Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   2   3   4   5   6   7   8   9   ...   16

22

İmanları üçün müsbət şəhadət alanlar

İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin 

olmaqdır.  Əcdadlarımız  imanları  üçün  müsbət  şəhadət  aldılar. 

İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, 

beləcə də görünən şeylər görünməyənlərdən törəndi.” (İbranilərə 

Məktub 11:1–3)

Gəlin indi Habil, Xanok, Nuh, İbrahim, Sara, Yusif, Musa və 

Raxav kimi Allahın iman qəhrəmanlarından iman yolunda yaşamağı 

öyrənək. Onlar müsbət şəhadət aldılar. Allah onları müsbət 

qiymətləndirdi. Onlar Allaha etibar etdilər, hələ görmədikləri şeylərə 

əmin oldular. Misal üçün, “Yusif  də  ölərkən  İsrail  övladlarının 

Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz 

sümükləri  barəsində  əmr  verdi

[61]


. Bu əhvalatdan bir az ətraflı 

bəhs edək.

Tövratda yazılıb ki, Rəbb İbrahimə görünüb bu sözləri dedi: 

Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə 



qulluq edəcək və dörd yüz il zülm ediləcək. Ancaq onların qulluq 

edəcəkləri  xalqı  cəzalandıracağam.  Bundan  sonra  onlar  böyük 

əmlakla  oradan  çıxacaqlar...  Sənin  dördüncü  nəslin  buraya 

qayıdacaq...

[62]


 İbrahimin nəticəsi Yusif yad ölkədə qərib olub bu 

sözlərin doğruluğunu gördü. O Allahın dediyi kimi edəcəyinə əmin 

idi və ona görə “qardaşlarına dedi: “Mən ölürəm, amma Allah 

mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa 

və  Yaquba  and  içdiyi  torpağa  aparacaq.”  Sonra  Yusif  İsrailin 

övladlarını and içdirib dedi: “Allah mütləq sizə nəzər salacaq. 

Gedən zaman mənim sümüklərimi də buradan çıxarın.”

[63]


Yusif ümid edilən gələcəyə etibar etdi, görünməyən şeylərə əmin 

oldu. O öləndən sonra əsrlər keçmişdi və bir gün Yusifin iman etdiyi 

[61]

  İbranilərə 11:22



[62]

  Yaradılış 15:13–16

[63]

  Yaradılış 50:24–25




23

görünməyən şey gerçəkləşdi  — İsrail övladları Misir torpağından 

çıxdılar! “Musa  Yusifin  sümüklərini  özü  ilə  apardı,  çünki  Yusif 

İsrail  övladlarına  “Allah  mütləq  sizə  nəzər  salacaq.  Gedən 

zaman özünüzlə sümüklərimi də buradan çıxarın” deyərək and 

içdirmişdi

[64]


.

İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban 



təqdim  etdi.  Bunun  vasitəsilə  saleh  olduğu  təsdiq  olundu, 

çünki  Allah  onun  təqdimləri  barədə  şəhadət  etdi.  Habil  ölmüş 

olduğu halda iman vasitəsilə hələ də danışır

[65]


. Biz ancaq iman 

vasitəsilə Allahı razı salan qurbanı verə bilərik. Allah hələ qədim 

zamanlarda yaşayan ilk insanlara açmışdı ki, Onun istədiyi qurban 

quzudur. Qabil Allahın istəyinə əhəmiyyət vermədi və “torpağın 



bəhrəsindən  Rəbb  Allaha  təqdim  gətirdi

[66]


. Allaha belə qurban 

lazım deyildir. Habil isə “sürüsündə ilk doğulan heyvanlardan bir 



neçəsini və onların piyini təqdim etdi

[67]


. Heç təəccüblü deyildir 

ki, “Rəbb Habili və onun təqdimini qəbul etdi, ancaq Qabili və 



onun təqdimini qəbul etmədi”. Qabil qəzəbləndi və qardaşı Habili 

öldürdü. Lakin Habil ölmüş olmasına baxmayaraq “iman vasitəsilə 



hələ də

[68]


 danışırdı. Rəbb Qabilə dedi ki, “Qardaşının qanının səsi 

torpaqdan  Mənə  fəryad  edir

[69]


. İnanılmaz! Şəhid edilmiş iman 

adamlarının səsi torpaqdan Allaha fəryad edir! Dünyasını dəyişmiş 

imanlılar iman vasitəsilə hələ də danışırlar!

Özünüzü yoxlayın: siz Allaha necə qurbanlar verirsiniz? Rəbb 

sizin qurbanlarınız barədə müsbət şəhadət verirmi? Siz öləndən 

sonra səsinizin eşidilməsini istəyirsinizmi? 2007-ci ildə Türkiyənin 

Malatya şəhərində üç imanlı qardaş Məsihə iman etdiyinə görə şəhid 

edildi. Onların qanı Türkiyə torpağından Allaha fəryad edir! Onlar 

hələ də danışırlar və onların səsi eşidilir. Mən görmədiyim şeylərə 

əmin olaraq, Rəbbin bu üç qardaşın dualarını eşitdiyini söyləyirəm. 

[64]

  Çıxış 13:19



[65]

  İbranilərə 11:4

[66]

  Yaradılış 4:3



[67]

  Yaradılış 4:4

[68]

  İbranilərə 11:4



[69]

  Yaradılış 4:10




24

Ümid edilənə etibar edərək bəyan edirəm ki, onların qanının səsi 

Türkiyədə bir çoxlarını günah qəbrindən dirildəcək və Məsihin izzətli 

Padşahlığına gətirəcək. Bir türk imanlı qardaş “Türkiyədə bir milyon 

adamın xilas olması üçün canımı qurban verməyə hazıram” dedi. 

İman bu deməkdir. Ancaq ümid etmək deyil, Allahın istədiyi hər 

şeyi qurban verməyə hazır olmaq deməkdir. Və biz görmədiyimiz 

şeylərə əminik. Şəhid olmuş o üç adamın cənnətdə olduğuna əminik. 

Özümüz də iman yolu ilə getdiyimiz təqdirdə bir gün onları Allahın 

Padşahlığında görəcəyimizə əminik. Beləcə biz iman qəhrəmanları 

ilə bir cərgədə oluruq! Rəbbə şükürlər olsun!

Xanok  ölümü  görməsin  deyə  iman  vasitəsilə  dünyadan 



götürüldü.  Onu  tapa  bilmədilər,  çünki  Allah  onu  dünyadan 

götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı 

razı salıb. İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. 

Çünki  Allaha  yaxınlaşan  kəs  inanmalıdır  ki,  O  var  və  Onu 

axtaranlara  mükafat  verir

[70]


. Yaradılış kitabında yazılıb ki, 

Xanok “Allaha yaxın idi. Sonra qeyb oldu, çünki Allah onu Öz 



yanına  götürdü

[71]


. Xanokun Allaha yaxınlığı ibrani orijinalında 

“yerimək, gəzmək, ardınca getmək” mənasına gələn 

ךלה (halax

kəlməsi ilə ifadə olunur. Xanok Allahla yaxın münasibətdə idi. O, 

Allahın ardınca gedirdi. O, Allahla ünsiyyətdə olurdu. Bəlkə o, 

insanlardan uzaqlaşıb bir tarlaya, meşəyə və ya dağlara gəzməyə 

gedərdi və gəzə-gəzə Allaha fəryad edər, Allahla söhbət edər, üzünü 

axtarardı. Çox güman ki, o gözə görünməyən Allaha yaxınlaşmaq 

üçün saatlarla Onu düşünərdi, səsləyərdi, eşidildiyinə inanardı. 

Məhz ümid edilənə etibar etməsi, görünməyən Allahla ünsiyyətdə 

olacağına əmin olması sayəsində Xanok buna nail oldu. Allah onun 

yanına gəldi və onunla bərabər “yeridi”.

Fiziki bədəndə yaşayan bir insanla gözə görünməyən Yaradanın 

bir parkda əl-ələ verib söhbət edə-edə gəzişdiyini təsəvvürünüzə 

gətirə bilərsinizmi? Allah insanı yaradanda buna bənzər münasibəti 

arzulamışdır. Yaradılışın ilk çağlarında Adəmin günaha batmasından 

əvvəl Allah Eden bağında onunla gəzişirdi! Axırda Allah bu 

[70]


  İbranilərə 11:5–6

[71]


  Yaradılış 5:24


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə