Allahın isimləri


(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)



Yüklə 0,91 Mb.
səhifə2/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   15

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

ALİYY

Çox uca olan

Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O ucadır, hikmət sahibidir! (Şura surəsi, 51)

Allah Özünü Quranda bizə tanıdıb: Bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah ucadır. Göylərin, yerin və bu ikisi arasında olanların yeganə sahibi Odur. Ondan başqa ilah yoxdur, Allah insanların şirk qoşduqlarından çox Ucadır. Bütün mülk Allaha aiddir; O, hər şeyə gücü çatandır. O, Uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir.

Şübhəsiz “ən gözəl adlar” Allaha aid olduğu üçün Onu əskiksiz olaraq tərif etmək mümkün deyil. Allahı ancaq Özünün bizə bildirdiyi qədər tanıya bilirik, ucalığını ancaq Quran ayələriylə təqdir edə bilirik. Allah, bir ayəsində Öz ucalığını bu cür tərif edib:

Allah, Ondan başqa ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

ALİM

Hər şeyi çox yaxşı bilən

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)

İnsanlar düşünə biləcək şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir mövzu üzrə mütəxəssisləşirlər. Məsələn, fizika mühəndisi fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yeni tarix üzə mütəxəssisləşmiş tədqiqatçı yeni tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.

Yuxarıda saydıqlarımız, əlbəttə, 'bilmək' felinin insanlarla əlaqədar olan qismidir. Ancaq 'bilmək' felinin insanların əsla təsəvvür edə bilməyəcəyi, güç çatdıra bilməyəcəyi bir ölçüsü var: Allahın bilməsi...

Allah göylərin, yerin, bu ikisi arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, hər an meydana gələn bütün hadisələrin məlumatına sahibdir. Çünki hamısının Yaradıcısı Odur. Üstəlik Allahın 'bilməsi' sonsuzdur; Allah eyni anda dünya üzərində doğan və ölən insanların kim olduqlarını, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktikanın içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da əsla bitirə bilməyəcəyimiz hər şeyi bilir. O, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın, bitkinin hüceyrələrində kodlanmış şifrələri də bilir.



İnsanın unutmamalı olduğu çox əhəmiyyətli bir sirr var: Allah yuxarıda sayılan bütün detallarla yanaşı insanın daxilini, ağlından keçənləri, gizli və ya açıq işlədiyi bütün əməlləri də bilir. İnsan, içində yaşadığı duyğularını, düşüncələrini, sıxıntılarını yalnızca özünün bildiyini zənn edir, amma bu böyük yanılmadır. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah, insanın daxilinə və xaricinə də hakimdir. Belə ki, Allahın bu sonsuz biliyi bir çox ayədə bildirilmişdir:

Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)

Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir! (Nur surəsi, 41)

Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir. (Yasin surəsi, 38)

Bilin ki, Allahdan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir. (Hud surəsi, 5)

(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır! (Bəqərə surəsi, 95)

Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir! (Ənfal surəsi, 17)

ASİM

Qoruyan

(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!”… (Hud surəsi, 43)

İnsan aciz olduğu üçün hər an, hər cür çətinliklə qarşılaşa bilər. Məsələn, dünya hər an təbii fəlakətlərin meydana gəldiyi yerdir. Zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez-tez rast gəlinən hadisələrdir. Eyni şəkildə insanı mənən çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unutmamalı olduğumuz bir gerçək var: İnsan nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın Allahın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allahdır. Quranda bu vəziyyət belə bildirilmişdir:

De: “Gizlində dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?” De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Sonra siz yenə də şərik qoşursunuz?” (Ənam surəsi, 63-64)

İnsanlar tək qaldıqda əllərindəki maddi imkanların, yaxınlarının onlara heç nə ilə kömək edə bilməyəcəyini anladıqları anlarda, ya da sağlamlıqlarını itirdikləri zaman Allahı zikr edir, Ondan kömək diləyirlər. Ancaq O, özlərini qurtardıqda yenə nankorluq edib başlarına gələnləri unudurlar. Dünyada Allahdan başqa qoruyucu tapa bilməyəcəyini anlamayan, Onun hər cür köməyinə baxmayaraq, nankorluqda dirənən bu şəxslər axirətdə sonsuz əzabla qarşılaşaraq gerçəyi görəcəklər.

Bu şəxslərin vəziyyəti ayədə belə xəbər verilir:

(Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar! (Nisa surəsi, 173)



BAİS

Göndərən (peyğəmbər), oyandıran, dirildən

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Bəqərə surəsi, 28)

Şübhəsiz, yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq bütün insanlar ölümlüdür. Hər kəs bir gün öləcək və məzara qoyulacaq. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq, insanların böyük əksəriyyəti ölümü düşünmür və məzara qoyulduqdan sonra təkrar dirildiləcəklərini də görməməzlikdən gəlirlər. Quranda bu şəxslərin vəziyyətləri belə xəbər verilir:

Deyirlər: “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” (Naziat surəsi, 10-11)

Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilir:

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! (Yasin Surəsi, 78-79)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, Allah bütün insanları ilk dəfə yaradandır. Gəlmiş-keçmiş bütün insanları bir-birlərindən fərqli xüsusiyyətlərlə yaratmışdır. Belə ki, bu gün bilindiyi kimi hər insanın barmaq ucuna qədər bir çox xüsusiyyəti digər insanlardan fərqlidir. Şübhəsiz, onları ilk dəfə yaradan Allah ikinci dəfə və hətta sonsuz sayda eyni şəkildə yaratmağa qadirdir. Necə ki, Allah bunun dəlillərini bizlərə yer üzünün dirilməsində göstərir.

Ətrafımıza baxdığımız zaman hər payız bütün təbiətin “öldüyünə” şahid oluruq. Bu “ölüm” bütün qış mövsümü ərzində davam edir. Ancaq yaz gəldiyi zaman ağacların qupquru olmuş budaqlarında yenidən rəngarəng çiçəklərin, yamyaşıl yarpaqların çıxdığını, bütün təbiətin canlanaraq yaşıllandığını görürük. Üstəlik bu “ölümdən sonra diriliş” minlərlə ildir heç dayanmadan davam edir. Belə ki, insanın ölümündən sonra dirilişi də Allah üçün bu dərəcə asandır. İnsanın dirildilməsi ilə təbiətin dirildilməsi arasındakı bu bənzərliyə Allah ayələrində belə diqqət çəkmişdir:

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız. (Rum surəsi, 19)

Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O hər şeyə qadirdir! (Rum surəsi, 50)

Allahın “Bais” sifətinin bir başqa mənası da “peyğəmbər” göndərəndir. Allah insanlara xəbərdarlıq edən, qorxudan, müjdə verən elçilər göndərmiş və onları doğru yola dəvət etmişdir. Elçilərindən bəzisinə insanları qaranlıqdan işığa çıxaracaq kitablar vəhy etmişdir. Şübhəsiz, bu, Allahın insanlara böyük bir lütfüdür. Quranda belə buyurulur:

İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)

Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali-İmran surəsi, 164)

BAQİ

Davam edən, fani olmayan

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

Kainatdakı bütün varlıqlar ölümə məhkumdur. İnsan doğulur, yaşayır və dünyada yaşadığı məhdud ömrün sonunda ölür. Bu son bütün insanlar üçün qaçılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölürlər. Məsələn: ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən sonda ölümə məhkumdur. Canlı olan hər şey həyatını bitirib torpağın altına girəcək və yox olacaq.

Eyni şəkildə cansız varlıqların da sonu var. Zamanla hamısı məhvə məhkumdurlar. Məsələn, min illərlə bundan əvvəl ehtişam içində yaşamış qövmlərdən bu gün yalnız xarabalıqların geriyə qaldığını görürük.

Neçə-neçə məmləkəti zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı. (Həcc surəsi, 45) ayəsiylə bu gerçəyə diqqət çəkmişdir.

İçində yaşayan varlıqların sonu olduğu kimi kainatın da sonu var. Kainatdakı bütün göy cisimləri, günəş, ulduzlar, bir gün enerjilərini bitirib yox olacaqlar və ya Allah dilədiyi başqa bir səbəblə bütün kainatı yox edəcək, qiyamət günü ilə əlaqədar olan vədini reallaşdıracaq.

Görüldüyü kimi hər şey sonludur; kainat da, yaradılmış bütün varlıqlar da...

Allah isə yaradandır. Və sonsuzluq yalnız Özünə aiddir.

Rəbbimiz, insanlara Quranda belə buyurur:

Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər başa düşmürsünüz? (Qəsəs surəsi, 60)

BARİ

Yaradan, qüsursuzca var edən

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

Yaşadığımız kainatda hara baxsaq tarazlıq və ahəngə rast gəlirik. Xüsusilə, elm sahəsində yeni inkişaflarla bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşir. Görünən odur ki, kainat üzərində var olan hər sistem üstün bir ağılın dizaynıdır. Bu üstün ağılın sahibi hər şeyi heyrətamiz nizam içində var etmişdir. Kainatdakı hər cisim, yer üzündə yaşayan milyardlarla canlı müdhiş bir ahəng içində varlıqlarını davam etdirirlər. Təbiətdəki nizam heç bir şəkildə pozulmur və milyonlarla ildir son dərəcə sabit şəkildə davam edir.

Yalnız dünya üzərindəki həyatı araşdırdığımızda belə bir çox heyrətamiz detalla qarşılaşırıq. Ətrafımız fərqində olduğumuz və ya olmadığımız saysız yaradılış dəlili ilə doludur. Məsələn, havadakı qazların qarışığı bütün canlıların həyatlarını davam etdirə bilməsi üçün ən əlverişli şəkildə təşkil olunmuşdur. İnsanlar və heyvanlar yaşamaq üçün oksigen alıb, karbon 4 oksid verirlər. Ancaq bu əməliyyat dayanmadan davam etdiyi üçün havadakı oksigen miqdarı azalıb, karbon 4 oksidin miqdarı artaraq mövcud tarazlığı pozmur. Çünki burada çox incə nizam var: insanların və heyvanların əksinə bitkilər həyatlarını davam etdirərkən karbon 4 oksid alıb, oksigen verirlər. Buna görə də insanların və heyvanların aldığı oksigen bitkilər vasitəsi ilə təkrar qaytarılır və dünyadakı tarazlıq qorunur.

Şübhəsiz, bu nümunə dünya üzərində görə biləcəyimiz yaradılış dəlillərindən sadəcə biridir. Həm mikro, həm də makro aləmi araşdırdıqda bunun kimi saysız nümunə ilə qarşılaşmaq mümkündür. Əgər kainat və kainatla yanaşı dünya üzərindəki canlılar varlığını davam etdirə bilirsə, bu, üstün ağıl sahibi, hər şeyin Yaradıcısı olan Rəbbimizin “hər şeyi bir-birinə uyğun olaraq yaratması” ilə mümkündür. Allah bir ayəsində belə buyurur:

O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, nəfsinizi öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!” - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır. (Bəqərə surəsi, 54)

BASİR

Yaxşı görən

Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk surəsi, 19)

İnsanın görüş sahəsi, şübhəsiz, çox məhduddur. Sadəcə gözlə görə biləcəyimiz məsafə ən çoxu bir neçə kilometrdir. Üstəlik bu da ancaq açıq havada, yüksək bir yerdən baxılsa mümkün olur. Ancaq şərtlər nə qədər uyğun olsa da görə bildiyimiz ən uzaq yer dumanlı görüntüdən başqa bir şey deyil.

İnsan bəzi vəziyyətlərdə (xüsusilə də tək qaldığı zaman) özünü heç kimin görmədiyini zənn edir. Gizli iş görərkən, gizlənərkən, ətrafında heç kim olmadıqda özünü heç kimin görmədiyindən əmindir. Bu cür mühitlərdə insanlar istədikləri hər şeyi edə biləcəklərini, heç kimə qarşı məsul olmayacaqlarını, etdikləri səhvlərin əsla qarşılarına çıxmayacağını zənn edirlər.

Halbuki, bu səhvdir. Çünki insanın unutduğu çox əhəmiyyətli bir gerçək var: Allah hər an hər şeyi bütün detallarıyla görəndir.

İnsan gözləriylə, ancaq müəyyən bir sahəni gördüyü halda, Allah o adamın olduğu otağı, onun xaricindəki digər otaqları, o evin hamısını, o evin yerləşdiyi şəhəri, şəhərin içində olduğu ölkəni, onları əhatə edən qitəni, bütün bunların hamısını əhatə edən Dünyanı, bütün planetləri, kosmosu və onun da kənarındakı sərhədləri eyni anda görür. Quranda Allahın hər şeydən xəbərdar olduğu belə bildirilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)

Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (Bəqərə surəsi, 110)

Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir. (Ali-İmran surəsi, 163)

Ayələrimizi inkar edənlər Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir. (Fussilət surəsi, 40)

BATİN

Gizli

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)

Hal-hazırda olduğunuz otaqda ətrafınıza baxın. Gözlərinizlə görə bildiyiniz hər şeyin “hazırlanmış” olduğunu görərsiniz. Qapı, stolun üzərindəki maqnitofon, divara asılmış şəkil, pəncərə... Bütün bunların kimsə tərəfindən hazırlanıb, oraya yerləşdirildiyindən əminsiniz. İndi də pəncərədən çölə baxın. Gördüyünüz mənzərədə böyük ehtimalla dəniz, ağaclar, Günəş, səma, uçan quşlar, bəlkə ada və ya bunlara bənzər detallar olacaq. Əgər gecədirsə, səmada parıldayan ulduzları və Ayı da seyr edə bilərsiniz. Bəs oturduğunuz otaqdakı əşyaların kimsə tərəfindən hazırlanmış olduğuna əmin olduğunuza görə, çöldə gördüklərinizin də hazırlandığı dəqiq deyilmi?

Əlbəttə, dəqiqdir. Əgər divardakı şəklin təsadüfən meydana gəlib oraya gəldiyini iddia edə bilmirsinizsə, Günəşin, ulduzların və Ayın da təsadüfən meydana gəlib səmadakı yerlərini aldıqlarını əsla iddia edə bilməzsiniz. Yerdə və göydə gördüyünüz hər şeyin hazırlayanı, istehsalçısı, Yaradıcısı var. Belə ki, hər şeyi üstün sənətlə var edən Rəbbimiz yaratdığı şeylərlə Özünü bizə tanıdır.

Pəncərədən çölə baxdığınızda Onu görə bilməzsiniz, çünki Allahın varlığı, gücü və sənəti yaratdığı şeylərlə açıq-aşkar görünməsinə baxmayaraq, Şəxsi gizlidir.

Allahın yuxarıdakı ayədə bildirilən 'Batın' sifətinin mənası budur. Onun varlığı və hakimiyyəti kainatdakı hər nöqtədə açıq-aşkar görülür, ancaq insanlar Onun Şəxsini görə bilməz. Onu (Allahın diləməsi xaricində) heç kim görə bilməz, amma O hər yeri əhatə etmişdir. Aşağıdakı ayədə bildirildiyi kimi:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)

BASİT

Açan, genişlədən, bollaşdıran

Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)

Allah Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınırlar və Onu vəkil edirlər. Bunun qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırır.

Bu mövzuda Quranda verilmiş bir çox nümunə var. Məsələn, hz. Musa və ona tabe olan İsrailoğulları Fironun zülmünə görə yurdlarından çıxmaq məcburiyyətində qalmışdılar. Ancaq Firon onları təqib etmiş və tutmaq üçün ordusuyla birlikdə onları izləmişdir. Bu qaçış əsnasında Fironun ordusu ilə dəniz arasında qalan İsrailoğulları “həqiqətən tutulduqlarını” zənn etmişdilər. Lakin Allah hz. Musanın duasını qəbul etmiş, möcüzə göstərərək dənizi yarmış və İsrailoğullarını Fironun zülmündən qurtarmışdır. Üstəlik bunun ardından Fironu və ordusunu yox etmiş, onların çıxdıqları yerlərə İsrailoğullarını varis etmişdir.

Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! (Nisa surəsi, 100) ayəsi də təcəlli etmişdir.

Şübhəsiz, Allahın vədi bütün inanan qulları üçün hər dövrdə etibarlı olub və olacaq. Bir ayədə belə xəbər verilir:

Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, görəndir! (İsra surəsi, 30)

BƏDİ

Nümunəsiz olaraq yaradan

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da olar. (Bəqərə surəsi, 117)

Ən qabiliyyətli, ən ağıllı insanın kəşf edə biləcəyi yenilik, düşünə biləcəyi fərqli fikir, ancaq o günə qədər öyrəndikləri və ətrafında gördükləri ilə məhduddur. İnsan yer üzünə beş hiss ilə gəlmişdir və bu hisslərdən başqa altıncı hissi təxəyyül etməsi belə mümkün deyil. Üstəlik, sahib olduğu hissləri də, ancaq müəyyən çərçivədə istifadə edə bilir. Məsələn, müəyyən rəngləri görür, müəyyən tezliklərdəki səsləri eşidir. Buna görə də yer üzündə olmayan bir şeyi düşünməsi, kəşf etməsi, ağlına gətirməsi əsla mümkün deyil.

Necə ki, bu gün elmi kəşflərin bir qismini araşdırdığımız zaman insanların təbiətdə gördükləri canlıları və bunların arasındakı qüsursuz sistemləri özlərinə nümunə götürdüklərini görürük. Məsələn, delfinlərin burun çıxıntısı müasir böyük gəmilərin hazırlanmasında istifadə edilir. Radarların iş prinsipi yarasaların səs dalğaları yayaraq çalışan qəbul etmə sistemi ilə eynidir. Bunlar kimi daha bir çox nümunə də verilə bilər. (Baxın Harun Yəhya, Düşünen İnsanlar İçin <http://www.harunyahya.org/bilim/dusuneninsanlar/dusunengiris.html>, İstanbul: Qlobal nəşriyyat)

Halbuki, Allahın elmi sonsuzdur. İnsanın ətrafında gördüyü və görə bilmədiyi hər şeyi Allah nümunəsiz yaratmışdır. Kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta sadəcə bir hüceyrənin belə olmadığı zamanda Allahın diləməsi və “OL” deməsiylə atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət olan qüsursuz bir sistem meydana gəlmişdir. İnsanların minlərlə il sonra kəşf etdikləri mikrodünyadan, ancaq 20-ci əsrdə xəbərdar olunan göy cismlərinə qədər hər şey Allahın hazırladığı sistemlərdir və Onun təyin etdiyi qanunlara tabedir. Allah heç bir nümunə yox ikən kainatı və içindəki hər detalı meydana gətirmişdir. Allahın hər şeyi yaradan olduğu ayələrdə belə xəbər verilir:

De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü (Ona) tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!” (Əraf surəsi, 29)

O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! (Ənam surəsi, 101)

BƏRR

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə