Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə16/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

II BÖLMƏ

NATO-шш universallaşması kontekstində 

Alyansda qeyri-hərbi əməkdaşlıq

i-ci fəsil

NATO-nun təhlükəsizlik siyasəti

Amerika  Birləşmiş  Ştatlan  və  Avropanı  birləşdirən, 

üzvü  olan  dövlətlərin  inteqrasiyasını  həyata  keçirən  və 

onlara  qarşı  yönəlmiş  bütün  təhdidləri  dəf  edən  Şimali 

Atlantika Alyansı səmərəli bir institut olduğunu artıq sübut 

etmişdir.  NATO  bəşəriyyət  tarixində  həm  səmərəli 

müdafiə, 

perspektivdə 

isə 

həm 


də 

sülhyaratma 

strukturudur.  NATO  fenomeni  ittifaqlar  tarixində  xüsusi 

yer  tutur,  çünki  həm  hərbi,  həm  də  qeyri-hərbi 

təhlükəsizliyi  təmin  etməklə  bərabər  dövlətin  müəyyən 

modelinin,  bəşər  mədəniyyəti  və  cəmiyyətinin  inkişafına 

zəmanət verir.  XXI əsrin çağırışlarına cavab vermək üçün 

Alyans  NATO  və  tərəfdaş  ölkələrin  güc  və  imkanlarının 

genişlənməsinə yönəlmiş bir sıra islahatlar keçirmişdir.

Şimali  Atlantika  Alyansı  təhlükəsizlik  sahəsində  öz 

siyasətini  aşağıdakı  vasitələrin  köməyi  ilə  həyata  keçirir: 

müharibənin  d əf edilməsi  və  səmərəli  müdafiənin  təmin 

olunması 

üçün 


kifayət 

qədər 


hərbi 

potensialın 

saxlanılması;  üzvlərinin  təhlükəsizliyinə  toxunan  və 

Şimali  Atlantika  müqaviləsinin  5-ci  maddəsinin  hüdudları 

xaricinə çıxan böhranların aradan qaldırılması üçün ümumi 

potensialın  mövcudluğu;  başqa  ölkələrlə  dialoqa  və 

silahlar  üzərində  nəzarət  və  tərksilah  sahəsində  daha  çox 

tərəqqiyə  nail  olunması  tədbirləri  də  daxil  olmaqla

62

əməkdaşlıq əsasında Avropa təhlükəsizliyi  problemlərinin 



həllinə fəal dəstək verilməsi.

Özünün  əsas  məqsədlərinə  çatmaq  üçün  Şimali 

Atlantika  Alyansı  təhlükəsizlik  sahəsində  aşağıdakı  əsas 

vəzifələri yerinə yetirir:

•  Demokratik  institutların  inkişafına  və  mübahisələrin 

dinc  yolla  həllinə  istinad  etməklə  Avropada  sabit 

təhlükəsizlik şəraitinin bərqərar olması üçün zəruri bazanı 

təmin  edir,  elə  şəraitin  yaradılmasına  çalışır  ki,  heç  bir 

ölkə  istənilən  digər  ölkəni  qorxuda  və  ya  nəyəsə  məcbur 

edə,  yaxud  güc  tətbiqi  və  ya  onun  tətbiqi  ilə  təhdid 

etməklə öz təsiri altına sala bilməsin.

•  Şimali  Atlantika  müqaviləsinin  4-cü  maddəsinə 

uyğun olaraq müttəfiqlərin onların təhlükəsizliyini təhlükə 

altına  ala  biləcək  hadisələr  də  daxil  olmaqla  istənilən 

məsələlər  üzrə 

məsləhətləşmələr 

aparmaları 

üçün 


transatlantik  forum  rolunu  oynayır.  Müttəfiqlərin  ümumi 

maraqları sferasında onların səylərinin əlaqələndirilməsinə 

yardım edir.

•  NATO-nun  üzvü  olan  istənilən  dövlətin  ərazisinə 

qarşı  hər  hansı  formada  təcavüzün  qarşısının  alınmasını 

yaxud ondan müdafiəni təmin edir.

•  Bütün transatlantik məkanda strateji tarazlığı saxlayır.

63



2-ci fəsil

NATO-nun fəaliyyətində alyansın hərbi və 

mülki strukturlarının rolu

NATO  çərçivəsində  yaradılmış  strukturlar Alyansa  üzv 

ölkələrə  yuxarıdakı  bir-birlərini  qarşılıqlı  tamamlayan 

məsələlərin 

həlli 

məqsədilə 



öz 

siyasətlərini 

əlaqələndirmək imkanı verir.  Bu strukturlar siyasi,  iqtisadi 

və digər qeyri-hərbi sahələrdə daimi məsləhətləşmələri və 

əməkdaşlığı,  həmçinin  ümumi  müdafiənin  birləşmiş 

planlarının  tərtibini,  silahlı  qüvvələrin  fəaliyyətinin  təmin 

edilməsi  üçün  infrastrukturun  yaradılmasını  və  şəxsi 

heyətin,  hərbi  təlimlərin  və  sülhyaratma  əməliyyatlarının 

hazırlanmasının 

birləşmiş 

proqramlarının 

işlənilib 

hazırlanmasını və təşkilini nəzərdə tutur.

Bu  fəaliyyət  mürəkkəb  hərbi  və  mülki  struktur 

vasitəsilə  həyata  keçirilir.  Bura  inzibati,  büdcə  və  plan 

məsələləri  ilə  məşğul  olan  aparat  və  Şimali  Atlantika 

Alyansının  üzvləri  olan  ölkələr  tərəfindən  ixtisaslaşmış 

sahələrdə, 

məsələn, 

siyasi 


məsləhətləşmələrin

keçirilməsinə,  həmçinin  qoşunların  və  onların  maddi- 

texniki  təminatı  xidmətinin  idarə  olunmasına kömək  edən 

rabitə 


sistemlərinin 

tənzimlənməsində 

işlərin

əlaqələndirilməsi  üçün  yaradılmış  qurumlar  daxildir. 



Bütün  bunlar NATO-nun  aşağıdakı  geopolitik  maraqlarını 

həyata keçirməyə xidmət edirlər:

-  Bütün mümkün vasitələrlə başqa dövlətləri və ictimai 

institutları  özündən  asılı  vəziyyətə  salmaqla  özünün  cari 

və 

gələcək 


iqtisadi 

və 


siyasi 

maraqlarının 

və 

təhlükəsizliyinin təmin olunması;



64

-  Öz  mənafeyi  üçün  yad  ölkələrin  təbii  və  digər 

ehtiyatlarının  maksimum  mənimsənilməsi  (açıq-aşkar 

yaxud digər vasitə ilə);

-  İqtisadi  və  siyasi  təzyiq,  sıxışdırma,  müxtəlif 

maxinasiyalar,  şantaj,  gizli  təxribat  hərəkətləri  və  birbaşa 

təcavüz  yolu  ilə  bütün  istiqamətlər,  xüsusilə  də  yüksək 

texnologiyalar  sahəsində  başqa  ölkələr  üzərində  tam 

üstünlüyə nail olunması;

-  Tam  nəzarət  həyata  keçirərək  situasiyanı  özünə  tabe 

etdirməklə  bütün  sadalanan  sahələrdə  keyfiyyətli  və 

dönməz uğurların qazanılması.

İqtisadi  cəhətdən  inkişaf  etmiş  böyük  güclərin 

geopolitik  maraqlan  qısaca  olaraq  belədir.  Onlar  yalnız 

digər  bir  böyük  gücün  əks-təsiri  və  bəzi  başqa 

mexanizmlərlə məhdudlaşırlar.

65



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə