Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə21/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

sahəsində 

əməkdaşlığın 

həvəsləndirilməsi 

və 


maliyyələşdirilməsi  yolu  ilə  sabitliyə  yardımı,  həmrəyliyi 

təlqin edirlər.

Tədqiqatların cari prioritet sahələri aşağıdakılardır:

• 

Asimmetrik  təhdidlərdən  müdafiə  xatirinə  elmi 



əməkdaşlıq;

• 

Təhlükəsizliyə  aid  olan  digər  təhdidlərə  əks-təsir 



göstərmək üçün tədqiqat işləri;

• 

Texnologiya  mübadiləsinin  həvəsləndirilməsi  və 



tərəfdaş  ölkələrin  prioritetlərinin  nəzərə  alınmasına 

yönəldilmiş layihələr.

NATO  təqaüdləri  çərçivəsində  elmi  mübadiləni  faizlə 

aşağıdakı kimi göstərmək olar:

NATO və ölkələr

Faiz


Alimlərin  NATG-nun  Avropa  ölkələrindən 

ABŞ-a səfərləri

40,6

Alimlərin  tərəfdaş  ölkələrdən  NATO-nun 



Avropa ölkələrinə səfərləri

29,7


NATO-nun  Avropa  ölkələri  arasında  elmi 

mübadilə


20,1

Alimlərin 

ABŞ-dan 

NATO-nun 

Avropa 

ölkələrinə səfərləri



5,7

Alimlərin 

tərəfdaş 

Ölkələrdən 

Şimali 

Amerikaya səfərləri



2,8

Alimlərin  NATO-nun  Avropa  ölkələrindən 

tərəfdaş Ölkələrə səfərləri

0,5


Alimlərin ABŞ-dan tərəfdaş ölkələrə səfərləri

о д ]

82

Hazırda Elm üzrə Komitə aşağıdakı proqramlara nəzarət 



edir:

•  «Elmi-Texniki Əməkdaşlıq Proqramı»;

•  «Elmi  Təqaüdlər Proqramı»;

•  «Tədqiqat İnfrastrukturuna Dəstək Proqramı»;

•  «Sülh Naminə Elm Proqramı».

Yuxanda  adlan  qeyd  edilən  proqramlardan  hər  birini 

ətraflı  təhlil  edəcəyik.  Hələlik  isə  NATO-nun  elmi 

strukturu üzərində dayanmaq istərdik.

Yuxanda  qeyd  etdiyimiz  kimi,  bu  struktur  Elmi 

proqrama  ümumi  siyasi  rəhbərliyi  təmin  edən  Elm  üzrə 

Komitə  tərəfindən  təqdim  olunmuşdur.  Bundan  başqa 

Komitə 


Beynəlxalq 

Alimlər 


Cəmiyyətinin 

nümayəndələrindən 

ibarət 

olan 


müxtəlif 

ekspert 


komissiyaları  seçir.  NATO-nun  vacibliyinə  görə  ikinci 

elmi  orqanı  konkret  altproqramların  realizasiyası  ilə 

məşğul olan Elmi işlər üzrə Şöbədir.

Həmin  altproqramlardan  birincisi  öz  növbəsində  dörd 

istiqamətə  ayrılır  və  bunlardan  hər  birini  müvafiq  fənlər 

üzrə beynəlxalq Konsultativ ekspert komissiyası idarə edir. 

Bu  istiqamətlər  aşağıdakılardır:  fizika-texnika  elmi  və 

texnika  (riyaziyyat,  fizika,  kimya,  informatika,  mexanika 

və  materialşünaslıq),  həyat  haqqında  elm  və  texnika 

(biologiya,  kənd  təsərrüfatı  və  qida  elmləri,  tibb  və  əxlaq 

elmləri),  ətraf mühitin elm və texnikası  (ekoloji  fənlər) və 

təhlükəsizliklə  bağlı  mülki  elm  və  texnika.  Sonuncu 

istiqamət  daha  çox  dərəcədə  təhlükəsizliyin  müxtəlif 

aspektlərinin 

(ekoloji 

təhlükəsizlik, 

tərksilah 

və 


konversiya problemləri)  nəzəri öyrənilməsinə  yox,  onlarla 

bağlı  konkret  problemlərin  həllinə  yönəlmişdir.  Elm  üzrə 

Komitənin  bu  istiqamətlərə  dəstəyi  xüsusi  institut  və

83



seminarların,  həmçinin  ekspertlərin  təcrübə  mübadiləsi 

üçün  səfərlərinin  təşkilində  və  müxtəlif  təqaüdlərin 

verilməsində özünü göstərir.

Elmi  təqaüdlər  altproqramı  ilk  növbədə  gənc  alimlərə 

kömək  üçün  nəzərdə  tutulmuşdur  ki,  onlar  elmi 

tədqiqatlarım  NATO  ölkələrində  və  tərəfdaş  dövlətlərdə 

davam etdirmək imkanı  əldə etsinlər. Bu proqrama NATO 

üzvü 


olan 

dövlətlərin 

müvafiq 

milli 


qurumları 

cavabdehdirlər.  Onların  cari  fəaliyyəti  həyata keçirən Elm 

üzrə Komitənin nəzdində öz administratorian vardır.

Təqdim  olunan  təqaüdlər  dörd  qnıpa  bölünür:  baza 

təqaüdləri  (növbəti  diplom  yaxud  elmi  dərəcə  almaları 

məqsədilə  texniki  ali  məktəblərin  məzunları  üçün), 

tədqiqat  təqaüdləri  (alimlik  dərəcəsi  olan  və  müstəqil 

tədqiqat  aparmağı  bacaran  alimlər  üçün),  ali  təqaüdlər 

(mühazirələr  oxumaq  və  tədqiqatlar  aparmaq  məqsədilə 

yüksək  elmi  kvaİifikasiyalı  alimlər  üçün)  və  ali  adlı 

təqaüdlər.  NATO-nun  ayn-ayn  ölkələrində  namizədlərin 

seçilməsi  və  təqaüdlərin  məbləği  üçün  müxtəlif kriterilər 

müəyyənləşdirilmişdir,  lakin  bütün  ərizələr  müstəqil 

komissiyalar 

tərəfindən 

elmi 


dəyərinə 

görə 


qiymətləndirilir.

Tədqiqat 

infrastrukturuna 

dəstək 


proqramı 

tərəfdaşlanna  özlərinin  tədqiqat  fəaliyyətinin  təşkilində 

NATO üzvlərinin köməyini nəzərdə tutur.  Bu, başlıca ola­

raq,  coğrafi  cəhətdən  uzaqda  yerləşən  və  ən  az  inkişaf 

etmiş  tərəfdaşlara  aiddir  və  iki  ayrıca  istiqamətin  - 

kompüter  şəbəkələrinin  yaradılmasının  və  elmi-texniki 

siyasətin  və  təşkilati  işlərin  inkişafında  ifadə  olunur. 

Proqramın  birinci  hissəsinin  məqsədi  tərəfdaş  ölkolorin 

alimləri  ilə  beynəlxalq  cəmiyyət  arasında  elektron

əlaqənin  inkişafıdır.  Bu  məqsədlə  Elm  üzrə  Komitə 

konsultantlar  göndərir,  tərəfdaş  ölkələr  üçün  dotasiya 

siyasəti  həyata  keçirir  və  eyni  zamanda  kompüter 

şəbəkəsinin  inkişafına  həsr  olunmuş  xüsusi  seminarlar 

keçirir.  İkinci  istiqamətə  gəlincə  isə  o,  tərəfdaş  ölkələrdə 

əsasən  milli  və  beynəlxalq  proqram  və  layihələrə 

administratorluq etmək üçün kadr hazırlığını nəzərdə tutur. 

Elmi-texniki  siyasətin  aparılmasında  köməklik  deyəndə 

dövlət  qulluqçuları  və  aspirantlar  üçün  təcrübələrin 

keçirilməsi  və  ixtisasartırma  kurslarının  təşkili  başa 

düşülür.  Bundan  əlavə,  elmi  siyasət  məsələləri  üzrə 

müntəzəm olaraq forumlar keçirilir.

NATO-nun Elmi proqramının  sonuncu tərkib  hissəsi  bir 

qədər  başqa  adla  hələ  90-cı  illərin  əvvəllərində-  Şimali 

Atlantika Alyansı  ilə Mərkəzi və  Şərqi Avropa ölkələrinin 

əməkdaşlığı  resmiləşməyə  başlayanda  meydana  çıxmışdı. 

Müasir  şəkildə  NATO-nun  bu  alt  proqramı  bazar 

iqtisadiyyatı 

yenicə 


yaranmağa 

başlayan 

tərəfdaş 

ölkələrdə  dövlətin  sənayesinin  üzləşdiyi  çətinliklərin, 

həmçinin  vacib  ekoloji  problemlərin  həlli  ilə  bağlı  olan 

layihələrin dotasiyalı  maliyyələşdirilməsi  ilə  məşğul  olur. 

Bu  proqram  çərçivəsində  layihənin  maliyyələşdirilməsi 

üçün  onun  dəqiq  müəyyənləşdirilmiş  məqsədləri,  aydın 

işçi  planları  və  hərtərəfli  hesablanmış  büdcəsi  olmalıdır. 

Bir  neçə  tərəfdaş  ölkədə  eyni  zamanda  həyata  keçirilən 

layihələrə  üstünlük  verilir.  Elm  üzrə  Komitə  daxilində 

«Sülh Naminə  Elmlər»  Rəhbər qrupu işləyir və daxil  olan 

bütün  ərizələrin  qiymətləndirilməsi  ilə  məşğul  olur. 

Rəhbər  qrupun  qərarı  müsbət  olarsa,  xarici  ekspertlərin 

cəlb  olunması  ilə  layihənin  planı  xırdalıqlarına  qədər 

işlənilib  hazırlanır  və  baxılmaq  üçün  yenidən  həmin



or

03


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə