Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə11/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

izah  olunur.  Lakin  Şimali  Atlantika  alyansına  dərhal  daxil 

olmaq üçün bunlar açıq-aşkar kifayət deyildir.  Hətta bütün 

amilləri  nəzərə  almaqla da demək  olmaz  ki,  Misir,  Tunis, 

Mavritaniya, 

Mərakeş 

və 


Əlcəzair 

qərb 


tipli 

demokratiyanın  bütün  formal  əlamətlərinə  cavab  verir. 

Belə  ki,  bu  tip  dövlətlər  bu  bölgədə  baş  verən  son 

hadisələrə  qədər  demək  oiar  ki,  demokratik  institutların 

rüşeymlərinə  malik  olan  əsasən  avtoritar  rejimlər  idilər. 

Burada  seçkilər  ya  ümumiyyətlə  keçirilmir,  ya  da 

dekorativ  xarakter  daşıyır  və  hakimiyyət  orqanlarının 

formalaşdınlmasma  faktiki  olaraq  təsir  göstərilmirdi. 

Məhz  bu  nöqteyi-nəzərdən  söyləmək  olar  ki,  NATO 

rəhbərliyi  üçün  xalqın  Yaxın  Şərqdə  baş  verən 

əzilməsindən  sonra  bu  kimi  dövlətlərlə  yaxın  gələcəkdə 

ümumbəşəri  dəyərlərə  və  insan  hüquqlarına  üstünlük 

verən 

ölkələrin 



sivil 

cəmiyyətinə 

qoşulmasını 

əsaslandırmaq  müəyyən  qədər  çətinliklər  yaratmış 

olacaqdır.

Aralıq  dənizi  ölkələrinin  təkamülünün  demokratik 

məcrada  keçməsi  üçün  onlar  NATO  və  digər  Avropa 

strukturları 

ilə 

informasiya 



əməkdaşlığım 

genişləndirməlidirlər  ki,  demokratik  dəyərlər  və  insan 

hüquqları  bura  daha  çox  nüfuz  etsin  və  regionu 

demokratiya  sahəsində  qərb  standartlarına  yaxınlaşdırsın. 

«Siyasi 

mədəniyyətin 

generatoru» 

kimi 


kütləvi 

informasiya  vasitələrinə  xüsusi  diqqət  yetirilməli  və 

onların  yerli  hakimiyyətdən  asılı  olmaması  NATO 

təşəbbüsləri çərçivəsində informasiya əməkdaşlığının əsas 

elementi olmalıdır.

Bundan  başqa,  Alyansa  daxil  olmaq  üçün  Aralıq  dənizi 

ölkələri  qarşılıqlı  ərazi  iddialarından  (məsələn,  Mərakeş 

Aralıq  dənizi  sahilindəki  əsasən  ispanlann  məskunlaşdığı

42

Seutu  və  Melilü  şəhərlərini  öz  ərazisi  hesab  edir)  imtina 



etməli, daxili siyasi vəziyyəti stabilləşdirməli (bu daha çox 

Əlcəzairə  aiddir)  və  sildi  standartlarının  unifikasiyası  ilə 

əlaqədar  hərbi  xərcləri  öz  üzərilərinə  götürməyə  razı 

olmalıdırlar.  Buna  görə  də  belə  bir  nəticəyə  gəlmək  olar 

ki,  Şimali  Afrikanın  qərb  hərbi  strukturuna  inteqrasiyası 

Şərqi  Avropadakı  kimi  sürətli  olmayacaqdır.  Çünki  həmin 

regionun  ölkələri  həm  siyasi  sistemin  inkişafina,  həm  də 

sırf  hərbi  göstəricilərə  görə  əksər  Şərqi  Avropa 

dövlətlərindən geri qalırlar.

Məhz  bu  səbəbdən  NATO,  yəqin  ki,  Aralıq  dənizi 

çərçivəsində 

Alyansa 


inteqrasiya 

proseslərini

sürətləndirməyəcək  və  Şərqi  Avropadan  fərqli  olaraq 

təkamül  yolunu  seçəcəkdir.  Bu  ehtimalımızı  NATO-nun 

sabiq  baş  katibi  Robertsonun  sözləri  də  təsdiq  edir.  O, 

mətbuat konfranslarından birində bəyan etmişdi ki,  Alyans 

Dialoqun  Şimali  Afrika  ölkələrinə  daxili  dəyişikliklərin 

apanlması prosesində köməklik edəcəkdir. Digər sabiq baş 

katib  Havyer  Solana  isə  Öz  bəyanatında  Aralıq  dənizi 

təşəbbüsünün  təkamül  yolu  ilə  inkişafını  göstərmiş  və 

vurğulamışdır  ki,  «regionda  siyasi  təkamül  pozitiv 

istiqamətə  yönəlməlidir».  Bununla  yanaşı  o  belə  bir  fikir 

söyləmişdir  ki, 

gələcəkdə 

dialoqa 

Aralıq 


dənizi 

regionunun  digər  ölkələrini  də  cəlb  etmək  və  müzakirə 

olunan problemlərin spektrini genişləndirmək mümkündür. 

Gördüyümüz  kimi,  NATO-ya  qəbulun  perspektivləri 

haqqında rəsmi  səviyyədə hələ heç nə danışılmır və yaxın 

gələcəkdə  Şimali  Afrika  üçün  «Sülh  naminə  tərəfdaşlıq» 

proqramının yaranacağına H.Solana  skeptikcəsinə  yanaşır; 

o  güman  edir  ki,  şərq  istiqaməti  NATO-nun  siyasətində 

əvvəlki kimi yenə də əsas yer tutacaqdır.

43



8-ci fəsil

NATO və Avropa İttifaqı: maraqlar toqquşur

«Aralıq  Dənizi  Dialoqu»nun  inkişafında  təkcə  NATO 

yox, həm də Aralıq dənizi ölkələrinin özləri  maraqlıdırlar. 

Axı  bu  regionun  dövlətləri  hələ  1975-ci  ildə  Bloklara 

qoşulmamaq hərəkatımn  əsas  prinsiplərinə  uyğun  hərəkət 

edərək  ATƏM-in  işində  iştirak  vasitəsilə  Avropanın 

təhlükəsizlik  strukturlarına  qoşulmağa  ümid  edirdilər. 

Hazırda  ATƏT-in  səlahiyyətləri  və  iş  qabiliyyəti  şübhə 

altına  alman  zaman  Şimali  Afrika  Ölkələrinin  NATO-ya 

inteqrasiyası  tamamilə  qanunauyğun  görünür.  Bir  çox 

təhlilçilərin  fikrincə,  adını  dəyişməsinə  baxmayaraq  o 

(ATƏT),  mahiyyətcə  yenə  Müşavirə  olaraq  qalmışdır. 

Burada  qəbul 

olunan 


bütün 

qərarlar  iştirakçıların 

mövqeyinin  ümumi  məxrəcə  gətirilməsini  tələb  edir. 

NATO  ATƏT-dən  fərqli  olaraq  güclü  hərbi  struktura 

malikdir və  tərəfdaş  dövlətlərə real  köməklik  göstərməyə 

qabildir. Bundan başqa Varşava müqaviləsinin dağılmasına 

səbəb  olmuş  və  Miloşeviç  rejiminə  qarşı  uğurlu  hərbi 

aksiya  keçirmiş  səmərəli  təşkilat  kimi  Şimali  Atlantika 

İttifaqının nüfuzu əvvəlki kimi sarsılmazdır.

NATO-nun  bu  məsələdə  rəsmi  mövqeyinə  gəlincə, 

Alyansın  rəhbərliyi  «Aralıq  Dənizi  Dialoqu»na  bu 

regiondakı  digər  beynəlxalq  təşkilatların  (Aİ  və  ATƏT) 

funksiyalarını 

təkrarlamadan 

onların 

siyasətini 

stimullaşdıran  bir  mexanizm  kimi  baxır.  Bundan  əlavə, 

hazırda  Avropa  İttifaqının  xarici  siyasət  və  təhlükəsizlik 

siyasəti  üzrə  ali  komissan  olan  H.Solana  hətta  ümidvar 

olduğunu  bildirmişdir  ki,  NATO  regiondakı  başqa 

çoxtərəfli  strukturların  işindən  müsbət  təcrübə  əldə

44

edəcəkdir. Həm də NATO rəhbərlərinin belə bəyanatlanm 



tez-tez  eşitmək  olur  ki,  iki  əsas  Aralıq  dənizi  təşəbbüsü 

(NATO  və  Aİ)  çərçivəsində  səyləri  əlaqələndirmək 

zəruridir.  Bunun  üçün,  şübhəsiz,  iki  təşkilatın  rəhbər 

nümayəndələri  arasında müntəzəm görüşlər kimi  müvafiq 

institut mexanizmləri lazımdır.

Avropa 


İttifaqı 

bu 


regionun 

iqtisadi 

inkişafına 

əhəmiyyətli  töhfə  verə  bilər,  lakin  onun  pozitiv  təsiri 

bununla  məhdudlaşır  ki,  Aralıq  dənizinin  əsas  fiqurları 

olan  Türkiyə  və  ABŞ  AB-nə  daxil  deyildir.  Buna görə  də 

Aralıq  dənizi  təşəbbüsünün  inkişafı  NATO  çərçivəsində 

məqsədəuyğun  görünür.  Amma  bəzi  tədqiqatçılar  belə 

düşünməyə  meyllidirlər  ki,  NATO  ilə  Aİ-nin  qarşılıqlı 

münasibətlərində  əməkdaşlıqdan  çox  rəqabət  üstünlük 

təşkil edir və Alyans özünün Aralıq dənizi proqramını AB- 

nin  Barselona prosesinə  qarşı  başlamışdır.  Bununla  yanaşı 

Avropa  İttifaqının  səylərinə  adətən  NATO  ilə  qarşıdurma 

və  avropalıların  öz  həyati  maraqları  zonasında  məxsusi 

siyasətlərini yeritmək kontekstində baxılır. Fikrimizcə,  hər 

iki  proqramın  səmərəli  fəaliyyət  göstərməsi  üçün  NATO 

və  Aİ-nin  öz  təşkilatlarının  profilinə  uyğun  gələn 

vəzifələri  yerinə  yetirməsi  zəruridir.  Belə  ki,  Avropa 

İttifaqı  üçün  sosial-iqtisadi  xarakterli  problemlər,  NATO 

üçün  isə  təhlükəsizlik  və  müdafiə  məsələləri  üstünlük 

təşkil  etməlidir,  çünki  bu  sahələrdə  təşkilatlardan  hər 

birinin digəri ilə müqayisədə xeyli üstünlüyü vardır.

Hələlik  NATO  rəhbərləri  Avropa  İttifaqı  ilə  Alyansın 

təşəbbüslərinin  bir-birlərini necə tamamlayacaqları barədə 

məsələyə  mükəmməl  bir  cavab  verməmişlər.  Axı  hazırda 

hər  iki  təşkilat  Aralıq  dənizində  «yumşaq»  təhlükəsizliyə 

üstünlük verməklə eyni problemlərin həlli ilə məşğuldur.

45



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə