Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə2/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   2   3   4   5   6   7   8   9   ...   67

Rusiya  və  Çin  iddialıdır  və  bu  istiqamətdə  m übarizə 

apanrlar.  Avropa  İttifaqı,  Rusiya  və  Çin  dünyanın  siyasi 

proseslərinin  vahid  mərkəzdən-  ABŞ-dan  idarə  olunması 

ilə  razılaşmırlar  və  çoxvektorlu  dünya 

düzəninin 

formalaşmasını  israr  edirlər,  ABŞ  isə  Avropa  ittifaqı  ilə 

qismən  razılaşsa  da,  Rusiya  və  Çinlə  bu  səlahiyyətləri 

qətiyyən 

bölüşmək 

istəmir 


və 

öz 


nüfuzunun 

zəifləməsindən ehtiyat edir.

Fəsildə yer  alan  digər məsələlərdən biri  də NATO-nun 

universal! aşması 

kontekstində 

alyansda 

qeyri-hərbi 

əməkdaşlıq  məsələlərinin  təhlil  olunmasıdır.  Burada 

müəllif  alyans  daxilində  həyata  keçirilən  hərbi-siyasi 

islahatlar  kontekstində  onun  məhz  “siyasi”  istiqamətini 

önə  çəkmiş  və  mövqeyini  konkret  elmi  yanaşmalarla 

əsaslandırmışdır. 

Müəllifin  qənaətinə  görə,  NATO 

çərçivəsində  əməkdaşlıq  məsələlərinin  xüsusi  aktuallıq 

kəsb etməsi  alyans daxilində baş verən transformasiyaların 

mühüm göstəricisi kimi dəyərləndirilə bilər.

Monoqrafiyanın  ikinci  fəsli  «NATO-nun  genişlənmə 

strategiyasında  Azərbaycan  Respublikasının  yeri  və  rolu» 

adlanır.  Tədqiqatçı  burada  daha  çox  Qafqaz  regionunda 

cərəyan  edən  hadisələrə,  NATO-nun  Cənubi  Qafqaz 

siyasətinə və bu siyasətdə Azərbaycanın yeri və roluna aid 

məsələlərə diqqəti cəlb etmişdir.

Bu,  bir  həqiqətdir  ki,  NATO  postsovet  məkanında 

təhlükəsizlik  sahəsində  baş  verən  hadisələrə  müvafiq 

reaksiya  verməsi  təsadütı  olmayıb,  ilk  növbədə  alyansın 

missiyasından,  eyni  zamanda  milli,  etnik  vo  ərazi



r

O

münaqişələrinin son nəticədə qlobal təhlükəsizlik sisteminə 



təhdid  yaratması  reallığından  qaynaqlanır.  Bu  məntiqdən 

çıxış  edərək,  hərbi-siyasi  təşkilat  kimi  NATO  bütün 

dünyada,  o  cümlədən  postsovet  məkanında  münaqişələrin 

ləğv edilməsində öz rolunu artırmağa səy göstərir.

Tədqiqat  işində  müəllif  NATO-nun  Cənubi  Qafqaz 

siyasətini  şərh edərkən, o burada yerələşən dövlətlərin hər 

biri  ilə  NATO  arasında  olan  münasibətləri  geniş  bir 

şəkildə  təhlilər  müstəvisinə  çıxarmış,  apardığı  analizlər 

əsasında yekun nəticələrə gəlməyə çalışmışdır.

M üəllif  burada  haqlı  olaraq  göstərir  ki,  NATO-nun 

Cənubi  Qafqaz siyasəti  regionu özünün  xüsusi  təsir zonası 

kimi  hesab  edən  Rusiya  tərəfindən  böyük  narahatlıqla 

qarşılanır. Bu isə öz növbəsində Gürcüstan istisna olmaqla, 

digər  iki  respublikanın  alyansla  bağlı  yeritdiyi  siyasətin 

tarazlaşdırılmış  olmasını  şərtləndirir.  Lakin  bu  tarazlığın 

səviyyəsi  baxımından  Azərbaycan  və  Ermənistanın 

alyansla 

bağlı 


siyasəti 

kifayət 


qədər 

fərqlidir. 

Ermənistanın  NATO  ilə  bağlı  siyasəti  Rusiyanın  çəkdiyi 

trayektoriya  üzrə 

həyata  keçirilirsə, 

Azərbaycan 

beynəlxalq 

konyukturam 

və 

regionda 



formalaşmış 

qüvvələr nisbətini  nəzərə  almaqla,  müstəqil  olaraq  həmin 

siyasətin konturlarını müəyyən edir.

Gürcüstan-NATO  münasibətlərinə gəldikdə  isə,  müəllif 

qeyd  edir  ki,  rəsmi  Tbilisi  Rusiyanın  bütün  təzyiqlərinə 

baxmayaraq,  alyansa  üzv  olmaq  üçün  israrlıdır  və  bu 

istiqamətdə davamlı olaraq addımlar atmaqdadır.

7



Bu 

fəsildə 


Azərbavcan-NATO 

münasibətlərinin 

yaranma 

dövrü, 


onun 

formalaşması 

prosesi 

və 


perspektivləri  ilə  bağlı  məsələlər  geniş  təhlillər predmeti 

olaraq  araşdmlmışdır.  Almaz  xamm  düzgün  olaraq  qeyd 

edir  ki,  Azərbaycan  Avroatlantik  məkana  inteqrasiya 

siyasətinə  prioritet  verir  və  bu  kontekstdə  NATO  ilə 

əməkdaşlığın  genişləndirilməsində  maraqlıdır.  Bu,  heç  də 

ölkəmizin  NATO-nun  üzvü  olması  istəyinin  ifadəsi  kimi 

dəyərləndirilməməlidir.

NATO-nun  sülhməramlı  əməliyyatları  və  strateji 

proqramlarında Azərbaycan Respublikasının yeri və roluna 

gəlincə  isə  müəllif  burada  göstərməyə  çalışmışdır  ki, 

Azərbaycan  terrordan  daha  çox  əziyyət  çəkən  bir 

dövlətdir.  NATO-nun  fəaliyyətinin  əsas  istiqamətlərindən 

birinin  də  məhz  antiterror mübarizə  kursu olduğu bəllidir. 

Azərbaycan  da terrordan  əziyyət çəkdiyi  üçün NATO-nun 

bütün sülhməramlı əməliyyatlarında yaxından iştirak edir.

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  Almaz  Əliyeva 

kitabda  faktlara  və  arqumentlərə  söykənməklə  NATO  ilə 

Azərbaycan 

arasında 

formalaşmış 

hərbi-siyasi 

əməkdaşlığın  səciyyəvi  xüsusiyyətlərini  üzə  çıxara 

bilmişdir.  Bundan  başqa,  müəllif  burada  qeyd  edilən 

prosesin  mahiyyət  və  məzmunu  ilə  bağlı  müxtəlif 

proqramlar çərçivəsində həyata keçirilən bir çox prosesləri 

də 


ətraflı  şərh  etmişdir.  Tədqiqatçı  təkcə  ikitərəfli 

münasibətlərdə  real  vəziyyətə  qiymət  verməmiş,  eyni 

zamanda  qarşılıqlı  əməkdaşlığın  perspektivlərinə  xidmət 

edən bir çox fikir və mülahizələr də irəli sürmüşdür.

8

Monoqrafiyanın  nəticə  hissəsinə  gəldikdə  isə,  Almaz 



xanım  burada  elmi  ümumiləşdirmələr  aparmış,  problemin 

həlli  məqsədlərinə  xidmət  göstərən  çoxsaylı  təklif  və 

tövsiyələr irəli sürmüşdür.

Monoqrafiyanın  yerli  və  xarici  ədəbiyyatın  tənqidi 

analizi əsasında yazılmasını  da onun müsbət cəhətlərindən 

biri kimi qeyd etmək olar.

Güman  edirəm  ki,  gənc  tədqiqatçı  Almaz  Əliyevanın 

elmi- analitik araşdırmalarının məhsulu olan bu kitab xarici 

siyasət  və  mili  təhlükəsizlik  problemləri  ilə  məşğul  olan 

mütəxəssislər,  tələbə  və  müdavimlər,  eləcə  də  geniş 

oxucu kütləsi üçün faydalı olacaqdır.

Elman Nəsirov

Azərbaycan Respublikasının Prezideiti yanında 

Geostrateji Araşdırmalar Mərkəzinin 

direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

9



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə