Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   2   3   4   5   6   7   8   9   ...   16

14

əgər  Onun  səsini  eşitsəniz  qoy  ürəkləriniz  üsyan  vaxtı  olduğu 

kimi, səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın»

[38]


İman Rəbbin səsini eşitməkdən başlayır. Əsas odur ki, biz Rəbbin 

səsini eşidək. Ona qulaq asmamaqdan, səsini eşitməməkdən ürəklər 

inadkar olur, daşa dönür.

Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan 

Allahdan uzaqlaşan şər və imansız ürək olmasın

[39]


. Bu sözlər 

qardaşlara, yəni biz, imanlılara deyilir. Biz imanlı olduğumuz üçün 

ürəyimizdə artıq imansızlıq əmələ gələ bilməz, deyə düşünməməliyik. 

Unutmayaq ki, ürəyimiz aldadıcıdır və bizi yaşayan Allahdan 

asanlıqla uzaqlaşdıra bilər. Hamımızın daxilində imanla imansızlıq 

arasında mübarizə gedir. “İman edirəm, kömək et ki, imansızlığım 



yox olsun!

[40]


 harayı məhz bu mübarizəni əks etdirir.

İbranilərə Məktubda bizə imansızlığa qalib gəlmək üçün bir 

məsləhət verilir: “Amma «bu gün» adlanan hər gün bir-birinizi 

ürəkləndirin  ki,  heç  biriniz  günahın  aldadıcılığı  ilə  inadkar 

olmasın

[41]


. Buna görə də biz, imanlılar gündən-günə bir-birimizi 

ürəkləndirməliyik. “Çünki  əvvəldən  bizdə  olan  etimadı  sonadək 



möhkəm saxlasaq, Məsihlə ortaq olarıq

[42]


. Məsihlə ortaqlıq, Allahla 

yaxın dostluq münasibəti bizim “vəd olunmuş torpağımız”, “rahatlıq 

diyarımız”dır. “Bəs O, kimlərə and içdi ki, Onun rahatlıq diyarına 

girməyəcəklər? Məgər itaət etməyənlərə deyil? Beləliklə, görürük 

ki, onlar imansızlığına görə oraya girə bilmədilər

[43]


. Misirdən 

çıxmış İsraillilər məhz imansızlıqlarına görə vəd olunmuş torpağa 

girə bilmədilər. Bu gün biz də imansızlığa təslim olsaq Allahın vəd 

etdiyi mirası əldə edə bklməyəcəyik. İsraillilərin səhradakı üsyanı 

bizim üçün ibrət dərsi olsun, xəbərdarlıq olsun!

Beləliklə,  Allahın  rahatlıq  diyarına  girmək  vədi  hələ  də 



qüvvədə olarkən hər hansı birinizin bundan məhrum olmasından 

[38]


  İbranilərə 3:7–8

[39]


  İbranilərə 3:12

[40]


  Mark 9:24

[41]


  İbranilərə 3:13

[42]


  İbranilərə 3:14

[43]


  İbranilərə 3:18–19


15

qorxaq

[44]


. Bir qayda olaraq, “Qorxma!” deyən İncil burada bizi, 

əksinə, qorxmağa çağırır: Qorxaq! Bu istisnaya diqqət yetirməliyik. 

Burada qorxmaq əmri ona görə verilir ki, Allahın vədindən məhrum 

olmaq ehtimalımız var. “Çünki Misirdən çıxanlar kimi biz də Müjdə 



aldıq.  Amma  onların  eşitdiyi  Kəlam  onlara  xeyir  gətirmədi, 

çünki bu Kəlamı imanla qovuşdurmadılar

[45]


. Bizim də imanımız 

olmasa, Allahın kəlamı bizə xeyir gətirməz. Biz eşitdiyimiz kəlamı 

imanla qovuşdurmalıyıq.

Biz iman etmişlər isə rahatlıq diyarına girməkdəyik

[46]

. İman 


ürəyimizə rahatlıq gətirir. Özünüzü yoxlayın: sizdə bu rahatlıq 

varmı? Yoxsa siz səhrada Allaha üsyan edən inadkar İsraillilər kimi 

yaşayırsınız?

Axırda müəllif bu ayələri belə yekunlaşdırır: “Buna  görə  də  bu 



rahatlıq  diyarına  girməyə  çalışaq  ki,  heç  kəs  eyni  itaətsizlik 

nümunəsinə əməl edib yıxılmasın

[47]


. Qeyd edim ki, bir ayə “Buna 

görə” sözləri ilə başlayırsa, əvvəlki parça ilə bağlı olduğu bəlli 

olur. “Buna görə” sözləri əvvəlki bəhsdən çıxarılan nəticəyə işarə 

edir. Demək, biz bir-birimizi imanla yaşamağa ruhlandırmalıyıq. 

İmansızlığın həmişə itaətsizliyə yol açdığını yadda saxlamalıyıq. 3-cü 

fəslin sonunda “onlar imansızlığına görə oraya girə bilmədilər”, 

4-cü fəslin 6-cı ayəsində isə “itaətsizliyə görə ora girə bilmədilər” 

yazılmışdır. Demək, imansızlıq itaətsizliklə yanbayan gedir. Həm 

iman, həm də itaət qulaq asmaqla, eşitməklə bağlıdır. İbrani dilində 

“itaət etmək” və “eşitmək” eyni sözdür. Azərbaycan dilində də 

“eşitmək” feli dinləməklə yanaşı sözə baxmaq, əməl etmək mənasına 

gəlir. Xülasə, iman dinləməklə və əməl etməklə əlaqəlidir.

Əziz bacı-qardaşlarım! Xeyir-dualı imanlı olmaq istəyirsinizsə, 

Rəbbin sözünü dinləyin və əməl edin. Müqəddəs Kitabın əsas 

mövzusu iman və itaətlə bağlıdır. Yəhya 10:27-də İsa Məsihin 

bu sözlərini oxuyuruq: “Quzularım səsimi eşidir, Mən də onları 

[44]


  İbranilərə 4:1

[45]


  İbranilərə 4:2

[46]


  İbranilərə 4:3

[47]


  İbranilərə 4:11


16

tanıyıram və Mənim ardımca gəlirlər”. Həqiqi məsihçi, “xristian” 

əqidəsinə inanan və bazar günləri “kilsə”yə gedən deyil, Məsihin 



səsini eşidəndir.


17

İman yolunda şübhələr

Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə 

və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. 

Amma qoy heç şübhə etmədən imanla diləsin. Çünki şübhə edən 

adam  küləyin  qaldırdığı  və  hərəkətə  gətirdiyi  dəniz  dalğasına 

bənzəyir. Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq. 

O qərarsızdır, heç bir yolunda sabit deyil”. (Yaqubun Məktubu 

1:5–7)


Sizi bilmirəm, amma mən Allahdan müdrikliyi diləmək barədə 

oxuyanda həmişə hikmətli padşah Süleyman yadıma düşür. Allah 

Süleymana yuxuda “Nə istəyirsən, sənə verim?

[48]


 dedi. Süleyman 

da ondan müdriklik istədi və dünyada ən müdrik adam oldu. Lakin 

bunun maraqlı tərəfi odur ki, Süleyman əslində “Mənə müdriklik 

ver” deməyib. Onun nə dediyini Müqəddəs Kitabdan oxuyaq: “İndi 



mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib sənin 

xalqına hökm edə bilim...

[49]


 Azərbaycan dilinə “dərrakəli ürək” 

deyə tərcümə edilən söz birləşməsi ibrani orijinalında “

עמש בל” — 

eşidən ürək olur. Hər məsihçi “eşidən” ürəyi Allahdan diləməlidir. 

Ancaq diləyəndə Allaha inanmaq lazımdır. Allahın xeyirxahlığından, 

sədaqətindən şübhələnsək, Allahdan heç nə ala bilməyəcəyik.

Şübhə etmək bir növ qərarsızlıq, iki fikir arasında qalmaq, ürəyində 

gah bu — gah o tərəfə əyilmək deməkdir. Allah şübhə edən insanlara 

Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!

[50]


 — deyir. Bəli, 

qərarsızlıq və şübhələr imanın maneələridir, ancaq bəzən imanda 

möhkəmkənmək üçün şübhələrdən keçmək lazım olur. Yalnız 

şübhələrdən keçdikdən sonra sabit imanı əldə edirik. Axı “küləyin 

gətirdiyi hər fikri” şübhə altına almadan qəbul etmək pisdir. Tələsik 

qərara gəlmək də yanlışdır. Sağlam şübhələr bizi səhv qərara 

[48]

  1-ci Padşahlar 3:5



[49]

  1-ci Padşahlar 3:9

[50]

  Yaqub 4:8




Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə