Almaniya respublikasinda ali tehsil sistemi



Yüklə 22,9 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix14.09.2018
ölçüsü22,9 Mb.
#68176
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 

17 


Alman Universitetlərinin beynəlxalq reytinqi 

 

THE-QS DÜNYA UN VERS TETLƏR REYT NQ  

lk 200-ə girən Alman Universitetləri 

Universitetlə

2004  2005  2006  2007  2008  2009 

Munich Texniki Universiteti 

95 

105 


82 

67 


78 

55 


Heidelberg Universiteti 

47 


45 

58 


60 

57 


57 

Berlin Azad Universiteti 

Yox 

172 


149 

146 


137 

94 


Munich Universiteti 

99 


55 

98 


65 

93 


98 

Freiburg Universiteti 

Yox 

Yox 


Yox 

144 


147 

122 


Berlin Humboldt Universiteti  125 

112 


105 

126 


139 

146 


 

Bu gün Almaniyada təxminən 350-dən çox Universitet və digər ali təhsil qurumu fəaliyyət 

göstərir  ki,  bunlar  da  ölkə  üzrə  bərabər  şəkildə  paylanmışdır.  Bu  ali  təhsil  qurumlarının  66%-i 

dövlət, 23%-i özəl və 11%-i isə kilsə mülkiyyətindədir. 

  

2.4 Alman ali təhsil sistemində proqramlar və qazanılan dərəcələ

Alman  ali  təhsil  sistemində  yuxarıda  göstərdiyimiz  bütün  ali  təhsil  müəssisələri  ənənəvi 

olaraq  birdəfəli  və  uzunmüddətli  inteqrativ  təhsil  proqramları  təklif  edirlər  ki,  bunlar  da  sonda 



Diplom və ya Magister Artium dərəcələri verir və ya Staatsprüfung adlanan dövlət imtahanı ilə 

tamamlanırlar. 

Ancaq  Boloniya  Prosesinə  qoşulma  prosesi  çərçivəsində  birdəfəlik  təhsil  proqramları 

uğurla iki pilləli təhsil proqramlarını təklif edən sistemlə əvəz olunmağa başlamışdır. 1998-ci 

ildən  başlayaraq,  ölkədə  bakalavr  və  magistr  proqramlarına  paralel  olaraq,  ənənəvi  birdəfəlik 

təhsil proqramları təklif olunur. Bu sistemlər aşağıdakı sxemdə açıq şəkildə göstərilmişdir. 

 

 



2.5 Alman ali təhsil sistemində proqramlar və dərəcələrin akreditasiyası 

Keyfiyyətin təmin edilməsi, dərəcələrin müqayisə ediləbilməsi və tədrisin təşkilatı strukturu 

ümumi  prinsiplərə  əsaslanır  ki,  bu  da  Federal  Əyalətlərin  Təhsil  və  Mədəni  şlər  Nazirlərinin 

Daimi Konfransında formalaşdırılmışdır. 1999-cu ildə təhsil proqramlarının akreditasiya sistemi 



 

18 


milli  səviyyədə  Akreditasiya  Şurasının  nəzarəti  altındadır.  Belə  ki,  bütün  yeni  proqramların 

akreditasiyadan keçərək Akreditasiya Şurasının sertifikatını alması məcburidir. 



 

Alman Ali Təhsilində Qurumlar, Proqramlar və Dərəcələ

 

 




 

19 


2.6 Alman ali təhsil sistemində təhsil pillələri 

Almaniyada bütün ali təhsil qurumları yuxarıda göstərilən təhsil proqramlarının bütün tipləri 

üzrə xidmət göstərir. Bakalavr və magistr təhsili müxtəlif ali təhsil qurumlarında bir-biri ardınca 

davam etdirilir. Tədris proqramlarının təşkili modul komponentlərindən istifadəyə və hər semestr 

üzrə 30 kreditlik olmaqla, Avropa Kredit Transfert və Yığım Sisteminə (ECTS)  əsaslanır. 

 

2.6.1 Bakalavriatura 

Bakalavr  dərəcəsi  verən  təhsil  proqramları  akademik  əsaslara  söykənməklə,  tələbələrdə 

profesional  sfera  üzrə  metodoloji  bacarıqlar  formalaşdırılmasını  nəzərdə  tutur  və  bakalavr 

dərəcəsi  3-4  illik  təhsildən  sonra  verilir.  Həmçinin  bu  dərəcənin  alınması  buraxılış  işinin 

yazılması  (thesis)  ilə  tamamlanır.  Bakalavr  tədris  kursları  eyni  zamanda  Almaniyada  Təhsil 



Proqramlarının  Akreditasiyası  üzrə  Təşkilatın  Əsasnaməsinə  uyğun  olaraq,  akreditasiyadan 

keçməlidir. Hazırda ölkədə bakalavr dərəcəsinin aşağıdakı formaları tətbiq edilir: 

 

ncəsənət Bakalavrı (Bachelor of Arts – B.A.), 



 

Elm Bakalavrı (Bachelor of Science - B. Sc.), 



 

Mühəndislik Bakalavrı (Bachelor of  Engineering -B.Eng.), 



 

Hüquq Bakalavrı (Bachelor of Law – LL.B.), 



 

Gözəl  ncəsənət Bakalavrı (Bachelor of Fine Arts – B.F.A.), 



 

Musiqi Bakalavrı (Bachelor of Music - B.Mus.). 



 

2.6.2 Magistratura 

Almaniyada  ali  təhsilin  ikinci  pilləsi  1-2  illik  təhsildən  sonra  magistr  dərəcəsinin 

alınamasıyla tamamlanır. Maraqlı bir cəhət magistr proqramlarının “daha çox praktik yönlü” və 

daha çox tədqiqat yönlü” olmaqla iki yerə ayrılmasıdır. Ali təhsil qurumları hər magistr təhsil 

proqramının profilini özü dəqiqləşdirir. 

Magistr  dərəcəsinin  alınması  dissertasiyanın  yazılmasını  tələb  edir.  Tədris  proqramları  da 

bakalavr pilləsində olduğu kimi akreditasiyadan keçir. Magistr dərəcələrinin aşağıdakı formaları 

tətbiq edilir: 

 

ncəsənət Magistri (Master of Arts -M.A.), 



 

Elm Magistri (Master of Science -M.Sc.),  



 

Mühəndislik Magistri (Master of Engineering - M.Eng.),  




Yüklə 22,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə