Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə27/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

Avropa  İttfaqı  özü  ilə  Rusiya  arasında  ikinci  təhlükəsizlik 

zolağını  formalaşdırmağa çalışır. Bu gün Avropa İttifaqı ilk 

dəfədir  ki  təhlükəsiz  yaşam  coğrafiyası  yaradıb  və  təbii 

olaraq  onun  gerçək  təhlükəsizliyində  narahatdır.  Artıq 

Avropanın  nüvəsində  nə  etnik-milli  konfliktlər,  nə 

fundamental  ideoloji  toqquşmalar,  nə  də  müharibələr 

mövcuddur. 

Avropa 


üçün 

yeganə 


təhlükə 

ünvanı 


Rusiyadır.  Nə  uzaq  Çin,  nə  islam  fundamentalizm!,  nə  də 

ABŞ Avropa üçün təhlükə hesab olunur.  Təhlükə  mənbəyi 

kimi  Avropanın  quru  sərhədlərlə  qonşusu  olan  Rusiyadan 

ehtiyatlanırlar.  Tarixi  faktlar  da  təsdiqləyir  ki,  Avropanı 

daxildən  sarsıdan  ideoloji  savaşlar,  müharibələr  əksər 

hallarda  məhz  Rusiyadan  qaynaqlanıb.  Bir  sözlə,  yeni 

siyasi  dönəmdə Avropa Rusiyaya jandarm  olmaq  imkanını 

tanımaq niyyətində deyil.

Türkiyə  də  Avropanın  bu  layihəsi  içərisində  xüsusi  rol 

almaqda  maraqlıdır.  Ölkənin  Ermənistanla  yaxınlaşma  və 

digər qonşuları  ilə  problemsiz yaşama siyasəti  də  məhz bu 

niyyətin təzahürüdür.

Öz  növbəsində  Amerika  da  əzəli  rəqibi  Rusiyaya 

hansısa  müstəvidə,  xüsusilə  Cənubi  Qafqazda,  hətta  lokal 

müharibə  fürsətini  də  tanımaq  niyyətində  deyil.  Hər 

zaman  olduğu  kimi,  tarixin  yaşadığımız  dönəmində  də 

hərb  Rusiyanı  dirçəldən,  onu  ayaqda  saxlayan,  təsir 

imkanlarını  genişləndirən  bir  amildir. 

2008-ci 

ilin 


avqustunda  yaşanan  Rusiya-Gürcüstan  müharibəsi  əslində 

bir  nəbz  yoxlaması  idi.  Bu  hərbi  toqquşma  Rusiyanın 

xeyrinə  işlədi.  Tərəflər  bir  daha  əmin  oldular  ki,  Rusiya 

ilə 


müharibə 

dilində 


danışmaq 

hərbi 


nəticənin 

necəliyindən asılı  olmayaraq məğlubiyyətə bərabərdir.

106

Cənubi  Qafqaz  qlobal  oyunçular  üçün  strateji  cəhətdən 



vacib  olan  tranzit  zonasıdır.  Bu,  şərqdən-qərbə-  M ərkəzi 

Asiyadan 

enerji 

daşıyıcılarının 



dünya 

bazarlarına 

çıxarılması  və  əksinə qərbdən-şərqə-  NATO-nun  Mərkəzi 

Asiyaya  siyasi,  hərbi  və  iqtisadi  müdaxiləsi  üçün  çox 

əlverişli  bir  məkandır.  Cənubi  Qafqaz  uğrunda  NATO, 

Rusiya  və  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatı 

arasında qızğın mübarizə gedir.

107



2-ci fəsil

NATO-nun Cənubi Qafqaz strategiyası

Beynəlxalq təşkilat olaraq NATO müasir dünyada siyasi 

vəziyyətə  getdikcə  daha  ciddi  təsir  göstərir.  Təşkilatın 

keçmiş  SSRİ  məkanındakı  hadisələrə  müdaxilə  etməsi 

əsasən  onunla  bağlıdır  ki,  postsovet  məkanında  yaranmış 

yeni  dövlətlərdə  baş  verən  milli,  etnik,  ərazi  münaqişələri 

bütövlükdə  beynəlxalq  münasibətlər  sistemi  üçün  təhlükə 

yaradır.  Hərbi-siyasi  təşkilat  kimi  isə  NATO  bütün 

dünyada,  o  cümlədən  postsovet  məkanında  münaqişələrin 

ləğv  edilməsində  öz  rolunu  artırmağa,  bu  ölkələrlə  siyasi 

və  iqtisadi  böhranın  aradan  qaldırılmasına,  demokratik 

islahatlar  keçirilməsinə  zəruri  kömək  göstərməyə  çalışır. 

NATO  şəraitə  uyğun  olaraq  öz  vəzifələrini  daim  yenidən 

müəyyənləşdirir,  dünya  siyasətində  öz  təsirini  və  xüsusi 

çəkisini  artırmağa səy göstərir.

1994-cü il yanvarın  10-11-də NATO üzvü olan ölkələrin 

dövlət və  hökumət başçılarının  Brüsseldə  görüşü  keçirildi. 

Görüşün  yekunlarına  dair  bəyanat  qəbul  olundu.  Sənəddə 

beynəlxalq  və  regional  siyasi  şəraitin  aktual  problemləri 

barəsində NATO-nun mövqeyi əks olunmuşdur.  Bəyanatın 

21-ci  bəndində  NATO-nun  üzvü  olan  ölkələr  Cənubi 

Qafqazda  vəziyyət  haqqında  öz  mövqelərini  bildirirlər. 

Bəyanat  yenə  də  mülayimliyi  baxımından  əvvəlkilərdən 

fərqlənmir.  Güc  işlədilməsi  ilə  ərazilər  ələ  keçirilməsini 

pisləyən  NATO  ölkələri  Ermənistan,  Azərbaycan  və 

Gürcüstanın 

ərazi 

bütövlüyünə, 



müstəqilliyinə, 

suverenliyinə  hörmət  edilməsini  həmin  bölgədə  sülhün, 

sabitliyin,  əməkdaşlığın  bərqərar  olması  üçün  zəruri  şərt 

hesab  edirlər.  NATO-nun  Cənubi  Qafqaz  strategiyasında

108

başlıca  məsələ 



üç 

respublika  ilə  eyni 

dərəcədə 

əməkdaşlığın  planlaşdırılmasıdır.  NATO  Cənubi  Qafqaz 

respublikaları  ilə  ayrı-ayrılıqda  yaratdığı  münasibətlərin 

bir-birinə  xələl  gətirəcək  istiqamətdə  inkişafına  imkan 

verməməyə  çalışır.  Təşkilatın  Azərbaycan,  Gürcüstan  və 

Ermənistan 

arasında 

regional 

formatda 

əməkdaşlıq 

təklifləri də bu məntiqdən qaynaqlanır.

109



3-cii fəsil

İranın regional təhlükəsizlik sisteminə dair təklifləri 

və Cənubi Qafqaz respublikaları

İran  rəhbərliyi  isə  regional  təhlükəsizlik  sisteminə  dair 

yeni  formula  (3+3),  yəni  Cənubi  Qafqaz  respublikaları  + 

Rusiya,  İran  və  Türkiyə  formulunu  irəli  sürmüşdür.  ABŞ- 

ın 

regiona 


gəlişini 

əngəlləmək  üçün 

İran 

hətta 


Vaşinqtonun  müttəfiqi  və  Tehranın  əsrlər  boyu  bölgədə 

rəqibi  olan  Türkiyə  ilə  əməkdaşlığa  hazır  olduğunu 

nümayiş  etdirir.  Rəsmi  Tehran  bu  sistem  daxilində  6 

dövlətin  təhlükəsizlik  şuralarının  katibləri,  parlament 

sədrləri,  həmçinin  iqtisadiyyat  və  maliyyə  nazirləri 

səviyyəsində 

görüşlərinin 

keçirilməsini 

və 

ümumi 


baxışların  formalaşdırılmasım  təklif  edir.  Lakin  bu 

təşəbbüs  region  dövlətlərinin dəstəyini  qazanmadı.  Bu,  bir 

daha göstərir ki,  İranın regional  təhlükəsizlik məsələlərinə 

baxışı  digər  region  ölkələrinin  mövqeyi  ilə  üst-üstə 

düşmür.

İranın  regional  təhlükəsizlik  sisteminə  dair  daha  bir 



təklifi  2003-cü  ilin  aprelində  gündəmə  gətirildi.  Ölkənin 

xarici  işlər  naziri  Kamal  Xərrazinin  regionun  birgə 

təhlükəsizlik  qüvvələrinin  yaradılması  təşəbbüsü  yenə  də 

bölgə dövlətlərinin dəstəyini  qazanmadı.

İranın  bölgədəki  geostrateji  məqsədləri  aşağıdakı  kimi 

xarakterizə  etmək  olar  ki,  bunlar  da  aşağıdakılardan 

ibarətdir:

•  Kənar  qüvvələrin  (ABŞ,  NATO  və  Avropa  İttifaqı) 

Cənubi 

Qafqazda 



iştirakını 

mümkün 


qədər 

məhdudlaşdırmaq, 

onların 

İran 


sərhədlərinə 

yaxınlaşmasına imkan verməmək;

110

• 

Regional 



problemləri 

yalnız 


məntəqədəki 

dövlətlərin birgə səylərilə həll etmək;

•  Xəzər  hövzəsi  və  Güney  Qafqaz  ölkələrinin 

birtərəfli  addımlarını  maksimum  neytrallaşdırmaq  və 

proseslərdə  birgə  iştiraka  nail  olmaq  üçün  mexanizm 

tapmaq;


• 

Qərbyönümlü  siyasət  yeridən  region  dövlətləri  ilə 

münasibətləri  yüksək  səviyyədə  quraraq,  onlara  təsir 

mexanizmlərini  müəyyənləşdirmək;

• 

Geostrateji  maraqları  İranla  üst-üstə  düşən  region 



ölkələrilə əməkdaşlığı daha da möhkəmləndirmək.

Lakin  hadisələrin  gedişi  göstərir  ki,  Qərb  İranın 

regiondakı  geosiyasi  duruma  təsir  göstərmək  imkanını 

getdikcə  azaltmağa  çalışır.  Bakı-Tbilisi-Ceyhan  və  Bakı- 

Tbilisi-Ərzurum  layihələrinin  reallaşması,  bölgədə  bütün 

layihələrin  Qərbin  dəstəyi  ilə  həyata  keçirilməsi  İranın 

regiondakı  proseslərdən  təcrid  olunması  ilə  nəticələnir. 

Tehranın  ciddi  müqavimətinə  baxmayaraq,  ABŞ  artıq 

ölkənin 

sərhədlərinə 

yaxınlaşıb. 

İranla 


sərhədyanı 

ölkələrin  əksəriyyətində-  Türkiyə,  Pakistan,  Əfqanıstan, 

İraq,  həmçinin  İran  körfəzi  ölkələrində  ABŞ-ın  hərbi 

qüvvələri  yerləşdirilib.  ABŞ  və  NATO-nun  hərbi  qüvvəsi 

olmadığı 

İranla 


həmsərhəd 

dövlətlər 

Azərbaycan, 

Ermənistan  və  Türkmənistandır.  Bu  amil  bu  ölkələrin  İran 

üçün  əhəmiyyətini  artırır.  Təsadüfi  deyildir  ki,  İraq 

müharibəsi 

başlanandan 

sonra 


Tehranın 

Bakı 


ilə 

münasibətlərinə  daha  çox  diqqət  yetirməsi  müşahidə 

olunur.

Son  illərdə  Gürcüstanın  Qərblə,  xüsusilə  də  ABŞ  və 



NATO  ilə  əməkdaşlığı  daha  da  genişlənib.  NATO-nun 

assosiativ üzvü olan Gürcüstan, yalnız  1999-cu ildə NATO

111



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə