Ali pedaqoji məktəb tələblərinin peşə fəaliyyətinə hazırlığının



Yüklə 50,27 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü50,27 Kb.
#14628


 



Ali pedaqoji məktəb tələbələrinin peşə fəaliyyətinə hazırlığının 



 psixoloji məsələləri 

                                                                   Nuralı  Çələbiyev  

                                  Azərbaycan Müəllimlər İnstitutunun  Şəki filialının dosenti, 

                                                             pedaqogika üzrə fəlsəfə doktoru 

 

Milli  təhsil  sistemimizdə    həyata  keçirilməkdə  olan  davamlı  islahatların  və  innovasiya 

proseslərinin məzmununda ali pedaqoji təhsil sahəsində mütərəqqi  yeniləşmə meylləri  özünəməxsus 

yer tutur. Tələbə -gənclərin pedaqoji peşə fəaliyyətinə hazırlanmasını həyata keçirən ali pedaqoji təhsil 

müəssisələrinin  qarşısında  duran  mühüm  tələblərdən  biri  də  gənc  pedaqoqların  peşəkar  pedaqoji 

fəaliyyətə  yüksək  nəzəri  və  praktik  hazırlığını  təmin  etməkdən  ibarətdir.  Hal-hazırda  ali  təhsil  üzrə 

pedaqoji kadr hazırlığı respublikada 12 dövlət, 10 özəl ali məktəb tərəfindən həyata keçirilir. 

XXI  əsrə  qədəm  qoymuş  Azərbaycan  demokratik  prinsiplərə  əsaslanan  sərbəst  bazar 

iqtisadiyyatı  yolunu  seçmişdir.  Ölkədə  yeni  tarixi  şəraitin  tələbləri  ilə  uyğunlaşa  bilən  gələcək 

nəsillərin tərbiyə edilib  vətəndaş  yetkinliyi bazasında cəmiyyətə fəal inteqrasiyanı təmin etmək üçün 

məktəbin və onun  aparıcı qüvvəsi olan müəllimlərin üzərinə  artan məsuliyyət qoyulmuşdur. 

Pedaqoji  peşə  fəaliyyəti  ölkənin  yaradıcı  potensialının  yüksəldilməsinə,  yaradıcı  insanın 

formalaşdırılmasına yönəlmiş şəxsiyyət –vətəndaş tərbiyəsinə xidmət edən “insan-insan” münasibətləri 

üzərində qurulan insan fəaliyyəti sahəsidir. 

Müasir qloballaşan dünyada ictimai, siyasi, iqtisadi və mənəvi münasibətlər dərin dəyişikliklərə 

məruz qalır. Yaşadığımız açıq cəmiyyətdə insan münasibətlərinin xarakterində baş verən dəyişikliklər 

cəmiyyətin  ən  fəal  sosial  təbəqəsi  olan  gənclərə  daha  güclü  təsir  göstərir.  Özünün  gələcək  həyat  və 

fəaliyyətini pedaqoji peşə ilə bağlamaq yolunu seçmiş tələbə-gənclərdə ali təhsil dövründə ixtisas və 

peşə  hazırlığı  gedişində    pedaqoji  peşə  fəaliyyətinin  spesifik  cəhətləri,  müəllim  əməyinin  psixoloji 

xüsusiyyətləri,  peşəkar  müəllimin  şəxsiyyətinin  spesifik  psixoloji  siması  və  bu  peşənin  digər  peşə 

qrupları  ilə  müqayisədə  məxsusi  əlamətlərinin  öyrədilməsi  ali  təhsil  müəssisələrində  pedaqoji  kadr 

hazırlığı  qarşısında  duran  xüsusi  önəm  kəsb  edən  məsələlər  sırasındadır.  Müasir  açıq  cəmiyyətdə 

müəllimin  sosial  statusunda  kəskin  dəyişmələr  baş  verməkdədir.  Bazar  iqtisadi  münasibətləri 

cəmiyyətdə tarixən təşəkkül tapmış pedaqoji dəyərlərə, aksioloji amillərə, pedaqoji peşənin nüfuzuna 

təsirsiz ötüşmür. Cəmiyyətdə baş verən sosial-mənəvi münasibətlərdəki dəyişmələr gənclik dövründə  

insanın  psixikasında  yaş  və  fərdi  dəyişmələrlə  müşayət  olunur.  Bu  təsirlərin  real  nəticələrini  nəzərə 

almadan,  yeni  mənəvi  münasibətlərin  koordinasiyasını  təmin  etmədən  ali  məktəbdə  yüksək  ixtisaslı 

mütəxəssis hazırlığını həyata keçirmək mümkün deyildir. 

Ali  məktəb  tələbələrinin  peşəkar  pedaqoji  fəaliyyətə  hazırlığının  başlıca  amillərindən  biri 

onlarda  pedaqoq  şəxsiyyəti  keyfiyyətlərinin,  xüsusilə  pedaqoji  bacarıq,  vərdiş  və  qabiliyyətlərin 




 

formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. Burada əsas diqqət  yaxşı 



müəllim  olmaq  üçün  zəruri  olan  keyfiyyətlərin  müəyyənləşdirilməsi  zərurətinin  dərk  edilməsinə  və 

onların  mənimsənilməsinə  yönəldilməlidir.  Pedaqoq  kifayət  qədər  ünsiyyət  bacarıqlarına  malik 

olmalıdır.  Ünsiyyət  insanlarla  emosional  əlaqələr  yaratmağın,  əməkdaşlığa  meyl  göstərmənin,  bu 

prosesə sərbəst qoşulmanın zəruri şərtidir. Pedaqoq peşəsi üçün ekspressiv qabiliyyətlər, başqa sözlə 

desək, yüksək plastik davranış, bu və ya digər pedaqoji situasiyada asan, rasional və adekvat reaksiya 

göstərmək  qabiliyyəti  təqdir  edilən  zəruri  qabiliyyətlər  kimi  dəyərləndirilir.  Bütün  bunlarla  yanaşı, 

pedaqoq  özünün  şəxsi  psixoloji  keyfiyyətlərinə  görə  yüksək  emosional  sabitliyə,  düşüncəyə, 

emosiogen konfliktli situasiyalarda tolerantlığa malik olmalıdır. 

Pedaqoq  üçün  yüksək  peşəkarlığın  spesifik  xüsusiyyətlərindən  biri  suqqestiv  qabiliyyətlər 

ətrafında  cəmlənən,  başqa  adamın  davranışına  təlqinedici  təsir  qabiliyyətidir.  Bu  göstərici  vətəndaş 

məsuliyyəti  və  peşə  borcu  hissindən  irəli  gələn,  intellektuallıq,  özünənəzarət  və  özünütənzimlə 

şərtlənən sosial dominantlığın göstəricisidir.  

Məlumdur  ki,  hər  bir  fəaliyyətin  strukturunda    bacarıq  və  vərdişlər  nisbi  müstəqilliyə  malik 

komponentlər  kimi  özünü  göstərir.  Pedaqoji  fəaliyyətin  bu  cəhəti  pedaqoji  texnika  termini  ilə 

uyğunluq təşkil edir. Pedaqoji məsələlərin müvəffəqiyyətlə həlli müəllimdən yüksək peşə hazırlığı və 

xüsusi biliklərlə yanaşı, peşə borcunun dərk edilməsini və buna müvafiq motivlər sahəsinin olmasını 

da  tələb  edir.  Real  peşəkar  fəaliyyətdə  hər  bir  konkret  pedaqoq  həm  şəxsiyyət,  həm  də  təsiretmə 

funksiyasını  yerinə  yetirən  subyekt  rolunda  çıxış  edir.  Pedaqoq  bir  şəxsiyyət  kimi  öz  peşəkar 

fəaliyyətində  təmsil  olunduğu  cəmiyyətin  dəyərlərinin  daşıyıcısı  funksiyasını  icra  edir  və  bu 

cəmiyyətin tələbləri mövqeyindən çıxış edir. 

Xüsusi  pedaqoji-psixoloji  tədqiqatlar  nəticəsində  sübut  olunmuşdur  ki,  peşəkar  pedaqoji 

fəaliyyətin  səviyyəsini  səciyyələndirən  spesifik  və  bütövlükdə  əhəmiyyətli  diferensial    əlamətlərdən 

biri  də  bacarıq  və  ya    ustalıqdır.  Peşəkar  əhəmiyyətli  bacarıqlarda  pedaqoqun  praktik  istiqaməti, 

şəxsiyyətinin  keyfiyyətləri,  peşəkar  bilikləri  və  peşə  texnikasını  mənimsəmə  səviyyəsi  əks  olunur. 

Pedaqoji  ustalıq  qeyd  olunan  keyfiyyət  və    xüsusiyyətlərin  özünəməxsus  vəhdəti  kimi  pedaqoqun 

peşəkar  hazırlığı  səviyyəsinin  daha  xarakterik  göstəricisi  kimi  çıxış  edir.  Bu  cəhətdən  biz  qeyd  edə 

bilərik ki, pedaqoji bacarıq və ustalıq pedaqoqun şəxsiyyət və subyektiv keyfiyyətlərinin özünəməxsus 

konkret  təzahürüdür.  Pedaqoji  ustalıq  fəaliyyətin  fərdi-psixoloji  strukturunda  peşəkar  əhəmiyyətli 

normaların və şəxsiyyət xarakteristikasının əksidir.  

Pedaqoqun  peşəkar  ustalığının  psixoloji  strukturunda  “insan-insan”  münasibətləri  fonunda 

pedaqoji  təsirin    səmərəliliyini  şərtləndirən  intuitiv  və  rasional  anlamanın  və  qarşılıqlı  təsir 

proseslərinin  psixoloji  təbiətinin  araşdırılması  aktual  vəzifə  kimi  nəzərdə  tutulmalıdır.  Qeyd  etmək 

lazımdır  ki,  bu  amil  son  onilliklərdə  psixologiya  elmində  xüsusi  təsir  amili  kimi  qiymətləndirilən 



 

pedaqoji  ünsiyyət  probleminin  öyrənilməsinə  marağın  əhəmiyyətli  dərəcədə  artmasına  səbəb 



olmuşdur. Müasir dövrdə pedaqoji fəaliyyətin  yaradıcılıq növlərindən biri olması problemi də maraq 

doğurur.  Bu  hər  şeydən  əvvəl  fəaliyyətin  icrasını  şərtləndirən  amillərin,  mexanizm  və 

qanunauyğunluqların  irəlicədən  planlaşdırılması  ilə  bağlıdır.  Məsələ  bundadır  ki,    pedaqoji  əməyin 

yaradıcı  əmək  olması,  onun  romantikası  haqqında  tez-tez  danışılır,  lakin  bu  fikirlər  təəssüf  ki, 

deklorativlikdən  uzağa  getmir.  Hər  bir  pedaqoq  öz  sosial  missiyasını  düzgün  anladıqda  tərbiyənin 

mənəvi yaradıcılıq prosesi olması məsuliyyətini dərk etmiş olur. Təlim də yaradıcı prosesdir, elmdə və 

ictimai praktikada əldə edilmiş naliyyətlərin  konkret pedaqoji situasiyada tətbiqinə əsaslanan öyrətmə 

fəaliyyətidir.  Tələbələrin  peşəkar  müəllimliyə  hazırlığında  ümumnəzəri,  pedaqoji,  metodiki  bilik  və 

bacarıqlarla yanaşı, psixoloji hazırlıq məsələləri də xüsusilə mühüm əhəmiyyətə malikdir. 

Pedaqoji  ali  və orta ixtisas müəssisələrində  hələ  də əsas diqqət tələbələrə fənn üzrə elmlərin 

nəzəri  əsaslarının  dərindən  öyrədilməsinə  yönəldilmişdir.  Lakin  onların  pedaqoji  ustalıqla  bağlı 

vərdişlərə yiyələnməsinə, psixologiya elmini dərindən mənimsəmələrinə  lazımi əhəmiyyət  verilmir. 

(1,17) 

Bir  sıra tədqiqatların nəticələri  sübut edir ki,  pedaqoqların  əksəriyyəti ali  məktəbdə aldıqları 



psixoloji  hazırlığın,  xüsusən  praktik  hazırlığın  səviyyəsindən  razı  deyillər.  Pedaqoji  ali  məktəblərin 

məzunları “psixoloji nəzəriyyələrin konstruktiv imkanlarını dərk etmir” (Y.N.Kulyutkin), ali məktəbdə 

aldıqları psixoloji biliklərdən faydalanmağı bacarmır və ya faydalana bilmirlər” (B.M.Masterov). Ali 

məktəblərdə  psixologiya  fənnini  tədris  edən  müəllimlərin  özlərinin  praktik  sahədə  psixoloji  hazırlığı 

qaneedici deyildir.(4,49)  

Uzun illik təcrübə və müşahidələr göstərir ki, gənc mütəxəssis nəzəri və təcrübi baxımdan nə 

qədər  yaxşı  hazırlığa    malikdirsə,  o,  əmək  fəaliyyətinə  bir  o  qədər  inamla  başlayır.  Pedaqoji  təhsil 

müəssisəsində təlimin uğurları heç də həmişə müstəqil əmək fəaliyyəti üçün səmərəli başlanğıcı təmin 

edə  bilmir,  öz  növbəsində  peşə  fəaliyyəti  zamanı  gənc  mütəxəssisin  qarşılaşdığı  çətinliklər  və  risk 

situasiyaları  onun    seçdiyi  peşəyə  neqativ  münasibətinin  yaranmasına  səbəb  olur.  Peşə  hazırlığında 

şəxsiyyətin  fərdi  xüsusiyyətlərinin,  xüsusən  şəxsiyyətin  idrakı  və  emosional  komponentlərinin  və 

münasibətlər sisteminin önəmli rolu vardır. Bu amillər peşəseçmə və fəaliyyət növləri ilə sıx bağlıdır 

və  onların  peşə  fəallığının    inkişafında  rolu  eyni  deyildir.  Əgər  peşə  insanı  cəlb  edirsə  və  o  seçdiyi 

peşənin romantikası ilə yaşayırsa, müvəqqəti böhranlar, əhvalın enməsi halları təhlükəli deyil. 

Rus  psixoloqu  L.M.Mitina  müəllim  şəxsiyyətinin  ierarxik-struktur  modelini  tərtib  etmiş  və 

buraya  müəllim  şəxsiyyəti  üçün  zəruri  olan  işgüzarlıq,  uşaqların  uğursuzluğuna  ehtiyatlı  münasibət, 

uşaqları  sevmə,  ideya  inamı,  pedaqoji  erudisiya,  ciddilik,  emosionallıq  və  s.  daxil  olmaqla,  49 

şəxsiyyət  keyfiyyətinin  adını  daxil  etmişdir.(3,21)  Müəllimin  əməyi  çoxcəhətli  və  mürəkkəb  bir 

fəaliyyət  sahəsidir.  Cəmiyyətdə  baş  verən  dərin  sosial-iqtisadi    və  mənəvi  dəyişiklər  fonunda  



 

müəllimin peşə fəaliyyətinin ənənəvi  funksiyaları da kəskin  dəyişikliklərə məruz qalır. Müasir elmi-



texniki  tərəqqi  cəmiyyətdə  informasiya  partlayışına  səbəb  olmuşdur.  Belə  bir  şəraitdə  pedaqoji  peşə 

fəaliyyətini seçən hər bir gənc tələbəlik illərində pedaqoji ustalığın əsaslarına dərindən bələd olmaqla 

yanaşı, təlim və tərbiyə sahəsinə aid olan biliklərini, bacarıq və vərdişlərini daim təkmilləşdirməlidir. 

Artıq orta təhsil dövründə bir sıra şagirdlərdə pedaqoji peşəyə meyl  yaranır, yuxarı siniflərdə 

isə  peşə  maraqları  sabitləşir.  Ali  məktəbə  daxil  olduqdan  sonra  tələbələrə  nəzəri  fənlərlə  yanaşı 

ümumpeşə  hazırlığı  fənləri  də  tədis  edilir.  Tələbələr  pedaqoji  ustalığın    əsasları  ilə  tanış  olur,  onun 

mühüm  komponentlərindən  biri  kimi  pedaqoji  texnikaya  yiyələnirlər.  Pedaqoji  texnikaya  sahib  olan 

tələbə-gənclər  uşaqlarla  ünsiyyət  uslublarına,  özlərinin  və  şagirdlərin  psixi  vəziyyətini  idarə  etmək 

bacarıqlarına, temp hissinə yiyələnir, pedaqoji fəaliyyət  zamanı müəllimin  qarşılaşa biləcəyi psixoloji 

maneələr və situasiyalarla tanış olurlar. 

Psixologiyanın tədrisi prosesində tələbələr gələcək peşə fəaliyyətində  şagirdlərlə ünsiyyət üçün 

zəruri olan davranış modelləri, onların psixoloji xarakteristikası ilə tanış olur, konfliktli situasiyaların 

rasionallaşdırılmasının yollarını mənimsəyirlər. Bu, tələbələri pedaqoji ustalığın  zəruri mənbəyi olan 

psixoloji biliklərin əsasları ilə silahlandırır ki, bu da şagirdlərlə qarşılıqlı münasibətlərdə psixoloji təsir 

üsullarından,  öyrədici,  tərbiyəedici  və  inkişaf  texnologiyalarından  məqsədyönlü  istifadə  üçün  geniş 

imkanlar  yaratmış  olur.  Pedaqoji  prosesdə  müsbət  nəticə  verə  biləcək  yeniliklərin,  yeni  pedaqoji 

münasibətlərin  formalaşması,  hazırlanması,  mənimsənilməsi,  onlardan  istifadə  olunması,  müsbət 

nəticələrin yayılması ali pedaqoji təhsilin  inovativ xarakteristikasını əks etdirir. 

Müəllimin şəxsiyyət keyfiyyətləri və bunlara əsaslanan pedaqoji peşə mədəniyyəti  və mərifəti 

pedaqoji qabiliyyətləri onun gələcəkdə peşə səriştəliliyinin, şəxsi nüfuzunun və yaradıcılığının zəruri 

şərtidir.  Pedaqoji  baza-peşə  təhsilinin  həyata  keçirilməsi  üçün  yeniləşən  tədris  planlarında  praktik 

müəllim  hazırlığını  təmin  edən  III  blokda  ümumi  tədris  müddətinə  ayrılan  saatların  ən  azı  40%-i 

həcmində vaxtın ayrılması və həmin blokda pedaqoji –psixoloji fənlər, uşaqlar haqda biliklər tədrisin 

peşəkarlıq  bilikləri,  təhsilin  idarə  edilməsi,  məktəb  həyatını  əks  etdirən  fənlər  və  s.  nəzərdə 

tutulmuşdur. 

Ali  təhsil  dövründə  tələbələrin  pedaqoji  təcrübələri  onların  peşəkarlıq  keyfiyyətlərinin 

səciyyəsini yoxlamaq və qiymətləndirmək üçün vacib amil olmaqla yanaşı, hər bir tələbənin müstəqil 

peşə  fəaliyyətinə  praktik  hazırlığının  monitorinqidir.  “Gənc  müəllim”  anlayışı  pedaqoji  peşə 

fəaliyyətinə  qoşulan  şəxsin  sosial  xarakteristikasının  əsas  cəhətidir  və  burada  yaşın  gənc  müəllimin 

psixikasına və davranışına təsirini nəzərə almaq  vacibdir. Gənc mütəxəssis müstəqil peşə fəaliyyətinə 

ilk  addımlarını  atarkən  onun  yaşadığı  və  işlədiyi  mühitin,  buradakı  şəxsiyyətlərsarası  münasibətlərin 

xarakterinin, kollektivdəki  psixoloji iqlimin və rəhbərlik üslubunun xüsusiyyətlərinin nəzərə alınması 

ciddi amildir. Gənc müəllim peşə fəaliyyətinə ailə tərbiyəsinin və ətraf mühitin təsiri ilə formalaşmış 



 

müəyyən dəyərlər sistemi ilə daxil olur. (5,51) Pedaqoji kadr hazırlığında müasir psixologiya elminin 



naliyyətlərindən  bəhrələnməklə    müəllim  həm  özünün  peşəkarlığını  yüksəltmək,  həm  də  müasir 

məktəblinin  mənəvi  dünyasına, istedad və üstün  qabiliyyətlərinin inkişafına, eləcə də, onun idrak və 

sosial fəallığının optimallaşdırılmasına nail olmaq imkanı əldə etmiş olur. 

Ali pedaqoji təhsil sistemində təlim dövrününü 18%-ni əhatə edən pedaqoji –psixoloji fənlərin 

daxil  olduğu  “Ümumpeşə  hazırlığı”  blokuna  daxil  edilən  fənlər  (təxmini  22%-i)  müəllimin  pedaqoji 

özünüdərketməsinə, təhlil metodu əsasında onun yaradıcı fəaliyyətinin inkişafına, pedaqoji fəaliyyətin 

layihələşdirilməsi, refleksiya və müəllimin “Mən” – konsepsiyasının formalaşdırılmasına xidmət edir. 

(2,50) 


Respublikada  ali  pedaqoji  təhsilin  konsepsiyası  əsasında  yeni  hazırlanmış  baza  tədris 

planlarında  “Pedaqogika”,  “Psixologiya”,  “Təhsilin  əsasları”  kimi  məcburi  fənlərlə  yanaşı,  “Müasir 

dövrün  təhsil  problemləri”,  “Tərbiyəçinin  pedaqoji  qabiliyyətləri  və  peşə  mədəniyyəti”,”İnnovasiya 

pedaqogikası  və  psixologiyası”,  “Müasir  təlim  texnologiyaları”  və  “Xüsusi  qayğıya  ehtiyacı  olan 

uşaqların təhsili”  adlı tam yeni olan seçmə fənlərin tədrisi də nəzərdə tutulmuşdur. 

Müasir təhsil konsepsiyası və pedaqoji innovasiyalar psixoloji bilik və bacarıqlara sahib olmanı 

yeni pedaqoji və metodiki təfəkkürlü müəllimin peşə norması hesab edir. 

N.Chalabiyev  

                                 

Psychological questions about preparing of being proftssional 

the higlı school students. 

 

 



 

 

 



Summary. 

This  article  deals  witli  psychological  questions  of,  the  preparing  the  higlı  sducation 

students in the educational establishment. The author tried to open the spesific characteristics of 

preparing the student as a professionl cadre. 

ƏDƏBİYYAT: 

1.

 



Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. B., “Çaşıoğlu”, 1999. 

2.

 



Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının milli konsepsiya 

və strategiyası.“Azərbaycan müəllimi”qəzeti, 17 fevral 2006-cı il. 

3.

 

Митина  Л.М.  Учитель  как  личность  и  профессионал  (психологические  проблемы)  М., 



«Пед. Общ. России»., 1994. 

4.

 



Педагогическая психология. (Пед ред. Н.В.Клюевой) М., «Владос –пресс», 2003. 

5.

 



Профессия  учитель:  беседы  с  молодыми  учителями.  /Под.  ред.  В.Г.Онушкина, 

Ю.Н.Кулюткина, С.Г.Вершловского.) М., «Педагогика», 1987.  



                                          

Yüklə 50,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə