Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   8   9   10   11   12   13   14   15   16

48

 

— Sizin əriniz orada təbliğatla məşğul olur, ona görə sizə görüş 



üçün icazə verməməliyik. Ancaq uşaqlara görə icazə veririk.

Bu “təbliğat” ondan ibarət idi ki, Xorevin atası məhbusların 

yanında diz çöküb dua edir, ona verdiyi suallara cavab verir, 

Allahdan söhbət edirdi. Görüş səs-küylü bir otaqda keçirilirdi, ata 

ilə uşaqlar arasında böyük məsafə var idi və ataları ilə söhbətləri 

qısa oldu. Mixailin yadında bircə şey qaldı  — atası onlara baxıb 

dedi: “Uşaqlar, harada görüşəcəyimiz yadınızdadır?” Sonra sağ əlini 

qaldırıb barmağı ilə göyə işarə edərək “Ağ Taxtın yanında!” dedi. 

Onun səsində arxayınlıq və təntənə var idi. Bu sözlərdən sonra 

uşaqlar atalarından ayrıldılar və bir də onu görmədilər. Bir neçə 

ay sonra atadan anaya son məktub gəldi. Məktub çox qısa idi: 

“Əzizim, mənim öldüyümü eşitsən, inanma, çünki imanlı ölməz, 

lakin ölümdən həyata keçər!”

Mixail Xorevin həyatı barədə böyük kitab yazmaq olar. Onun 

həyatında çox-çox təqiblər, əzab-əziyyətlər, möcüzələr baş vermişdir. 

Atasının imanla dolu duaları eşidilmişdir; övladları, xüsusilə kiçik oğlu 

Mixail Rəbbin yolunda böyük xidmətlər göstərmişlər; bu xidmətlər 

sayəsində bir çox adamlar xilas olub imanda möhkəmlənmişlər.

Atası vəfat etdikdən iki il sonra Hitler Sovet İttifaqına qarşı 

müharibəyə başladı və Leninqrad blokadası zamanı Mixail Xorevin 

anası dörd uşaqla yük maşınında buz bağlanmış gölün üzərindəki 

“həyat yolu” ilə aclıqdan qırılan şəhərdən çıxdı. O yolla gedən 

maşınların əksəriyyəti göldə batdı və çox sərnişin məhv oldu. 

Xorevin maşınını Rəbbin Özü o biri sahilə sağ-salamat aparmışdır. 

Mixail böyüyüb Sovet İttifaqında ən fəal və məsuliyyətli imanlı 

rəhbərlərdən biri olmuşdur.

Mixail Xorev illərlə müxtəlif həbsxanalarda yatmışdır. Bir dəfə 

Sverdlovsk həbsxanasında Xorevin başına bir hadisə gəldi. 20 nəfər 

üçün nəzərdə tutulmuş kameraya 50 nəfəri basmışdılar. Qızmar 

yay günü idi. Məhbuslar bürküdən boğulurdular. Mixail Xorev də 

onların arasında idi. Tər tökürdü. Kamera papiros tüstüsü ilə dolu 

idi. Oksigen o qədər az idi ki, kibrit yandırmaq mümkün deyil idi. 

Kanalizasiya borusu dağılmışdı və hər tərəf natəmizlik və üfunətlə 



49

dolu idi. Məhbuslar arasında çox vərəm xəstəsi var idi. Xəstələrdən 

bir neçəsi öldü və bu mühitdə sağlam olanlardan da bir neçəsi 

vərəmə tutuldu.

Mixail Xorev 18 gün belə kamerada qaldı. Allahın köməyi ilə o 

nə vərəmə tutuldu, nə də başqa bir iş başına gəldi. 19-cu gündə 

onu xüsusilə təhlükəli cinayətkarlarla bir kameraya atdılar. Orada 

onu artıq gözləyirdilər. Təhlükəsizlik xidməti hər şeyi əvvəlcədən 

hazırlamışdı.

Mixail Xorev kameraya girəndə cinayətkarlar kart oynayırdılar. 

Onların başçısı oyunu dayandırıb amiranə səslə “Svyatoy atets!

[131]


 

Gəl bura!..” dedi. Mixail onun yanına gələn kimi başçı ona “Danış 

görək, qızılını haraya qoymusan, svyatoy otets?”  — dedi. “Sən 

keşişsən, əllərindən elə pullar keçir ki, oy-oy-oy! Kasıblar buraya 

düşməzlər!”

Xorevin cavabı belə idi:

 

— Mənim qızılıma əliniz çatmaz.



 

— Sən adamı güldürürsən! Səndən güclü adamların puluna əlimiz 

çatıb. Bax, bir cuhud da sənin kimi danışırdı, amma biz onun balaca 

oğlunu qızğın ütü ilə yandırmağa başlayan kimi o saat özü pullarının 

hamısını bizə gətirib verdi. Tez danış görək! Əlimizin çatmadığı yer 

yoxdur!


 

— Hər halda mənim dövlətimə əliniz çatmaz, çünki o, Allahın 

Padşahlığındadır! — deyə Mixail əlini göyə qaldırıb elan etdi.

O anda kimsə qəfildən Mixailin qaraciyərinə zərbə endirdi. Mixail 

huşunu itirib yerə sərildi. O özünə gələndə taxtda uzandığını anladı. 

Sağ qaldığına və bir adamın öz taxtını ona verdiyinə görə Allaha 

şükür etdi. Cinayətkarlar Xorevin tərpəndiyini görən kimi qəsdən 

onları eşidə biləcəyi səslə pıçıldaşmağa başladılar.

 

— Dəsmala sabun sürtək və bu mömini boğazdan çəkək.



[131]

  Rusca “müqəddəs ata”, cinayət aləmində keşişlərə verilən ad.




50

 

— Başağrısıdır bu! Boğazını kəsək vəssalam! Sonra da ülgücü 



əlinə soxuşdurarıq, guya özünə qəsd eləyib!

Bu söhbətlər zarafat deyil idi. Həbsxanalarda belə qanlı divanlar 

adi məsələ idi. Xorev ürəyində Allaha dua etdi: “Ya Rəbb! Ruhumu 

qəbul et! İmanlı qardaşlarımı, ailəmi tərk etmə!” Xorev İsanın 

yolunda şəhid edilən bütün sadiq imanlılarla, o cümlədən öz atası 

ilə görüşəcəyini xəyalına gətirdi. Bu düşüncələr ona təsəlli verdi və 

necə yuxuya getdiyindən heç özünün də xəbəri olmadı.

Oyanandan sonra Mixail eşitdi ki, eyni söhbət davam edir:

 

— Özümüzü əziyyətə verməyək də! Boğazından çəkək vəssalam!



 

— Yox, möminin qanını tökmək lazımdır! Əlinə ülgücü qoyaq və 

onun öz əli ilə boğazını...

O gərgin anlarda artıq ölümə gedəcəyi ilə barışan Xorev yenə 

ürəyində Rəbbə dua edərdi: “Ya Rəbb, əgər ölümüm Sənin adını 

həyatımdan daha çox izzətləndirsə, onda heç yaşamaq istəmirəm! 

Sənin iradən olsun. Bu həbsxanadan məni Öz yanına götür və qoy 

bu yatdığım son həbsxana olsun...”

Səhər Mixail Xorev yuxudan durandan sonra gəzintiyə çıxdı 

və sakitcə oxumağa başladı: “...Я  к  отчизне  иду  неземной  по 



кровавым следам христиан...

[132]


 Bu ilahi Mixail üçün çox əziz 

olmuşdu. Onun atası da həmin Sverdlovsk həbsxanasında yatmışdı...

Bu rus imanlı qardaş 18 gün ərzində belə vəziyyətdə qaldı, hər an 

öləcəyini gözlədi. Axşam yatanda səhərə qədər və səhər duranda 

axşama qədər sağ qalıb-qalmayacağını bilmirdi. Hər dəqiqənin son 

dəqiqə ola biləcəyini düşünürdü. 19-cu gündə nəzarətçi Xorevin 

başqa yerə köçürüləcəyini xəbər verəndən sonra cinayətkarlardan 

biri ona yaxınlaşıb əlini sıxaraq dostcasına “Atets...”

[133]

 — dedi, “sən 



qeyri-adi adamsan... doğrudan müqəddəssən. İman etdiyin Allah da, 

yəqin ki, var. Sən elə bilirsən ki, biz bütün söhbətlərimizi eşitdiyini 

bilmirdik? Hər şeydən xəbərimiz var. Amma sən gəzintiyə çıxanda 

[132]


  Rusca: “Mən məsihçilərin qanlı izləri ilə səmavi vətənimə gedirəm”

[133]


  Rusca: “ata”.


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə