Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə19/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

məsləhətlər vermək idi.  NATO-nun ilk qeyri-hərbi  orqanı 

olan Üçlər komitəsinin tövsiyəsi  ilə 50-ci illərdə  Alyansın 

digər qeyri-hərbi orqanlarının yaradılmasına başlanıldı.

Blokun  qeyri-hərbi  strukturunda  apancı  rolu  Siyasi 

Komitə  və  NATO-nun  Beynəlxalq  katibliyinin  siyasi 

məsələlər  şöbəsi  oynayır  ki,  onun  da  bir  hissəsi  siyasi 

məsələlər  üzrə  direktorluqdur.  Siyasi  məsələlər  şöbəsinə 

və  Siyasi  Komitəyə  bir  nəfər-NATO-nun  Baş  katibinin 

siyasi  məsələlər üzrə  köməkçisi  başçılıq  edir.  Beynəlxalq 

katiblik  hər  gün  işləyir,  Siyasi  Komitənin  iclasları  da 

müntəzəm  keçirilir  ki,  bu  da  NATO-nun  siyasi  tərkib 

hissəsinin  fəaliyyətində  fasiləsizliyi  təmin  edir.  Alyansın 

Siyasi  Komitəsi  mövcud  beynəlxalq  vəziyyəti  təhlil  edir, 

NATO  Şurası  üçün  məruzə  və  tövsiyələr  hazırlayır, 

həmçinin  Qərbin  həyati  vacib  maraqlan  zonasına  daxil 

olan  ölkələrə  səfərlər  etmək  yolu  ilə  xarici  siyasi 

hadisələrin  NATO  üçün  əlverişli  şəkildə  inkişaf etməsinə 

təsir göstərir. Məsələn, ötən minilliyin son üç ilində Siyasi 

Komitənin  nümayəndə  heyəti  üç  dəfə  Ukraynaya  səfər 

etmişdir.  Komitənin  nümayəndə  heyətinin  2000-ci  il 

oktyabnn  4-də  baş  tutan  son  səfəri  Ukrayna  hökumətində 

Alyans  üçün  əlverişli  olmayan  yerdəyişmələrlə  bağlı  idi 

ki, bu da təcili məsləhətləşmələr tələb edirdi.

Bundan başqa Komitə NATO  üçün olduqca vacib bir işi 

- iştirakçı ölkələrin mövqelərinin yaxmlaşdınlması və blok 

daxilində  konsensusa  nail  olunması  kimi  mühüm  bir 

vəzifəni  yerinə  yetirir.  Bunsuz  NATO  daxilində  heç  bir 

qərarın  qəbul  edilməsi  təsəvvür  olunmur,  çünki  istənilən 

aksiya  üzv  ölkələr  tərəfindən  yekdilliklə  bəyənilməlidir. 

Təəssüf  ki,  NATO  ilə  əməkdaşlıq  edən,  lakin  Şimali 

Atlantika  Alyansına  daxil  olmayan  ölkələr  NATO-da 

daxili  razılaşdmnalara  və  qərarların  qəbul  edilməsi

74

prosesinə  ciddi  təsir etmək imkanına malik deyillər,  çünki 



Siyasi  Komitəyə  yalnız  28  üzv  dövlətin  nümayəndələri 

daxildir.

NATO  ilə  xüsusi  Əsas  akt  imzalamış  və  «veto  hüququ 

olmadan  səs  hüququ»  almış  Rusiya  Şimali  Atlantika 

Müqaviləsi  Təşkilatı  Şurasımn  qərarlarının  qarşısını  ala 

bilmir.  Bundan əlavə o,  Siyasi  Komitədə  işləmək və hətta 

müzakirə  prosesində  iştirak  etmək  imkanından  məhrum 

edilmişdir.  Bir  qayda  olaraq  işlər  aşağıdakı  sxem  üzrə 

gedir:  qərarlar  Siyasi  Komitənin  iclaslarında  müzakirə  və 

qəbul olunur, NATO Şurasında bəyənilir və yalnız bundan 

sonra  Rusiya-NATO  Birgə  Daimi  Şurasının  iclaslarına 

çıxarılır  ki,  burada  da  təşkilatın  28  üzvü  vahid  və 

uzlaşdırılmış  mövqe  ilə  Rusiya  Federasiyasına  qarşı  çıxış 

edirlər.  Təbii  ki,  Rusiya  öz  fikrini  bildirmək  imkanına 

malikdir,  lakin  onun  NATO-nun  mövqeyinə  hətta 

müzakirə  mərhələsində  də  təsir  etmək üçün  real  rıçaqları 

yoxdur  və  nə  qədər  ki  bu  ölkə  Siyasi  Komitədən  təcrid 

olunmuşdur,  dünyadakı  siyasi  vəziyyətə  Şimali  Atlantika 

Alyansı nəzarət və müdaxilə edəcəkdir.

Qeyri-hərbi  əməkdaşlığın  digər  əsas  sahəsi  iqtisadi 

əlaqələrdir.  Şimali  Atlantika  Alyansı  daxilində  iqtisadi 

əməkdaşlığın  əsaslan  Şimali  Atlantika  müqaviləsinin  2-ci 

maddəsi  ilə  tənzimlənir.  Əməkdaşlığın iqtisadi  məsələləri 

ilə  NATO-nun  İqtisadi  Komitəsi  məşğul  olur.  İqtisadi 

inkişafın  təhlükəsizliyi  ilə  bağlı  olan  aşağıdakı  məsələlər 

təhlil  edilir  və  birgə  qiymətləndirilir:  hərbi  xərclərin 

müqayisəsi,  hərbi  sənayenin  inkişaf təmayülləri,  müdafiə 

sahəsində  planlann  həyata  keçirilməsi  üçün  resursların 

mövcudluğu,  NATO  daxilində  hərbi  texnika 

ticarəti, 

həmçinin  üzv  ölkələrin  iqtisadi  əməkdaşlığı  və  qarşılıqlı 

yardımı.


75


Şimali  Atlantika Alyansı  daxilində  iqtisadi  əməkdaşlığı 

inkişaf  etdirən  üzv  dövlətlər  buna  əsaslanırlar  ki,  siyasi 

əməkdaşlıqla  iqtisadi  sahədə  münaqişələr  qətiyyən  bir 

araya  sığmır.  Bu  ona  gətirib  çıxarmışdır  ki,  NATO 

ölkələrinin  hökumətləri  Alyansın  iqtisadi  cəhətdən  daha 

zəif  ölkələrinə  İqtisadi  Əməkdaşlıq  və  inkişaf  Təşkilatı 

(İƏİT) da daxil olmaqla başqa təşkilatlar tərəfindən yerinə 

yetirilən 

irimiqyaslı 

yardım 


proqramları 

vasitəsilə 

köməklik  etməyə  başlamışlar.  Bu  ölkələrin  özünəməxsus 

iqtisadi problemləri  və  inkişaf perspektivləri  əvvəlki  kimi 

yenə  də  Şimali  Atlantika  Alyansının  diqqət  mərkəzində 

durur.


NATO-nun  İqtisadi  Komitəsi  1957-ci  ildə  «Üçlər 

komitəsi»nin  tövsiyəsi  əsasında  yaradılmışdır.  Onunla 

birlikdə NATO-nun Beynəlxalq katibliyi daxilində İqtisadi 

məsələlər üzrə Direktorluq daimi fəaliyyət göstərir.  Siyasi 

Komitədə  olduğu  kimi  bu  iki  orqana  bir  vəzifəli  şəxs 

rəhbərlik edir.

Bu  strukturun  yaranmasının  zəruriliyinin  izlərini  hətta 

NATO-nun 

təsis 

edilməsi 



haqqında 

Vaşinqton 

müqaviləsində  də  tapmaq  mümkündür.  2-ci  maddədə 

deyilir  ki,  «tərəflər  özlərinin  beynəlxalq  siyasətlərindəki 

ziddiyyətlərin  aradan  qaldırılması  üçün  hər  cür  səy 

göstərirlər  və  həm  iki-,  həm  də  çoxtərəfli  əsasda  iqtisadi 

əməkdaşlığın  inkişafına  dəstək  verəcəklər».  Bu  maddə 

Komitənin işi üçün özünəməxsus  əsasdır.  İlkin mərhələdə 

İqtisadi  komitə  İkinci  Dünya  müharibəsindən  sonra 

Avropa ölkələrinə  Özlərinin iqtisadi və hərbi potensialının 

bərpası  işində  ABŞ-m  Marşal  planı  ilə  yanaşı  əlavə 

yardımının həyata keçirilməsinə dəstək verməli  idi.  Lakin 

sonralar  Avropa  ayağa  qalxdı  və  amerikan  köməyinin 

resipiyentindən  dünya  iqtisadi  mərkəzlərindən  birinə

76

çevrilərək,  Birləşmiş  Ştatlarla  rəqabətə  başladı.  NATO 



çərçivəsində  bu  problemlər  hər  şeydən  əvvəl  silah 

alınmasında  və  NATO-nun  avropalı  üzvlərinin  hərbi 

xərcləri  artırması  məsələlərində  mövqelərin  üst-üstə 

düşməməsində  özünü  göstərir.  Yeni  şəraitdə  NATO-nun 

iqtisadi  komitəsindən  Qərbi  Avropa  ilə  ABŞ  arasındakı 

ziddiyyətlərin 

yumşaldılması  üçün  istifadə  etməyə 

başladılar,  çünki  Sovet  təhlükəsi  mövcud  olan  bir  vaxtda 

hərbi-siyasi  əməkdaşlıq  etməklə  yanaşı  açıq  iqtisadi 

rəqabət aparmaq yolverilməz idi və uzaqgörənliyə  dəlalət 

etmirdi.  «Soyuq  müharibə»nin  qurtarmasına  baxmayaraq 

Komitənin bu vacib funksiyası indi də qalmaqdadır.

Hazırda  İqtisadi  Komitənin  sədri  bu  vəzifəyə  2000-ci 

ilin  oktyabrında  təyin  edilmiş  Fransa  vətəndaşı  Patrik 

Arduandır.  O,  müsahibələrinin  birində  İqtisadi  Komitənin 

vəzifələrini qısaca belə müəyyənləşdirmişdir:

1.  NATO  üzvləri  və  tərəfdaşları  olan  ölkələr  arasında 

iqtisadi əməkdaşlıq.

Hərbi  bazaların  yeni  avadanlıqlarla  təchizi  və  ya  ləğv 

edilməsi,  hərbi  xidmətdən  tərxis  olunmuş  zabitlərin 

yenidən hazırlanması;

Ordularda 

islahat. 

Məsələn, 

silahlı 

qüvvələrə 

demokratik  nəzarətin  və  onların  mülki  şəxs  tərəfindən 

idarə olunmasının tətbiqi;

Hərbi sənaye kompleksinin islahatı və konversiyası.

2.  NATO  üzvü  olan  ölkələrin  həm  iqtisadi,  həm  də 

hərbi  təhlükəsizliyinə  aid  olan  qərarların  təhlili  və 

hazırlanması.

2002-ci  ilin əvvəllərində bu Komitənin  sədri  Moskvada 

Moskva  Dövlət  iqtisadiyyat,  statistika  və  informatika 

universitetinin  bazasında  ehtiyata  buraxılmış  hərbçilərin 

sosial  adaptasiyası  üzrə  İnformasiya  mərkəzinin  açılması

77



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə