Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə3/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   2   3   4   5   6   7   8   9   ...   67

GİRİŞ

ikinci  dünya  müharibəsinin  başa  çatması  və  Birləşmiş 

Millətlər  Təşkilatının  yaranması  ilə  dünya  tarixinin  çox 

mühüm  bir  dövrü  başlandı.  Yeni  beynəlxalq  münasibətlər 

sisteminin 

təməli 


qoyuldu, 

sosializm 

sisteminin 

güclənməsi  nəticəsində  faşizmə  qarşı  mübarizədə  bir 

müddət  əvvəl  müttəfiq  olmuş  qüvvələr  iki  əks  qütbə 

bölünərək,  öz  aralarında  hərbi-siyasi,  iqtisadi  ve  mədəni- 

ideoloji  mübarizəyə  başladılar.  İldən-ilə  güclənən  bu 

mübarizə  iki  sistem  arasındakı  ziddiyyətləri  daha  da 

kəskinləşdirdi  -  dünya  proletariatının  birləşməsi  və 

inqilabın  yer  kürəsinin  hər  yerinə  ixracı  yolu  ilə 

ümumdünya  sosializm  sisteminin  yaranması  idevasmı 

reallaşdırmağa  çalışan  sosializm  düşərgəsi  ilə  qərb 

mədəniyyətini,  demokratiyanı,  liberalizmi  yaymağa  və 

eyni  zamanda öz  imperialist  maraqlannı  qorumağa  çalışan 

kapitalizm düşərgəsi banşmaz mövqe tutdular.

İctimai  fikirdə  “soyuq  müharibə"  kimi  tanınmış  bu 

mübarizə  illər  keçdikcə  təşkilatlanmış  xarakter  almağa 

başladı.  1949-cu il aprelin 4-də Vaşinqton ştatında sonralar 

soyuq müharibə" nin əsas  fiqurlarından  birinə  çevriləcək 

hərbi-siyasi  bıokun  -  NATO-nun  əsası  qoyuldu  və  bir- 

birlərinm  müdafiəsində  maraqlı  olan  12  müstəqil  dövlətin 

qoşulduğu  Şimali  Atlantika  müqaviləsi  imzalandı.  Daha 

dörd Avropa dövləti  (Yunanıstan,  Türkiyə, AFR,  İspaniya) 

müqaviləyə  1952-1982-ci  illər  arasında  qoşuldu.  1999-cu 

il  martın  12-də  isə  Polşa,  Macarıstan və Çex  Respublikası 

NATO-ya 


daxil 

oldu. 


Sonralar 

keçmiş 


sosialist 

düşərgəsinin  bir  sıra  dövlətləri  hesabına 

Alyansın

10

üzvlərinin  sayı  28-ə  çatdı.  Hazırda  digər  ölkələrin  də  bu 



təşkilata üzvlük barədə müraciətlərinə baxılır.

Baş  qərərgahı  Belçikanın  paytaxtı  Brüssel  şəhərində 

yerləşən  NATO  təkcə  bu  və  ya  digər  dövlətin 

hakimiyyətini  yox,  həm  də  həmin  hakimiyyətin  xidmət 

etdiyi  dəyərləri  qoruyur.  NATO  dövlət  suverenliyini 

yaxud  kiminsə  geopolitik  maraqlarını  yox, 

insan 

mədəniyyətinin  və  sivilizasiyanın müəyyən tipini  müdafiə 



edir.

Hərbi-siyasi  alyans  iki  qarşı-qarşıya duran blok arasında 

iri  münaqişənin  baş  verməsini  aradan  qaldırmış,  Atlantik 

okeanının  hər  iki  sahili  arasında  qırılmaz  əlaqəni  və 

həmrəyliyi gücləndirmişdir.

NATO 


çərçivəsində 

«Sülh 


naminə 

tərəfdaşlıq» 

proqramı  (SNT)  və  Avro-atlantik  tərəfdaşlıq  şurası 

(AATŞ)  yaradılmışdır.  Bu  təşəbbüslər  sayəsində  NATO 

üzvü  olan  dövlətlər  başqa  ölkələrlə  alyans  çərçivəsində 

yeni  əməkdaşlıq  yolları  tapmış,  sabiq  düşmənlər  isə  indi 

müttəfiq olmuşlar.

Şimali  Atlantika  alyansının  əsas  iş  prinsipləri  NATO 

ölkələrinin  ümumi  siyasi  öhdəliklərini  və  onlar  arasında 

praktik  əməkdaşlığa  meylliliyi  özündə  birləşdirir.  Onların 

ümumi 

təhlükəsizliyi  bölünməzdir.  Buna  görə  də 



təhlükəsizliyə  təhdidlərlə  bağlı  problemləri  həll  edərkən 

ayn-ayrı  üzv  ölkələr  indi  öz  məxsusi  qüvvələrindən  və 

iqtisadi  resurslarından  istifadə  etmirlər.  Lakin  NA ГО-da 

elə  bir ölkə  yoxdur ki,  o,  öz xalqı  qarşısında  öhdəliklərini 

yerinə  yetirməkdən  imtina  etsin  və  onlar  hamısı  əvvəlki 

kimi öz müdafiəsi üçün fərdi məsuliyyət daşıyırlar.

Şimali  Atlantika  alyansı  NATO  ölkələrinə  milli 

təhlükəsizlik sahəsində həyati vacib problemlərin  həllində




öz imkanlarını  birgə  səylə  genişləndirməyə  şərait yaradır. 

Nəticədə 

hərbi 

potensiallarının 



müxtəlifliyinə 

baxmayaraq,  onlarda  bərabər  təhlükəsizlik  hissi  baş 

qaldırır  ki,  bu  da  həmin  ölkələrin  ümumi  sabitliyinin 

məhkəmlənməsinə kömək edir.



I HİSSƏ

NATO müasir beynəlxalq münasibətlər sistemində

I BÖLMƏ

NATO-da modernləşmə təşəbbüsləri və 

onları şərtləndirən amillər

1-ci fəsil

NATO və yeni geosiyasi reallıqlar

NATO  müasir  beynəlxalq  koordinatlar  sistemində 

müstəsna mövqeyə  malik təşkilatlardan biridir.  Buna  görə 

də,  bəşəriyyətin  gələcəyinin  və  dünyada  ictimai-siyasi 

proseslərin  ümumi  axarının  müəyyən  olunmasında  onun 

üzərinə böyük məsuliyyət düşür.

İki  sistemin  və  blokun  qarşıdurmasından  qələbə  ilə 

çıxmış  NATO  üzləşdiyi  yeni  geosiyasi  reallıqlara  adekvat 

cavab  verə  bilmək  üçün  çevik  və  ardıcıl  tədbirlər  planı 

həyata  keçirmək  zərurəti  qarşısında  qalmışdır.  Təşkilatın 

rolu kökündən dəyişməyə başlamışdır.  Bunun səbəbi  80-ci 

illərin 


sonunda 

Şərqlə 


Qərb 

arasındakı 

«soyuq 

müharibə»nin  faktiki  olaraq  başa  çatması  olmuşdur.  Bu 



reallıq,  xeyli  dərəcədə,  xarici  siyasət  stereotiplərinə 

yenidən  baxmaq  kursu  götürmüş  yeni  sovet  rəhbərliyinin 

hakimiyyətə  gəlməsi  ilə  bağlı  idi.  Bu  rəhbərlik  «yeni 

siyasi  təfəkkür»  erasının  başlandığını  bəyan  edir  və  real 

ümumbəşəri dəyərlərə qayıtmağa çağırırdı.

Bu  dövr  Avropada  da  bəzi  mühüm  siyasi  hadisələrlə 

əlamətdar  olmuşdur.  Bunların  arasında  Almaniyanın 

birləşdirilməsi,  Varşava  Müqaviləsi  Təşkilatının  və

13



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə