ALLOTROPİYA ANLAYIŞININ ÜMUMİLƏŞDİRİLMƏSİ TƏCRÜBƏSİNDƏN
Mürşüd Fərəcov
pedaqoqika üzrə fəlsəfə doktoru, dosent
İradə Babaxanova
Xəzər rayonu 156 saylı orta məktəbin kimya müəllimi
Vaqif Əsgərov
Lənkəran Dövlət Universitetinin baş müəllimi
Allotropiya haqqında ilkin və qısa məlumatı “İlk kimyəvi anlayışlar”a aid bəsit və mürəkkəb maddələrlə bağlı dərsdə vermək olar.Burada qeyd edilir ki,eyni növ atomlardan əmələ gələn maddələrə bəsit maddələr deyilir. Şagirdlər artıq bilirlər ki, atomların müəyyən növü element adlanır. Məlum elementlərin sayı110-dur, lakin bəsit maddələrin sayının 400-ə yaxın olduğu bildirilir. Belə sual ortaya çıxır kı, bəsit maddələrin sayının çox olmasına səbəb nədir? Qısa da olsa cavab verilə bilər ki, hər bir element növündən bir neçə bəsit maddə əmələ gələ bilər. Buna da “allotropiya” deyilir. Məsələn, oksigen, ozon bəsit maddələrdir. Hər ikisinin molekulu oksigen atomundan təşkil olunmuşdur.Bu qayda ilə başqa elementlərin də müxtəlif xassəli bəsit maddələr əmələ gətirməsi, bunlara nəyə görə allotropik maddələr deyildiyi sonrakı dərslərdə öyrəniləcəkdir.. “Oksigen”mövzusunu keçdikdə belə bir sual qoyulur:oksigen elementi bəsit maddə olaraq yalnız oksigen qazı əmələ gətirir? Müəllim əlavə olaraq qeyd edir ki, atmosferin yuxarı qatlarında ozon təbəqəsi olduğunu bilirsiniz. Onun da tərkibi oksigen atomlarından ibarətdir. Allotropiya bir elementin bir neçə bəsit maddə əmələ gətirməsi hadisəsidir.Oksigen elementinin əmələ gətirdiyi allotropik şəkildəyişmələr sxem-modeli şagirdlərə çəkdirilir, fərqlər yaddaşda möhkəmləndirilir.
O2 və O3 qazlarının fiziki xassələrindəki əsas fərqləri bilmək üçün şagirdlərin dərslikdəki cədvələ baxmağı təklif olunur.
“Fosfor, alınması, xassələri”ni öyrəndikdə allotropiyaya aid keçmiş biliklər aktuallaşdırılır. Cavablar alındıqdan sonra bu elementin allotropik modifikasiyaları (şəkildəyişmələri) varmı? Əgər varsa, onların quruluşu necə olmalıdır? Sualları aydınlaşdırmaq üçün müəllim şagirdlərə belə bir sualla müraciət edir: Bəsit maddələrdə hansı rabitə növü olur? Fosforun hər atomu neçə belə rabitə əmələ gətirməlidir? Fosforun allotropik şəkildəyişmələrinin quruluş sxemləri göstərilir və soruşulur: bir-biri ilə birləşmiş bu atomlarda sərf edilmiş neçə valentlik vahidi qalır? Cavablar alındıqdan sonra fosforla bağlı xassələrin nəzəri mülahizələrə uyğun gəldiyini təcrübədə sübuta yerinə yetirmək qalır.
Kristal qəfəsin quruluşuna və fiziki xassələrinə görə fosforun allotropik modifikasiyalarını cədvəl üzrə müqayisə edin.
Ağ fosfor
|
Qirmızı fosfor
|
Qara fosfor
|
Açıq sarı rəngli
|
Qırmızı rəngli
|
Qara rəngli
|
Molekulyar kristal qəfəs
|
Atom kristal qəfəs
|
Atom kristal qəfəs
|
Zəhərli,sarımsaq iyli
|
Zəhərli deyil,iysiz
|
Zəhərli deyil, iysiz
|
İşıq saçır,suda h/olmur
|
İşıq saçmır,suda h/olmur
|
İşıq saçmır, suda h/olmur
|
CS2-də h/olur
|
CS2-də h/olmur
|
CS2-də h/olmur
|
400C-də alovlanır
|
2600C-də alovlanır
|
49O0C-də alovlanır
|
Sıxlığı 1,8 q/sm3
|
Sıxlığı 2,3 q/sm3
|
Sıxlığı 2,7 q/sm3
|
Qeyd edək ki, fosforun allotropik şəkildəyişmələrinə səbəb həmin maddələrin kristal qəfəsini təşkil edən fosfor atomları arasındakı ölçünün müxtəlif olmasıdır.
“Kükürd, təbiətdə tapılması və allotropik şəkildəyişmələri” dərs mövzusunda onun atomunun elektron quruluşu və allotropik şəkildəyişmələrində elektronların paylanması haqqında məlumat verilir. Kükürdün əriməsi onun molekul tərkibinin və eləcə də xassələrinin dəyişməsi ilə müşayət olunur.
S8 S6 S4 S2 S
Narncı qırmızı sarı rəngsiz
Kimya fənn kurikulumunun tələbləri əsasında allotropiya anlayışının öyrənilməsinə aid bir dərs nümunəsini nəzərdən keçirək.
X sinif
Mövzu:
Karbonun allotropik şəkildəyişmələri
Standart:
1.1.1. 1.2.1. 3.2.1. 4.1.2.
Məqsəd:
1. Karbonun allotropik şəkildəyişmələrinin quruluşunu, xassələrini müəyyənləşdirir.
2. Karbonun allotropik şəkildəyişmələrini onların fiziki xassələrinə əsasən müqayisə edir, fərqləndirir, səbəbini aydınlaşdırır.
3. Almaz, qrafit, ağac kömürün tətbiq sahələrinə aid təqdimatlar edir.
İnteqrasiya:
Fizika - 2.1.1. 2.2.1. Biologiya- 2.1.1 Coğrafiya- 2.1.7.
İş forması:
Kollektiv və kiçik qruplarla iş
Təlim üsulu:
Problemli şərh, müzakirə, anlayışın çıxarılması
Resurslar:
Almaz və qrafit nümunələri və kristal qəfəslərinin modeli, şəkil–tablo, cədvəl, kömür parçası, quru ağac çöpləri, qrafit, şüşə lövhə, kompyüter, proyektor, audiovizual disk
Motivasiya:
Şagirdlərə aşağıdakı sxem göstərilir və belə sualla müraciət olunur:
Sxemdə göstərilən maddələri əmələ gətirən hansı elementdir?
Dərsin gedişi:
Şagirdlərə stolun üstündə qoyulmuş kömür parçası, qrafit, hislənmiş şüşə lövhə və brilyant qaşlı üzük bir-bir növbə ilə göstərilir. Sonra isə, bunlar haqqında onlardan məlumat alınır. Şagirdlərdə mövzu ilə əlaqədar müəyyən bir fikir formalaşdırdıqdan sonra onlara bir neçə sual verilir.
Tədqiqat sualı:
Nə üçün almaz, kömür və qrafit doğma qardaşlar sayılır ?
Gördüyünüz bu maddələrdə eyni olan nədir?
Bu maddələr haqqında nə bilirik?
Tədqiqatın aparılması:
Bu suallara cavab tapmaq üçün qruplara bölünək və təklif olunan suallar üzrə axtarış aparaq.
Qruplara verilən tapşırıqlar:
Dərslikdən və təqdim olunan şəkillərdən istifadə etməklə sizə verilən tapşırıqlara cavab hazırlayın.
I qrup- Almaz:
1. Almazın kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3 . Almazın tərkibinin karbon elementindən ibarət olmasını necə sübut etmək olar?
II qrup – Qrafit
1. Qrafitin kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3. Qrafitin tərkibi hansı element atomlarından ibarətdir? Bunu necə sübut etmək olar?

III qrup – Karbin
1. Karbin və füllerenin kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3. Karbin və füllerenin tərkibinin karbon atomlarından ibarət olmasını təcrübədə necə sübut etmək olar?
 
IV qrup – Kömür
1. Kömürün kristallik quruluşu və fiziki xassələrini müəyyənləşdirin.
2. Onun tətbiq sahələri haqqında məlumat verin.
3. Aktivləşmiş kömür necə alınır? Adsorbsiya, desorbsiya nədir?
Qrupların təqdimatı: Tapşırıqların cavablandırılmasını verilən vaxt tamamlandıqdan sonra hər qrupdan bir nəfər tədqiqatın nəticələrini təqdim edir. Onlar bir-birilərinin işləri ilə tanış olurlar.
İnformasiyanın müzakirəsi:
Təqdimatdan alınan cavablara əsasən şagirdlər təqdimat edənlərə suallarla müraciət edirlər, müzakirə aparılır.
Müzakirə: nəticələrin ümumiləşdirilməsi
Müzakirə müəllimin bütün sinfə verdiyi aşağıdakı suallara cavablar alınması ilə ümumiləşdirilir:
-
Almaz və qrafitin kristallik quruluşu nə ilə fərqlənir? Bu maddələrin hansı xassələri onların tətbiqini şərtləndirir?
-
Aktivləşdirilmiş ağac kömürü hansı xassəyə malikdir və harada tətbiq olunur?
-
Koks və his necə alınır və harada tətbiq olunur?
-
Kömürün lakmus məhlulunu rəngsizləşdirməsini izah edin.
Şagirdlərin mövzu üzrə biliklərinin ümumiləşdirilməsini asanlaşdırmaq üçün aşağıdakı cədvəldən istifadə olunur.
Allotropik modifikasiyaların fiziki xassələrinə aid cədvəl.
Maddənin adı
|
Aqreqat
halı
|
Rəngi və şəffaf-lığı
|
Parlaqlığı
|
Sıx-
lığı
|
Bərkliyi
|
İstilikkeçirmə və elektrik keçirmə qabiliyyəti
|
Almaz
|
Bərk
|
Rəngsiz
Şəffaf
|
Güclü almaz parlaq-lığı
|
3,5
|
Çox bərkdir
(bərklik şkalası
ilə 10)
|
İstiliyi pis keçirir, elektrik cərəyanını keçirir
|
Qrafit
|
Bərk
|
Boz rəngdə,
şəffaf deyil
|
Zəif metal parlaq-lığı
|
2,2
|
Çox yumşaqdır
(bərklik şkalası
ilə 1)
|
İstiliyi və elektrik cərəyanını yaxşı keçirir
|
Karbin
|
Bərk
|
Qara rəngdə, şəffaf deyil, narın kristal tozdur
|
Metal parıltılı
|
1,9-2
|
Qrafitdən bərk,
almazdan xeyli yumşaq
|
Yarımkeçirici xassəyə malikdir
|
Təqdim olunan cədvəl proyektorla ekranda göstərilir.
Qazanılmış bilikləri möhkəmləndirmək və tətbiq etmək məqsədilə bütün qruplara aşağıdakı test tapşırıqlarını cavablandırmaq təklif olunur:
Test
1. Allotropik şəkildəyişmələri olan elementlər sırasını göstərin?
A) O, N, Cl B) Cu, Zn, C C) O,S,P,C,
D) P, S, Fe E) Zn, Al, F
2. Hansı sırada bir elementin allotropik şəkildəyişmələri tam göstərilmişdir?
A) Almaz, Karbin
B) Qırmızı fosfor,Qara fosfor
C) Silisium, Qara fosfor
D) Kükürd, Xlor
E) Qrafit, Azot
3. Almaz və qrafit üçün hansı ifadələr doğrudur?
I. Aqreqat halları eynidir.
II. Adi şəraitdə hər ikisi atom quruluşludur.
III. Fəza quruluşları eynidir.
-
I , II C) I, III
-
II, III D) yalnız II E) yalnız III
Qiymətləndirmə:
Təqdimatlara əsasən hər qrupun fəaliyyəti dərs prosesi boyunca aşağıdakı meyarlara əsasən qiymətləndirilir.
№
|
Qruplar
Meyarlar
|
Almaz
|
Qrafit
|
Karbin
|
Kömür
|
1.
|
Maddələrin fiziki xassələrini şərh edir
|
|
|
|
|
2.
|
Tətbiq sahələrini söyləyir
|
|
|
|
|
3.
|
Modelləşdirir
|
|
|
|
|
4.
|
Əməkdaşlıq
|
|
|
|
|
Ev tapşırığı:
Karbonun allotropik şəkildəyişmələrinə aid həyatda rastlaşdığımız hadisələri müşahidə etmək və qeyd aparmaq. İnternetdən əlavə məlumat əldə etmək.
İstifadə edilmiş ədəbiyyat:
1. V.M Abbasov və b. X sinif üçün kimya dərsliyi, 2009-cu il, IX sinif kimya dərsliyi,2009-cu il VIII sinif kimya dərsliyi-2006-cı il,
2. Z.Veysova, Fəal-interaktiv təlim,
3. A.H.Əliyev, VIII və IX sinifdə kimyanın tədrisi vəsaitləri.2004, 2006.
4. X.Qədirova,İnteraktiv təlim metodları, 2005-ci il. Ximya vı şkole, 1989
5. Y.V. Xodakov, və b. 9-cu sinifdə kimyanın tədrisi, Bakı-1975
Из опыта обобщения понятия «аллотропия»
Фараджов М.С., Бабаханова И.Г., В.Аскеров
АННОТАЦИЯ
В статъе «обясняется сушностъ образования простых веществ аллотропические видоизменения. В статъе также мзлагается строение кристаллических решеток, простых веществ, отличающихсия друг от друга строениями и возникающими между ними видами связей. Дается ход урока «Аллотропические видоизменения элемента углерода» интерактивными методами.
From exprimend teachinq of Allotropicconception
M.S. Faradjov, I.H. Babakhanova, V.Asgarov
SUMMARY
İn the article “Allotropic changes of carbon” have been given the process of lecture according to the theme of active training.
İn the sustem of cages orde of the atoms at the same time measining crystal differing among them had been exsplanied.
Açar sözlər: Allotropiya, almaz, qrafit, karbin fülleren, fiziki xassələr, tətbiq sahələri, ağac kömürü, adsorbsiya, desorbsiya, koks, kristal qəfəslər, kükürd, fosfor, oksigen, ozon.
Key words: allotropic, diamond, graphite, carbine, fwllerenes, physical properties, areas application, tree coal, absorption, desors, coke, crustal be active cages, Sculptures, Phosphorus, oxygen, ozone.
Ключевые слова: Аллотропия, алмаз, графит, карбин, фуллерен, физическое свойство, применение, древесный уголъ, адсорбция, десорбция, кокс, кристаллическая решетка, сера, фосфор, кислород, озон

Dostları ilə paylaş: |