Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə28/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

ilə  əm əkdaşlıq  çərçivəsində  onlarla  tədbir,  o  cümlədən 

Rusiyanın narazılıqla qarşıladığı  genişmiqyaslı  hərbi-dəniz 

təlimləri  keçirib.  2011-ei  il  noyabrın  9-da  isə  Şimali 

Atlantika  Şurası  NATO  ilə  Gürcüstanın  tərəfdaşlıq 

münasibətlərinə 

qiymət 


vermək 

və 


gələcək 

iş 


prioritetlərini  müəyyənləşdirmək  üçün  Tbilisidə  baş  nazir 

Nikolay  Gilauri  və  onun  kabinetinin  digər  üzvləri  ilə 

NATO-Gürcüstan  Komissiyası 

çərçivəsində  görüşlər 

keçirmişdir.

Vizitin  ikinci  günü,  noyabrın  10-da  Şura üzvləri Batumi 

limanında  prezident  Mixail  Saakaşvili  ilə  görüşmüş  və 

Gürcüstanın  Şimali  Atlantika  Alyansının  əməliyyatlarına 

əvəzsiz  töhfəsi  və  bu  Cənubi  Qafqaz  ölkəsinin  Şimali 

Atlantika  təhlükəsizliyinin  möhkəmləndirilməsi  işinə 

sədaqətinə görə ona təşəkkürlərini bildinnişlər.

NATO-nun  Baş  katibi  Andres  Foq  Rasmussen  bir  daha 

bəyan  etmişdir  ki,  Gürcüstanın  gələcəkdə  Alyansa 

üzvlüyünə  dair  2008-ci  il  Buxarest  sammitinin  qərarı  bu 

gün də qüvvədədir.

Bu  reallıqlar  kontekstində  İran  İslam  Respublikasının 

(İİR)  Qafqaz  siyasətində  mühüm  həlqələrdən  biri  Tehran- 

Tbilisi  münasibətləridir.  İran-Gürcüstan  əlaqələri  1991-ci 

ildə  SSRİ  dağıldıqdan  sonra  Gürcüstanın  müstəqillik  əldə 

etməsi  ilə  başlayıb.  Bu  münasibətlər  1992-ci  ildə  iki  ölkə 

arasında  diplomatik  münasibətlər  qurulduqdan  sonra 

mühüm  əhəmiyyət  kəsb  etmişdir.  İki  ölkə  arasında 

münasibətlər  1996-ci  ilədək  sürətlə  inkişaf etmiş,  sonralar 

müxtəlif  səbəblərə  görə  bir  qədər  soyumuşdu.  Tehran 

Gürcüstan  ilə  münasibətlərə  siyasi  mülahizələrlə  yanaşı, 

geostrateji  və  iqtisadi  maraqlarının  təmin  olunması  üçün

112

ciddi  önəm  verir.  Bu  məqsədlə  orada  gedən  prosesləri 



ciddi izləyir.

Əlaqələrin  inkişafı  dövründə  iki  ölkə  rəsmiləri  yüksək 

səviyyədə  görüşlər  keçirmişlər.  1992-1996-eı  illərdə 

Gürcüstan  prezidenti  Eduard  Şevardnadze  iki  dəfə  İİR-na 

və  eyni  zamanda  İİR-nin  sabiq  prezidenti  Haşimi 

Rəfsəncani  və  onun  birinci  müavini  Həsən  Həbibi 

Gürcüstana  səfər  etmişlər.  Habelə  iki  ölkənin  xarici  işlər 

nazirlikləri  dəfələrlə  görüş  keçirmişlər  ki,  bunlann  da 

nəticəsində  iki  dövlət  arasında  müxtəlif sahələrdə  40-dan 

çox saziş imzalanmışdır.

Obyektiv  və  subyektiv  amillər,  o  cümlədən  Qərbin 

üstünlüyü E.Şevardnadzeni  Rusiya və İrandan uzaqlaşdırıb 

Qərbin  müttəfiqinə  çevirdi  və  bunun  təsiri  altında  İranla 

bağlı qeyd etdiyimiz sazişlərə əməl olunmadı.  Gürcüstanın 

hərbi  aerodomlarmın  bəıpası  və  hərbi  qüvvələrinin 

hazırlanması işlərini Türkiyə dövləti öz öhdəsinə götürdü.

İran-Gürcüstan  iqtisadi  əlaqələri  də  aşağı  səviyyədədir. 

İranın  Mərkəzi  Gömrük  Təşkilatının  statistik  məlumatına 

əsasən,  hətta  münasibətlərin  nisbətən  yaxşı  olduğu  1999- 

cu ildə İrandan ixracat 7.65 milyon dollar və Gürcüstandan 

ixracat  isə  15.3  milyon  dollar  dəyərində  olmuşdur.  Yəni 

İran,  Gürcüstana ixrac  edən ölkələr sırasında  51 -ci  yeri  və 

Gürcüstandan idxal edənlər sırasında 54-cü yeri tutur.

Gürcüstan  regionda  özünəməxsus  siyasət  yeritməyə 

çalışır.  2003-cü ildə baş vermiş narıncı  inqilab nəticəsində 

qərbyönlü E.Şevardnadzenin yerinə hakimiyyətə eyni kurs 

yeridən  gənc  siyasətçi  Mixail  Saakaşvili  gəlmişdir. 

Ölkənin  Qərbə  bu  qədər  meyl  etməsi,  NATO-ya  üzvlüyə 

can  atması  İranın  xarici  siyasətinə  əhəmiyyətli  dərəcədə 

təsir göstərir. Belə ki, Gürcüstan NATO-nun Şərqdə qapısı

113



hesab  olunur.  İİR-nin  strateji  tərəfdaşlan  hesab  olunan 

Rusiya  və  Ermənistan  Şimal  və  Cənub  istiqamətindən 

NATO-nun  inkişafına  maneə  hesab  olunurlar.  Bu  halda 

Gürcüstanın  əhəmiyyəti  artır,  yəni  Gürcüstanın  Qərblə 

əməkdaşlığı  birbaşa  İranın  təhlükəsizliyi  üçün  məqbul 

deyil.


Gürcüstanın  iqtisadi  və  təhlükəsizlik  baxımından 

əhəmiyyəti,  Şimal-Cənub  dəhlizindəki  rolu  danılmazdır. 

Gürcüstanın burada iştirakı  İİR üçün mühüm məsələdir və 

bu dəhlizin önəmli həlqəsi hesab olunur. Gürcüstanm Qara 

dənizlə  qonşuluğunun  İran-Avropa  ticarət  əlaqələrində 

böyük  əhəmiyyəti  vardır.  Habelə  ölkənin  neft  və  eneıji 

problemləri İranla əməkdaşlığa zəmin yaradır.

NATO-nun  və  digər  Qərb  institutlarının  regiondakı 

fəaliyyətinə  əsas  maneə  Rusiya-İran  münasibətləridir.  İki 

ölkənin  maraqlan  və  regionda  baş  verən  proseslər,  onları 

NATO-ya və  ABŞ-a qarşı  strateji  tərəfdaşa çevirib.  İranın 

bir  sıra  məsələlərdə  (Xəzər  dənizinin  statusu,  nüvə 

proqramlan  və  s.)  antiqərb  mövqeyi,  daxili  iqtisadı,  sosial 

və  etnik  problemləri,  eləcə  də,  Qafqaz  regionunda 

nüfuzunu yaymaq səyləri  bu və ya digər şəkildə Rusiyaya 

bağlıdır.

Gürcüstanın  özündə  bir  sıra  strateji  məsələlər,  o 

cümlədən  NATO-nun  regionda  möhkəmlənməsi,  enerji, 

tranzit 

məsələləri 

etnik 

və 


dini 

münasibətlərin 

perspektivləri 

Rusiyadan 

və 

onun 


Qərblə 

münasibətlərindən  asılıdır.  Ümumiyyətlə,  bölgədə  gedən 

bəzi  mühüm  proseslər  İİR-Gürcüstan  münasibətlərində 

irəliləməsinə mane olur.

Regionda  formalaşan  Rusiya,  İran  və  Ermənistan 

yaxınlaşması  Gürcüstanı  Qərb  bloku  ilə,  eləcə  də  ABŞ,

114

Türkiyə, 



Azərbaycan 

və 


İsrail 

ilə 


yaxınlaşdırır. 

Gürcüstanın  bu  mövqeyi  istər-istəməz  İranın  və  onun 

müttəfiqlərinin  əleyhinədir. 

İran  rəsmiləri  müxtəlif 

formalarda BTC neft kəmərinin  əleyhinə olduqlarını və bu 

kəmərin  region  üçün  qeyri-səmərəliliyini  əsaslandırmağa 

çalışmışlar.  Gürcüstanın  Abxaziya,  Acanstan  və  Cənubi 

Osetiya münaqişələrində  İranm susması  əslində Rusiyanın 

maraqlan ilə üst-üstə düşür.

İran-Gürcüstan  iqtisadi  münasibətlərinə  gəldikdə,  bu 

münasibətlər  “Şimal-Cənub  Nəqliyyat  Dəhlizi  əsasında 

formalaşır.  Gürcüstanın  Qara  dənizə  çıxışı  və  onun  İran- 

Avropa  iqtisadi  əlaqələrində  oynaya  biləcəyi  rol  İran 

tərəfindən  nəzərə  almır  və  müsbət  qarşılanır.  Bundan 

başqa, İran qazının Avropa ölkələrinə nəql edilməsi  işində 

də  Gürcüstan  ərazisi  İran-Avropa  qaz  xətti  üçün  həm 

strateji, həm də iqtisadi cəhətdən önəmlidir.

İran-Gürcüstan  münasibətlərində  Tehran  siyasi  və 

iqtisadi maraqlarla yanaşı, həm də ideoloji prizmadan çıxış 

edirdi.  Gürcüstanda  daxili  siyasi  şəraitin  inkişafına 

Tehranın baxışları  öxünəməxsus əhəmiyyətə malik idi.  Bu 

iki  ölkənin  əlaqələri  praktik  olaraq  onlann  qurulduğu  ilk 

andan  mənfi  məzmuna  malik  idi.  İran  rəhbərliyi  regionda 

ABŞ-ın  hərbi  iştirakının  genişlənməsindən  son  dərəcə 

narahatçılığını  büruzə  verirdi.  Pankisi  dərəsində  antiterror 

əməliyyatlarının  keçirilməsinə  ABŞ  hərbi  mütəxəssisləri­

nin  cəlb  edilməsinə  dair  gürcü  rəhbərliyinin  qərarı 

Tehranda  son dərəcə mənfi  reaksiya doğurmuşdu.  İİR-nin 

hərbi-siyasi  rəhbərliyi  bu  addımlara  mərhələlər üzrə  İİR- 

nin  hərbi  mühasirəsini  sübut edən  addımlar kimi,  dövlətin 

islami  quruluşuna  açıq  zorakı  təzyiq  vasitəsi  kimi 

baxırdılar.




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə