Allahın isimləri



Yüklə 0,91 Mb.
səhifə8/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” (Ənam surəsi, 63)

İnsanın çətin anında yalnız Allahı ağlına gətirməsi, əslində, tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. Elə isə insan gecikmədən ayədə xəbər verildiyi kimi Rəbbimizə sığınmalıdır:

Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

MƏLİK

Bütün kainatın sahibi və mütləq hökmdarı

De ki: İnsanların Rəbbinə sığınaram. İnsanların malikinə, insanların ilahına; (Nas surəsi, 1-3)

Allahın “Məlik” sifəti Onun var olan hər şeyin sahibi olduğu mənasını verir. Bizim gördüyümüz və görə bilmədiyimiz varlıqların hər birinin yaşadığı aləmlərin Yaradıcısı və tək sahibi Allahdır. Yaşadığımız kainatın əzəli və əbədi hökmdarı da Odur. Bütün ulduzlar, insanlar, heyvanlar və bitkilər, görə bilmədiyimiz aləmlərdə yaşayan cinlər, şeytanlar, mələklər və daha bilmədiyimiz bir çox varlıq Allahın əmrinə tabedir. Aləmlərin mülkünü əlində saxlayan və onlardakı fövqəladə nizamı təmin edən yalnız aləmlərin Rəbbi olan Allahdır.

Sonsuz qüdrət sahibi olan Yaradıcımıza tabe olduğunu bilən insanın özünü başıboş görməsi mümkün deyil. Allah hər şeydən xəbərdar, hər şeyə gücü yetən, hər şeyi görən və eşidəndir. Bunu bilən insan özünün Yaradana qarşı məsul olduğunu da bilməlidir. Möminlər də içində olduqları bu nizamın bir sahibinin olduğunu bilir, təbii olaraq etdikləri hər işdə hər şeyə və hər kəsə hakim olan, hər dilədiyini yerinə yetirən Allaha yönəlirlər. Bu mövzu ilə əlaqədar olaraq Quranda xəbər verilən ayələrdən bir neçəsi belədir:

Haqq Hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

Haqq Hökmdar Allah ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir. (Muminun surəsi, 116)

O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, təsdiq edən, müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. (Həşr surəsi, 23)

MƏTİN

Çox qüdrətli olan

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət surəsi, 58)

İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi əvvəldən yaradıb buraxdığını, daha sonra hadisələrin özbaşına inkişaf etdiyini, bəziləri Allahın insanı yaratdığını, lakin heç nədən məsul olmadığını düşünür.

Nəticədə, imansızlığın təməlində Allahın varlığını rədd etməklə yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc surəsi, 74) ayəsində də ifadə edildiyi kimi Allahı lazım olduğu qədər təqdir edə bilməmək dayanır. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın gücünü əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən tərpədilər, köklərindən sovrular, parça-parça edilər:

Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq. Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16)

O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su kimi qaynayar, alovlanar.

İnsanın bildiyi, alışdığı və sonsuza qədər qalacağını zənn etdiyi bütün varlıqlar və nizamlar kökündən pozulmağa başlayar, darmadağın olar. Milyonlarla ildir varlığını davam etdirən yer və göy onları inşa edən sonsuz güc tərəfindən parça-parça edilər. Yenə milyonlarla ildir işıq saçan, həyat qaynağı olan Günəş söndürülərək gerçək sahibinin qarşısına gətirilər. Beləliklə, hər şeyin üzərində tək və gerçək qüvvət sahibinin Allah olduğu, yeganə hakimiyyətin və gücün də Rəbbimizə aid olduğu bütün aydınlığı ilə ortaya çıxar. Bir ayədə bu gerçək belə təsvir edilir:

Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Zumər surəsi, 67)

MÖVLA

Dost, möminlərin dostu olan, onlara xeyir yolları açan və onları işlərində müvəffəq edən

Xeyr, sizin mövlanız Allahdır. O, kömək edənlərin ən xeyirlisidir. (Ali-İmran surəsi, 150)

Mömin hər kəsin və hər şeyin yaradılışının Allaha borclu olduğunu bilir. Özü də daxil olmaqla bütün varlıqları Allah yaradır və dilədiyi anda yox edib ortadan qaldıra bilər. Çünki hər şeyin gerçək sahibi Allahdır. Buna görə də möminin yeganə dostu Allahdır. Onu vəkil etdiyi üçün həyatı boyu hər cür çətinlik və kədərdən də uzaqdır. Hər şeydən əvvəl Rəbbimizin -ən böyük dostunun- köməyi və dəstəyi onunladır. Allah da vəlisi olduğu qulunun üzərinə " əminlik” (nazil etdi (Tövbə surəsi, 26)) endirmişdir.

Möminin bu dincliyi hər namazda, hər saleh əməldə, Allah rizası üçün etdiyi kiçik-böyük hər işdə Rəbbimizin özünü gördüyünü və bunların qarşılığını qat-qat verəcəyini bilməsindən qaynaqlanır. Yenə Allahın özünü görünməyən ordularla və mələklərlə dəstəklədiyini, "qarşısından və arxasından izləyənləri" olduğunu və bunların "Allahın əmriylə onu qoruduğunu" (Rəd surəsi, 11), Onun yolunda aparılan mübarizədə qalib gələnlərin, cənnətlə müjdələnənlərin həmişə möminlər olduğunu bilir. İman edən insan mövlamız olan Allahın heç kimi gücü çatdığından çox yükləməyəcəyini də bilir. Qədərə və hər işi idarə edənin Allah olduğuna dəqiq iman edir və beləliklə də yalnız Allaha təvəkkül edir. Möminlərin yaşadıqları bu ruh halına Quranda bu ifadə ilə diqqət çəkilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Mövlamızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Şübhəsiz, Allahın dostluğu insanların dostluğuna bənzəməz. O kimi dost etmişsə, həmin adamı dünyada və axirətdə ən üstün nemətə qovuşdurmuşdur. Hər şeyi yaradan Rəbbimizin yaratdığını Özünə dost etməsi isə çox böyük lütfdür. Ayələrdə belə buyrulur:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl, həm də bu (kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Mövlanızdır. O nə gözəl Mövla, nə gözəl Yardımçıdır! (Həcc surəsi, 78)

"... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Mövlamızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)

Sonra onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. (Ənam surəsi, 62)

Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl Yardımçıdır! (Ənfal surəsi, 40)

MÖMİN

Təhlükəsizliyi təmin edən, əminlik yaradan

"O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox Ucadır." (Həşr surəsi, 23)

Allah möminlərə dünyada da, axirətdə də razı olacaqları həyatı bəxş edir. Bu həyat hər cəhətdən çox mükəmməl olduğu kimi, mənəvi olaraq da möminlərin çox güclü olmalarını təmin edir. Allah saleh qullarına mənəvi cəhətdən rahatlıq, arxayınlıq və əmin-amanlıq verir. Möminlərə dünyada çətinlik çəkdikləri dövrlərdə kömək edir, ürəklərini gücləndirir, Özünə edilən təvəkküllə rahat həyat yaşadır. Quranda Peyğəmbərimiz (səv) dövründə müharibədə məğlubiyyətin ardından Allahın möminlərə olan mənəvi dəstəyi belə izah edilir:

Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma (bu) sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 25-27)

Şübhəsiz möminlərin qarşısına həmişə inkar edən bir qrup çıxmışdır. Bu inkarçı qrup Allaha səmimi qəlbdən yönələn möminləri doğru yoldan ayırmağa, öz dinlərinə tabe olmağa çağırmışlar. Bu çağırışdan üz çevirənləri isə şiddətli əzabla qorxutmuşlar. Ancaq belə dövrlərdə də Allah inkar edənlərin səylərini puç etmiş və möminlərə hər cəhətdən kömək etmişdir:

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

Allahın bütün möminlərə, xüsusilə də elçilərinə olan mənəvi dəstəyi başqa ayələrdə də xəbər verilib. Peyğəmbərimiz (səv) dövründəki inkarçı qövm Peyğəmbərin hicrət etməsinə səbəb olduğu üçün Allah onu hər cür mühitdə dəstəkləyəcəyini vəd etmiş, inkarçıların hücumunun qarşısını almış, mənəvi olaraq da elçisinə 'rahatlıq və təhlükəsizlik hissi' vermişdir. Allahın bu köməyi ayələrdə belə xəbər verilir:

Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

Yuxarıda sayılanların hamısı Allahın insanlara dünyada verdiyi təhlükəsizlik və rahatlıq hissidir. Ancaq axirətdə olan rahatlıq və təhlükəsizlik dünyadakı ilə müqaisə edilməyəcək qədər böyük bir nemətdir. Çünki oradakı mənəvi rahatlıq sonsuza qədər davam edəcək və Allah diləmədikcə yox olmayacaq.

Allah möminlərin cənnətdə yaşayacaqları, maddi və mənəvi hər cəhətdən təmin olunmuş bu halı belə təsvir edir:

Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar. (Onlara deyiləcək): “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. (Hicr surəsi, 45-48)

MUAXXİR / MUQƏDDİM

İstədiyini yubadan, istədiyini irəli keçirən, tezləşdirən

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

Allah dilədiyi hadisəni təxirə salıb yubadan, dilədiyini də önə alıb irəli keçirəndir. Hər şeyin tək Yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etməyə qadirdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah qatında əvvəldən təsbit edilmişdir. Bütün varlıqların gerçək sahibi olan Allah bu varlıqların həyatlarındakı bütün hadisələri öz zamanı ilə təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyi an reallaşmalı olan hadisə mütləq reallaşır. Bu reallaşan hadisə, ancaq Allahın diləməsiylə olur. Ondan başqa heç kim hər hansı bir hadisəni tezləşdirə və ya təxirə sala bilməz. Necə ki, bu gerçəyə Quranda belə diqqət çəkilir:

Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)

Hadisələrin təyin edilən vaxtlarını Allahdan başqa heç kim bilmir. Allahın təqdir etdiyi an gəlmədən bir yarpaq belə düşə bilməz. Var olan hər şey doğduğu andan ölənə qədər bu ilahi qanuna tabedir. Heç kimin Allahın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxamağa, heç bir hadisəni təxirə salmağa, ya da önə çəkməyə gücü çatmaz. Ancaq Allah təqdir etsə dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir:

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)

Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. (Hicr surəsi, 5)

Bu vəziyyətdə Allaha iman edən bir qulun vəzifəsi Allahın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allahın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi insan 'tələsəndir' (İsra surəsi, 11). Bəzən bir hadisənin dərhal reallaşmasını istəyir, bəzən də bir hadisənin dərhal bitməsini istəyir. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allahdır. İnsanın xeyirli gördüyü bir şey özü üçün şər ola bilər. Buna görə də mömin üçün əhəmiyyətli olan Allahın təqdir etdiyi hadisələrdən tamamilə razı olmaqdır.

MUAZZİB

Əzablandıran

O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)

Ətraflarındakı bütün dəlillərə baxmayaraq, Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaq üçün müqavimət göstərən insanlar, şübhəsiz, böyük bir əzaba da layiqdirlər. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq, bəzi insanlar inkar edirlər. Hətta bir qismi azğınlıqla Allaha iman edən möminlərə kin bəsləyir, Allahın dininə maneə törətməyə çalışırlar. Əlbəttə, Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək.

Allah dünyadakı hökmünü elçiləri vasitəsilə yerinə yetirir. Buna görə inkar edənlərə daddırdığı dünya əzabının bir qismi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçiləri vasitəsi ilə inkarçıların öncüllərini əzablandırdığını ayələrində belə bildirir:

Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Əhzab surəsi, 60)

Allahın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! (Əhzab surəsi, 62)

İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər davam edəcək qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox əzabı da yenə Allah verəcək. Muazzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayəylə bildirmişdir. Ayələrdə belə buyrulur:

Axirətə iman gətirməyənlər üçün isə sarsıdıcı bir əzab hazırlamışıq. (İsra surəsi, 10)

Fasiqlərə gəldikdə isə onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. (Səcdə surəsi, 20-21)

Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzücü əzabdır. (Hicr surəsi, 49-50)

Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)

Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. (Nəhl surəsi, 88)

MUHİT

Əhatə edən

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Dindən uzaq yaşayan insanlar gizli şəkildə etdikləri saxtakarlıqları, söylədikləri yalanları qarşılarındakı insanların bilmədiyini düşündükləri üçün içlərində qəribə bir həyəcan hiss edirlər. Etdiklərini çox böyük bir qazanc olaraq görür, hətta bundan ötəri “ağılsızca” təkəbbürlənirlər. Halbuki bütün saxtakar hərəkətlər şəxsin öz əleyhinədir. Belə ki, inkar edən adam zərərdə olduğunun fərqində belə deyil. Lakin düşünmədiyi bir nöqtə daha var: Hər şeyin üzərində şahid olan, eşidən, görən Allah özünü hər tərəfdən əhatə edir.

İnkarçılar Allahı etdiklərindən xəbərsiz sanırlar. Bu gerçək aşağıdakı ayədə belə bildirilir:

Onlar (öz günahlarını) insanlardan gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Heç bir düşüncə, heç bir pıçıltı Allahdan gizli qalmaz. O bütün insanların ürəklərində olanı bilir, onlara “şah damarlarından daha yaxındır”. Allah insanları və etdiklərini əhatə etdiyi kimi bütün kainatı da əhatə etmişdir. Onun hakim olmadığı varlıq yoxdur. Allah cinlərin və mələklərin olduğu və daha bilmədiyimiz aləmləri də Yaradan və elmi ilə əhatə edəndir. Ali-İmran surəsində bu gerçəyə belə diqqət çəkilir:

Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)

MUBKİ / MUDHİK

Ağladan / güldürən

Güldürən də, ağladan da Odur! (Nəcm surəsi, 43)

Mömin yaşadığı hər şeyi Allahın yaratdığını bilir və buna görə də hər cür hadisə qarşısında Allahdan razıdır. Ən böyük çətinliyi belə təvəkküllə qarşılayır. Dünyaya aid hər şeyin müvəqqəti olduğunu bildiyi üçün bunların itkisindən kədərlənmir. Çünki bilir ki, bu dünyada əlindən çıxan hər şey gözəl əxlaq göstərdiyi üçün axirətdə özünə qat-qat artığı ilə geri veriləcək. Üstəlik Allah inananlara dünyada da ən gözəl həyatı vəd etmişdir.

İnkar edənlər üçün isə vəziyyət belə deyil. Onlar yalnız dünya həyatını özlərinə məqsəd edir və yaşadıqları bütün hadisələri, qarşılaşdıqları bütün insanları Allahdan müstəqil olaraq qiymətləndirdikləri üçün ruhən sıxıntı yaşayırlar. Daima ətraflarındakı insanları razı etmək, dünyəvi istəklərinə qovuşmaq üçün çalışmağın yaratdığı qorxu və təlaş içindədirlər. Allahı özlərinə dost və yardımçı etmədikləri üçün hər şeyi özləri düşünməli, həll etməlidirlər. Amma heç nəyə gücləri çatmır. Yalnız Allaha təvəkkülə və imana görə yaradılmış olan insanın nə ruhu, nə də bədəni təbii olaraq bu yükü qaldıra bilməz. Belə ki, ağlamaq, kədər, çətinlik də bu zaman ortaya çıxır. Çünki bu insanlar Allahdan üz çevirməklə ən böyük zülmü işləyirlər. Allah bu şəxslərə həm dünyada, həm də axirətdə bəla verəcəyini bu şəkildə xəbər verir:

Elə isə qazandıqlarının cəzası olaraq az gülsənlər, çox ağlasınlar. (Tövbə surəsi, 82)

Bu, yuxarıda da ifadə etdiyimiz kimi Allahın inkarçılara təqdir etdiyi bəladır. Ağlayacaqları hər hadisəni, hər səbəbi Allah yaradır və vaxtını da o təyin edir.

Allah inkarçıları ağladarkən mömin qullarına Öz qatından sevinc, rahatlıq və dinclik verir, üzlərini daima güldürür. Onların vəlisi və dostu olduğu üçün hüznü və pisliyi onlardan uzaqlaşdırır. Çətinliklə qarşılaşsalar belə onlara səbir və güc verir, sevinclərini azaltmır. Möminlər ancaq səcdədəykən Rəbbimizin böyüklüyü qarşısında bəslədikləri sevgi dolu qorxudan ötrü ağlayırlar. Bunun xaricində Allah diləmədikcə heç bir hadisə onları ağlada bilməz. Allahın onlar üçün hökmü dünyada da, axirətdə də şadlıqdır. Möminlərin məmnuniyyətləri ayələrdə belə bildirilir:

İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi, 15)

Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. (Yasin surəsi, 55)

Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! (Zuxruf surəsi, 68-70)

Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir. (Tur surəsi, 17-18)

Şübhəsiz, inkarçılarla möminlər axirətdə bir-birlərindən üzlərindəki ifadə ilə də ayrılacaqlar. Allah möminlərlə inkarçılar arasındakı ayrı-seçkiliyi ayələrdə belə bildirir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (Əbəsə surəsi, 38-42)

MUCİB

Özünə yalvaranların istəklərini verən, razılıq edən

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm... (Bəqərə surəsi, 186)

Dua, Allah ilə qulu arasında xüsusi əlaqədir. Qul bütün çətinliklərini və istəklərini Allaha açır, Ona yalvarır, Allah qulunun istəyini eşidir və ona qarşılıq verir.

Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir. İnsanın içindən keçirdiyi bir düşüncə belə Allahdan gizli qalmaz. O halda səmimi olaraq Allahdan nəsə istəmək üçün insanın yalnız düşünməsi belə kifayətdir. Budur, Allahın razılığı bu qədər yaxındır.

Mömin dua etdiyi zaman Allahın özünü eşitdiyindən və duasına mütləq qarşılıq verəcəyindən əmindir. Çünki bütün hadisələrin ancaq Onun diləməsi ilə olduğunun fərqindədir. Allahın duaya verəcəyi qarşılığa şübhə ilə yaxınlaşmaq isə Allahın gücünü və qüdrətini təqdir edə bilməməkdir. Allah üçün hər hansı bir adamın çağırışına cavab vermək, duasına cavab vermək çox asandır. Amma "duaya qarşılıq" bir şeyin eynilə reallaşması mənasını vermir. Allah bir ayədə bu mövzuyla əlaqədar olaraq belə xəbər verir:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə