Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

                                                                           



                                                                           

                                                                           

                                               

 

 



      

ALLAHIN ADI İLƏ  

 

 

        

          

SƏKKİZİNCİ AY

 

 

              

 

          Müəllif: Məhdi Qulaməli   

         Tərcüməçi: Musa Hüseynli

 


 

 

 



              

Bağışlayan, mehriban Allahın adı iə 

İmam Rza(ə) kimi doğru ülgü və nümunələri tanıtdırmaq və onlar ilə rabitə yaratmaq haqqlı  şiə 

düşüncəsinə rəğbəti olan hər bir şəxsin vəzifəsidir. Keçmiş zamanlardan indiyədək məsum imamların(ə) 

hər birinin şəxsiyyəti və onlar ilə bağlı mətləbləri əhatə edən çoxsaylı əsərlər nəşr olunmuşdur. Ancaq 

nəşriyyat sahəsi, şiələrin – məxsusən iranlıların - (məsumlara olan) məhəbbəti nəticəsində, bu zəminədə 

həmişə  yeni əsərlər işiq üzü görməsinə səbəb olur.  

Bu arada, İmam Rza(ə) barədə yazılan əsərlər digər İmamlara nisbətən daha çox say hesabına malikdir.  

Darul-hədis Müəssisəsinin Mədəniyyət Şöbəsi bu əsərlərə diqqət edib və onları incələyəndən sonra, bu 

nəticəyə gəldi ki, - az bir qismini çıxmaq şərti ilə- səkkizinci imam barədə bu fars dilində çap olunmuş 

kitabların çoxunda belə çatışmamazlıqlar var: “Qədim üslublardan istifadə, səhifə və cildlərin çoxluğu, 

elmi mənbənin olmaması, incəsənət sahələrindən məhrum olmaq və kamil olmaması.” Bu əsasla 3102-

cü ildə, mehriban imamın düşüncələrinin yayılmasına öhdədar olan “imam Rza hədisləri”-nin milli 

konqresində, imam Rza ilə əlaqədar əsərlərdən ibarət yeni bir kolleksiya yaradılmasına qərarlaşdırıldı. 

Beş xüsusiyyət: “Mötəbər mənbələrdən istifadə”, “İxtisarla bəyan etmək”, “İncəsənət sahələrindən 

istifadə”(dizayn, qrafika və s.) “Mövzuların müxtəlifliyi” və “Növbənöv zövqlü insanların istifadə etmə 

qabiliyyəti” qarşınızda olan kolleksiyanın digər oxşar kitablardan fəqrləndirən cəhətlərdir.  

Qeyd etdiyimiz kolleksiya aşağıdakı altı kitabdan ibarətdir: 

0-

 



“Səkkizinci ay” kitabı, Məhdi Qulaməli, İmamın viladətdən şəhadətə kimi olan yaşayışı, qısa mətn 

qalibində və (həzrətin şərəfli ömrü ilə təsadüf edən) rəvan və elmi 55 bölmə. 

3-

 

“Sənin cənnət baxışın” kitabı, imam Rzanın şəxsiyyətini və yaşayış tərzini bəyan edən qısa 



dastanlar məcmuəsi, dastan üslubunda xarakterizə etmək metodu üzərində.  

2-

 



“Dəryanın kənarında” kitabı, Hüseyn Əlizadə, bu əsər iki fəsli əhatə edir: “Həkim Sənayidən 

bugünəcən (təqribən min il) imam Rza barədə seçilmiş şerlər məcmuəsi” və “Tək beytli qısa 

şerlər və İmam Rza barədə olan rubailər (dörd misradan ibarət şerlər).”  

4-

 



“Burda səma çox yaxındır” kitabı, Mustafa Purnicati, dolayı şəkildə imamşünasliğa işarə edən, 

İmam Rza ziyarəti mövzusu ilə yazılan ürək sözləri.  

5-

 

“Tus xristiyanları” kitabı, Həmid Əhmədi Culfayi, İmam Rzanın kəramətlərindən 41 kəramət. 



6-

 

“İmam Rza barədə kitabtanıma” kitabı, Hadi Rəbbani, ümumi kütləni faydalandıracaq seçmə 



mənbələri tanıtdırma, kitabtanıma şaxələri ilə bahəm 03 mövzü. 

Bu kitab məcmuəsinin ərsəyə gəlməsində zəhməti keçən bütün dəyərli yazarlara minnətdarlığımızı 

bildirir və bu kolleksiyanın, oxucuların bilik səviyyələrinin artmasına və onların razılıqlarlarına səbəb 

olmasına ümid edirik.  



Mədəniyyət və rabitə şöbəsi  

 

                                               Müqəddimə 

İlahi! Əli ibni Musa Rzaya(ə) salam və salavat göndər. 

İmam Rza əqidə, məzhəb və dinindən asılı olmayaraq bütün iranlıların müştərək nöqtələrindən biridir. 

İmam Rzanın İrana təşrif gətirməsindən də qabaq, o dövrün dünya müsəlmanları arasında  iranlılar 

peyğəmbər ailəsinə olan məhəbbətləri ilə tanınırdılar. Günəş karvanının daxil olması Şələmçədən tutmuş 




 

 

Sərəxsi və sonra Mərvi, bir sözlə hər yeri nurlandırdı və bu məhəbbəti daha da artırdı. Necə ki, Tus və 



Sənəbad imamın şərif qəbrinə ev sahibliyi etdikləri üçün fəxr edirdilər, bu gün də hər bir iranlı bu böyük 

nemətin İran torpağında oldu üçün qürür hissi duyur.

 

Ey Gözəl ! Ey rəhbəri-qəriban,  

Sənsən qərib olanlara çün əyan. 

Kaş ki, burdan keçməyini görəydim, 

Xorasanda ünvanini biləydim

1

 

Sonuncu peyğəmbərin hər tərəfi əhatə edən nurundan sonra imamət kitabı açıldı. Bu kitabın hər fəsli, bir 

ilahi höccətin həyatındakı təlaşını və məzlumiyyətini sərgiləyən bir səhnədir. Bu kitabın səkkizinci fəsli də 

digər iftixar olunası fəsillər kimi peyğəmbərin səkkizinci canişininin əzəmətini gözlər önündə canlardırır. 

Hər il imam Rzanın şəxsiyyəti barədə onlarla təzə əsər yazılır. Buna ən mühüm və tənha səbəb kimi, o 

imama olan məhəbbəti göstərmək olar. Əlinizdə olan "Səkkizinci ay" kitabı dörd xüsusiyyətə malikdir: 

0)Mötəbər və qədim mənbələr əsasında ımam Rzanın yaşayış tərzi. 

3)Mühüm və elmi mətləblərin, sadə şəkildə bəyan edilməsi 

2)Hər bölmədə ixtisara (qısa və yığcam formada olmaq) riayət etmək 

4)İmamın bioqrafiyasını, doğumundan şəhadətinə kimi, (həzrətin şərəfli ömrü ilə təsadüf edən)  əlli beş 

bölmədə tənzim etmə  

Ümid edirik, bu əsər əziz həmvətənlərimizin bu dəyərli imamla daha yaxşı tanış olmalarına, mütəal 

Allahın qəbuluna və imam Rzanın razılığını əldə etməyimizə səbəb olacaq. 

Rza gər razisa Allah da razi 

Allah da razisa kimdi narazi? 

 

Mehdi Qulaməli 

Müqəddəs Məşhəd şəhəri, Gövhərşad məscidinin kitabxanası 

11

 zilqədə, 

62

 şəhrivər 

1936

 

 

                                                               



Həbəşidən bir xanım 

Şimali Afrika müsafirlərindən ibarət olan gəmi Cəddə limanında dayanmışdır. Müsafirlər, Şimali 

Afrikanın bir çox hissəni quruluqdan keçəndən sonra, qərbin uzaq məntəqələrindən həbəşiyə 

gələrək, ordan dəniz yolu ilə özlərini hicaza çatdırmışdılar. 

Bir neçə gün keçdi və onların karvanı Mədinə şəhərində qərar tapdı. Uzun yola və qarşıya çıxan 

çətinliklərə tab gətirmək hamı üçün çətin idi, məxsusən xanımlara. Karvanın qədim və təcrübəli  

tacirlərindən biri, Mədinədə satmaq üçün özü ilə on kəniz gətirmişdir. Bazara kəniz almaq üçün 

müxtəlif şəxslər gəlirdi.  

                                                             

0

 Kitabda olan şerlərin, şer qalibində tərcüməsi Səfər Abdullayevə məxsusdur.  




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə