Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə23/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

tədqiqat institutu təşkil edilmiş və 30-dan çox nəşr işıq üzü 

görmüşdür.  Hər  bir  tədqiqatın  Ömrü  altı  ildən  on  iki  ilə 

kimi davam edir.

Müasir cəmiyyət problemləri üzrə Komitə çərçivəsində 

mövcud  olan  təqaüdlər  proqramı  üç  qrup  tədqiqatçılara -  

tələbələrə,  alimlərə  və  gənc  tədqiqatçılara  dəstək  üçün 

nəzərdə  tutulmuşdur.  Birincilərə  elmi  təqaüdlər  təhsili 

başa  vurmaq,  ikincilərə  -  tədqiqatlar aparmaq,  üçüncülərə 

isə kvalifikasiyasını artırmaq üçün verilir.

Komitənin  tərəfdaş  dövlətlərlə  əməkdaşlığına  gəlincə, 

Müasir  cəmiyyət  problemləri  üzrə  Komitə  ilə  Şimali 

Atlantika  Əməkdaşlıq  Şurasının  ilk  birgə  iclası  1993-cü 

ilin  fevralında  Brüsseldə  olmuşdur.  Burada  tərəfdaşlar  öz 

ölkələrindəki  çoxsaylı  ekoloji  problemləri  sadalayaraq, 

göstərilən 

problemlərin 

həllində  Müasir 

cəmiyyət 

problemləri  üzrə  Komitə  tərəfindən  yardım  almaqda 

maraqlı 


olduqlarını 

bildirmişlər. 

Şimali 

Atlantika 



Əməkdaşlıq  Şurasının  Şimali  Atlantika  Tərəfdaşlıq 

Şurasına 

(ŞATŞ) 

çevrilməsindən 



sonra 

Komitə 


tərəfdaşlarla  əməkdaşlığı  artıq  yeni  struktur  daxilində 

davam etdirir.  Komitə öz iclaslarını  ildə iki  dəfə keçirir və 

hər il MCPK/ŞATŞ fonnatında görüşlər olur.

Şərqlə  Qərb  arasında  ətraf  mühitin  mühafizəsi 

sahəsində  əməkdaşlığın  fəallaşması  ilə  əlaqədar  olaraq 

1996-cı  ilin  martında  Komitənin  yeni,  daha  çevik  iş 

qaydası 

təsdiq 


olundu. 

«Pilot» 


eksperimental 

tədqiqatlardan  başqa  MCPK  iki  yeni  təşəbbüsü  -  

qısamüddətli 

ixtisaslaşmış 

layihələri 

və 


tematik 

simpoziumları  həyata  keçirməyə  başladı.  Sonuncuların 

məqsədi 

sosial 


problemlər 

üzrə 


informasiyanın 

yayılmasıdır. 

Qısamüddətli 

ixtisaslaşmış 

layihələrə

gəlincə  isə  onlann  4  ilə  qədər  davam  edə  bilən 

eksperimental  tədqiqatlardan  fərqi  6  aydan  18  aya  qədər 

reallaşmasıdır.  Fəaliyyəti  ərzində  MCPK  yüzdən  çox 

tədqiqat  və  bir  neçə  qısamüddətli  layihə  həyata 

keçirmişdir. 

Onlarla 

tədqiqat 

isə 

reallaşma



mərhələsindədir.

Alyans  üçün  əlavə  problem  yaradan  məsələlərdən  biri 

də NATO ölkələrində baş verən texnogen fəlakətlərdir.

Texnogen  fəlakət  deyəndə  insanın  bilərəkdən  yaxud 

bilmədən etdiyi hərəkətlərin nəticəsi  başa düşülür.  NATO 

ölkələrində  baş  verən  ən  güclü  texnogen  fəlakətlər 

aviaqəzalar,  partlayışlar,  dəmir  yolunda,  suda  olan 

fəlakətlər, yanğınlar və ekoloji fəlakətlərdir.

1949-cu  il  noyabrın  29-da  Yohanngeorgenndştadıdakı 

uran  mədənində  370  nəfər  həlak  olmuşdu  1969-cu  il 

iyunun  2-də  Reyndə  balıqlar  məhv  olmağa  başladı. 

Bundan əvvəlki  iki  il  ərzində çaya insektisidlə dolu  iki  25 

kiloqramlıq  kanistr  düşmüşdü.  Bu  fəlakət  milyonlarla 

balığın  qırılmasına  səbəb  oldu.  2000-ci  il  yanvarın  24-də 

Norveçdə ölkə tarixində ən dəhşətli  dəmir yolu qəzası  baş 

verdi və 30 nəfər həlak oldu.

Beynəlxalq  terrorizmə  ən  parlaq  misal  2001 -ci  il 

sentyabrın  11-də ABŞ-a qarşı edilmiş terror aktıdır.  Həmin 

gün  saat  08:46-da  (yerli  vaxtla)  Nyu-Yorkda  yerləşən 

Dünya  Ticarət  Mərkəzinin  əkiz  qüllələrindən  birinə- 

Şimal  qülləsinə  «American  Airlines»  şirkətinə  məxsus 

sərnişin  təyyarəsi  çırpıldı.  09.03  radələrində  isə  Cənub 

qülləsi  buna  bənzər  hücuma  məruz  qaldı.  Sonuncu 

hücumdan  40  dəqiqə  sonra  ABŞ-m  Müdafiə  Nazirliyinin 

binası-  Pentaqon  da  təyyarə  ilə vuruldu.  Bu  hücumdan  25 

dəqiqə  keçdikdən  sonra  eyni  məqsədlə  qaçırılan  bir

91



sərnişin 

təyyarəsinin 

vurularaq 

zərərsizləşdirildiyi 

açıqlandı.  Həmin  təyyarənin  hədəfinin  Ağ  Ev  olduğu 

bildirildi.  Terror  nəticəsində  üç  minə  yaxın  insan  həyatla 

vidalaşdı.  ABŞ  və  digər  NATO  ölkələri  beynəlxalq 

terrorizmə  qarşı  mövqelərini  dərhal  sərtləşdirdilər  və  bu 

bəla  ilə  mübarizədə  səylərini  birləşdirmək  üçün  həm  öz 

aralarında, həm də Rusiya ilə əməkdaşlıq yolunu tutdular.

İtaliya və Fransada iri daşqınlar başlayanda (2003-2004- 

cü  illər)  və  İspaniyada  dəmir  yolu  qəzası  baş  verəndə 

NATO  ölkələrinin  mülki  müdafiə  bölmələri  hərəkətə 

gələrək 


bu 

fəlakətlərin 

nəticələrinin 

aradan 


qaldırılmasında yaxından  iştirak etmişlər.

Göründüyü kimi, XXI əsr sosial inkişaf və təhlükəsizlik 

sferasında  qlobal  problemləri  ön  plana  çıxarmışdır.  Elmi- 

texniki  tərəqqinin  nailiyyətləri  əsasında  NATO  ölkələri 

tərəfindən  uğurla  həll  olunan  sosial  problemlər  yeni 

texnologiyaların  təntənəsinin  neqativ  nəticələri  ilə  - 

texnogen  problemlərlə  dramatik  şəkildə  qarışmışdır. 

Bunların  aradan  qaldırılması  milli  gəlirin  xeyli  hissəsinin 

cəlb  olunmasını,  resursların  təmərküzləşməsinin  başqa 

sistemini,  həmçinin  dövlətlərin  əlaqələndirici  rolunu, 

böyük  regionlar,  hətta  dünya  birliyi  hüdudlarında  birgə 

hərəkətlərini  tələb  edir.  NATO  ölkələrinin  bu  strateji 

istiqamətlərdəki praktik işi  səmərəli  sayılır,  ictimai  dəstək 

alır 


və 

kütləvi 


informasiya 

vasitələrində 

geniş 

işıqlandırılır.



Toplanmış  təcrübə  əsasında  bu  mürəkkəb  prosesləri 

anlamağa və araşdırmağa cəhd edək.  ıvlilli  maraqlan dəqiq 

təsəvvür  etmədən  və  başa  düşmədən  NATO  ölkələrinin 

təhlükəsizlik  konsepsiyasını  işləyib  hazırlamaq  mümkün 

deyildir.  Bunu  bütün  dünyada  baş  verən  obyektiv

92

dəyişikliklər  diktə  edir.  Bu  dəyişikliklər  xeyli  dərəcədə 



ətraf  mühitin  böhranlı  vəziyyəti  və  planetdəki  praktik 

olaraq nəzarət edilməyən  dinamik demoqrafik proseslərlə, 

təbii resursların tükənməsinin görünən  hüdudları və  əksər 

ölkələrdə  resursqoruyucu  texnologiyalara  lazımi  diqqət 

yetirilməməsi,  nüvə,  kimyəvi,  bakterioloji  və  digər 

dağıdıcı  silahların  dünyada  mövcud  olan  çox  böyük 

ehtiyatlan  ilə  müəyyənləşir.  Milli  təhlükəsizlik  ölkələrin 

həyati vacib maraqlarının həm daxili, həm də xarici  siyasi, 

iqtisadi, hərbi, informasiya, ekoloji və digər təhlükələrdən 

şərtsiz  müdafiəsini  nəzərdə  tutur.  Texnogen  ekoloji 

təhlükəsizliyə 

zəmanət 


ilk 

növbədə 


təhlükəsiz 

texnologiyaların 

inkişafı, 

istehsalın 

keyfiyyətli 

parametrləri 

və 

onun 


fəaliyyəti 

zamanı 


dramatik 

nəticələrin  baş  vermə  ehtimalını  aşağı  salmaq  üçün 

istifadə  edilən  resursların  mövcudluğu,  təbii  fəlakətlərin 

proqnozlaşdırılması 

və  onların  nəticələrinin  aradan 

qaldırılmasına  yönələn  vəsaitlərin  təmərküzləşməsi  ilə 

müəyyənləşir.

Bu  proseslərə  təsirin  iki  -  daxili  və  xarici  növünü 

ayırmaq  olar.  Daxili  təsir  müxtəlif sənaye  strukturlarının 

məxaricləri  ilə  bağlıdır;  onlar  fəaliyyətləri  prosesində 

müdafiə  olunma  amilləri  yaradırlar,  həm  də  rəqabət  belə 

xərclərin  payının  azalmasını  stimullaşdırır.  Xarici  təsir isə 

o  zaman  olur  ki,  hər  hansı  bir  struktur  fəlakət  hallarının 

qarşısının  alınmasına  təsir  edən  instituta  çevrilir.  Bunlar 

əsasən  istehsal  müəssisələrinə  müəyyən  tələblər  işləyib 

hazırlayan  və  bununla  da  istehsal  prosesində  fövqəladə 

halların  aradan  qaldırılması  xərclərinin  həcmini  və 

məzmununu  optimall asdıran  qurumlardır.  Qeyd  etmək 

lazımdır  ki;  NATO  ölkələrinin  iqtisadi  böhranı  şəraitində

93



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə