Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   ...   8   9   10   11   12   13   14   15   16

54

salın.  Əzab-əziyyət  içində  olanları  da  elə  xatırlayın  ki,  sanki 

özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz”.

3. Menis Əbdünnur

1930-cu ilin oktyabr ayında Misirin Assyut şəhərində bir pastorun 

ailəsində anadan olmuş Menis on beş yaşından iman yoluna gəldi və 

indiyədək bu yolla gedir. Menisin həyatında çox-çox gözəl əhvalatlar 

baş verib, Rəbb İsaya sadiq qalan bu xidmətçi Rəbbin sədaqətini 

dəfələrlə görmüşdür. Onun həyatından bir neçə maraqlı əhvalat 

haqqında qısaca yazmaq istəyirəm.

1945-ci ilin dekabrın 14-də Menis bir məsihçi toplantısında vəzə 

qulaq asdıqdan sonra özünü Rəbb İsaya həsr etdi. İki gün sonra 

dekabrın 16-da o, sakit bir yerdə dua etmək və Allahı düşünmək 

istəyib bir futbol meydançasına getdi. Orada gəzişərkən birdən 

“Sən pastor olacaqsan” deyən bir səs eşitdi. Menis o sözləri öz 

qulaqları ilə eşitdi və elə bildi ki, arxasında kimsə var. Danışanı 

görmək üçün üzünü çevirib baxdı, amma heç kimi görmədi. Bir az 

gəzdikdən sonra Menis yenə bu sözləri deyən həmin səsi eşitdi. Bir 

neçə dəqiqə sonra bu, üçüncü dəfə də təkrarlandı. O zaman Menis 

Allahın ona danışdığını başa düşdü.

Menis kimyaçı olmağı arzulamışdı. O, pastor olmaq istəmirdi. 

Allahla ünsiyyətdə ola-ola öz həyatı üçün Allahın iradəsini öyrəndi. 

Həmin gün Menis Allahın çağırışı ilə razılaşaraq özünü pastor 

xidmətinə həsr etməyi qərara aldı. Diz çöküb belə dua etdi: “Ya Rəbb, 

mən pastor olmaq istəmirəm, amma əgər Sən bunu istəyirsənsə, 

mən Sənin istədiyini etməyə hazıram, ancaq Sən mənə bu xidmətdə 

sevinc ver!”

Bir neçə ay sonra Menis valideynlərinin xeyir-duası ilə Qahirə 

müjdəçi ilahiyyat seminariyasına daxil oldu. 1946-cı ilin oktyabr 

ayında Menis Əbdünnur həyatında ilk dəfə Misirin paytaxtı 

Qahirəyə getdi. 1947-ci ildə yay tətili zamanı Menis Qahirədən 70 

km şimalda yerləşən Tanta şəhərində təşkil olunmuş bir konfransda 

iştirak etdi və orada Markos Əbdülməsih adında bir pastorla söhbət 

edərək Müqəddəs Ruhla necə dola biləcəyini ondan soruşdu. Pastor 




55

Əbdülməsih ona dedi ki, bunun iki şərti var: 1) bütün ürəyi ilə 

Rəbbə itaət etməyi arzulamaq (Həv. 5:32  — “Allahın  Özünə 

itaət  edənlərə  verdiyi  Müqəddəs  Ruh”); və 2) Ruhla dolduğuna 

inanmaqdır. O həmçinin dedi ki, səmərəli xidmətin sirri, Müqəddəs 

Ruhun qüvvəsidir (Həv. 1:8 — “Müqəddəs Ruh üzərinizə enəndə 

siz qüvvət alacaq... hər yerdə Mənim şahidlərim olacaqsınız”). 

Bundan sonra Menis Müqəddəs Ruhla doldu, onun xidməti 

qüvvətləndi və səmərəli oldu.

Bir gün gənc Menis bir cəmiyyətə köməkçi kimi göndərildi. Orada 

olarkən maraqlı bir əhvalat oldu. Menis o cəmiyyətin bir rəhbəri 

ilə üzvlərinin siyahısına baxanda, onların hələ baş çəkmədikləri bir 

qadının adını gördü. Menis gedib ona baş çəkməyi təklif edəndə 

rəhbər ona dedi:

 

— Yox, bu qadına baş çəkmək olmaz.



 

— Niyə olmaz?

 

— Çünki onun əri dəhşətli adamdır!



Doğrudan da, o qadının əri içki içən, zina edən və adam öldürən 

dəhşətli bir kişi idi. Adı Həbib idi. Bütün şəhər ondan çəkinirdi. 

Lakin Menisin fikri başqa idi:

 

— İsa məhz belə adama birinci baş çəkərdi.



Cəmiyyətin rəhbəri Menisə dedi:

 

— Yaxşı, mən sənə onun evini göstərərəm. Sən girərsən, mən isə 



səni bayırda gözləyərəm.

Onlar oraya çatanda Menis qapını döydü. Həbib pəncərədən baxıb 

“Kimdir?” — deyə soruşdu.

 

— Müjdəçidir! — deyə Menis cavab verdi.



Həbib cəld qapıya yaxınlaşıb açdı və Menisə:

 

— Mənim qapıma heç vaxt nə müjdəçi, nə də keşiş gəlib, — dedi.




56

Menis Həbibə İsanın günahkarları çox sevdiyini anlatdı, samariyalı 

qadının, Zakkayın hekayələrini danışdı. Axırda Həbib ağlaya-ağlaya 

Məsihi qəbul etdi və onun həyatı o qədər dəyişdi ki, bütün şəhər 

ancaq ondan danışırdı.

Üstündən illər keçdi, cavan Menisin 45 yaşı oldu. O vaxta qədər 

onun həyatında nələr baş verməmişdi! Bunu nəql etmək üçün ayrı 

bir kitab yazmaq lazım olardı. Mən isə burada ancaq qısaca iki-üç 

maraqlı əhvalat barədə yazacağam. Menisin 45 yaşı olanda onu 

Qahirədəki “Qəsr Əl Dobara” adında imanlılar cəmiyyətinin baş 

pastoru seçdilər. Menis oraya gələndən sonra cəmiyyətin üzvlərinin 

sayı iki dəfə ikiqat artdı. Bu gün Qəsr Əl Dobara Yaxın Şərqdə ən 

böyük müjdəçi məsihçi imanlılar cəmiyyətidir  — min beş yüzdən 

çox rəsmi üzvü var və yeddi minə yaxın adam hər həftə müxtəlif 

toplantılarda iştirak edir. Cəmiyyət çoxlu kiçik qruplardan ibarətdir 

və hər bir qrup kiçik imanlı ailəsi kimidir.

2003-cü ildən bəri Qəsr Əl Dobara Sat-7 adında bir peyk televiziya 

xidmətində fəal iştirak etmişdir. Pastor Menis Misirdə ancaq xristian 

əhalisinə deyil, bütün insanlara Müjdəni yaymağa can atmışdır. Bu 

səbəbdən onun həyatı ən azı iki dəfə təhlükəli vəziyyətdə qalmışdır.

Hələ 1981-ci ildə Misirin prezidenti Ənvər Sadat Misirin 1500 

radikal adamının həbs edilməsi üçün fərman imzalamışdı. Pastor 

Menis Əbdünnur müsəlmanlara Müjdəni yaydığından onun adı 

da o siyahıya düşmüşdü. Bu xəbər çıxanda pastor bütün gecəni 

yatmayıb tutulmasını gözlədi. O, bütün gecəni Müqəddəs Kitabdan 

Yeremya peyğəmbərin 18-ci fəslini oxuyub dua etdi. Rəbb 

Yeremyaya dulusçunun evinə enməyi buyurub “orada  sözlərimi 

sənə  bildirəcəyəm

[135]


  — dedi. Yeremya gedib dulusçunun çarx 

üzərində işlədiyini gördü. Menis özünü dulusçunun çarxda palçıqdan 

düzlətdiyi bir qab kimi hiss edirdi. Çarx fırlandıqca qabın başı 

gicəllənir. Dulusçunun barmaqları palçığı sıxıb ondan bir forma 

düzlədir. Menis də o gecə çox sıxıldığını hiss edərək belə dua edirdi:

[135]


  Yeremya 18:2


57

 

— Ya Rəbb, qoy Sənin istədiyin kimi olsun. Məni Öz istədiyin 



şəklə sal!

Bu vəziyyətdə Menis bir mənada Rəbbin qucağında olduğundan 

təsəlli tapırdı. O, Rəbbə tam etibar edərək, “Rəbb bilir. Yəqin ki, bu 

mənim üçün faydalıdır” — deyə düşünürdü.

O gecə Menisin adı naməlum bir səbəbə görə polisin siyahısından 

çıxarıldı. Böyük Dulusçu onu həbs edilməkdən qorudu.

2000-ci ilin may ayında bir kişi, pastor Menisin ofisinə girdi. O, 

pastorun qarşısında durub üç tapança çıxartdı, onun başına tərəf 

uzatdı və birinin gülləsiz, ikisinin də güllə ilə dolu olduğunu ona 

göstərdi. Birinci tapança Menisin başına yönələndə o, fikrində belə 

dua etdi: “Mən hazıram, ya Rəbb”. İkinci tapança yönələndə “Qoy 

yaxşı vursun, ya Rəbb. Mən iflic olub həyat yoldaşıma yük olmaq 

istəmirəm”  — dedi. Axır ki, üçüncü tapançanın qarşısında pastor 

Menis o kişiyə:

 

— Əyləş. Mən sənə necə qulluq edə bilərəm?”  — deyə ondan 



soruşdu.

 

— Mənə Məsihdən danış.



 

— İnan, sənə Məsihdən danışmağım üçün mənə üç tapança ilə 

gəlməli deyil idin. Birinci sən özün Məsih barədə bildiklərini mənə 

danış, sonra mən sənə qalanını danışaram.

O adam bir neçə gün Menis Əbdünnurun yanına gəlib Xilaskar 

barədə öyrəndi. 2000-ci ilin oktyabr ayında onu axırıncı dəfə məbəddə 

gördülər. O, Rəbbin süfrəsini qəbul etdi, sonra pastor Menisə belə 

dedi: “Siz mənim həyatımda öz barmaq izinizi qoymusunuz!” Pastor 

Menis iman vasitəsilə bir gün o adamı cənnətdə görəcəyinə ümid 

edir.


50-dən artıq kitabın müəllifi, 45-dən çox kitabın tərcüməçisi, 

1000-dən çox ərəb məsihçi məqaləsinin müəllifi Menis Əbdünnur 

radiodan, peyk televiziyasından və internetdən minlərlə ərəbə 

səslənmişdir. Onun “Məhəbbət əsla tükənməz” adında çox gözəl bir 

kitabı Azərbaycan dilinə də tərcümə edilmişdir.



58

Bir gün pastor Menis Riçard Vurmbrand ilə görüşəndə Vurmbrand 

ona dedi:

 

— Əgər sən qorxmasan, onlar səndən qorxacaqlar.



 

— Bəli, mən çoxdan belə yaşayıram və heç nədən qorxmuram — 

deyə misirli iman adamı rumıniyalı iman adamına cavab verdi.

İman elə bu deməkdir. Qorxuda nə məhəbbət var, nə də iman. 

Məhəbbətlə fəal olan imanda isə qorxu yoxdur. Ancaq bu kimi 

imanla Rəbbə sadiq qalmaq və Rəbbi razı salmaq olar.




59

Mənim şəhadətim

“Biri varmış, biri yoxmuş, bir ədalətsiz padşah, bir də zəhmətsevən 

Murad varmış. Padşah sarayda hökm edərmiş. Murad da pinəçiliklə 

gün keçirib həyat sürərmiş...”

Bu şəhadətimi Azərbaycan xalq nağılı ilə başlamağım təsadüfi 

deyildir. Allah “dəfələrlə və müxtəlif yollarla

[136]


 insanlara danışıb 

və hələ danışmaqdadır. Mən tələbə olanda Allah mənə “Pinəçi 

Murad və şah” adlı nağıl vasitəsilə danışdı.

İyun ayı idi. Mən iş axtarıb tapa bilmirdim. Bir ay sonra Türkiyədə 

bir tədbir keçiriləcək idi və mən hiss edirdim ki, Allah mənim də o 

tədbirdə iştirak etməyimi istəyir. Ancaq oraya getmək üçün mənə 

yol pulu, mehmanxana pulu və yemək pulu lazım idi. Mən sadə bir 

tələbə idim və 500 dollar pul tapmaq mənə çox çətin görünürdü. Bir 

ay vaxt qalmışdı və heç bir iş rastıma gəlməmişdi. Bir ay içərisində 

o qədər pul heç vaxt qazanmamışdım, amma Allahın bir möcüzə 

ilə mənə bu pulu yetirəcəyinə inanırdım. Hər gün dua edir və 

gözləyirdim.

Bir gün mən Azərbaycan dili dərsliyi

[137]


 götürüb oxumağa 

başladım. Oxuduğum əsər “Pinəçi Murad və şah” nağılı idi. Bu 

nağılın məzmunu qısaca belədir:

Ədalətsiz padşah istədi bilsin ki, onun ədalətsizliyi haqqında xalq 

nə deyib, nə danışır. O, vəziri ilə məsləhətləşib paltarını dəyişdi, 

saraydan çıxdı. Şəhəri gəzib dolandı, bir həyətin yanından keçərkən 

evdən gülmək səsi eşidib dayandı.

 

— Kim ola bilər ki, mənim dövrümdə ucadan gülsün?  — deyə 



qapını döydü.

[136]


  İbranilərə 1:1

[137]


 Azərbaycan dili (rus məktəbinin 9-cu sinfi üçün). M.S. Aslanov, Ə.M. 

Abbasov. Maarif nəşriyyatı, Bakı — 1985.




60

 

— Kimdir? — deyə həyətdən bir səs gəldi.



Padşah cavab verdi:

 

— Qərib bir qonağam, şəhərə təzə gəlmişəm. Qalmağa məkanım, 



yatmağa yerim yoxdur. Bir gecəliyə məni qonaq saxlayın.

 

— Mənim qapım da, kasıb süfrəm də həmişə qonaq üzünə açıqdır. 



Bir qonağım var, qoy olsun iki, — deyib ev yiyəsi qapını açdı.

Beləliklə pinəçi Murad padşahı qonaq qəbul etdi. Yer salıb yatmaq 

istəyəndə padşah dedi:

 

— Bir söz soruşmaq istəyirəm.



 

— İkisini soruş, qonaq qardaş, — deyə ev yiyəsi dilləndi.

 

— Sənin günün-güzəranın mənim çox xoşuma gəldi. Bilmək 



istəyirəm ki, sən nə işin sahibisən. Nə yolla çörək qazanıb gün 

keçirirsən?

 

— Nə iş sahibi olacağam? Pinəçiyəm, adım da Murad. Səhərdən 



axşama kimi küçə başında oturub çörək qazanıram. Gündəlik 

qazancımla bir-iki qonaq çağırıb bu daxmada gün keçirirəm.

Padşah bir söz deməyib fikrə getdi. Günəşin işığı gecənin qaranlıq 

pərdəsini açarkən pinəçi Murad padşahı yola salıb dedi:

 

— Qonaq qardaş, əgər axşama kimi yatmağa yer tapmasan, 



utanma, bizə gəl, gözüm üstə yerin var.

Padşah razılıq edib Muraddan ayrıldı. O gün şəhərdə car çəkib 

belə bir xəbər verdilər:

 

— Ey camaat, bilin və padşahın hökmündən xəbərdar olun. Bu 



gündən sonra heç kimə icazə verilmir ki, küçədə oturub pinəçilik 

etsin. Hər kəs bu əmrə əməl etməsə, padşahın qəzəbinə gələcəkdir.

Axşam vaxtı padşah yenə də paltarını dəyişib, çomağını götürdü 

və saraydan çıxıb bir baş pinəçinin evinə tərəf yönəldi. O, qapıya 

çatar-çatmaz tar-qaval səsi eşitdi. Bu səs Muradın evindən gəlirdi. 

Padşah təəccüb edib qapını döydü. Murad qapını açıb padşaha dedi:




61

 

— Qərib qonaq, xoş gəlmisən, özü də vaxtında gəlmisən.



Padşah içəri daxil olub gördü ki, otaqda başqa qonaqlar da vardır. 

Süfrə açılmış, yeməklər düzülmüşdür. Qonaqların başı yeməyə 

qarışmışdır. Padşah Muraddan soruşdu:

 

— Görünür, bu gün pinəçilikdən çox qazanmısan?..



 

— Xeyr, padşah mənim halal sənətimi qadağan etdi.

 

— Bəs bu qonaqlığın xərci hardandır?



 

— Ey qonaq qardaş, elə ki car çəkib padşah əmrini xəbər verdilər, 

mən özümü itirmədim. Hökmün ağırlığı məni qorxutmadı. Bir 

süpürgə götürüb evlərin və dükanların qabağını süpürdüm. Azdan-

az, çoxdan-çox nə verdilərsə, qane olub aldım. Zəhmətim artdısa 

da, qazancım da az olmadı. “İmkanım varsa, qoy süfrəmin başında 

oturanların sayı da çox olsun”  — deyib qonşularımı da qonaq 

çağırdım.

Bundan sonra padşah süpürgəçiliyi də qadağan etdi. Hər gün 

padşah əmr verir, Muradın əl atdığı hər sənəti qadağan edirdi. Lakin 

Murad hər axşam süfrə açıb qonaqları qəbul edirdi, padşah da bu 

pinəçi ilə bacara bilmirdi.

Axır ki, bir gün padşahın adamları Muradı tələyə salıb saraya 

gətirdilər və padşah onu özünə saray məmuru təyin etdi. Murad 

padşahın bu mərhəmətinin mənasını başa düşmədi. Onu geyindirdilər, 

belinə bəzəkli, naxışlı qılınc bağladılar. Axşam gün batanadək 

sarayda saxlayıb padşahın gözü qabağında dayandırdılar. Şəhərin 

üzərinə qaranlıq çöküb çıraqlar yananda padşah Murada dedi:

 

— İndi get sabah səhər tezdən gəlib əmrimi gözlərsən.



 

— Baş üstə! — deyib Murad saraydan çıxdı və evinə tərəf yollandı.

Murad gedəndən sonra padşah da paltarını dəyişib sarayı tərk 

etdi. O gəlib Muradın evinə çatanda qapıya vurulmuş fanarı görüb 

heyrətdə qaldı. Qonaqların biri gəlib biri gedirdi. Murad qapıda 

durub qonaqları qəbul edirdi. Arvadı da xörək hazırlayırdı. Qonaqlar 




62

yeyib içincə padşahın ürəyi döyünür və bugünkü qonaqların xərcini 

onun haradan tapdığını bilmək istəyirdi. Söhbət arasında macal 

tapıb Muraddan soruşdu:

 

— Bu xərc haradandır?



 

— Padşah hesabına.

 

— Açıq danış, məni başa sal.



 

— Bu gün padşahın adamları məni tutub saraya apardılar. 

Geyindirib sarayda saxladılar. Padşah məni axşama kimi buraxmadı. 

Qaranlıq düşəndən sonra evimə getməyə icazə verdi. Mən də pulsuz 

evə gəlsəydim, süfrəm bağlı qalacaqdı. Odur ki, fikirləşib çarə 

tapdım. Padşahın verdiyi qılıncın tiyəsini girov qoyub pul götürdüm. 

Qonaqlıq üçün nə lazımdırsa, alıb evə gətirdim. Süfrəni bəzəyib 

qonaqlarımı dəvət etdim.

 

— Bəs tiyəsiz qılıncla padşahın yanına necə gedəcəksən?



 

— Əvəzinə taxta tiyə düzəltdirib yerinə salmışam.

O gecə padşahın gözünə yuxu girmədi. Sabah Murada necə divan 

tutacağını düşünürdü. O düşünürdü ki, sabah Murad onun suallarına 

nə cavab verəcək və çətin vəziyyətdən necə çıxacaq.

...Səhər açılan kimi Murad öz yolu, “qonaq” da öz yolu ilə saraya 

getdilər. Murad gəlib saraya çatanda bir neçə zəncirli dustağın 

həyətdə saxlandığını gördü.

 

— Bu gün padşah qatillərə divan tutacaqdır,  — deyə Muradı 



xəbərdar elədilər. Padşahın taxtı eyvanda quruldu, padşah gəlib 

oturdu. O, acıqlı nəzərlə vəzirə baxıb dedi:

 

— Qatillər hazırdırmı?



 

— Bəli, şah sağ olsun.

 

— Mənim saray məmurum buradadırmı?



 

— Mən əmrə hazıram, — deyib Murad irəli gəldi. Padşah Murada 

əmr etdi:



63

 

— Bu saat qabaqda dayanmış dustağın boynunu vur!



Murad padşahın əmrini eşidən kimi düşündü, özünü itirmədi. 

Sürətlə dustağın yanına gəldi və dedi:

 

— Ey dustaq! Sənin günahın varmı, qatilsənmi, ya yox, bu mənə 



məlum deyildir. Padşah əmr edir, mən də onun əmrinə tabe olub 

sənin boynunu vururam. Əgər, doğrudan da, qatilsənsə, qoy mənim 

qılıncım ülgücdən də iti olub, sənin başını bədənindən ayırsın. Yox, 

əgər günahın yoxdursa, mənim qılıncım taxtaya dönüb parça-parça 

olsun.

Bunu deyib sürətlə qılıncını çəkdi və dustağın boynuna vurdu. 



Qılınc sınıb iki parça oldu. O, üzünü padşaha tutub dedi:

 

— Ey padşah... Bu adam qatil deyilmiş. O, müqəssir olsaydı, 



mənim qılıncım taxtaya dönməzdi.

Padşah Muradın bu hazırcavablığına, ağlına və tədbirinə etiraz 

etməyə söz tapmayıb dedi:

 

— Ay pinəçi Murad, mən səninlə bacara bilmədim.



Mən nağılı oxuyub qurtardıqdan sonra ürəyimdə öz-özümə dedim:

 

— Bax, bu adam Allaha iman etmədən, ancaq özünə güvənərək 



o qədər bacarıqlı oldu, hər gün süfrə açıb yoxsullara çörək verməyi 

bacardı. Mən isə Rəbbi tanıyıram, Rəbbə iman edirəm, amma beşcə 

yüz dollar qazana bilmirəm ki, gedim Türkiyədə Müqəddəs Kəlamın 

çörəyini insanlara paylayım.

O zaman diz çöküb belə dua etdim:

 

— Ya Rəbb, mən də yuxusuz qalmaqdan, səhərdən axşama 



qədər zəhmət çəkməkdən, hər cür işi görməkdən qorxmuram. 

Yalvarıram, mənə iş ver! Mən işləməyə hazıram. Mən əlimi ağdan-

qaraya vurmadan Səndən yardım gözləmək istəmirəm. Səndən iş 

istəyirəm və mənə iş verəcəyinə inanıram. Bir ay ərzində 500 dollar 

qazanacağıma inanıram, çünki Sən mənə o işi verməyə qadirsən.



64

Belə dua etdim və özümü rahat hiss etdim. Ertəsi gün telefon zəng 

çaldı. Anamın dəstəyi götürüb “Yox, mən indi çox məşğulam, bu 

günlərdə alınmayacaq” dediyini eşitdim. Ürəyim döyündü. Anama 

arada ingilis dilindən tərcümə işləri təklif edərdilər. Mən o anda 

hiss etdim ki, ona iş təklif edirlər. Qışqırdım ki, mən işləyə bilərəm. 

Beləcə işim düzəldi. Beynəlxalq bir sərgidə dörd gün işləyib 200 

dollar qazandım. Amma hələ də 300 dollar çatmırdı. Bundan sonra 

Rəbb mənə başqa bir iş verdi. Mən üç həftə səhərdən axşama kimi 

işlədim və axırda mənə tam 300 dollar pul verdilər. Bu yolla mən 

Türkiyədəki tədbir üçün lazım olan 500 dollar pulu əldə etdim.

Türkiyədə bir neçə həftə qaldıq. Qrupumuz başqa-başqa xalqlardan 

olan məsihçilərdən ibarət idi. Biz türklərlə söhbət etdik. Bir gün 

onlar İncili və Quranı oxuyub araşdırmış, bu Kitabları yaxşı bilən bir 

adamla görüşmək istədilər. Bizim aramızda Quranı və hətta şəriəti 

də yaxşı öyrənmiş məsihçi bir adam var idi. Çox gözəl söhbətlər 

oldu. İsa Məsihdən danışdıq, çoxlu İncil kitabları paylandı. Daha 

nələr-nələr oldu ki, hır şeyi danışmaq mümkün deyildir. Ancaq onu 

deyim ki, mən bunun vasitəsilə Allahın gözəlliyini daddım. Allahın 

kimisi yoxdur! Allahın övladlarının iman macəraları da saysız-

hesabsızdır! Mən fikirləşirəm ki, biz əbədiyyətdə Allahla birlikdə 

olacağımız zaman bu qürbət dünyasında şahidi olduğumuz bütün 

bu gözəl əhvalatları da yada salaraq Rəbbin gözəl işlərindən ləzzət 

almağa davam edəcəyik.

Sülh  qaynağı  olan  Allah —  qoyunların  böyük  Çobanı  olan 

Rəbbimiz  İsanı  əbədi  Əhdin  qanı  ilə  ölülər  arasından  dirildən 

Allah sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə 

Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata 

keçirəsiniz.  İsa  Məsihə  əbədi  izzət  olsun!  Amin!” (İbranilərə 

Məktub 13:20–21)




65

Mündəricat

Giriş ............................................................................ 4

İman nədir? ................................................................. 5

İmanın mahiyyəti ........................................................ 9

İman, imansızlıq və qorxu ......................................... 13

İman yolunda şübhələr .............................................. 17

İmanda ilk addımlar .................................................. 20

İmanları üçün müsbət şəhadət alanlar ....................... 22

İman yolunda kamil Nümunə İsa Məsih .................... 33

İmanın sınaqdan keçirilməsi ...................................... 36

İmanla Allaha yaxınlaşmaq ........................................ 39

İmanla yeni həyata doğru .......................................... 43

Müasir iman qəhrəmanları ........................................ 45



Mənim şəhadətim ..................................................... 59

Document Outline

  • Giriş
  • İman nədir?
  • İmanın mahiyyəti
  • İman, imansızlıq və qorxu
  • İman yolunda şübhələr
  • İmanda ilk addımlar
  • İmanları üçün müsbət şəhadət alanlar
  • İman yolunda kamil Nümunə İsa Məsih
  • İmanın sınaqdan keçirilməsi
  • İmanla Allaha yaxınlaşmaq
  • İmanla yeni həyata doğru
  • Müasir iman qəhrəmanları
  • Mənim şəhadətim

Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə