Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə30/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

4-cü fəsil

Azərbaycanın NATO ilə əməkdaşlıq mərhələləri

Belə  bir  mürəkkəb  şəraitdə  beynəlxalq  və  regional 

təşkilatlarla əməkdaşlıq Azərbaycan Respublikasının  (AR) 

xarici  siyasətinin,  diplomatiyasının əsas  vəzifələrindən və 

xarici  siyasət  fəaliyyətinin  əsas  istiqamətlərindən  biridir. 

Bu  baxımdan  dünyadakı  önəmli  təşkilatlardan  biri  olan 

NATO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

İkitərəfli əməkdaşlıq, Avro-Atlantika Tərəfdaşlıq Şurası 

(1997-ci  ilədək  Şimali  Atlantika  Tərəfdaşlıq  Şurası)  və 

«Sülh Naminə  Tərəfdaşlıq  (SNT)  Proqramı»  çərçivəsində 

Azərbaycan-NATO  əməkdaşlığını  şərti  olaraq  3  dövrə 

bölmək olar:

Birinci  dövr  1992-ci  il  fevralın  20-dən  1994-cü  ilin 

mayına  qədər  olan  müddəti  əhatə  edir.  Azərbaycan 

Respublikası  ilə NATO  arasında  ilk  siyasi  münasibətlərin 

yarandığı  mərhələ  1992-ci  ilin  fevralında baş nazir Həsən 

Həsənovun  NATO-nun  mənzil-qərargahına  səfərindən 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin 

1994-cü  ilin  mayında  Alyansın  Brüsseldəki  qərargahında 

SNT  proqramının  çərçivə  sənədini  imzalamasmadək  olan 

dövrü əhatə edir.

İkinci dövr  1994-cü il mayın 4-dən  1996-cı il aprelin 23- 

dək davam etmişdir.  SNT proqramının Təqdimat sənədinin 

imzalanmasına  qədər  olan  bu  dövrdə  əsas  diqqət 

Azərbaycamn 

bu 


proqram 

çərçivəsində 

fəaliyyət 

strategiyasımn 

müəyyən 

edilməsi 

və 

ikitərəfli 



münasibətlərin  inkişaf  yollarının  dəqiqləşdirilməsinə 

yönəldilmişdi.

Üçüncü  mərhələ  1996-cı  il  aprelin  23-dən  2001-ci  il 

yanvarın  16-na  və  onun  davamı  kimi  bu  günə  qeüərkı

120

dövrü  əhatə  edir.  NATO-nun  baş  katibi  C.Robertsonun 



2001-ci  iiin  yanvarında  ölkəmizə  səfəri  əlaqələrin 

inkişafında  müsbət  rol  oynamışdır.  Bu  dövrdə  üç  dəfə 

(1997-ci  ilin  fevralı,  1998-ci  ilin  sentyabrı  və  2001-ci  ilin 

yanvarında)  NATO-nun  baş  katibləri  və  Alyansın  digər 

yüksək  səviyyəli  rəsmiləri  Azərbaycan  Respublikasına 

səfər  etmiş,  Alyansın  Brüsseldəki  mənzil-qərargahında 

diplomatik  missiyamız  fəaliyyətə  başlamış,  Azərbaycanın 

sülhyaratma  taqımı  Kosovoda  NATO  rəhbərliyi  altında 

sülhün  keşiyində  dayanmış,  Azərbaycan  ərazisində  SNT 

çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

Lakin  bütün  bunlara  baxmayaraq,  münasibətlərin 

mövcud  durumu  Azərbaycan  qarşısında  duran  hərbi 

təhlükəsizlik 

problemlərinin 

həllinə 

təsir 


edəcək 

səviyyədə deyildir. Məhz bu hədəfi Azərbaycan NATO ilə 

münasibətlərində özü üçün çıxış nöqtəsi qəbul etmişdir.

Geosiyasi məqsədlərinə nail olmaq və NATO amilindən 

istifadə 

etmək 


üçün 

Azərbaycan 

Avro-Atlantika 

müstəvisində  yaxın  və  orta  perspektivli  bir  sıra  addımlar 

atır, NATO ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu 

konkret  praktiki  tədbirlərlə  təsdiq  edir.  Məsələn,  Kosovo 

və 

Əfqanıstanda 



beynəlxalq 

sülhməramlı 

qüvvələr 

tərkibində öz missiyasını uğurla yerinə yetirən Azərbaycan 

2003-cü  ilin  mayında  koalisiya  qüvvələrinin  tərkibində 

İraqda  keçirilən  sülhməramlı  əməliyyatlarda  iştirak 

haqqında  qərar  qəbul  etmişdir.  Bununla  da,  erməni 

terrorizmindən  ziyan  çəkmiş  Azərbaycan  Respublikası 

beynəlxalq  terrorizmə  qarşı  mübarizədə  sivil  ölkələrlə 

həmrəy  olduğunu  nümayiş  etdirir.  Amma  ölkəmizin  bu 

səyləri  Rusiya və cənub qonşumuz İran İslam Respublikası 

tərəfindən xüsusi qısqanclıqla qarşılanır. Bununla əlaqədar 

olaraq, yaxın tarixə qısa ekskursiya etmək yerinə düşərdi.

121



5-ci fəsil

İranın Cənubi Qafqazdakı maraqları və 

Azərbaycan Respublikası

SSRİ  dağıldıqdan  sonra  Cənubi  Qafqazda  yaranmış 

boşluğu  doldurmaq  üçün  İran  regionda  cərəyan  edən 

hadisələrə çox həssas yanaşır.  Təsadüfi deyildir ki, Tehran 

Cənubi 

Qafqazda 



mövcud 

münaqişələrin 

həllində 

vasitəçilik  missiyası  ilə  çıxış  etmək  üçün  dəfələrlə 

təşəbbüs  göstərmişdir.  Lakin  böyük  dövlətlərin  rəqabət 

mübarizəsi 

şəraitində 

bu 


təşəbbüslər  uğursuzluqla 

nəticələnmişlər.  Bununla  belə,  İran  həm  Azərbaycanda, 

həm də Ermənistanda baş  verən hadisələri diqqətlə  izləyir 

və  Cənubi  Qafqaza  özünün  milli  maraqlarına  daxil  olan 

zona  kimi  baxır.  Tehran  Qərb  ilə  Şərqi  birləşdirən 

nəqliyyat dəhlizinə çox maraqla yanaşır.

Cənubi  Qafqazda  böyük  maraqlara  malik  olan  Tehran 

bölgədə öz xarici siyasətinin perspektivlərini müəyyənləş­

dirərkən  Qafqazın  aparıcı  dövləti  olan  Azərbaycan 

Respublikası  ilə  münasibətlərinə  xüsusi  önəm  verir. 

Tehran  yaxşı  başa  düşür  ki,  Bakı  ilə  qarşılıqlı  faydalı 

əməkdaşlıq  və  səmərəli  münasibətlər  qurmadan  Cənubi 

Qafqazda uğurlu siyasət yeritmək mümkün olmaz.  Nəzərə 

alsaq  ki,  Cənubi  Qafqazda  sülh  və  inteqrasiya  prosesləri, 

xalqlar,  dövlətlər  arasmdalcı  sosial-siyasi,  iqtisadi  və 

mədəni  sahələrdə  əməkdaşlığın  sabitləşməsi,  tarixən 

mövcud  olmuş, 

lakin  müxtəlif  etnik  münaqişələr, 

separatçılıq  meylləri,  ərazi  iddiaları  və  digər  səbəblərdən 

pozulmuş  əlaqələrin  bərpasına,  nail  olunması,  möhkəm, 

uzunmüddətli,  sabit  yaxınlaşma  məsələləri  bu  gün  Qərb 

dövlətlərinin,  xüsusən,  dünyada  fövqəldövlət  missiyasını 

yerinə  yetirməyə  çalışan  ABŞ-m  xarici  siyasətində

prioritet istiqamətlərdən biri  sayılır, belə bir nəticəyə  gələ 

bilərik  ki,  İİR  və  Azərbaycan  Respublikası  arasında 

əlaqələrin 

inkişafinı 

zəruri 


edən 

əsas 


amillər 

aşağıdakılardır:

-  

Qafqaz xalqları arasında azərbaycanlıların üstünlük 



təşkil  etməsi,  əhalinin  başlıca  amil  kimi  qarşılıqlı 

münasibətlərdə mühüm rol oynaması;

-  

Azərbaycanın  əlverişli  geosiyasi  mövqeyə  malik 



olması,  Transqafqaz  yolunun  Azərbaycandan  keçməsi, 

onun iqtisadi və siyasi təsir gücünün artması;

Azərbaycanın  zəngin  resurslara  malik  olması, 

iqtisadi  resursların 

xalqları  və 

ölkələri 

bir-birinə 

yaxınlaşdıran amil olması.

Öz  mövqeyindən  səmərəli  və  beynəlxalq  hüquq 

normalarına  uyğun  şəkildə  istifadə  edən  Azərbaycan 

Respublikası  regionda  sülh  uğrunda  mübarizədə  sadəcə 

deklarativ  xarakter  daşıyan  bəyanatlarla  kifayətlənmir, 

eyni 

zamanda  lazımi  siyasi  gedişlər  edir,  qonşu 



dövlətlərlə, eləcə də İİR ilə münasibətdə balanslaşdırılmış 

siyasət yeridir, bu  istiqamətdə konkret əməli  addımlar atır. 

Bununla  belə,  İİR-nin  keçmiş  prezidenti  M.Hatəminin 

2004-cü  ilin  avqustunda  Bakıya  rəsmi  səfəri,  həmçinin, 

Azərbaycan  Respublikasının  Xarici  işlər  nazirinin  İrana 

səfəri  və  İİR-nin  ədliyyə,  təhlükəsizlik,  səhiyyə,  müdafiə 

nazirlərinin, habelə İran XİN-nin Konsulluq şöbəsi rəisinin 

2004-cü  ildə  Azərbaycana  rəsmi  səfərlərində  əldə 

olunmuş razılıqlar  iki ölkənin siyasi, iqtisadi, mədəni-elmi 

əlaqələrinin  genişləndirilməsinə  müəyyən təkan versə  də, 

İran  özünün  Cənubi  Qafqaz  siyasətində  Rusiyanın 

maraqlarını  nəzərə  almaya  bilməz.  Moskva  ilə  Tehranın 

birbaşa 

hərbi-texniki 

əməkdaşlığı 

və 


Rusiya-İran-

123



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə