Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə1/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
  1   2   3   4   5   6   7   8   9   ...   67
51696

Almaz  Əliyeva  Məcid qızı

NATO  DA HƏRBİ-SİYASİ İSLAHATLAR VƏ 

AZƏRBAYCAN RESPUBLİKASI

BAKI-2 0 1 2


Elmi redaktor: 

Fətəliyev Məmməd Böyükxan oğlu

Tarix elmləri doktoru, professor

Rəyçilər: 



Darabadi Pərvin Qulam oğlu

Tarix elmləri doktoru, professor

Əliyev Oktay Əlikram oğlu

Coğrafiya  üzrə fəlsəfə doktoru, professor

Nəsirov Elman Xudat oğlu

Tarix  üzrə fəlsəfə doktoru,  dosent

Əhmədova Firdovsıyyə Firdovsi qızı

Tarix  üzrə fəlsəfə doktoru,  dosent

Monoqrafiyada  “soyuq  müharibə”nin  başa  çatmasından  sonra 

NATO-nun  saxlanılmasını  şərtləndirən  amillər  müəyyən  edilmiş  və 

yeni  şəraitdə  alyansda  baş  verən  hərbi-siyasi  islahatlar  hərərəfli 

tədqiq  olunmuşdur.  Tədqiqat  prosesində  hərbi-siyasi  blokun  inkişaf 

strategiyasının  iki  əsas  istiqamətinə  -  qloballaşma  və  universallaş- 

maya xüsusi  diqqət yetirmişdir.  Eyni  zamanda NATO-da qeyri-hərbi 

əməkdaşlıq  məsələləri,  xüsusilə 

onun  “Aralıq  Dənizi  Proqramı” 

geniş təhlil olunmuş və elmi nəticələr əldə edilmişdir.

Kitabda  NATO-nun  Cənubi  Qafqaz  regionunda  yeri  və  rolu, 

xüsusilə  də  onun  Azərbaycan  Respublikası  ilə  münasibətləri  bir  sıra 

parametrlər  üzrə  elmi  təhlillər  predmetinə  çevrilmiş  və  müvafiq 

təklif, tövsiyə və proqnozlar irəli sürülmüşdür.

Monoqrafiyadan  NATO  ilə  bağlı  mövzular  üzrə  tədqiqat  aparan 

bakalavrlar,  magistrlər,  müdavimlər,  doktorantlar,  dissertantlar  və 

ümumən  hərbi-təhlükəsizlik  məsələlərinə  maraq  göstərən  bütün 

oxucular faydalana bilərlər.



ISBH  978-9952-8028-8-9

Yeni Poliqrafist” MMC

ON SOZ

Məlum  olduğu  kimi  “soyuq  müharibə”  dövründə 



yaranmış  təşkilat  olan  NATO  müasir  dövrün  reallıqlarına 

adaptasiya  edərək,  qlobal  təhlükəsizlik  sisteminin  ən 

mühüm  və  apancı  aktorlanndan  birinə  çevrilmişdir.  Eyni 

zamanda alyansda baş verən  islahatların təsiri  altında onun 

fəaliyyət  istiqamətləri  və  prioritetlərində  də  bir  sıra 

dəyişilkliklər  baş  vermişdir.  Təsadüfi  deyildir  ki,  o,  artıq 

sırf  hərbi  təşkilat  deyildir.  Qurumun  fəaliyyətində  hərbi 

fəaliyyətlə  yanaşı,  siyasi  davranış  tərzi  də  geniş  yer 

almışdır. 

Başqa 


sözlə, 

alyans 


beynəlxalq 

sferada 


fəliyyətində  qeyri-hərbi  fəliyyət istiqamətlərinə  də xüsusi 

əhəmiyyət  verməkdədir.  Heç  şübhəsiz,  bu  halda  onun 

fəaliyyət  mexanizmlərində  «yumşaq  güc»  elementləri 

xüsusi  aktuallıq  kəsb  edir.  Bəs  həmin  siyasət  hansı 

məqamlarla  xarakterizə  olunur?  Bu  siyasətin  konkret 

vektorları  hansılardır?  Təhlükəsizlik  sahəsində  belə 

fəaliyyətin  səmərəlilik  əmsalı  necədir?  NATO-nun 

Cənubi  Qafqaz  siyasətində  Azərbaycanın  yeri  və  rolu  nə 

kimi  aktuallıq  kəsb  edir?  Bu  və  digər  suallara  cavabın 

tapılması  təkcə  elmi  deyil,  həm  də  böyük  siyasi  aktuallıq 

kəsb edir. Bu baxımdan  gənc tədqiqatçı Almaz Əliyevanın 

elmi  araraşdırmalannın  nəticəsi  olaraq  ərsəyə  gəlmiş 

monoqrafiya  uğurlu  tədqiqat  əsəri 

hesab  oluna  bilər. 

M üəllif  tədqiqat  predmetini  araşdırarkən  ilk  növbədə 

müasir  geosiyasi  reallıqları  dəyərləndirməyə  çalışmışdır. 

Təsadüfii  deyildir  ki,  bunu  etmədən  alyansın  atdığı 

addımların  forma  və  məzmun  mündəricəsinə  qiymət

3



vermək  düzgün  olmazdı.  Tədqiqat  əsərində  müəllif, 

konkret  arqumentlərə  söykənməklə  alyansın  hərbi  siyasi 

islahatlar  çərçivəsində  görmüş  olduğu  işləri,  o  cümlədən 

NATO  və  Azərbaycan  münasibətlərini  elmi-tədqiqat 

süzgəcindən keçirmişdir.

Monoqrafiyanın birinci  fəsli  “NATO müasir beynəlxalq 

münasibətlər  sistemində”  adlanır  və  iki  yarımfəsildən 

ibarətdir.  Fəsildə  Almaz  xanım  NATO-nun  yaranma 

səbəbləri,  onun  fəaliyyət  istiqamətləri  və  hədəfləri, 

Varşava 


bloku 

ilə 


mübarizə 

metodları,  «soyuq

müharibə»nin 

bitməsi 


ilə 

alyansın 

missiyasında 

dəyişikliklərin  baş  verməsi  reallığı  və  onun  həyata 

keçirilməsi  mexanizmləri,  xüsusilə  hərbi-siyasi  sahədə 

tətbiq  edilən  islahatların  forma-məzmun  mündəricəsi  ilə 

bağlı  məsələləri  elmi  təhlillər  müstəvisinə  çıxarmışdır. 

Bu  fəsildə  həmçinin  “soyuq  müharibə”dən  sonrakı  yeni 

geosiyasi  reallıqlar  kontekstində  alyansın  mövcudluğunun 

saxlanması  və  ya  saxlanılmaraası  ilə  bağlı  təşkilat 

çərçivəsində,  habelə  elmi-akademik  dairələrdə  apanlın 

geniş müzakirələrlə bağlı  da təhlillər aparılmışdır.  Müəllif 

konkret 

faktlar 


və 

arqumntlər 

əsasında 

alyansın 

fəaliyyətini  davam  etdirməsini  şərtləndirən  yeni  təhdid  və 

Çağnşlarla  bağlı  problemləri  elmi  təhlillər  süzgəcindən 

keçirmişdir.

Təhlillərinin nəticəsi  olaraq Almaz Əliyeva haqlı  olaraq 

göstərir  ki,  NATO  müasir  beynəlxalq  koordinatlar 

sistemində  müstəsna  mövqeyə  malik  təşkilatlardan  biridir 

və  buna  görə  də  bəşəriyyətin  gələcəyinin  və  dünyanın

4

hərbi-təhlükəsizlik 



və 

hərbi-siyasi 

mənzərəsinin 

formalaşmasında  onun  üzərinə  böyük  məsuliyyət  düşür. 

Məhz  bu  reallığın  dərk  olunması  və  praktiki  tətbiqi 

baxımından  NATO-nun  90-cı  illərdə  meydana  çıxan  iki 

sənədi  -  «Sülh  Naminə  Tərəfdaşlıq»  və  «Aralıq  Dənizi 

Dialoqu» proqramları olduqca böyük əhəmiyyət kəsb edir. 

Fəsildə  həmin  proqramların  mahiyyəti,  məzmunu  və 

həyata  keçirilməsi  istiqamətləri  ilə  bağlı  geniş  araşdırma 

aparılmışdır.

Təşkilatın  keçmiş 

SSRİ  məkanındakı 

hadisələrə 

müdaxilə  etməsinə  gəlincə  isə  müəllif bunu  onunla  izah 

etməyə  çalışır  ki,  postsovet  məkanında  yaranmış  yeni 

dövlətlərdə  baş  verən  milli,  etnik,  ərazi  münaqişələri 

bütövlükdə  beynəlxalq  münasibətlər  sistemi  üçün  təhlükə 

yaradır.  Hərbi-siyasi  təşkilat  kimi  NATO  dünyada 

münaqişələrin  həll  edilməsində  öz  rolunu  artırmağa,  bu 

ölkələrdə  siyasi  və  iqtisadi  böhranın  aradan  qaldırılma­

sına,  demokratik  islahatlar  keçirilməsinə  zəruri  kömək 

göstərməyə  çalışır  və  hazırda  alyans  üçün  əsas  təhlükəni 

NATO  üzvlərindən  birinə  hücum  təhlükəsi  deyil,  qeyri- 

sabitliyin  (iqtisadı,  sosial  və  siyasi  çətinliklər,  etnik 

münaqişələr,  ərazi  mübahisələri,  kütləvi  qırğın  silahı  və 

ballistik 

raketlərin 

yayılması, 

həyati 


əhəmiyyətli 

ehtiyatların  çatışmaması,  terror  və  s.)  meydana  çıxması 

təşkil edir.

M üəllif  burada  göstərir  ki,  hal-hazırda  ilk  növbədə 

dünyanın  qlobal  siyasi  proseslərinin  idarə  olunmasında 

ABŞ-la  səlahiyyətlərin  bölünməsində  Avropa  İttifaqı,

5



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə