Almaniya respublikasinda ali tehsil sistemi



Yüklə 22,9 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix14.09.2018
ölçüsü22,9 Mb.
#68176
1   2   3   4   5   6   7   8   9   ...   14

 

14 


II.  AFR-da  AL   TƏHS L  S STEM N N  ƏSAS  XARAKTER K 

XÜSUS YYƏTLƏR  

 

2.1 Giriş 

II  Dünya  müharibəsindən  bəri,  Almaniyada  universitetə  daxil  olan  gənclərin  sayı  3  qat 

artmasına baxmayaraq, universitetdə təhsilini davam etdirmə səviyyəsi əksər Avropa ölkəsindən 

aşağıdır. Bunun da əsas səbəbi qismən yüksək əhəmiyyət daşıyan stajlı ikili təhsil sistemidir.  

 

Ə



yalətlə

2009-cu ildə əyalətlər üzrə ali təhsilli (Universitet və ya Tətbiqi 

Elmlər Universiteti) məşğul əhalinin xüsusi çəkisi, ümumi 

məşğul əhalinin faizi 

Schleswig-Holstein 

6,4 % 

Rheinland-Pfalz 



7,4 % 

Saarland 

7,9 % 

Niedersachsen 



7,9 % 

Sachsen-Anhalt 

8,8 % 

Mecklenburg-Vorpommern 



8,9 % 

Nordrhein-Westfalen 

9,5% 

Brandenburg 



9,6% 

Bayern 


10,0 % 

Thüringen 

10,1 % 

Baden-Württemberg 



10,7 % 

Bremen 


11,2 % 

Hessen 


11,7 % 

Hamburg 


13,0 % 

Sachsen 


13,0 % 

Berlin 


13,9 % 

 

Almaniyada  universitetlər  azad  əyalət  təhsil  sisteminin  bir  hissəsidir  və  ölkədə  çox  az  özə



universitet və kollec fəaliyyət göstərir.  

Ali  təhsilin  təşkilatı  strukturu  XIX  əsrin  əvvəllərində  Wilhelm  von  Humboldt  tərəfindən 

həyata  keçirilən  universitet  islahatı  dövrünə  uyğun  olsa  da,  bu  struktur  bəziləri  tərəfindən 



 

15 


(məsələn, Almaniya doğumlu Standford Universiteti rektoru Gerhard Casper) tədrisə əhəmiyyət 

verib, tədqiqatı arxa plana keçirən qeyri-tarazlı yanaşma və əyalətdən asılılığı baxımından tənqid 

edilir.  Ancaq  hazırda  Alman  dövlət  universitetləri  orjinal  Humboldt  yanaşmasından  çox  tipik 

Amerkan qurumlarına bənzəyirlər. 

 

Alman ali təhsil sistemilə bağlı bəzi göstəricilə

Göstəricilə

Sayı 

Hər il orta məktəbə başlayan şagirdlərin sayı 

1 000 000 

Hər il Abitur məzunları 

400 000 

2008-ci ildə ali məktəblərdə oxuyan tələbələrin sayı 

1 912 143 

2008-ci ildə ali məktəb tələbələri içərisində türk tələbələrin sayı 

22 090 

Hər il tamamlanan doktorluq dissertasiyası  



30 000 

Hər il işə başlayan dosent (profesor olmaq üçün aralıq mərhələ) sayı 

1 000 

 

Bu  gün  Almaniyadakı  bütün  ali  təhsil  qurumları  analitik  düşünməyə,  elmi  araşdırmalara, 

problem  həllinə,  kollektiv  çalışmaya,  layihələrlə  işləməyə,  dərslərdə  aktiv  iştiraka  xüsusi  önəm 

verir  və  bunları  təşviq  edirlər.  Sistemdə  əzbərçi  və  yalnız  nəzəri  biliklərə  əsaslanan  təhsildən 

daha ço tətbiqi təhsilə üstünlük verilir. 

  

2.2 Federal Almaniya Təhsil və Tədqiqat Nazirliyi 

Federal Almaniya Təhsil və Tədqiqat Nazirliyi (Almanca Bundesministerium für Bildung und 

Forschung)  Almaniyada  federal  hökumət  tərkibindəki  nazirlikdir.  1998-ci  ilin  noyabr  ayında 

təhsil,  tədqiqat  və  texnologiya  sahəsində  fəaliyyət  göstərən  iki  nazirliyin  birləşdirilməsiylə 

qurulmuşdur.  

9  milyarddan  çox  illik  büdcəyə  malik  olan  Nazirlik  tədqiqat  layihələrinin  və  qurumların 

maliyyələşdirilməsini həyata keçirir və ümumi təhsil siyasətini müəyyən edir. Buna baxmayaraq, 

Almaniyada  təhsil  siyasətinin  əsas  hissə  federal  əyalətlər  səviyyəsində  müəyyənləşdirilir  və 

nazirliyin bu sahədəki təsiri kifayət qədər məhdudlaşdırılmışdır. 

 

 



 


 

16 


2.4 Alman ali təhsil sistemində əsas qurumlar və statusları 

Almaniyada ali təhsil aşağıdakı qurumlar çərçivəsində həyata keçirilir: 

 

Universitetlər  (Universitäten):  müxtəlif  ixtisaslaşmış  institutları  özündə  birləşdirməklə, 



geniş akademik istiqamətlər üzrə tədris və tədqiqat xidmətləri təklif edirlər. Almaniyada 

universitetlər  ənənəvi  olaraq,  xüsusi  fundamental  tədqiqat  sahələrinə  istiqamətlənir  və 

tədris pillələri güclü nəzəri və tədqiqi orientasiyalı komponentlərə malik olurlar.   

 



Tətbiqi Elmlər Universitetləri (Fachhochschulen): Bu qurumlar öz tədris proqramlarını 

mühəndislik  və  digər  texniki  sahələr,  bizneslə  bağlı  sahələr,  sosial  fəaliyyət  və  dizayn 

sahələri  üzrə  formalaşdırır  və  tədrisi  istehsalatla  sıx  inteqrasiya  çərçivəsində  təşkil 

edirlər.  Bu  universitetlər  praktiki  mütəxəssislər  yetişdirirlər.  Bu  universitetlər  1970-ci 

illərdən yayılmağa başlamışdır. 

 



ncəsənət  və  ya  musiqi  Universitetləri  (Kunst-  und  Musikhochschulen):  Musiqi  və 

incəsənətin  müxtəlif  sahələrində  tədris  və  tədqiqatla  məşğuldurlar.  Bunların  sayı  50-ə 

qədərdir. 

 Ali təhsil qurumları ya dövlət qurumlarıdır ya da dövlət tərəfindən tanınan qurumlardır. 

 

Almaniyanın ən qədim 10 universiteti 

 

Universitetin adı 

Yaranma tarixi  Tələbələrinin sayı  Yerləşməsi 

Heidelberg Universiteti 

1386 

26 500 


Heidelberg 

Leipzig Universiteti 

1409 

29 500 


Leipzig 

Rostok Universiteti 

1419 

14 000 


Rostok 

Greifswald Universiteti 

1456 

12 000 


Greifswald 

Freiburg Universiteti 

1457 

20 500 


Freiburg 

Munich Universiteti 

1472 

44 000 


Munich 

Mainz Universiteti 

1477 

33 500 


Mainz 

Tübingen Universiteti 

1477 

23 500 


Tübingen 

Marburg Universiteti 

1527 

24 000 


Marburg 

Jena Universiteti 

1558 

21 000 


Jena 

 

 


Yüklə 22,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə