Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə22/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

quruma  göndərilir.  Rəhbər  qrupun  planı  təkrar  təqdir 

etməsindən sonra tammiqyaslı maliyyələşmə açılır.

NATO  siyasətinin  mühüm  istiqamətlərindən  biri  də 

ətraf mühitin mühafizəsi və ekologiya ilə bağlıdır.  1959-cu 

ildə  Alyansın  qeyri-hərbi  komitələrindən  o  dövr  üçün 

sonuncusu-okeanoqrafiya  üzrə  komitə  fəaliyyətə  başladı. 

Beləliklə,  NATO-nun  fəaliyyətində  yeni  səhifə  -  ətraf 

mühitin  çirklənməsi  problematikası  meydana  gəldi.  On  il 

sonra yuxarıda  adı  çəkilən məsələlərin  həlli üçün NATO­

nun  strukturunda  Müasir  cəmiyyət  problemləri  üzrə 

Komitə  adlandırılan  aynca  komitə  yaradıldı.  Bu  orqan 

R.Niksonun 

Alyansın 

üçüncü- 


«sosial» 

istiqaməti 

konsepsiyasına  və  Vaşinqton  müqaviləsinin  2-ci  bəndinə 

əsasən  formalaşmışdı.  Müqavilənin  həmin  bəndində 

deyilirdi  ki,  «iştirakçı  ölkələr  sabitlik  və  çiçəklənmə 

şəraitinin  yaranmasına  hər  cür  dəstək  vennəklə  öz 

səylərini  dinc  və  dostcasına  beynəlxalq  münasibətlərin 

inkişafına yönəldirlər».

Müasir cəmiyyət problemləri üzrə Komitənin yaranması 

müəyyən  dərəcədə  Roma  klubunun  «İnkişafın hüdudları» 

məruzəsinə  cavab  oldu.  Həmin  məruzə  Medouzun 

rəhbərliyi altında bir qrup müəllif tərəfindən hazırlanmışdı 

və  ekoloji  problemləri  nəzərə  almadan  sivilizasiyanın 

inkişafının  dalana  dirənəcəyi  barədə  elmi  cəhətdən 

əsaslandırılmış 

ilk  proqnozlardan  biri 

idi.  NATO 

beynəlxalq  cəmiyyətin  diqqət  mərkəzinə  çıxarılmış 

problemlərdən özünü kənara çəkə bilməzdi və bu amil  adı 

çəkilən komitənin yaranması üçün impuls rolunu oynadı.

Həmin andan NATO-nun ekoloji fəaliyyəti iki - Elmi və 

Müasir  cəmiyyət  problemləri  üzrə  Komitə  daxilində 

həyata  keçirilməyə  başladi.  Çünki,  tərksilah  üçün  və

86

yüksək 



texnologiyaların, 

kompüter 

şəbəkələrinin, 

həmçinin  elm  və  texnologiya  sahəsində  siyasətin  işlənilib 

hazırlanması  ilə  yanaşı  ekoloji  təhlükəsizlik  də  Elmi 

komitənin əməkdaşlığının üstün sferalanndan biridir.

Təbiəti  mühafizə  problematikası  ilə  məşğul  olan  bu  iki 

komitənin  işi  qarşılıqlı  tamamlama  xarakteri  daşıyır.  Fərq 

yalnız  burasındadır  ki,  Elmi 

komitə 


çərçivəsində 

təşəbbüslər  «aşağıdan»  gəlir,  daha  doğrusu,  alimlər yaxud 

alimlər  qrupu  tərəfindən  irəli  sürülür.  Müasir  cəmiyyət 

problemləri  üzrə  Komitəyə  gəldikdə  isə  burada  layihələr 

bir  qrup  ölkələr  tərəfindən  irəli  sürülür  və  yalnız  bundan 

sonra alimlər tərəfindən araşdırılır.

Romada  sülh  və  əməkdaşlıq  haqqında  Deklarasiyanın 

imzalandığı  1991-ci  il  Müasir  cəmiyyət  problemləri  üzrə 

Komitənin  tarixində  dönüş  anı  oldu.  Sənəddə  deyilirdi  ki, 

NATO-nun yeni  təşəbbüsləri «ittifaqımızın elmi  və ekoloji 

proqramları 

üzrə 


Üçüncü 

fəaliyyət 

sferasında 

tərəfdaşlarımızın  iştirakını»  genişləndirəcəkdir.  Şərqi 

Avropa ölkələrində «məxməri inqilablar» baş verəndən və 

kommunist 

hökumətləri 

devrildikdən 

sonra 

region 


ölkələrinin  NATO-nun  Elmi  proqramında  olduğu  kimi  bu 

komitənin  işinə  fəal  cəlb  olunması  onun  fəaliyyətinə  bir 

canlanma gətirdi.

Müasir  cəmiyyət  problemləri  üzrə  Komitə  (MCPK)  öz 

işini  aşağıdakı prinsiplər əsasında həyata keçirir:

Əvvəlcə, konkret tədbirlər bütün ölkələr tərəfindən eyni 

zamanda  deyil,  yalnız  daha  çox  maraqlı  dövlətlər 

tərəfindən  maliyyələşdirilir  və  həyata  keçirilir.  Müasir 

cəmiyyət  problemləri  üzrə  Komitə  heç  bir  elmi-tədqiqat 

işi  aparmır,  amma  sonradan  tədqiqatların  nəticələri 

NATO-nun  oüıün  üzvləri  üçün  açıq  olur.  Sxem  belədir ki,

87



Komitə  özü  təşəbbüs  irəli  sürmür,  yalnız  milli  səviyyədə 

tədqiq  olanan  praktik  problemlərə  baxır.  Bu,  başqa 

ölkələrə gələcəkdə bu  və ya digər problematika üzrə elmi 

tədqiqatların 

nəticələrindən 

istifadə 

etmək 

imkanı 


verməklə  Komitənin  işinə  müəyyən  çeviklik  gətirir. 

Eksperimental  tədqiqatların  aparılması  barədə rəsmi  qərar 

MCPK-nm plenar iclasında qəbul olunur.

İkincisi, Komitə o layihələri dəstəkləyir ki, onlar NATO 

dövlətlərinin  sosial  sferasında  daxili  və  xarici  siyasi 

təşəbbüslərin  meydana  çıxmasına  kömək  edir,  bu  və  ya 

digər  ölkədə  konkret  tədbirlərin  həyata  keçirilməsinə 

kömək edir.

Üçüncü  prinsip  belədir  ki,  Komitə  açıq  təşkilat  kimi 

düşünülmüşdür,  onun  tədqiqatlarının  nəticələrindən bütün 

maraqlı  şəxslər  istifadə  edə  bilərlər  ki,  bu  da  Komitənin 

başqa 


beynəlxalq 

qurumlarla, 

xüsusilə 

ekologiya, 

meteorologiya  və  okeanoqrafiya  sahəsində  əməkdaşlığını 

asanlaşdırır.  Məsələn,  bu,  Komitənin  Avropa  İttifaqı, 

Birləşmiş Millətlər Təşkilatı  və bir sıra milli  elmi-tədqiqat 

müəssisələri  ilə əməkdaşlığında özünü göstərir.

Nəhayət,  dördüncü  prinsipə  görə  Komitə  tədqiqat 

aparan  dövlətlər  tərəfindən  özünün  mərkəzi  orqanlarına 

müəyyən  hesabat  verilməsini  və  həmin  tədqiqatlann 

NATO-nun  daxili  və  xarici  əməkdaşlığının  inkişafına 

sanballı 

töhfə 


verəcəyi 

barədə  sübutların 

təqdim 

edilməsini nəzərdə tutur.



Yarandığı  andan  Komitəyə  NATO  üzvlərinin  sosial 

siyasətinin 

əlaqələndirilməsi 

sahəsində 

ən 

geniş 


səlahiyyətlər  verilmişdir.  Məsələn,  onun  fəaliyyəti  şəhər 

tikintisi,  havanın  və  suyun  təmizlənməsi,  yerli  və 

beynəlxalq 

nəqliyyat, 

qərb 

ölkələrinin 



inkişafı

88

konsepsiyalarının 



öyrənilməsi 

üzrə 


proqramlar, 

«çoxmillətli  sülh  korpusu»nun  layihələri,  Qərb  elmi 

təfəkkürünün  ən  yeni  nailiyyətləri  haqqında məlumatların 

yığılması  və  sistemləşdirilməsi  kimi  sahələri  əhatə  edir. 

Hər şeydən əlavə  Komitə  geniş  nəşriyyat fəaliyyəti  ilə də 

məşğul  olur ki,  bu  da ekologiya problemləri  üzrə  200-dən 

çox kitabın çapdan çıxmasında özünü göstərir.

Komitənin işinin əsas istiqamətləri aşağıdakılardır:

• 

Eksperimental tədqiqatlar;



• 

Cari tədqiqatlar;

• 

Seminarlar və ekoloji «dəyirmi masa»lar.



Yuxanda  adlan  çəkilən  proqramlardan 

biri  üzrə

qarşılıqlı  fəaliyyətə  başlamaq  istəyən  maraqlı  dövlətlər 

müəyyən istiqamətdə səylərini  daha yaxşı  əlaqələndirmək 

üçün kooperativləşə bilərlər.  Maliyyələşməyə gəlincə  isə, 

müəyyən  layihəyə  rəhbərlik  edən  ölkə  resurslann 

paylanması  və  elmi-texniki  təminat  məsələlərini  özü  həll 

edir,  tədqiqatlar  nəticəsində  alınmış  məlumatlar  isə 

NATO-nun  bütün  ölkələrinin  sərəncamına  verilir.  Bir 

qayda  olaraq,  müəyyən  tədqiqatlann  nəticələrinə  həsr 

olunmuş  simpoziumlar,  seminarlar  yaxud  beynəlxalq 

konfranslar keçirilir. Tədqiqat adətən 3-4 il davam edir.

Elm  üzrə  Komitə  təqaüdləri,  qrantları,  həmçinin 

ekologiya  problemləri  ilə  məşğul  olan  minlərlə  alimin 

çalışdığı  tədqiqat  institutlannm  və  seminarların  işini 

maliyyələşdirir.  Yuxanda  adı  çəkilən  tədbirlərdən  başqa, 

Elmi  komitə  okeanoqrafiya,  suyun  və  qurunun  qarşılıqlı 

təsiri,  qlobai  ekoloji  dəyişildiklər  və  digər  oxşar 

proqramlar  üzrə  bir  sıra  xüsusi  ekoloji  layihələri 

bəyənmişdir. 

Məsələn, 

qlobal 


ekoloji 

dəyişikliklər 

proqramı  çərçivəsində  53  tədqiqat  seminarı  keçirilmiş,  11

89



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə