Almaniya respublikasinda ali tehsil sistemi



Yüklə 22,9 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix14.09.2018
ölçüsü22,9 Mb.
#68176
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Bütün  bunlardan  başqa,  həmin  məktəbləri  bitirənlər  Berufsschule  adlı  peşə  məktəblərində 



tətbiq  edilən  staj  sisteminə  uyğun  olaraq,  məzuniyyətdən  sonra  profesyonal  iş  həyatına  başlaya 

bilirlər.  Berufsschule,  adətən  2,  3  və  ya  3,5  illik  bir  staj  kimi  həftədə  iki  dəfə  olmaqla,  tətbiq 

edilir.  Digər  günlər  isə  bir  şirkətdə  çalışılaraq  keçirilir.  Bu  sistem  şagirdləri  nəzəri  biliklərini 

praktiki vərdişlərlə birləşdirməsini təmin edir. Şirkət, stajın başlaması üçün stajyer şagirdi qəbul 

etməlidir.  Bundan  sonra  şagird  Industre-und  Handelskammer  IHK  (ticarət  şurası)  listinə  qeyd 

edilir.  Staj  dövrü  böyunca  şagird,  şirkətin  yarımştat  işçisi  statusundadır  və  şirkətdən  maaş  alır. 

Berufsschule  və  buraxılış  imtahanı  olan  IHK-ni  uğurla  keçdikdən  sonra,  şagirdə  bir  sertifikat 

verilir və aşağı idarəetmə səviyyəsinə qədər bir profesional kariyeraya başlamağa hazır vəziyyətə 

gəlir.  Bəzi  regionlarda  şagirdlərə  qanunların  tələb  etdiyi  şəkildə  təhsil  də  verilir  (banklarda 

xüsusi bir mövqe, hüquqçu). 

 

Almaniyada daimi işi olanların bitirdiyi məktəblərin xüsusi çəkisi 

 

1970 



1982 

1991 

2000 

Hauptschulabschluss 

87,7 % 


79,3 % 

66,5 % 


54,9 % 

Realschulabschluss 

10,9 % 


17,7 % 

27 % 


34,1 % 

Abitur 

1,4 % 


3 % 

6,5 % 


11 % 

  

5  və  6-cı  sinifdə  olan  şagirdlərə  valideyin  və  müəllimləri  tərəfindən  göstərilən  təhsil 



pillələrindən  hansını  seçmələrilə  bağlı  bir  orientasiya  mərhələsi  (Orientierunsstufe)  verilir. 

Berlin  və  Brandenburg  xaricində  digər  bütün  əyalətlərdə,  bu  orientasiya  mərhələsi  orta 

məktəblərin  proqramına  qoyulmuşdur.  Berlin  və  Breandenburgda,  orientasiya  ibtidai  təhsil 

mərhələsində həyata keçirilir. Müəllimlər əsas dərslərdən (Riyaziyyat, Almanca, Elm, Xarici dil) 

alınan qiymətlərdən asılı olaraq və əyalətə görə dəyişən qanun tələblərilə təhsil tövsiyyəsi verir. 

Almaniyada  16  əyalətin  hamısının  təhsillə  bağlı  xüsusi  məsuliyyəti  vardir.  Federal 

parlament və hökumət təhsil sisteminə yalnız maliyyə yardımı ilə bağlı təsir göstərə bilir (əyalətə 

görə).  Bu  baxımdan  bir  sıra  fərqli  məktəb  sistemi  mövcuddur.  Ancaq  hər  əyalətdə  başlanğıc 

nöqtəsi  olan  Grundschule  (ibtidai  məktəb)  dörd  illik  bir  təhsil  xidməti  təklif  edir(Berlin  və 

Brandenburgda 6 il).  

Bütün  Alman  əyalətlərində  bacarıqlı  şagirdlər  üçün  Gymnasiumlar  mövcuddur  və  bütün 

ə

yalətlərdə  -  Baden-Württemberg,  Bavariya,  Saksoniya  xaric  –  fərqli  formalarda  da  olsa 




 

10 


Gesamtschule vardır. Şərq əyalətləri Saksoniya, Saksoniya-Anhalt və Turingiya, Hauptschule və 

Realschuleni    bir  yerə  toplayaraq,  Sekundarschule,  Mittelschule  və  Regelschule  məktəblərini 

formalaşdırmışlar. Digər bütün əyalətlər isə bu məktəb tiplərini ayırırlar. 

ngilis dili bütün əyalət orta məktəblərində məcburidir. Bəzi əyalətlərdə isə xarici dil təhsili 

Grundschule,  yəni  ibtidai  təhsil  pilləsində  başlayır.  Məsələn,  North  Rhine-Westphaliada  ngilis 

dili  məktəbin  3-cü  ilində  başlayır;  Brandenburg  həm  ngilis,  həm  də  Polyak  dilinə  və  Baden  – 

Württemberg də  ngilis dilinə ilk iki ildə başlayır. Məcburi xarici dillərlə yanaşı, mövcud ikinci 

xarici dil listəsi əyalətdən əyalətə fərqlənir. Fransızca,  spanca və Latınca ən çox ikinci xarici dil 

kimi seçilən dillərdir. Əksər məktəblər də digər dillərin tədrisi ilə bağlı könüllü fəaliyyət qrupları 

təklif edir. 

Almaniyada  ailələrin  övladlarının  məktəblərindən  irəli  gələrək  bir  əyalətdən  digərinə 

keçmələri çox çətindir. Çünki məktəblərdə dərs proqramları çox fərqlidir. 

Təhsilini  başa  vurmada  problemlə  üzləşmiş  yetkinlər,  sonralar  Abendgymnasium  və  ya 

Abendrealschule (axşam məktəbləri) adlı məktəblərə yazılırlar. 

 

1.3 Xüsusi ehtiyacları olan uşaqların təhsili 

Xüsusi  ehtiyacları  olan  əksər  alman  uşaqları  Förderschule  və  ya  Sonderschule  (xüsusi 

məktəb)  adlı  məktəblərdə  oxuyurlar.  Bu  məktəblər  ancaq  xüsusi  ehtiyacları  olan  şagirdlərə 

xidmət göstərir. Almaniyada bu tipli məktəblərə aşağıdakıları göstərmək mümkündür: 

 



“Sonderschule für Lernbehinderte” – öyrənmək çətinlikləri olan uşaqlar üçündür. 

 



Schule  mit  dem  Förderschwerpunkt  Geistige  Entwicklung”  –  çox  ciddi  öyrənmək 

çətinlikləri olan uşaqlar üçündür. 

 

"Förderschule  Schwerpunkt  emotionale  und  soziale  Entwicklung"  –  xüsusi  emosional 



ehtiyacları olan uşaqlar üçündür. 

Bu gün hər 21 alman şagirdindən biri bu xüsusi məktəblərdə təhsil alır. Bu məktəblərdə dərs 

verən müəllimlər xüsusi ehtiyaclar təhsili üzrə ixtisaslaşmış kolleclərdə yüksək təhsil alırlar. 

 

1.4 Xüsusi istedadlı uşaqların təhsili  

 Almaniyada bir sıra ixtisaslaşmış məktəblər xüsusi istedadlı uşaqlar üçün fəaliyyət göstərir. 

 

 




Yüklə 22,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə