Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə15/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

11-cu fəsil

NATO-nun yeni strateji konsepsiyası

NATO-mm  Lissabon  sammiti  2010-cu  il  noyabrın  19- 

20-də  Lissabonda  keçirilmişdir.  Bu  sammitdə  NATO 

ölkələri  başçıları  alyansın  yeni  strateji  konsepsiyasını 

qəbul  etmişlər.  Bundan  başqa  bu  toplantıda  Əfqanıstan 

prezidentinin  də  iştirakı  maraq  doğurmuşdur.  Sammitdə 

Əfqanıstanda  təhlükəsizliyin  təmin  edilməsi  və  bu 

prosesin  2014-cü  ilə  kimi  tədricən  Əfqanıstan  milli 

qüvvələrinə  ötürülməsi  də  müzakirə  edilmiş  və  müvafiq 

qərar  qəbul  olunmuşdur.  Əsas  müzakirə  mövzusu  isə 

NATO-nun  raketlərdən  müdafiə  qurğularının  Şərqi 

Avropa  və  Türkiyədə  yerləşdirilməsi  məsələsi  idi.  Eyni 

zamanda təşkilat daxilində müəyyən struktur dəyişiklikləri 

və hərbi xarakterli ixtisarlar aparılmışdır.

NATO  prezident  İlham  Əliyevin  də  iştirak  etdiyi 

Lissabon  zirvə  toplantısının  yekun  bəyanatının  35-ci 

maddəsində 

Azərbaycanın 

ərazi 

bütövlüyünü, 



müstəqilliyini  və  suverenliyini  tanıdığını  bir  daha 

təsdiqləyibdir.  NATO  Cənubi  Qafqaz  və  Moldovadakı 

münaqişələrin 

uzun 


müddət 

davam 


etməsindən 

narahatlığını  bildirərək,  münaqişə  tərəflərinə  çağırışlar 

ünvanlayıbdır: 

"Cənubi 


Qafqaz 

və 


Moldovada

münaqişələrin hələ də davam etməsi NATO üçün yenə də 

ciddi  təhlükə  predmcti  sayılır.  Biz  tərəfləri  regionda 

sabitlik  və  təhlükəsizliyi  poza  biləcək  addımlardan 

çəkinməyə  çağırırıq.  Bütün  tərəfləri  bu  məsələlərdə 

konstruktivlik  və  siyasi  iradə  nümayiş  etdirməyə,  bu 

münaqişələrin  sülh  yolu  ilə  həllinə,  danışıqlara  hörmətlə 

yanaşmağa  çağırırıq".  Bundan  başqa  alyans  sənəddə  hər

58

bir  münaqişənin  xarakterini  nəzərə  almaqla,  bu  regional 



münaqişələrin  sülh  yolu  ilə  həlli  istiqamətində  səyləri 

dəstəkləyəcəyini bildirib.

Xatırladaq  ki,  Ermənistan  prezidenti  Seıj  Sarkisyan 

Lissabon  Zirvə  toplantısında  iştirakdan  imtina  edərək, 

sammitə  qatılmayıb.  Prezidentin  mətbuat  xidməti  işğalçı 

dövlətin liderinin toplantıda iştirakdan  imtinasını  qurumun 

Cənubi  Qafqazdakı  münaqişələrin  həlli  barədə  qəbul 

etməyə 


hazırlaşdığı 

qətnamə 


layihəsindəki 

ümumiləşdirilmiş 

formullarla 

razılaşmaması 

ilə 

əlaqələndirib. Görünür, rəsmi İrəvan Lissabon bəyanatının 



Azərbaycamn  ərazi  bütövlüyünün  tanınması  və  Dağlıq 

Qarabağ  münaqişəsinin  də  Azərbaycanın  ərazi  bütövlüyü 

prinsipi 

əsasında 

həll 

olunması 



tövsiyəsilə 

barışmadığından 

və 

sənədin 


qəbuluna 

mane 


ola 

bilməyəcəyini 

anladığından 

Lissabon 

sammitinə 

qatılmamağa  qərar  verib.  Serj  Sarkisyan  təşkilatın  baş 

katibi  Anders  Foq  Rasmussenlə  birgə  keçirdiyi  mətbuat 

konfransında  açıq  şəkildə  NATO-nun  Azərbaycamn  ərazi 

bütövlüyünə dəstək verməməsini  istəmişdi.  Bundan  əlavə 

o,  Azərbaycanın  mümkün hərbi  əməliyyatlara başlayacağı 

təqdirdə NATO-nu ölkəmizə hərbi müdaxiləyə çağırmışdı. 

Amma  Ermənistanın  bu  istiqamətdə  uzun  müddət  davam 

edən səylərinə  baxmayaraq, NATO ölkələri Azərbaycamn 

ərazi  bütövlüyünü  və  suverenliyini  dəstəklədiklərini  bir 

daha bildirmişlər.  Alyans ölkələri bu dəstəyi hələ  1994-cü 

ildə  ifadə  etmiş  və  həmin  il  qəbul  olunan  Sülh  Naminə 

Tərəfdaşlıq  çərçivə  sənədinin  prinsiplərinə  uyğun  olaraq, 

fəal  tərəfdaşlardan  hesab  olunan  Azərbaycanın  ərazi 

bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə dəstək 

vermişdilər.  İrəvanda  belə  düşünürlər  ki,  Lissabon 

Sammitinin 

yekun 


qətnamə 

layihəsində 

Cənubi

59



Qafqazdakı  münaqişələrin  həlli  barədəki  formullarda 

ATƏT-in  elan  olunmuş  prinsiplərindən  yalnız  birinə 

istinad  münaqişənin  sülh  yolu  ilə  həll  olunması  üçün 

apanlan danışıqlarda əlavə çətinliklərə səbəb olar,

Lissabon sammitin nəticələrini təhlil edərkən deməliyik 

ki,  Ankara  Türkiyə  ərazisində  hərbi  alyansın  raketdən 

müdafiə  qurğularının  yerləşdirilməsinə  rəsmən  icazə 

verdi.  Təbii  ki,  bu  addım  Türkiyənin  dövlət  və  milli 

təhlükəsizlik  maraqlarını  müdafiə  etməklə  atıldı  -  Ankara 

rəsmən  bildirdi  ki,  həmin  qurğulardan  üçüncü  dövlətin 

ərazisinə zərbə endirmək olmaz.

Azərbaycan  prezidenti  İlham  Əliyevin  bu  sammitdə 

iştirakı  onu  deməyə əsas  verir ki,  Lissabon toplantısını  iki 

mərhələyə bölmək olar.  Birincisi, NATO-nun öz tərkibinə 

daxil  olan  dövlətlər  arasında  əməkdaşlığın  mahiyyət 

etibarı  ilə  yeni  müstəviyə  gətirilməsi,  ikincisi,  NATO-ya 

daxil  omayan,  amma  bu  qurumla  əməkdaşlığa  meyli  olan 

dövlətlərarası münasibətlər.

Bu  sammitdə  bir  daha  qeyd  olundu  ki,  BMT  Dağlıq 

Qarabağ  kimi  münaqişələrin  həlli  üçün  mandatı  ATƏT-in 

müvafiq 

qrumuna 


verdiyindən 

NATO 


bu 

tipli 


münaqişələrə  birbaşa  müdaxilə  etmək  fikrində  deyil. 

Amma  bununla  belə  Azərbaycanın  milli  təhlükəsizilik 

maraqlan  baxımından  NATO  həmişə  rəsmi  Bakının 

mövqeyini  dəstəkləyib.  Dağlıq  Qarabağ  münaqişəsində 

NATO-nun 

tutduğu 


mövqe 

Azərbaycanın 

xarici 

siyasətində  tutduğu  düzgüıı  mövqe  ilə  bağlıdır.  Təbii  ki, 



rəsmi  İrəvan  bundan  bərk  narahatdır  .  Xatırladaq  ki, 

NATO-nun  1994,  2006,  2008  və  2009-cu  illərdəki  zirvə 

toplantılannda  da  Azərbaycanın  ərazi  bütövlüyünə  dəstək 

ifadə olunmuşdu.

60

Lissabon  sammiti  Rusiya-NATO  münasibətlərindəki 



gərginliyin  aradan  qalxmasına  öz  töhfəsini  vermədi.  Bu 

ölkənin  NATO-dakı  rəsmi  nümayəndəsi  Dmitri  Raqozin 

dedi  ki,  Rusiya  bütün  hallarda  NATO-nun  Şərqə  doğru 

irəliləməsinin  əleyhinədir.  Düzdür,  bu  sammitdə  Çexiya 

və  Polşa  ərazisində  NATO-nun  planlaşdırdığı  hərbi 

qurğuların  yerləşdirilməsilə  bağlı  məsələ  öz  həllini 

tapmadı. Amma perspektivdə bu məsələ istisna olunmur.

NATO-nun yeni  strateji konsepsiyasının qəbulu göstərdi 

ki,  alyansın  genişlənmək  üçün  potensialı  vardır  və  bu 

hərbi-siyasi  bloka  daxil  olmaq  üçün  namizədlər  təkcə 

Şərqi  Avropada  deyildir.  Hər  şeydən  görünür  ki, 

gələcəkdə 

NATO-nun 

genişlənməsi 

iki 

ardıcıl 


mərhələdən  ibarət  olacaqdır.  Birinci  mərhələdə  şərq 

vektoru  üstünlük  təşkil  edəcək  və  eyni  zamanda  Şimali 

Atlantika  İttifaqının  Yaxın  Şərq  və  Şimali  Afrika  ölkələri 

ilə  tərəfdaşlıq  münasibətlərinin  möhkəmlənməsi  baş 

verəcəkdir.  Münasibətlərin  rəsmi  şəkil  alması  və  Aralıq 

dənizi 


ölkələri 

üçün 


«Sülh  Naminə 

Tərəfdaşlıq» 

proqramının  da  meydana  çıxması  mümkündür.  Şərqi 

Avropadan  olan bütün münasib namizədlər Alyansa  qəbul 

edildikdən  sonra  Şimali  Afrika və  Yaxın  Şərq  ölkələrinin 

növbəsi  çatacaqdır.  Həm  də  hər  bir  ölkənin  ayrılıqda 

NATO meyarlanna uyğunluq imkanları nəzərə alınacaqdır. 

Bu  proses  tədricən  gedəcək  və  onun  sürəti,  Şərqi 

Avropadakı  hadisələrdən  göründüyü  kimi,  Rusiyanın  bu 

məsələyə dair mövqeyindən asılı olmayacaqdır.

61



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə