Almaniya respublikasinda ali tehsil sistemi



Yüklə 22,9 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix14.09.2018
ölçüsü22,9 Mb.
#68176
1   ...   6   7   8   9   10   11   12   13   14

 

23 


2.11 Ali təhsildə təhsil haqqları və tələbə xərcləri  

Almaniyadakı  bütün  ali  təhsil  qurumlarında  təhsil  ödənişsizdir.  Bir  növ  dövlət  hamıya 

stipendiya verir demək mümkündür. Ancaq Regelstudienzeit'dən ("dərslərin normal müddəti") 

daha  uzun  müddət  ouyan  tələbələr  hər  semestr  üçün  təxminən  500  Avro  həcmində 



Langzeitstudiengebühren ("uzun müddətli təhsil haqqı") ödəməlidirlər.  

Hazırda  bir  sıra  özəl  ali  təhsil  qurumu  (xüsusilə  menecment  məktəbləri)  müəyyən  təhsil 

haqqı tələb etsə də, onların prestiji dövlət universiteteləri səviyyəsində deyildir.  

Tələbələr  yataqxana  və  pansionatla  yanaşı,  kitab  xərclərini  özləri  ödəyirlər.  Müəyyən 

yaşdan sonra tələbələr məcburi tələbə sağlamlıq sığortası (aylıq 50 Avro) və digər sosial xidmə

xərclərini də ( hər semestr üçün 40-100 Avro) ödəyirlər. 

Bununla  yanaşı  tələbələr  universitetdaili  və  xarici  çox  ucuz  ictimai  nəqliyyat 



(Semesterticket) imkanlarından istifadə edirlər və hətta bu xidmətlər bəzi əyalətlərdə pulsuzdur 

(məs. Kiel).  

Tələbələr üçün müstəqil və mənfəət güdməyən bir təşkilat olan və əyalətin maliyyələşdirdiyi 

Studentenwerk tərəfindən təmin edilən ucuz tələbə yataqxanaları mövcuddur. Bu yataqxanalarda 

bir otağın qiyməti aylıq təxminən 150 Avrodur.  

Yataqxanalarda  qalmaq  istəməyənlər  isə  aylıq  500  Avroluq  bina  evlərində  3-5  tələbə 

olmaqla qala bilirlər. Ymək xərcləri də təxminən 100 Avrodur. 

Bir sıra banklar tələbələrə müəyyən bir yaşa qədər (əsasən 25) ödənişsiz bank hesabı təmin 

edirlər. 

Ancaq  bütün  bunlara  baxmayaraq,  son  illər  artıq  bəzi  əyalətlərdə  ali  təhsil  qurumlarında 

semestrlər üzrə 500 Avroluq bir təhsil haqqının alınması təcrübəsi yayılmağa başlamışdır. 

Almaniyada universitetlərin maliyyələşdirdiyi stipendiyalar demək olar ki, yoxdur. Ancaq bir 

sıra  özəl  və  ya  dövlət  qurumları  tələbələrin  yaşayış  və  kitab  xərclərini  ödəyəcək  stipendiyalar 

təmin edirlər. 

Bununla  birlikdə,  tələbələrin  özləri  və  ailələrinin  təhsil  xərclərini  ödəyə  bilmədikləri  halda, 

ölkədə  4-5  il  müddət  ərzində  550  Avroya  qədər  dəstək  almalarına  imkan  verən  bir  qanun 

(BAFöG  və  ya  Bundesausbildungsförderungsgesetz)  fəaliyyət  göstərir.  Bu  pulun  bir  hissəsi 

(təminən yarısı) qarşılıqsız verilir. 

Tələbələrin  təxminən  30-50%-i  əlavə  pul  qazanmaq  məqsədilə  işləyir  ki,  bu  da  təhsil 

müddətlərini uzdan başlıca amildir. 



 

24 


2.12 Ali təhsildə azadlıq prinsipi 

Alman  universitet  tələbələri  əsasən  oxuduqları    proqramları  özləri  seçir  və  professorlar  da 

tədqiqat və tədris sahələrində özləri qərar verirlər. Bu seçmə sistemi, çox vaxt tələbələrin məzun 

olmadan əvvəl bir neçə ilini universitetdə keçirməsinə səbəb olur ki, bu da hazırda alman təhsil 

sistemində  müzakirə  olunan  məsələlərdən  birinə  çevrilmişdir.  Belə  ki,  hazırda  eyni  vaxtda 

məzun  olan  tələbələrin  olduğu    sinif  tapmaq  çox  çətindir.  Tələbələr  öz  istəklərinə  və 

universitetelərin güclərinə görə oxuduqları universiteteləri dəyişə bilirlər. Bəzən tələbələr paralel 

olaraq  müxtəlif  universitetelərdən  iki,  üç  və  ya  daha  çox  dərsə  qoşula  bilirlər.  Alman 

universitetelərindəki  bu  mobillik  bu  sahədə  ABŞ,  ngiltərə  və  Fransada  olmayan  bir  azadlıq  və 

fərdiyyətçiliyin göstəricisidir. 



 

2.13 Ali təhsilin milli informasiya sistemləri 

 



Almaniya Təhsil və Tədqiqat Nazirliyi,  Heinemannstrasse 2 53175 Bonn Germany, 

Tel: 


+49(1888) 570, 

Fax: 


+49(1888) 5783601, 

bmbf@bmbf.bund.de

http://www.bmbf.de



 

 



Almaniyada  Federal  Əyalətlər  Təhsil  və  Mədəniyyət  şləri  Nazirlərinin  Daimi 

Konfransı    (Kultusministerkonferenz  -KMK)  ,  Lennéstrasse  6,  D-53113  Bonn;  Fax: 

+49[0]228/501-229; Phone: +49[0]228/501-0, 

europa@kmk.org

,  


http://www.kmk.org

 



 

Xarici Təhsil Mərkəzi Ofisi (ZaB), 

www.kmk.org

 ;  

zab@kmk.org



 

 



Sənədləşmə  və  Təhsil  nformasiya  Xidməti

www.kmk.org/doku/bildungswesen.htm

eurydice@kmk.org



  

 



Alman  Rektorları  Konfransı  (Hochschulrektorenkonferenz  -  HRK),  Ahrstrasse  39,  D-

53175  Bonn;  Fax:  +49[0]228/887-110;  Phone:  +49[0]228/887-0; 

www.hrk.de

  ,  E-Mail: 

sekr@hrk.de

 



 

Alman Rektorlar Konfransının Ali Təhsil Kompası

www.higher-education-compass.de

  



 



Almaniyada 

Ali 

Təhsil 

Qurumları 

və 

Universitetlə

Assosiasiyası 

(Hochschulrektorenkonferenz  -  HRK),  Ahrstrasse  39  D-53175  Bonn,  Germany, 

Tel: 


+49(228) 8870, 

Fax: 


+49(228) 887110, 

http://www.hrk.de



 

 



Təhsil  Planlaşdırılması  və  Tədqiqatların  Təşviqi  üzrə  Federal  Əyalətlər  Komissiyası 

(BLK), Friedrich-Ebert-Allee 38, 53113 Bonn, Germany, 

Tel: 


01888 54020, 

Fax: 


01888 

5402150, 

blk@blk-bonn.de

http://www.blk-bonn.de



 


Yüklə 22,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə