Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   2   3   4   5   6   7   8   9   ...   16

7

İman, görünməyən şeylərə əmin olmaqdır. Məlum olduğu kimi

görünən şeylər

[8]


 müvəqqəti, görünməyənlər isə əbədidir. İmanlı-

imansız bütün insanlar görünən fiziki aləmlə əlaqədə olurlar. Lakin 

görmədiyimiz ruhani aləmlə əlaqədə olmaq üçün iman lazımdır. 

Allahı  heç  kim  heç  zaman  görməyib

[9]

, amma imanla biz 



görmədiyimiz Yaradanın varlığına əmin oluruq. “İman  vasitəsilə 

dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən 

şeylər görünməyənlərdən törəndi

[10]


. Müqəddəs Kitabı oxuyub ona 

inandığımız zaman dərk edirik ki, bütün kainat Allahın kəlamı ilə 

yarandı. Biz dünyanın yaranmasını gözümüzlə görmədiyimiz halda

Allaha inandığımız üçün dünyanın Allahın kəlamı ilə yarandığına 

inanırıq. İmanımız, görünməyən şeylərə əmin olmaqdır.

Həvari Paul yazmışdır ki, biz imanlılar “gözlə  görünənə  deyil, 



imana  görə  həyat  sürürük

[11]


. Burada görünənə görə yaşamaqla 

imana görə yaşamaq iki təzadlı həyat tərzi kimi təqdim olunur. 

Dünyəvi insanlar “görməsəm, inanmaram” deyirlər. Ancaq görəndən 

sonra iman lazım olmur. Nəyisə görəndə və ya dəqiq biləndə 

inanmağa gərək qalmır. Görməyəndə isə inanmaq lazımdır. Lakin 

Rəbb gözlə görünməz olduğundan biz Ona yaxınlaşmaq üçün iman 

etməliyik ki, O var və Onu axtaranlara mükafat verir. Bu, imandır, 

görünməyən şeylərə əmin olmaqdır.

Allahı razı salmaq istəyirsinizsə, gözə Görünməyənə əmin olun! 

Musa “gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı

[12]



Burada gözə Görünməyəni görmək kimi qeyri-adi bir hal təsvir 



olunur! Əlbəttə, söhbət Allahdan gedir. Musanın gözə görünməyən 

Allaha imanı o qədər böyük idi ki, o Allahı sanki görürdü. Son 

dərəcə çətin həyatı olan Musa məhz Allahı “sanki görmüş” olduğu 

üçün təqiblərə, əzab-əziyyətlərə və qarşıdurmaya dözə bildi. Paul 

da imanla hər şeyə dözdüyünü yazırdı: “Buna görə biz ümidimizi 

[8]


  2-ci Korinflilər 4:18 “Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə 

dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlər isə əbədidir.

[9]


  Yəhya 1:18; 1-ci Yəhya 4:12

[10]


  İbranilərə məktub 11:3

[11]


  2-ci Korinflilər 5:7

[12]


  İbranilərə 11:27


8

itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-

günə təzələnir. Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir 

şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. 

Gözlərimizi  görünən  şeylərə  deyil,  görünməyən  şeylərə  dikirik. 

Çünki  görünənlər  gəldi-gedər,  görünməyənlər  isə  əbədidir

[13]


Paul öz gözlərini görünən şeylərə deyil, görünməyən şeylərə dikdiyi 

üçün öz əziyyətlərini “müvəqqəti, yüngül” hesab edirdi. Əgər o, 

diqqətini əziyyətlərində cəmləşdirsəydi, imanla yaşaya bilməzdi. 

İmanlı adam Allahı sanki görür və hər şeyə dözməyi bacarır.

[13]


  2-ci Korinflilər 4:16–18


9

İmanın mahiyyəti

İman nədən ibarətdir? İman edən insan Allahın kəlamını bilir

ona  inanır və əməl edir. İman etmək üçün hər şeydən əvvəl 

Allahın nə dediyini bilmək, sonra buna inanmaq və nəhayət buna 

görə konkret hərəkət etmək lazımdır.

Beləliklə,  iman  xəbəri  eşitməklə,  xəbəri  eşitmək  də  Məsihin 

kəlamının təbliğ olunması ilə gəlir

[14]


. İmanımız Məsihin kəlamını 

eşitməkdən başlayır. Yunan dilində “kəlam” deyə tərcümə edilən 

iki söz: loqos və rema var. Bunların hər ikisi “söyləmək” felindən 

əmələ gəlir.



Loqos sözü İncildə remadan çox (loqos təqribən 300, rema isə 70 

dəfə) işlənir. Loqos sözünün mənası həm söz, həm də o sözün ifadə 

etdiyi fikir, anlayış mənasına gəlir. Müqəddəs Kitaba Loqos (Kəlam) 

deyilir. İsa Məsih Özü də Loqos adlanır

[15]

.

Rema sözü isə Allahın konkret vəziyyətdə söylədiyi konkret kəlam 



deməkdir. Allahın müəyyən vəziyyətdə dediyi konkret sözə (remaya) 

Ruhun qılıncı deyilir

[16]

. Şeytan İsa Məsihi sınağa çəkəndə İsa məhz 



rema ilə ona qarşı dururdu: “İsa ona belə cavab verdi: «“İnsan 

yalnız çörəklə deyil, Allahın hər bir kəlməsi ilə yaşayar” deyə 

yazılmışdır».

[17]


 Bu cümlədə işlənən “kəlmə” yunanca orijinalında 

rema”dır. Allahın şəxsən bizə yönəltdiyi konkret söz hər birimiz 

üçün gündəlik çörək qədər vacibdir. Ata Allah İsaya iblisin hər 

sözünə qarşı cavab vermək üçün konkret söz (rema) verdi.

Buna görə də “iman xəbəri eşitməklə, xəbəri eşitmək də Məsihin 

kəlamının təbliğ olunması ilə gəlir

[18]


 sözlərini belə anlamaq olar 

[14]


  Ronalılara 10:17

[15]


  Yəhya 1:1 “Başlanğıcda Kəlam (Loqos) var idi. Kəlam (Loqos) Allahla 

birlikdə idi. Kəlam (Loqos) Allah idi.

[16]


  Efeslilərə 6:17 “...Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.

[17]


  Luka 4:4

[18]


  Ronalılara 10:17


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə