Allahın isimləri


Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır



Yüklə 0,91 Mb.
səhifə5/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   15

Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səbə surəsi, 21)

Allahdan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir. Sən onların mühafizəçisi deyilsən. (Şura surəsi, 6)

HAKİM

Hökm edən, haqqı yerinə yetirən

(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ən'am surəsi, 114)

Allah insanları yaratmış, yaxşılıq edənlərlə pislik edənləri ayırmaq üçün imtahan yeri olan dünyaya yerləşdirmişdir. Bundan başqa, insanlara elçilər göndərmiş və elçilərinə də doğrunu səhvdən ayırmalarını təmin edəcək hökmləri olan kitablar vermişdir. İnsanlıq tarixi boyunca bütün elçilər göndərildikləri qövmləri Allahın əmr etdiyi hökmləri olan bu haqq kitablarla xəbərdar edib qorxutmuşlar, onları doğru yola çağırmışlar.

Ancaq zaman içində elçilərin gətirdiyi kitablar insanlar tərəfindən təhrif edilmiş, Allahın göndərdiyi hökmlər inkarçı sistemlərin öz mənfəətlərini qoruyan səhv hökmlərlə dəyişdirilmişdir. Lakin Allah insanlara yenə özlərini 'doğru yola çatdıracaq bir rəhbər' olaraq Quranı endirmiş və "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq." (Hicr surəsi, 9) ayəsi ilə içindəki hökmləri qiyamətə qədər qoruyacağını vəd etmişdir.

Əlbəttə, Quran insanın qarşılaşacağı hər hadisədə doğru olanı tapmaq, doğruya çatmaq üçün müraciət edəcəyi yeganə qaynaqdır. Çünki Quran, Allahın hökmlərini ehtiva edən tək haqq kitabdır və Allahın göndərdiyi bu kitaba tabe olanlar, Allahın əmrlərinə itaət edənlər doğru yolu tapanlardır. Dünyada Allahın hökmləriylə hökm edən, Onun əmrlərinə itaət edənlər, əlbəttə, axirətdə də qazanc içində olacaqlar.

HASİB

Haqq-hesab çəkən

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)

Allah insanı yaradır və hələ o ana bətnindəykən ona surət verir. Hər insanı diqqətlə və tam fərqli bir yaradılışla dünyaya gətirir. Daha heç bir şeyin şüurunda deyilkən onu qoruyur, bəslənməsini və inkişafını təmin edir. Ana bətnində keçən doqquz aylıq müddət insan üçün qaranlıq bir dövrdür. Heç kim bu dövrü və doqquz ay içində Allahın özü üçün necə inanılmaz möcüzələr reallaşdırdığını bilmir. Lakin Allah, insan tək bir hüceyrə ikən belə onun ilk halına şahiddir. Uşaqlıq dövrü də eyni şəkildədir. İnsanın yaddaşında uşaqlığıyla da əlaqədar yalnız bir neçə xatirə qalır. Amma Allah o bilməzkən belə hər an yanındadır, hər etdiyinə şahiddir.

Allahın şahid olduğu yalnız insanın əməl olaraq etdikləri deyil, həm də içindən keçirdikləridir. Çünki Allah insanın həm içinə, həm xaricinə qısaca ruhuna tamamilə hakimdir. O, nəfsini müdafiə edərək nəyi nə üçün etdiyini bilməzkən belə Allah onun hər hərəkətini nə məqsədlə etdiyini bilir. İnsan tək bir hüceyrə halındaykən də, ölmək üzrə son nəfəsini verərkən də Allah onun etdiklərinə şahiddir. Dünyada yaşadığı vaxt ərzində oturarkən, danışarkən, yemək yeyərkən, yatarkən, gecə-gündüz hər saniyə etdiklərini bütün detallarıyla bilir, ağzından çıxanı eşidir, ağlından keçirdiyi hər düşüncəni bilir. Heç bir şey Ondan gizli qalmır.

Halbuki, insan həyatı boyu etdiyi işləri, söylədiyi sözləri unudur. İllər keçdikcə zehnindəki xatirələr bulanıqlaşır. Keçmişdə yaşadıqlarını saymağa çalışsa çox az şey saya bilər. On il əvvəl yaşadığı bir hadisə özünə xatırladılıb o an nə düşündüyü soruşulsa heç bir şey xatırlaya bilməz. Sanki bütün yaşadıqları zehnindən silinmişdir, geriyə çox az bir qalıq qalmışdır. Allah isə bütün insanların həyatları boyunca etdiklərini, hər saniyə ağıllarından nələr keçdiyini bilir. Hesab günü hər kəsin önünə pisliklərini, yaxşılıqlarını, saleh əməllərini və günahlarını əskiksiz gətirəcəkdir. Buna görə insan Allahın özünə şahid olduğunu əsla unutmamalıdır. Allahın Hasib sifəti ayələrdə belə xəbər verilir:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan ) insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər. (Nisa surəsi, 6)

HAYY

Diri, hər şeyi bilən və hər şeyə gücü çatan

O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin surəsi, 65)

İnsan acizdir və çox az şeyə gücü çatmır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarışüurlu halda keçir. Bu dövr ərzində qulluğa möhtacdır. Bundan sonra yaşadığı həyatın isə böyük bir hissəsi öz bədəninə baxmaqla, təmizlənməklə keçir. Əgər bu sayılanları etmək istəməsə və təxirə salsa qısa müddət ərzində pis vəziyyətə düşür.

Bundan başqa insanın bədənlə əlaqədar ehtiyacı olan böyük bir qüsuru daha var: Yuxu. İnsan ömrünün hardasa üçdə biri yuxuda keçir. Yuxuya ayıracağı zamanlarda başqa nə isə etmək istəsə belə, buna bir-iki gündən çox dözə bilmir. Hətta 24 saat yatmayan insanın şüurunda bulanıqlıq, idrakında yavaşlama görünür. Həmişə təbii olaraq etdiyi işləri görə bilmir, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilmir, hətta danışmaqda çətinlik çəkməyə, bildiyi şeyləri unutmağa başlayır.

Əlbəttə, insan və insan kimi yaradılmış olan digər bütün canlılar aciz varlıqlardır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah isə Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə güc yetirir, Onu yuxu və mürgüləmə tutmur, hər cür acizlikdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əskiklikləri bilib yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsana düşən də Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyəcəyini, tək bir saniyə belə həyatını davam etdirə bilməyəcəyini bilərək Rəbbimizə yönəlib dönməsidir. Allahın Hayy sifətinin xəbər verildiyi ayələrdən bəziləri bunlardır:

Allah... Ondan başqa ilah yoxdur. Diridir, Qəyyumdur. (Ali-İmran surəsi, 2)

Sən, əsla ölməyən və daim diri olan (Allah)a təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər. (Furqan surəsi, 58)

(O gün) üzlər (əbədi) Yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha surəsi, 111)

HAQQ

Varlığı heç dəyişmədən dayanan

Bu belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür. (Loğman surəsi, 30)

Zaman və məkan canlı-cansız hər şey kimi 'yaradılmış' anlayışlardır. Zaman və məkanın heç olmadığı bir anda yoxdan bir maddə aləmi yaradılmış və bu aləmin daxilində zaman-məkan anlayışları meydana gəlmişdir. Belə ki, zaman içində geriyə getdiyimizdə bir sərhədlə qarşılaşırıq və bu sərhədin gerisinə əsla gedə bilmirik. Bir hadisə üçün istifadə edə biləcəyimiz ən qədim ifadə 'kainatın yaradılış anıdır'. Hətta bu gün elm sahələrində təsbit edilən sərhəd, kainatın yaradılma anından etibarən 10-43 saniyədir. Bu zaman dilimindən əvvəl nə vaxt, nə də məkan təyin edilmir.

Bu an qarşımıza zamanın və məkanın olmadığı vaxt çıxır. İnsanın tabe olduğu bu iki anlayış müəyyən bir anda 'yaradılmış' olduqlarına görə bu 'yaradılışdan əvvəl bir zamansızlıq və məkansızlıq' mövcud idi. Bizim əsla xaricinə çıxa bilmədiyimiz bu anlayışları yaradan onların xaricində olan Allahdır.

Allah zamandan və məkandan münəzzəhdir və dolayısilə varlığı hər zaman mövcuddur, əsla dəyişməz. Tək gerçək varlıq Odur, Onun Şəxsi xaricində hər şey ancaq Onun 'ol' deməsiylə var olmuşdur. Allahın Şəxsi xaricində hər şey ölümlüdür və yox olacaqdır. Quranda da bildirildiyi kimi Haqq olan yalnız Odur.

Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 6)

Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 44)

HƏLİM

Şəfqətli, mərhəmətli, həlim olan

(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir. (Ali-İmran surəsi, 155)

İnsanları yaradan Allah onlara doğru yolu göstərən kitab göndərib. Onun Qatından göndərilən, hökmləri qorunan bu kitab son haqq kitabdır. Allah bu kitabda insanların yerinə yetirməli olduqları əmrləri, qadağaları açıq-aşkar bildirmişdir. Üstəlik bu kitabdakı əmrlərə itaət edərək həyatını Allahın razılığını qazanmaq üçün keçirənlərin sonsuza qədər cənnətdə qalacaqlarını müjdələmişdir. İtaət etməyənlərin isə sonsuza qədər içində qalacaqları cəhənnəmi və onun içindəki əzabları bütün detallarıyla izah etmişdir.

Allaha yönəlmək və Onun razılığını qazanmağa çalışmaq üçün endirilən bu kitab, 1400 il əvvəl Peyğəmbərimiz Hz. Məhəmmədə (səv) nazil edilən Qurandır. Allah Quranda insanlara hər şeyi izah etmişdir; həyatı, ölümü, cənnəti, cəhənnəmi...

Lakin insanların bir çoxu haqq kitabı oxumaqdan üz çevirir, hətta bir qismi ömürləri boyunca Allahın göndərdiyi bu kitabı əllərinə belə almırlar. Allahın ayələrini göz ardı edərək dünya həyatının zövqünə və əyləncəsinə aldanırlar. Ölümlərindən sonra qarşılaşacaqları hesabı və axirət həyatını isə heç düşünmürlər. Allahın qadağalarını göz ardı edir, əmr etdiyi gözəl əxlaqı da yaşamırlar. Mallarını, mülklərini heç kimlə paylaşmır, çətində olanlara kömək etmirlər. Üstəlik özlərinə iman etmələri təklif edildiyində "Biz nə etdiyimizi bilirik" - deyə cavab verirlər. İçlərindən çox az qismi Allaha lazımınca iman edir və Onun hökmlərini əskiksiz tətbiq edirlər.

Yuxarıda izah edilənləri düşündükdə Allahın insanlar üzərindəki sonsuz mərhəməti və şəfqəti aydın şəkildə görünür. İnkar edənlər bilə-bilə haqq dindən üz çevirmələrinə və Allahın qadağanlarını pozmalarına baxmayaraq, Allah onları dərhal əzablandırmır. Hətta onları dünya həyatında rəfah içində yaşadır, hər cür neməti verir. Onlara iman etmələri və haqq dinə dönmələri üçün müddət verir. Üstəlik Allah göndərdiyi dini çox asanlaşdıraraq sonsuz şəfqətini göstərir. Bundan başqa insanları unutduqlarına və yanıldıqlarına görə məsul tutmur. Kor, topal, xəstə olana məsuliyyət yükləmir. İnsanlara səbri və təvəkkülü öyrədərək çiyinlərindəki yükü qaldırır. Bütün bu nümunələr Allahın sonsuz mərhəmətini və şəfqətini, inkar edən insanların isə nankorluğunu anlamaq üçün kifayətdir.

Amma insan bir məqamı da unutmamalıdır: Allah həm də sonsuz ədalət sahibidir. Dünyada da, axirətdə də insanların etdiklərinin qarşılığını lazımi şəkildə verəcək. Allahın Həlim sifəti ayələrdə belə xəbər verilir:

Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir. (Bəqərə surəsi, 225)

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

HƏMİD

Ancaq Özünə şükr edilən, bütün varlığın diliylə tək təriflənən

(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, Vəlidir, Həmiddir. (Şura surəsi, 28)

Kainatdakı bütün bitkilər və heyvanlar Allahın onları yer üzündə yerləşdirdiyi şəkildə yaşayırlar. Beləliklə, Allahı təsbeh edib Onu ucaldırlar. Dənizin dibində yaşayan balıq da, səhrada yetişən kaktus da tam təslimiyyətlə həyatını davam etdirir. Allahın özləri üçün təqdir etdiyi şəkildə yaşamaları, Onun qurduğu nizamı əsla pozmamaları bütün canlıların Allahı təsbih etdiklərini göstərir. Səmadakı və yer üzündəki hər şey; dənizlər, dağlar və səmada uçuşan buludlar, ard-arda çaxan şimşək və göy gurultusu da Allahı təsbih edir. Onun sonsuz elmini və gücünü insanlara göstərir. Lakin iman etməyənlər onların bu təsbihlərini qavraya bilmirlər. Allah İsra surəsinin 44-cü ayəsində bu gerçəyi insanlara bildirir:

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)

İman edənlər də Allahın Ucalığını və böyüklüyünü qavrayaraq Rəbbimizi zikr edir, lütf etdiyi nemətlər üçün Allaha şükr edirlər. Çünki verilən hər cür nemət qarşılığında özlərindən istənilən yalnız şükr edən, həmd edən bir qul olmalarıdır. Ayələrdə belə buyrulur:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Nisa surəsi, 131)

Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”. (İbrahim surəsi, 8)

Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər. (Səba surəsi, 6)

XALİQ

Hər şeyin varlığını və varlığı boyunca görüb-keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Arı pətəyindəki bütün arılar vəzifələrini qüsursuz yerinə yetirirlər. İşçi arılar şanın istehsalında işləyir, şanı havalandıraraq temperaturunu həmişə sabit saxlayır, şana çiçəklərdən yığdıqları qidaları gətirirlər. Kraliça arı isə şanın içində qalaraq nəslin davamını təmin edir. Ağcaqanad yumurtadan çıxdığı an yetkin halına heç bənzəmir. Ağcaqanad sürfəsi inkişafını tamamlayana qədər 4 dəfə dərisini dəyişdirir. Sürfə dövrünün sonuna yaxın dərisi açılır və yetkin ağcaqanad sürfənin içindən suya dəymədən çıxır.

Yuxarıda bəhs etdiyimiz canlılar yer üzündə yaşayan saysız canlıdan sadəcə ikisidir. Digər canlılarda olduğu kimi bu canlıların da doğumlarını, həyatlarını və ölümlərini Allah təyin etmişdir. Bu canlılar yaradıldıqları andan etibarən Allahın təsbit etdiyi, uyğun hesab etdiyi və əmr etdiyi şəkildə həyatlarını davam etdirirlər. Əsla Allahın özləri üçün təqdir etdiyi vəzifənin xaricinə çıxmırlar. Səhralarda +50 dərəcədə yaşayan kərtənkələlər də, qütblərdə -50 dərəcədə yaşayan pinqvinlər də, dənizin minlərlə metr altında yaşayan süngərlər də eyni vəziyyətdədir. Hamısı həyatlarını Allahın təsbit etdiyi şəkildə yaşayırlar. Onlardan əvvəlki nəsillər də eyni şəkildə yaşamışdır, sonrakı nəsillər də eyni şəkildə yaşayacaqlar. Çünki Allah canlıların hamısı üçün bir həyat forması seçmişdir.

Nəticə olaraq kainatdakı heç bir canlının öz həyat tərzini təyin etmə haqqı yoxdur. Bütün canlıları Allah yaratmış və bu şəkildə həyatlarını təqdir etmişdir. Onlar da qeydsiz-şərtsiz bu hökmə boyun əymişlər.

İnsan da kainatın kiçik bir hissəsidir. Allah insanı bir damla sudan yaratmış və həyat tərzini təqdir etmişdir. Heç bir insan öz qərarıyla həyatda yaşayacağı müddəti təyin edə bilməz, yaşlanmağı və ölümü gecikdirə bilməz, acizliklərindən xilas ola bilməz. Bütün bunları təyin edən, dilədiyi şəkildə yaradan Allahdır. Allahın gücünün bənzərsizliyi və hər şeyi hakimiyyəti altında saxladığı ayələrdə belə xəbər verilir:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, Qalib gələndir”. (Rəd surəsi, 16)

Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız”. (Fussilət surəsi, 21)

XƏBİR

Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olan

Ey iman edənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

İnsan zaman və məkana tabe olan varlıqdır. Başqa bir nəfərdən xəbər almadıqca, ancaq öz olduğu yerdə (məkanda) və zamanda baş verən hadisələrdən xəbərdar ola bilər. Olduğu zaman və məkanın xaricinə çıxaraq hadisələri qiymətləndirməsi əsla mümkün deyil. Bu da insanın ən böyük acizliklərindən biridir.

Halbuki insanı yaradan Allah zaman və məkanın da Yaradıcısıdır, bu səbəbdən də bunlardan asılı deyil. Zamandan və məkandan münəzzəh olan Allah təbii ki, kainatda baş verən hər hadisədən də xəbərdardır. Belə ki, içində yaşadığımız Südyolu qalaktikasından milyonlarla işıq ili uzaqlıqda olan qalaktikada neçə ulduz olduğundan, hansı səma cisminin hansı orbiti izlədiyindən, torpağın altından yerin üstünə çıxmağa çalışan cücərmiş toxumdan da xəbərdardır... Bundan başqa Allah bu ana qədər yaşamış, bu an yaşayan və bundan sonra da yaşayacaq bütün insanların həyatlarının hər saniyəsindən də xəbərdardır.

Kimin nə vaxt, harada doğulduğu və öldüyü, həyatı boyunca nələr etdiyi, hansı məqsədlər üçün çalışacağı, hətta nə vaxt güldüyü, nə vaxt ağladığı kimi bütün detalların elmi də Onun qatındadır. Çünki O hər şeyin Yaradıcısıdır. Üstəlik bu insanların hər an gördükləri işlərlə yanaşı, ürəklərindən keçirdikləri də Allahdan gizli qalmır. Allah insanların içlərindən keçirdikləri, niyyət edib tətbiq etdikləri, gizlicə hazırladıqları hər şeydən xəbərdardır.

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Ali-İmran surəsi, 180)

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)

Ölməz, həmişə diri olana bel bağla və Onu həmd-səna ilə təqdis et. (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər. (Furqan surəsi, 58)

Qiyamət saatının məlumatı, şübhəsiz Allahın qatındadır. Yağışı yağdırar; rəhmlərdə olanı bilər. Heç kim, sabah nə qazanacağını bilməz. Heç kim də, hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz Allah biləndir, xəbərdardır. (Loğman surəsi, 34)

KABID

Sıxan, daraldan

Kim Allaha gözəl bir borc versə, O da onun üçün bunu qat-qat artırar? Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız (Bəqərə surəsi, 245)

Göylərin, yerin və bu ikisi arasında olanların Yaradıcısı olan Allah kainatdakı hər şeyin tək sahibidir. O, bütün varlıqları yaratmış və dünyanı da insanın yaşaya biləcəyi nemətlərlə təchiz etmişdir. Qullarının sahib olduğu hər cür zənginlik Allaha aiddir, mülkün tək sahibi Odur. Allah dilədiyi insanları dünyada ikən zəngin, dilədiyini də kasıb edir. Amma mal-mülk sahibi olan da, heç bir şeyə sahib olmayan da unutmamalıdır ki, sahib olunan hər şeyi verən və bunların gerçək sahibi olan Allahdır.

Allah dilədiyi adamın imkanlarını artıraraq şükr edib-etməyəcəyini, dilədiyinin də imkanlarını daraldaraq nankorluq edib-etməyəcəyini sınayır. Bu səbəbdən insanların sahib olduğu və ya ola bilmədiyi şeylər özləri üçün qazanc deyil. Bunlar yalnız keçici dünya həyatını, yoxsa gerçək yurd olan axirəti istədiklərini sınamaq üçün Allahın yaratdığı imtahanlardır.

Əgər adam bu həqiqəti dərk etməz və əlindəki hər şeyi özünün zənn edib xəsislik edər, Allahın dilədiyi şəkildə xərcləməzsə, o zaman Allah əlindəki imkanları daralda bilər. Əksinə, əlindəki hər şeyin özünə Allahın razılığını qazanacaq şəkildə istifadə edilməsi üçün verildiyini bilənlərin də imkanlarını artırar, dünyada da axirətdə də onlara ən gözəliylə cavab verər. Ayələrdə bu gerçək belə xəbər verilir:

Nə qədər bacarırsınızsa Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. Əgər Allaha gözəl bir borc versəniz, O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 16-17)

KABİL

Qəbul edən, bağışlayan

Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura surəsi, 25)

İnsan həddən artıq aciz varlıqdır. Yaşamağı üçün lazım olan şərtlərin hamısı təmin edilməsə həyatını davam etdirməyi qeyri-mümkündür. Ancaq bütün bu acizliyinə baxmayaraq, təkəbbür, azğınlıq və Allaha qarşı nankorluq etməyə meyllidir. İnsanın bu xüsusiyyəti ilə əlaqədar olaraq Quranda belə bildirilir:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə