkil olunmasını tələb edən nəzəri yönümlü fənlər üçün münasibdır. 

Bundan başqa üsuldan çoxsaylı prinsip və faktlara əsaslanan fənlərdə tələbələrin konseptual 

şəbəkələrin qurulması bacarıqlarını inkişaf etmək və yoxlamaq üçün istifadə etmək olar.  

Üsulu tətbiq etmək üçün ilk növbədə sxemin tərtib edilməsində istifadə olunacaq əsas 

konsepsiya seçilir. Seçilmiş konsepsiya bir növ düşünmə, təhlil və sintez proseslərini işə 

salan mexanizm rolunu oynayır və bu baxımdan tapşırıqda verilən konsepsiya bütün tələbələr 

üçün məlum olan ümumi anlayış olmalıdır. Konsepsiya həddindən çox xüsusi xarakter 

daşıyırsa, o, tələbələrin koqnitiv strukturları və assosiasiyaları ilə uzlaşmayacaq, təhlil və 

düşünmə prosesləri işə düşməyəcək və nəticə etibarilə konseptual sxemin formalaşması sual 

altında olacaq. 

Üsulun tətbiqi üçün seçilmiş termin və ifadədən asılı olaraq tapşırıq sadə, çətinliyi 

orta səviyyəli və kifayət qədər yüksək çətinliyi olan ola bilər. Bunları nəzərə alaraq tərtib 

olunmuş tapşırığı birinci növbədə müəllim özü yerinə yetirməlidir. 

Tapşırığın yerinə yetirilməsində “beyin həmləsi” mühüm rol oynayır. Beyin 

həmləsinə əsaslanaraq, müəllim konseptual sxeminin əsasını təşkil edən stimullaşdırıcı söz 

(bilik elementi) ilə sıx əlaqədə olan termin və ifadələri qeydə alır. Bundan sonra stimul 

rolunu oynayan əsas söz tərtib olunan sxemin mərkəzində, onunla əlaqədar olan digər 

konsepsiyalar isə ətrafında  yerləşdirilir. Sonra konsepsiyalar arasındakı əlaqələr oxlar 

vasitəsilə əks edilir. Nəzərə almaq lazımdır ki, assosiasiyalar çoxpiləli ola bilər.  

Assosiasiyaların növü və ya mahiyyəti birləşdirici əlaqənin üzərində qeyd olunur. 

Auditoriyada istifadə etmək üçün müəllim konseptual sxeminin sadələşdirilmiş variantını  

hazırlamalıdır. Müəllim ancaq bundan sonra misalı tələbələrə verir, tələbələrlə sxem üzərində 

işləyir, tələbələrin təklif etdiyi konsepsiya və sxemləri özünün seçimləri ilə müqayisə edir. 

Üsulun tətbiqi ideya və konsepsiyalar arasındakı əlaqələri aşkarlamaq və  əldə edilmiş 

bilikləri sistemləşdirmək imkanı verir. Üsulun xüsusiyyəti ondan ibarətdir ki, üsuldan istifadə 

edən tələbələrdə müəyyən qrafik vərdişləri olmalı və onların nəticələrini obyektiv müqayisə 

etmək çətindir. 




30 

 

 



Nəzərdən keçirdiyimiz üsulların təhlili göstərir ki, müəllimlərin tədris etdikləri 

fənlərin məzmunu və tələblərinə, öyrətmə prosesinin bilik səviyyələrinə, qrup və qrup 

birləşmələrinin ölçülərinə və vaxt resurslarına uyğun formativ qiymətləndirmə üsullarını 

seçmək imkanları var və bu üsullar öyrətmə və öyrənmə proseslərinin təkmilləşdirlməsi 

baxımından effektiv metodoloji vasitələrdir.  

Təhlil göstərir ki, formativ qiymətləndirmə öyrətmə və öyrənmənin keyfiyyətinin 

artırılmasına zəmin yaradan həlledici amildir və o, keyfiyyətli tədris prosesinin ayrılmaz 

tərkib hissəsi olmalı və ali təhsildə formativ qiymətləndirmənin tətbiqi genişləndirilməlidir. 



 

 

Annotasiya 

Məqalədə müxtəlif qiymətləndirmə üsullarının təyinatı, onların tədris prosesinin 

təkmilləşdirilməsində rolu, tətbiq edilməsinin xüsusiyyətləri və uyğun misallar, ayrı-ayrı 

üsulların üstün cəhətləri və çatışmazlıqları təhlil olunur. Ali təhsil sistemində daha az istifadə 

olunan formativ qiymətləndirmə üsullarına və onların ali təhsildə xüsusi diqqət tətbiqinə 

yetirilir. 

Açar sözlər:  Qiymətləndirmə, formativ qiymətləndirmə üsulları, kommunikasiya, əks əlaqə, 

ali təhsil 

 

В статье рассматриваются различные методы оценивания знаний и их назначение, роль 



в усовершенствовании образовательного процесса. Особое место уделяется реже 

используемым в системе высшего образования методам формативного оценивания. 

Даны рекомендации по их применению, приведены соответствующие примеры, 

анализируются преимущества и недостатки отдельных методов 

Ключевые слова: Оценка знаний, формативное оценивание, коммуникация, обратная 

связь, высшее образование 

Article examines the purpose of different assessment methods and the role they play in the 

improvement of the teaching and learning process. Special attention is given to less 

frequently used in higher education formative assessment techniques.  R

ecommendations for 

their use, appropriate examples for each approach

 and analysis of the advantages and 

disadvantages are also discussed. 



31 

 

Keywords: 

Assessments, formative assessment, communication, feedback, higher education 

Ədəbiyyat 

1.

 



Gronlund, N. E.,  Brookhart, S. M. Gronlund’s Writing Instructional Objectives. – 8th ed. 

–Upper Saddle River, NJ: Pearson/Merrill/Prentice Hall, 2009. – 155 p. 

 

2.

 



Chapman, C., King, R. Differentiated assessment strategies: One tool doesn’t fit all / 

Carolyn Chapman, Rita King. – Thousand Oaks: Corwin Press, 2005. – 216 p. – ISBN 

978-0-7619-8891-5  

 

3.



 

Davis, Barbara G. Tools for Teaching. – 2nd ed. – Jossey-Bass, 2009. – 608 p. – ISBN: 

978-0-7879-6567-9  

 

4.



 

McKeachie's Teaching Tips: Strategies, Research, and Theory for College and University 

Teachers / Marilla Sviniski, Wilbert J. McKeachie. – Wadsworth Publishing, 2010. – 

13rd ed. – 416 p. – 978-0495809296 

 

5.

 



Clark, I. Formative assessment: policy, perspectives and practice // Florida Journal of 

Educational Administration & Policy. – Spring 2011. – Vol. 4 – Issue 2 

 

6.

 



Banta, T., Suskie, L. Assessing student learning: a common sense guide / Trudy W. 

Banta, Linda Suskie.  – 2nd ed. – San Francisco: Jossey-Bass, 2009. – 394 p. – 978-

0470289648 

7.

 



Miller, D., Linn, R., Gronlund, N.E. Measurement and Assessment in Teaching. – 11th 

ed. – Pearson, 2012. – 576 p. – ISBN- 978-0132689663 

 

8.

 



Burke, K. Balanced assessment: from formative to summative / Kay Burke. – 

Bloomington, Solution Tree Press, 2010. – 163 p. – ISBN 978-1-934009-52-9 

 

9.

 



Black,  P., Wiliam, D. Inside the black box raising standards through classroom 

assessment. –



 

Phi Delta Kappan. – Vol. 80. –  #2. – Oct 1998. 

 

10.


 

Sambell, K. Liz McDowell, Montgomery, C.  Assessment for Learning in Higher 

Education. – Routledge, 2012. – 184 p. – ISBN 978-0415586580 

 

11.



 

Angelo, T.A., Cross, K.P. Classroom assessment techniques: a handbook for college 

teachers. – 2nd ed. – San Francisco: Jossey-Bass, 1993. – 427 p. – ISBN 978-1-55542-

500-5 


 

12.


 

Juwah, C., Macfarlane-Dick, D., Matthew, B.

 

Enhancing student learning through 



effective formative feedback. – The Higher Education Academy Generic Centre, 2004. – 

41 p. – ISBN 1-904190-58-8 

 

 



32 

 

13.



 

Barkley, E. F. Student engagement techniques: a handbook for college faculty / Elizabeth 

F. Barkley. – San Francisco: John Wiley & Sons, 2010. – 417 p. – ISBN 978-0-470-

28191-8 


 

14.


 

Palomba, C. Assessment essentials: planning, implementing, and improving assessment 

in higher education / Catherine A. Palomba, Trudy W. Banta. – San Francisco: John 

Wiley & Sons, 1999. – 405 p. – ISBN 0-7879-4180-8 

 

15.


 

Assessment for Learning – Formative Assessment. (Center for Education and Innovation) 

http://www.oecd.org/site/educeri21st/40600533.pdf

 

 



16.

 

Bloom, B. S.  Taxonomy of Educational Objectives. Vol. 1: Cognitive Domain. New 



York: McKay, 1956. 

 

17.



 

Elliott, S. Educational psychology: effective teaching, effective learning. – 3

rd

 ed. – 


Boston: McGraw-Hill, 2000. – 631 p. – ISBN 0-697-37540-4  

 

 



 

 

 



 

Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə