Almaniya respublikasinda ali tehsil sistemi



Yüklə 22,9 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix14.09.2018
ölçüsü22,9 Mb.
#68176
1   2   3   4   5   6   7   8   9   ...   14

 



 

Gresamtschule.  Əhatəli  məktəb  də  adlanan  bu  məktəb,  əvvəlki  hər  üç  məktəbin 

yanaşmalarını özündə birləşdirir.  

Bütün  bu  məktəblərlə  yanaşı,  bir  də  fiziki  və  zehni  problemi  olan  şagirdlər  üçün 

Förderschulen adlı məktəblər fəaliyyət göstərir və bu gün hər 21 şagirddən biri bu məktəblərdə 

oxumaqdadır. 



 Alman Orta Məktəb Sistemində Pillələ

 

Alman  orta  təhsil  sistemində  şagirdlərin  bacarıq  səviyyəsi  1-6  bal  arası  bir  sistemlə 



qiymətləndirilir. 1 ən yüksək, 6 isə ən aşağı və ya kəsir balıdır.  

Bir  şagirdin  məktəbə  gəlişinə  maneə  olan  xəstəlik  və  ya  üzürlülük  halları  xaricində 

Almaniyanın heç bir əyalətində evdən təhsil almağa icazə verilmir. Həmçinin Almaniyada qısa 

müddətə  yaşayan  xarici  ailələrin  uşaqlarının  ev  şəraitində  öz  dillərində  təhsil  almaları  şərtilə 

məcburi təhsildən azad olmaları kimi istisna qəraralar da mövcuddur.  

Universitetə qəbul olunmaq üçün alman şagirdləri Abitur adlanan imtahanı uğurla keçmələri 

zəruridir.  Lakin  bununla  yanaşı  peşə  məktəbi  diplomuna  malik  tələbələr  də  universitetə  giriş 

üçün  müraciət  edə  bilərlər.  Almaniyada  “A  special  system  of  apprenticeship  called  Duale 



Ausbildung”  adlandırılan  xüsusi  bir  staj  sistemi  peşə  təhsili  şagirdlərinə  oxuduqları  müddət 

ə

rzində bir şirkətdə çalışmalarına imkan verəkdədir. 



Sinif  Şagirdlərin orta yaşı 

Məktəb pilləsi 

(Berlin/Brandenburg) 

Məktəb pilləsi 

(Almaniyanın qalan hissəsində

6/7 



Birinci 

Birinci 


7/8 


Birinci 

Birinci 


8/9 


Birinci 

Birinci 


9/10 


Birinci 

Birinci 


10/11 


Birinci 

kinci 


11/12 


Birinci 

kinci 


12/13 


kinci 

kinci 


13/14 


kinci 

kinci 


14/15 


kinci 

kinci 


10 

15/16 


kinci 

kinci 


11 

16/17 


kinci 

kinci 


12 

17/18 


kinci 

kinci 


13 

18/19 


kinci 

kinci 



 

Bu  gün  Almaniya,  güclü  bir  təhsil keçmişinə  sahib  olmasına  baxmayaraq,  son  PISA  şagird 



qiymətləndirmələrində    (PISA  student  assessments)  aktual  mövzularla  bağlı  şagirdlərin  zəif 

nəticələr  göstərdiyi  ortaya  çıxmışdır.  2000-ci  ildə  43  ölkəni  əhatə  edən  testdə  Almaniya 

oxumaqda 21-ci sırada yer aldığı halda, riyaziyyat və təbii elmlərin hər ikisində də 20-ci sırada 

yer almışdır. Bütün bu nəticələr Almaniyada orta təhsildə reform məsələsini aktuallaşdırmışdır. 

 

1.2

 

Alman orta təhsil pillələri 

 

1.2.1 Məktəbəqədər təhsil (Kindergarden) 

Almaniyada  məktəbəqədər  təhsil  məcburi  deyil.  Kindergarden  adlanan  və  ya 



Vorschulklassenden (ibtidai məktəbə hazırlıq sinifləri) adlanan qurumlarda həyata keçirilir. 3-6 

yaş arası bütün uşaqları əhatə edir. 

 

1.2.2  btidai təhsil (Grundshule) 

Aşağıdakı sxemdən də göründüyü kimi orta təhsil sisteminin ilk pilləsini Grundschule (1-ci 

pillə)  təşkil  edir.  Grundschule  könüllü  məktəbəqədər  təhsil  (bağça)  və  ya  Vorschulklassen 

(birinci  pillə  təhsil  üçün  ilkin  siniflər)  deyilən  məktəblərdən  sonra  başlaya  bilir  və  əyalətlərdən 

asılı olaraq 4 və ya 6 il çəkə bilir. Bəzi əyalətlərdə isə 13 yaş tamam olduğu halda sona çatır. 

Bu gün Almaniyada ibtidai təhsil üçün aşağıdakı məktəbləri ayrımaq mümkündürI 

 

Ə



yalət  məktəbləri:  Əyalət  məktbləri  pulsuzdur.  Alman  şagirdlərin  böyük  bir  hissəsi 

özlərinə  yaxın  əyalət  məktəblərində  oxuyurlar.  Varlı  mühitlərdəki  məktəblər,  yoxsul 

olanlarla müqayisədə daha yaxşı vəziyyətdədir. Uşaqlar məktəb yaşına çatdıqlarında, bir 

sıra  orta  və  fəhlə  sinifindən  olan  ailələr  yoxsul  bölgələrdən  varlı  bölgələrə  köçməyə 

çalışırlar. 

 



Alternativ  məktəblər:  Waldorf  Məktəb  (206  ədəd),  Montessori  Metod  Məktəbi  (272 

ə

dəd),  Freie  Alternativschule  (Sərbəst  Alternativ  Məktəblər)  (65  ədəd),  Protestant  (63 



ə

dəd) və Katolik (114 ədəd) kilsə məktəbləri. 

 

1.2.3 Orta təhsil 

Grundschuledən  sonra  Berlin  və  Brandenburg  əyalətlərində  12,  digər  əyalətlərdə  isə  10 

yaşdan başlamaqla, 4 tip orta məktəb mövcuddur: 



 



 

Hauptschule.  Ən  aşağı  akademik  səviyyə,  daha  çox  inkişaf  etmiş  Volksschule 

xarakterlidir. 9-cu sinifə qədər davam edir və Hauptschulabschluss adlı buraxılış imtahanı 

mövcuddur. 

 



Realschule.  Geniş  yayılmış  bir  məktəb  olmaqla,  orta  səviyyəli  şagirdlər  üçün  nəzərdə 

tutulmuş  və  10-cu  sinifdən  sonra  Realschulabschluss

  və 

Mittlere  Reife  adlı  imtahanla 

tamamlanır. 

 

Gymnasium  (Gramatika  məktəbi).  12  və  ya  13-cü  sinifə  qədər  davam  edir.  Abitur  adlı 



imtahanla tamamlanır və universitetə qəbul olunmaq üçün zəruridir.  

 



Gesamtschule  (Əhatəli  məktəb).  Realschule  və  Hauptschule  arasında  bir  məktəb 

olmaqla,  digər  üç  məktəbin  xüsusiyyətlərini  özündə  birləşdirir  və  Abitur  imtahanına 

girmə hüququ vermir.  

 

Sxem 1. Alman Orta Məktəb Sistemində Məktəb Tipləri 

 



Yüklə 22,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə