Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə18/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

tendensiya  davam  edəcəkdir.  Ancaq  bu  heç  d ə  belə 

fikirlərə  haqq  qazandırmır ki,  NATO  özünün  hərbi  tərkib 

hissəsindən  tamamilə  imtina  etmək  fikrindədir.  Əksinə, 

hazırkı 


vəziyyətə 

Şimali 


Atlantika 

Alyansının 

universallaşması kontekstində daha geniş baxmaq lazımdır. 

Belə  ki,  siyasi,  iqtisadi,  ekoloji,  elmi  və  hüquq  müdafiə 

problemləri ilə yanaşı hərbi məsələlər də NATO-nun  yeni 

strategiyasında  balanslaşmış  rol  oynayacaqdır.  H ələlik  isə 

Alyansın  rəhbərləri  blokun  hərbi-siyasi  tərkib  hissəsinə 

daha  çox  diqqət  yetirirlər,  baxmayaraq  ki,  qeyri-hərbi 

sferalann  təşkilatın  fəaliyyətində  aparıcı  yer  tutmaq  üçün 

potensial şansları vardır.

70

5-ci fəsil

NATO-nun universallaşması: müsbət və 

mənfi cəhətlər

NATO-nun  universallaşmasının  ayn-ayn  dövlətlərin, 

məsələn,  uzun  illər  Alyansla  rəqabət  aparmış  keçmiş 

SSRİ-nin  varisi  olan  Rusiyanın  maraqlan  nöqteyi- 

nəzərindən  həm  müsbət,  həm  də  mənfi  cəhətləri  vardır. 

Aydındır ki,  universallaşma  hər  şeydən  əvvəl  NATO-nun 

hərbi  tərkib  hissəsinin  transformasiyasına  və  bunun  da 

nəticəsi  olaraq  blokun  Rusiya  üçün  törətdiyi  hərbi 

təhlükənin  azalmasına  gətirib  çıxaracaqdır.  Şübhəsiz,  bu 

Rusiyanın  xarici  siyasət  elitasının  nümayəndələrini 

sevindirməyə  bilməz.  Amma  universallaşmamn  təhlükəli 

məqamları da az deyildir.

Belə  ki,  beynəlxalq  münasibətlər  sistemində  bir  qlobal 

universal  qurum  artıq  vardır.  Bu,  Birləşmiş  Millətlər 

Təşkilatıdır.  Onun  Amerika  administrasiyası  tərəfindən 

vaxtaşırı  məruz  qaldığı  tənqidi  nəzərə  alsaq,  NATO-nun 

analoji,  lakin  Amerika  siyasətçilərinin  fikrincə  daha 

səmərəli təşkilat yaradılması məqsədilə BMT modeli üzrə 

transformasiyası  istisna  deyildir.  Məhz  bu  şəraitdə  Rusiya 

NATO-nun  qərarlarının  qarşısını  ala  bilməyəcək.  Çünki 

həmin  təşkilatın  üzvü  deyildir  və  BMT-nin  Təhlükəsizlik 

Şurasındakı  statusundan  fərqli  olaraq  burada  veto  hüququ 

yoxdur.  Bu  situasiyaya  qərarlann  qəbulunu  BMT-dən  yan 

keçməklə  legitimləşdirmək  cəhdi  kimi  də  baxıla  bilər. 

Maraqlıdır  ki,  praktikada  belə  taktika  hələ  1999-cu  ildə 

Yuqoslaviyada sınaqdan çıxarılmışdır.

28  müstəqil  suveren  dövlətin  alyansının  siyasətinin 

işlənilib  hazırlanması  və  həyata  keçirilməsi  tələb  edir  ki,

71



bura  daxil  olan  bütün  ölkələrin  hökumətlərinin  ümumi 

siyasət  və  bir-birlərinə  münasibətdə  niyyətləri,  həmçinin 

öz  siyasi  kurslarının  seçilməsi və planlarının  hazırlanması 

zamanı  əldə  rəhbər  tutduqları  mülahizələr  barədə  ətraflı 

məlumatları 

olsun. 


Buna 

görə 


də 

müntəzəm 

məsləhətləşmələrin aparılması zərurəti meydana çıxır.

Məsləhətləşmələrə 

tələbat 

siyasi 


mövzularla 

məhdudlaşmır.  Şimali  Atlantika  Alyansı  çərçivəsindəki 

məsləhətləşmələr  forma  müxtəlifliyi 

ilə 


fərqlənir. 

Onlardan ən sadəsi adi  fikir və informasiya mübadiləsidir. 

Növbəti 

səviyyədə 

məsləhətləşmələr 

müttəfiqlərin 

maraqlarına  toxunan  tədbirlər  yaxud  qərarlar  haqqında 

məlumatlar şəklini alır.

Məsləhətləşmələr  hökumətlərin  gələcək  tədbirləri  və 

ya qərarlan haqqında bildirişlər, həmçinin konsensusa nail 

olunması  məqsədilə  müzakirələr  formasında  ola  bilər. 

Məsləhətləşmələrin 

ali 

forması 


NATO 

ölkələrinə 

bütövlükdə  Şimali  Atlantika Alyansının kollektiv  qərarlan 

və  hərəkətləri  üzrə  qarşılıqlı  məqbul  razılaşmalara  nail 

olma imkanının verilməsidir.

72

6-cı fəsil



NATO-nun qeyri-hərbi tərkib hissələri, 

onların quruluşu və fəaliyyət istiqamətləri

İndi  isə  Şimali  Atlantika Alyansının birbaşa qeyri-hərbi 

tərkib  hissələrinə  keçək.  NATO-nun  qeyri-hərbi  strukturu 

əməkdaşlığın  müxtəlif  sferaları  ilə  məşğul  olan  ayn-ayn 

profilli  komitələrin  işi  ilə  təmsil  olunmuşdur.  1956-cı 

ildən  fəaliyyəti  qeyri-hərbi  problemlərin  geniş  spektrini 

əhatə  edən  «Üç  müdriklər  komitəsi»  işə  başladı.  Onun 

meydana  çıxması  xeyli  dərəcədə  SSRİ-də  Xruşşov 

hakimiyyətə  gələndən  sonra  həm  ölkədə,  həm  də 

beynəlxalq  münasibətlərdə  yumşalmanın  başlanması  ilə 

bağlı  idi.  Bununla əlaqədar olaraq NATO  rəhbərliyi  Sovet 

İttifaqı  ilə  hərtərəfli,  o  cümlədən  hərbi  qarşıdurma  ilə 

bağlı  olmayan  sahələrdə  əməkdaşlığa  başlamaq  haqqında 

qərar qəbul etdi.

Hər  şeydən  əvvəl  bu  komitə  SSRİ  və  Varşava 

Müqaviləsi  Təşkilatı  (VMT) ilə siyasi və digər qeyri-hərbi 

məsələlər  üzrə  hərtərəfli  məsləhətləşmələri,  həmçinin 

VMT  ilə  bu  problematika  üzrə  danışıqlarda  NATO-nun 

ümumi  xəttini  təmin  etmək vəzifəsini  öz üzərinə  götürdü. 

Qeyri-rəsmi  «Üçlər  komitəsi»  adını  almış  bu  komitəyə 

A.Harriman  başçılıq  edirdi  və  onun  tərkibinə  başlanğıc 

mərhələdə  NATO  üzvü  olan üç  ölkənin  xarici  işlər naziri 

daxil  olmuşdu.  İtaliyanı  «Üçlər  komitəsi»ndə  Martino, 

Norveçi Lange və Kanadam Pirson təmsil edirdi.

Komitənin  əsas  funksiyası  NATO  Şurasına  Alyans 

daxilində 

qeyri-hərbi 

sahələrdə 

əməkdaşlığın 

genişləndirilməsi  yollan  və  üsullanna  və  Atlantik 

cəmiyyətində  böyük  birliyin  bərqərar  olmasına  dair

73



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə