Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə10/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

əlaqələrinin həyata keçirildiyi başqa sahələrin də üzərində 

ayrıca  dayanmaq  lazımdır.  «Aralıq  Dənizi  Dialoqu»nun 

qeyri-hərbi  cəhətləri  proqramın  üzvü  olan  ölkələrin 

nümayəndələri 

üçün 

NATO-nım 



Almaniyadakı 

məktəbində  və  İtaliyadakı  kollecində 

sülhyaratma, 

ekologiya, 

silahlar 

üzərində 

nəzarət, 

Avropada 

təhlükəsizlik  və  fövqəladə  halların  aradan  qaldırılmasının 

planlaşdırılması  məsələləri  üzrə  tədrisin  təşkilini  özündə 

birləşdirir.  Bu  kurslar  Məğrib  ölkələrinin  həm  Aralıq 

dənizində,  həm  də  dünyanın  başqa  guşələrində  Şimali 

Atlantika  İttifaqının  praktik  fəaliyyətinə  daha  fəal  cəlb 

olunmalarına  kömək  etməlidirlər  ki,  həmin  ölkələr 

Alyansla  hərbi  sahədə  sıx  əməkdaşlığa  hazır  olsunlar. 

Tədrisdən  başqa  oxşar  problematika  üzrə  konfrans  və 

seminarlar  təşkil  olunur.  Məsələn,  Afinada  ilk  dəfə 

«Aralıq  dənizi  hövzəsində  təbii  fəlakətlərin  qarşısının 

alınması»  mövzusunda  seminar  keçirilmişdir.  NATO 

ölkələri  həm  də  Aralıq  dənizi  dövlətlərinin  tədqiqatçıları 

üçün  təqaüd  və  qrantlar  ayırırlar.  Məsələn,  2000-ci  ildə 

Aralıq dənizi  ölkələrindən  108  tədqiqatçı NATO-nun elmi 

tədqiqatlarında  iştirak  etmişdir.  Misir,  İsrail,  İordaniya, 

Mavritaniya  və  Mərakeşdən  olan  alimlərin  aldıqları  beş 

təqaüdü 

də 


göstərmək 

yerinə 


düşər. 

Onların 


tədqiqatlarının  mövzusu  Şərqi  Aralıq  dənizi  regionunun 

təhlükəsizliyi,  Aralıq  dənizi  regionunda  təhlükəsizlik 

sahəsində  əməkdaşlığın  iqtisadi  cəhətləri  vo  ərəb 

dünyasında  təhlükəsizlik  və  əməkdaşlıq  məsələlərinə 

daxildən baxış olmuşdur. Bundan başqa Misir, Mavritaniya 

və  Tunisin  elmi-tədqiqat  institutlarının  nümayəndələri 

NATO-nun  Aralıq  dənizi  təşəbbüsü  məsələləri  üzrə 

brifinqlərində iştirak etmişlər.

38

NATO-nun elmi proqramları çərçivəsində təbiət elmləri 



sahəsində  əməkdaşlıq  da  intensiv  inkişaf  edir.  «Aralıq 

Dənizi Dialoqu» ölkələrinin alimləri elmi-tədqiqat seminar 

və  institutlarının  işində  iştirak  edir,  həmçinin  birgə 

tədqiqat  üçün  qrant  və  təqaüdlər  alırlar.  Nümunə  kimi 

«İnformasiyanın 

saxlanması, 

işlənilməsi 

və 


kommunikasiyalar üçün qeyri-standart optik elementlərdən 

istifadə  edilməsi»  adlı  birgə  yunan-israil  seminarını 

göstərmək  olar.  Onun  işində  həmçinin  İordaniya  və 

Mərakeşdən olan alimlər də iştirak edirdilər.

Yuxanda  adlan  çəkilən  tədbirlərdən  başqa  NATO-nun 

gündəliyi  və  Aralıq  dənizi  təhlükəsizliyi  müzakirə  olunan 

beynəlxalq  konfrans  və  seminarların  gedişində  hər  iki 

tərəfi  maraqlandıran  informasiya  mübadiləsi  də  aparılır. 

Qarşılıqlı 

informasiya 

əlaqəsi 

həmçinin 

alimlərin, 

jurnalistlərin,  parlament  nümayəndə  heyətlərinin  və  digər 

rəsmi  şəxslərin  səfərlərini  əhatə  edir.  Məğrib  ölkələrinin 

məlumatlılığını  yüksəltmək  üçün  NATO  materialları 

ərəbcə dərc olunur.

39



7-ci fəsil

«Aralıq Dənizi Dialoqu»-nun əsas prinsipləri və 

fərqləndirici cəhətləri

NATOnun  çoxtərəfli  və  regional  işlərinin  başçısı 

Y.Nordamın «NATO  xəbərləri»ndə  dərc olunmuş  «Aralıq 

Dənizi  Dialoqu»:  yanlış  təsəvvürlərin  aradan  qaldırılması 

və  etimadın  möhkəmləndirilməsi»  adlı  məqaləsində 

«Aralıq 


Dənizi 

Dialoqu»nun 

əsas 

prinsipləri 



müəyyənləşdirilir.  Müəllifin  fikrincə,  proqramın  əsas 

üstünlüyü  ondadır  ki,  dialoq  öz  strukturuna  görə 

ikitərəflidir  və  ayrıca  götürülmüş  ölkədə  arzuolunmaz 

siyasi  hadisələrin  inkişafı  səbəbindən  pozula  bilməz, 

baxmayaraq ki, bəzi hallarda daha vacib problemlərin həlli 

üçün  çoxtərəfli  məsləhətləşmələr  nəzərdə  tutulmuşdur. 

Adətən  belə  məsləhətləşmələr  informasiya  sessiyaları  və 

brifinqlər  şəklini  alır.  Başqa  sözlə,  «Aralıq  Dənizi 

Dialoqu»  formulunu belə ifadə etmək olar: NATO ölkələri 

plyus  dialoqun  iştirakçısı  olan  dövlət.  Aralıq  dənizi 

əməkdaşlığı  qrupu  çərçivələrindəki  görüşlər  adətən  ildə 

bir dəfə keçirilir.

Beləliklə,  görürük  ki,  NATO-nun  bu  təşəbbüsü 

Alyansın  üzvü  olan  ölkələrlə  Aralıq  dənizi  dövlətlərinin 

regional 

təhlükəsizlik  məsələləri 

üzrə 

informasiya 



mübadiləsi  etmək  və  öz  mövqelərini  əlaqələndirmək 

imkanları  olan  geniş  beynəlxalq  forumdur.  Aralıq  dənizi 

dialoqunun başlıca funksiyası da məhz budur.

Aralıq  dənizi  dialoqunun  digər  fərqləndirici  cəhəti  isə 

odur  ki,  bu,  çevik  çərçivə  sazişidir.  Burada  iştirakçıların 

hamısına  NATO  ilə  əməkdaşlıq  üçün  bərabər  imkan 

yaradılır,  lakin  bu  və  ya  digər  tədbirdə  iştiraklarının

40

səviyyəsini  onlar  özləri  müəyyənləşdirirlər.  Belə  ki,  bəzi 



informasiya  tədbirləri  istisna  olmaqla  bütün  fəaliyyət 

özünümaliyyələşdirmə  əsasında  həyata  keçirilir.  Lakin

1997-ci il Roma konfransında qərara alınmışdır ki,  «Aralıq 

Dənizi 


Dialoqu»na 

NATO-nun 

büdcəsindən 

xeyli 


maliyyələşmə tələb edən tədbirlər də daxil edilsin.

Y.Nordam  öz  məqaləsində  Aralıq  dənizi  dialoqunun 

strukturunda  iki  istiqaməti  fərqləndirir:  siyasi  dialoq  və 

xüsusi fəaliyyət növləri üzrə əməkdaşlıq. Birinci qrupa hər 

şeydən  əvvəl  Aralıq  dənizi  regionunun  sabitliyi  və 

təhlükəsizliyinin 

başlıca 

məsələləri 

üzrə 

siyasi 


məsləhətləşmələr  və  fikir  mübadilələri  aiddir.  İkinci 

istiqamət  isə  əsasən  hərbi-siyasi  bloka  aid  olmayan 

sahələri əhatə edir.

«Aralıq  Dənizi  Dialoqu»  proqramının  strukturu  «Aralıq 

dənizi 

əməkdaşlığının 



dərinləşdirilməsi: 

NATO-nun


töhfəsi» məqaləsində daha dəqiq müəyyənləşdirilmişdir.

Burada  NATO  ilə  Aralıq  dənizinin  cənubundakı 

ölkələrin 

münasibətlərinin 

inkişaf  perspektivlərinin 

təhlilinə  xüsusi  diqqət  yetirmək  lazımdır.  «Sülh  Naminə 

Tərəfdaşlıq»  proqramının  uğur  qazanmasından  sonra  belə 

bir  fikir  yaranmışdı  ki,  yaxm  vaxtlarda  Aralıq  dənizi 

regionu  üçün  də  analoji  proqramın  həyata  keçirilməsinə 

başlanacaqdır.  Lakin  fikrimizcə,  birmənalı  təsdiq  etmək 

olmaz ki, hadisələr məhz bu cür inkişaf edəcəkdir.

Məlumdur  ki,  iqtisadi  səviyyəsinə  görə  Şimali  Afrika 

Ekvatorial  Afrikam  xeyli  qabaqlayır  və  “ərəb  baharı” 

hadisələrinə  qədər  sonuncuya  nisbətən  daha  sabit  daxili 

siyasi vəziyyətə malik idi. NATO-nun yalnız Şimali Afrika 

ölkələrinə  marağı  və  Saxaradan  cənubdakı  regional 

münaqişələrə  müdaxilə  etmək  istəməməsi  məhz  bununla

41



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə