Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə14/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

vahid  mərkəzdən  idarə  olunması  bu  dövlətlərin  maraqlan 

ilə  ziddiyyət  təşkil  edir.  Bu  amil  də  çoxqütblü  dünya 

düzəninin formalaşmasını zəruri  edir;

4. 


Hansısa super gücə arxalanıb yerləşdiyi regionu daim 

təhdid  altında  tutan  dövlətə  yerini  göstərmək  üçün 

alternativ  qlobal  gücə  ehtiyac  var.  Bu  baxımdan  da 

çoxvektorlu 

dünya 

düzəninin 



formalaşması 

xüsusi 


əhəmiyyət kəsb edir.

Çoxqütblü  dünya  düzəninin  formalaşmasında  coğrafi 

amil,  tarixi,  dini,  milli  bağlılıq  əsas  götürülməlidir.  Bu 

dünya  düzəninin  formalaşması  və  yeni  idarəetmə 

mərkəzlərinin yaranması  dünyada böyük  dövlətlərin  kiçik 

dövlətlərə  dair  çirkin  maraqlarının  icrasına  gətirib 

çıxarmamalıdır.  Böyük dövlətlər  arasında,  eləcə də böyük 

dövlətlərlə  kiçik  dövlətlər  arasında  tarazlı  və  ədalətli 

münasibətlər hökm sürməlidir.

Çoxqütblü  dünya  düzəninin  formalaşması  həm  də 

beynəlxalq  aləmdə  güclərin  paylaşmasına  gətirib  çıxara 

bilər.  Çoxqütblü  dünya  düzəninin  formalaşmasında  və 

qlobal  siyasi  proseslərin  idarə  olunmasında  iştirak  hal- 

hazırda  buna  iddiası  olan  dövlətdən  asılıdır.  Həmin 

dövlətə  isə  ilk  növbədə  güclü  və  qlobal  təsirlərə  malik 

iqtisadiyyat lazımdır ki, öz iddiasım təmin edə bilsin.

54

10-cu fəsil

NATO və qlobal təhlükəsizlik

ABŞ-m  milli  təhlükəsizlik  üzrə  müşaviri  olmuş  (1977- 

1981)  Zbiqnev  Bjezinskinin  «The  New  York  Times» 

qəzetində  dərc  edilmiş  «NATO  və  qlobal  təhlükəsizlik» 

məqaləsi  marağa  səbəb  oldu.  Ən  azı  ona  görə  ki,  burada 

NATO-nun  postsovet  məkanı  ölkələri  ilə  əməkdaşlıq 

perspektivləri barədə mülahizələr yürüdülür.

Mülahizələrdə  əsas  xətt  NATO-nun  qarşıya  qoyduğu 

missiyam  uğurla  yerinə  yetimıəsi  və  alyans  üçün  yeni 

hədəflər və məqsədlərin  ortaya çıxmasıdır.  Politoloq  qeyd 

edir ki,  alyans  öz  mövcudluğunun  60  illiyində  beynəlxalq 

məsələlərdə  3  istiqamətdə  tarixi  əhəmiyyət  kəsb  edən 

hadisələrin gerçəkləşməsinə nail olub:

1.  NATO  Qərb  ölkələri  arasında  Transatlantik  və 

Avropa  hakimliyi  uğranda  əsrlik  vətəndaş  müharibəsinə 

son qoydu;

2.  Birləşmiş  Ştatlar  İkinci  Dünya müharibəsindən  sonra 

öz  üzərinə  Avropanı  sovet  təsirindən  müdafiə  etmək 

öhdəliyi götürdü;

3.  Alyans «soyuq müharibə»nin dinc başa çatmasına nail 

oldu  və  bu,  demokratik  Avropa  Birliyinin  genişlənməsi 

üçün zəmin yaratdı.

Bundan  sonra  politoloq  sual  edir:  «Bunlar  əldə  edilmiş 

nailiyyətlərdir,  ortaya  isə  tam  əsaslı  bir sual  çıxır:  «Sonra 

nə olacaq?»

Məhz bu sualın  cavabının  tapılması bu gün doğradan da 

NATO-nun  siyasi  və  hərbi  dairələrinin  qarşısında  duran 

əsas hədəflərdən biridir. NATO dairələri  61  yaşlı  alyansın 

perspektivləri  üzərində  çox  ciddi  düşünürlər:  Alyansın 

gələcəyi  necə  olacaq?  Qarşıda  hansı  məqsədlər  və

55



vəzifələr  durur?  Bütün  bu  məsələlər  son  illərdə  alyansa 

üzv  ölkələrdə  və  alyansın  2010-cu  il  sammitində  geniş 

müzakirə mövzusuna çevrilmişlər.

NATO  hansı  təhdidlərlə  üzləşib?  Alyansın  imicinin 

yaxşılaşdırılması istiqamətində hansı işlər görülməlidir?

Amerikalı 

politoloq 

bildirir 

ki, 

NATO 


dünya 

təhlükəsizliyinin 

hədsiz 

təhdidləri 



ilə 

qarşılaşır. 

«Zəmanəmizin  paradoksu  ondan  ibarətdir  ki,  getdikcə 

daha  qarşılıqlı  əlaqəli,  qarşılıqlı  asılılıqlı  dünya  daim 

güclənən xalq iğtişaşları  və qiyamları ilə üz-üzə qalır.  Son 

vaxtlar  insanların  siyasi  baxış  məcburiyyətindən  yaranan 

xaos  təhlükəsi  ilə  mübarizə  üçün  qlobal  təhlükəsizliyin 

təmini  üzrə  səmərəli  mexanizm  mövcud  deyil.  Bununla 

yanaşı,  Çin  və  Hindistanın  sürətli  dirçəlişi,  Yaponiyamn 

son  50  ildə  çevikliklə  bərpa  olunması  vəziyyəti 

mürəkkəbləşdirir.  Çünki  bu,  qlobal  şəkildə  siyasi  və 

iqtisadi ağırlığın  Şimali Atlanikadan Asiya və  Sakit Okean 

regionu istiqamətində dəyişməsindən xəbər verir».

Bjezinski  bildirir ki,  öz əhəmiyyətini  saxlamaq üçün və 

zamanın  tələblərinə  müvafiq  olaraq,  NATO,  sadəcə, 

genişlənməli  deyil  və  bir  çoxlarının  təkid  etdiyi  kimi 

qlobal  alyansa,  demokratiyanın  beynəlxalq  ittifaqına 

çevrilməməlidir.  Onun  fikrincə,  NATO-nun  qloballaşması 

Amerika-Avropa  əlaqələrinin  prioritetliyini  zəiflədəcək. 

Politoloq  qeyd  edir  ki,  güclənməkdə  olan  heç  bir  güclü 

dövlət qlobal miqyasda genişlənmiş NATO-ya üzv olmağa 

razı olmaz.

NATO  qlobal  mərkəz  ola  biləcəkmi?  Bjezinski  bildirir 

ki,  NATO  təhlükəsizlik  sahəsində  ölkələr  arasında 

əməkdaşlıq  məsələləri  üzrə  qlobal  mərkəz  olması  üçün 

kifayət  qədər  təcrübə,  mexanizm  və  vasitələrə  malikdir. 

Bu istiqamətdə  strateji missiyasını  yerinə yetirərək NATO

56

təkcə  siyasətdə  transatlantik  vahidliyini  saxlamayacaq, 



həmçinin  XXI  əsrdə  təhlükəsizlik  sahəsində  daha  açıq 

çağırışlara cavab verəcək.

Politoloqun  əvvəlki  fikirlərini  nəzərə  alsaq,  ziddiyyət 

yaranır:  bir  tərəfdən  Bjezinski  alyansın  Kollektiv

Təhlükəsizlik  Müqaviləsi  Təşkilatı  (KTMT)  və  Şanxay 

Əməkdaşlıq  Təşkilatı  (ŞƏT) kimi  təşkilatlarla  əməkdaşlıq 

etməsini,  KTMT  ilə  razılaşma  imzalamağı  təklif  edir, 

digər tərəfdən alyansın mərkəz kimi qalması perspektivinə 

inanır. Ziddiyyət də bundadır.

Əgər NATO  ilə Rusiyanın konkret  olaraq Aralıq  dənizi 

dialoqu  kontekstində  münasibətlərindən  danışsaq,  bu 

proqramın  meydana  çıxması  NATO-nun  şərqə  doğru 

genişlənməsi  problemini  obyektiv  olaraq  bir  qədər 

yumşaldır.  «.Aralıq  Dənizi  Dialoqu»  göstərir  ki,  Alyans 

Rusiyanın  milli  maraqlanna  təhlükə  yaratmaqla  təkcə 

Şərqi  Avropa  ölkələrini  öz  sıralarına  qəbul  etmir,  həm  də 

Şimali  Afrika ölkələri  ilə  əməkdaşlıq  edir ki,  buna da  heç 

bir  halda  rus  maraqlanna  toxunan  hal  kimi  baxıla bilməz. 

Məhz  bu  səbəbdən  de  Rusiyanın  xarici-siyasi  elitası 

«Aralıq  Dənizi  Dialoqu»nun  inkişafında  maraqlıdır.  Bu, 

Rusiya  rəhbərliyinə  NATO-nun  şərqə  doğru  genişlənməsi 

prosesinin  dönməzliyi  şəraitində  öz  «simasını  qorumaq» 

imkanı verəcəkdir.

Qeyd  edək  ki,  hazırda  NATO-nun 

1999-cu 

il 


konsepsiyasım 2010-cu ildə Lissabonda qəbul edilmiş yeni 

strateji konsepsiyası  əvəzlənmişdir.

57



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə