Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
1   2   3   4   5   6   7   8   9   10   ...   16

25

münasibəti bərpa edəcək və hətta əvvəlkindən də gözəl münasibət 

olacaq. Allah-Taala həvari Yəhyaya bunu vəhydə göstərdi: “Mən 

yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki 

göy  keçib  getmişdi,  dəniz  də  artıq  yox  idi.  Mən  müqəddəs 

şəhərin — yeni Yerusəlimin göydən, Allahın yanından endiyini 

gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. 

Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni 

insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar 

Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında 

yaşayacaq... »

[72]


Siz Allahla ünsiyyətə vaxtınızı sərf edirsinizmi? Onunla yaxın 

münasibət qurmağı çox arzu edirsiniz? Səhər tezdən durub 

Müqəddəs Kitabla tənha bir yerə gedib Allahın üzünü axtarırsınızmı? 

Pul-paradan, vəzifədən, dost-tanışdan, kef-əyləncədən artıq Allaha 

yaxın olmağı arzu edirsinizmi? Buna nail olmaq sizə çox baha başa 

gələcək! Şübhəsiz, bu yolda siz yalandan əl çəkməli, pulunuzu 

qurban verməli olacaqsınız. Az yuxu yatmalı, qürurunuzu qırmalı 

olacaqsınız. Televiziyaya az vaxtınız qalacaq, boş-bekar vaxt 

keçirməkdən, oyun və əyləncələrdən imtina etməli olacaqsınız. 

Özünüzü yoxlayın: bunları qurban verməyə hazırsınızmı? Bunun 

əvəzində bütün dünyanı yaradan uca Şəxslə yaxın münasibəti əldə 

edəcəksiniz. Buna inanırsınızmı? Əgər siz buna hələ əmin deyilsinizsə, 

sizdə heç nə alınmayacaq! Siz tamamilə əmin olmalısınız ki, Allah 

var və Onu axtaranlara mükafat verir. Əgər buna inanırsınızsa, 

Onun üzünü axtaracaqsınız və gec və ya tez Onun səsini eşitməyə 

və Onunla birlikdə “yeriməyə” başlayacaqsınız. Allahla yaxınlığın 

sevincini “xoşbəxt”, “bəxtiyar” kimi sözlər belə, ifadə edə bilməz. 

Həvari Peter saf ürəklə iman edərək Allaha yaxın olmaq barədə 

belə yazmışdır: “siz  Onu  (İsa  Məsihi)  indi  də  görmürsünüz, 

lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz 

sevinirsiniz

[73]


. Özünüz seçin: bu dünyanı axtaracaqsınızmı, yoxsa 

[72]


  Vəhy 21:1–3

[73]


  1-ci Peter 1:8


26

Allahı? “Allaha istehza edilməz

[74]

. Onu axtarsanız, O mütləq sizə 



yaxınlaşacaq və mükafat verəcəkdir!

Növbəti iman dərsimizi Nuhdan götürə bilərik. “Nuh hələ gözə 



görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə 

ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi tikdi. O, iman 

vasitəsilə  dünyanı  məhkum  etdi  və  imana  görə  olan  salehliyi 

irs  olaraq  aldı

[75]


. Alimlərin dediyinə görə Nuh heç vaxt yağış 

görməmişdi. Tufandan əvvəl dünyada yağış yağmamışdı. Yaradılış 

kitabının 6-cı fəslində Allahın Nuha gəmi tikməyi əmr etdiyini 

oxuyuruq


[76]

. Allah Nuha gəmi üçün konkret ölçülər vermişdi ki, 

eramızın on doqquzuncu əsrinə qədər bu ölçülərdə gəmilər heç 

qayırılmamışdı. Nuhun gəmisi bir istisna idi. Bu gün mütəxəssislərin 

dediyinə görə, Allahın Nuha verdiyi ölçülər yük daşıyan gəmilər 

üçün ən münasib imiş. Nuhun bundan xəbəri yox idi — o Allaha 

inandı!

Nuh “gözə  görünməyən  şeylər  barəsində  edilən  xəbərdarlığa 



iman vasitəsilə ciddi yanaşaraq” hərəkət etdi. İsa Məsih “Nuhun 

günləri  necə  idisə,  Bəşər  Oğlunun  zühuru  da  elə  olacaq

[77]


 

dedi. “Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər 



Oğlunun  zühuru  da  belə  olacaq

[78]


. Nuhun dövründə Nuhdan 

və onun evindəkilərdən başqa heç kim gözə görünməyən şeylərə 

inanmadı. Bizim dövrümüzdə də əksər insanlar gözə görünməyən 

şeylərdən bixəbərdirlər. Müqəddəs Kitabdakı xəbərdarlıqlara 

ciddi yanaşmırlar. Buna görə də İsanın zühuru onları qəfildən 

haqlayacaq və onlar imansız hallarında məhv olacaqlar. “Buna 



görə  siz  də  hazır  olun,  çünki  Bəşər  Oğlu  gözləmədiyiniz  vaxt 

gələcək

[79]


. Hazır olun! Nuh hazır olmaq üçün illərlə zəhmət 

çəkdi və şər dövrdə günaha batmış dünyada özünü təmiz saxladı. 

Bütün imanla yaşayanların taleyi eynən belədir. Biz gündən-günə 

[74]


  Qalatiyalılara 6:7

[75]


  İbranilərə 11:7

[76]


  Yaradılış 6:15

[77]


  Matta 24:37

[78]


  Matta 24:39

[79]


  Matta 24:44


27

Rəbb İsanın gəlişinə hazır olmaq üçün zəhmət çəkməliyik. Bizim 

“gəmimiz” imanlılar cəmiyyətidir, İsa Məsihin Bədənidir. İsa “Mən 

cəmiyyətimi… quracağam

[80]


 dedi, və biz iman vasitəsilə bu işdə 

iştirak edir, gündən-günə zəhmət çəkirik. Biz də bu gün dəhşətli

əxlaqsız dünyada yaşayaraq özümüzü təmiz saxlamalıyıq. Müqəddəs 

Kitabın xəbərdarlıqlarına ciddi yanaşırsınızmı? Gündən-günə İsa 

Məsihin gəlişini gözləyə-gözləyə Onun yolunda fədakarcasına 

zəhmət çəkirsinizmi? Yoxsa hər şeyi unudub dünyəvi işlərlə məşğul 

olursunuz? İsa Məsihin bu sözlərini əzbərləyin, onların üzərində 

düşünün: “Özünüzə  fikir  verin!  Qoy  ürəkləriniz  eyş-işrət  və 



sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət 

günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün yer 

üzündə yaşayanların hamısının üstünə gələcək. Ona görə də baş 

verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önünə dura 

bilmək üçün hər an dua edərək ayıq olun

[81]


.

İbrahim çağırılanda iman vasitəsilə itaətkar olub irs alacağı 



torpağa  getdi.  O  hara  getdiyini  bilməyərək  yola  çıxdı.  İman 

vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O, eyni 

vədin  həmvarisləri  olan  İshaq  və  Yaqubla  birlikdə  çadırlarda 

yaşadı.  Çünki  İbrahim  memarı  və  banisi  Allah  olan  bünövrəli 

şəhəri  gözləyirdi

[82]


. Allah İbrahimi vətənini tərk edib hara 

getdiyini bilməyərək yola çıxmağa, qərib kimi çadırlarda yaşamağa 

çağırmışdı. İbrahim Allahın Padşahlığını arzu etdiyi üçün bu dünya 

ilə maraqlanmırdı. “Beş günlük dünya” deyən insanların əksəriyyəti 

həqiqətdə yalnız bu dünyanı düşünür, özlərinə burada “şərait 

yaratmaq” üçün çalışır. İmanla yaşayan məsihçilər isə bilirlər ki

bu dünya Allahın bizim üçün hazırladığı əbədi ev ilə müqayisə 

edilməz! Buna görə də, əziz dostum, İbrahim kimi iman macərasına 

çıxmağa hazır olun! Allahın sizin üçün gözəl planı var. Bəlkə siz 

heç vaxt vətəninizi tərk etməli olmazsınız, amma imanla Allaha 

yaxınlaşsanız, öz vətəninizdə, xalqınızın arasında belə yad və qərib 

kimi yaşayarsınız.

[80]

  Matta 16:18



[81]

  Luka 21:34–36

[82]

  İbranilərə 11:8–10




Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə