Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə31/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

Ermənistan  alyansının  yaranması  Qərbin  bu  regionda 

meydan oxumasına cavab kimi nəzərdə tutulub.

Rusiya  Federasiyasma  dəstək  verən  İranın  Azərbaycan 

Respublikası  ilə  münasibətləri  də  birmənalı  deyil.  İran 

ardıcıl  olaraq  ABŞ-m  Cənubi  Qafqaz  regionuna  nüfuz 

etməsinə  qarşı  çıxır.  Xəzərin  statusu  məsələsinin  həllinin 

ləngidilməsi  də  Moskva  ilə  Tehranın  ABŞ-m  bölgədən 

sıxışdınlıb  çıxartmaq  cəhdləri  ilə  bağlıdır  və  bu  mövqe 

İramn Azərbaycan Respublikasının  Qərblə  imzaladığı  neft 

müqavilələrini  tanımamaq  barədəki  cəhdləri  və  vaxtaşırı 

bəyanatları  ilə  möhkəmləndirilir.  Məsələn,  2001-ci  ilin 

yayında  Azərbaycan  Respublikası  geoloji  kəşfiyyat 

gəmilərinin 

və 


Böyük 

Britaniya 

neft 

firmaları 



nümayəndələrinin  İranın  tələbi  ilə  Xəzərin  Azərbaycan 

sektorunda işi dayandırmalan buna misal ola bilər.

Neftin  qiymətinin  ciddi  şəkildə  aıtıb-azalması  fonunda 

mövcud  və  yenicə  layihələndirilən  boru  kəmərləri 

ətrafında baş  verən  çəkişmə  də  öz  apogeyinə çatıb.  ABŞ- 

ın  cəhdləri  ilə  Azərbaycan  neftinin  çıxarılmasında 

iştirakdan  məhrum  edilmiş 

iran  Türkmənistan  və 

Qazaxıstanla  əməkdaşlıq  etməyə,  onların  neft  və  qaz 

axınını  öz  ərazisindən  Qərbi  Avropaya  və  Uzaq  Şəıqə 

yönəltməyə çalışır. Deməli, İran Cənubi Qafqazda həm də 

özünün  iqtisadi  və  enerji  maraqlarının  təmin  edilməsi 

istiqamətində ciddi səylər göstərir.

İranın Azərbaycana qarşı  mövqeyinin sərtliyinə daha bir 

amil-  İranda  xeyli  sayda  (qeyri-rəsmi  məlumata  görə  35 

milyondan  çox)  Azərbaycan  türkünün  yaşaması  da  öz 

təsirini göstərir.

Qeyd edək ki,  Tehran üçün  Cənubi  Qafqaz həm keçmiş 

sovet  məkanındakı  müstəqil  dövlətlərə,  həm  də  Avropa 

ölkələrinə  pəncərə  rolunu  oynayır.  Bu  cəhətdən  İran

124

rəhbərliyi region ölkələrinin maraqlarını da nəzərə almaya 



bilməz.  Bununla  belə,  İranın  bölgədəki  təhlükəsizlik 

problemlərinə  öz  tarixi  yanaşma  tərzi  var  və  bu  dövlətin 

mövqeyində  yeni  şəraitdə  hər  hansı  bir  dəyişiklik 

müşahidə olunmur.

İran  bölgədə  qeyri-sabitliyin  yaranmasına  burada 

regiondan  kənar  qüvvələrin  (ABŞ,  NATO  və  Avropa 

İttifaqı)  mövqelərinin  möhkəmlənməsinin  əsas  şərti  kimi 

baxır.  Çünki  istənilən  halda  münaqişə  regiona  kənar 

qüvvələrin müdaxiləsinə yol açır.  Məhz buna görə də, İran 

dəfələrlə  istər  Xəzər  hövzəsindəki  ölkələrə,  istərsə  də, 

Cənubi  Qafqaz  respublikalarına  bölgədə  təhlükəsizliyin 

qorunması  üçün  birgə  kompleks  tədbirlər  təklif  edib  və 

regiondan  kənar  qüvvələrin  proseslərə  müdaxiləsini 

yolverilməz sayıb.

İranın  bununla  bağlı  ilk  təşəbbüsü  Cənubi  Qafqazda 

vahid  təhlükəsizlik  sisteminin  yaradılması  ilə  bağlı  olub. 

Bunun  üçün  rəsmi  Tehran  region  ölkələrinə  3+2,  yəni 

Güney  Qafqaz  respublikaları+Rusiya  və  İran  modelini 

təklif  edibdir.  Bu  sistem  təhlükəsizlik  və  xarici  siyasət 

sahəsində adı çəkilən ölkələrin səylərinin birləşdirilməsini 

və  onların  birgə  əməkdaşlığını  nəzərdə  tutur.  Lakin 

Tehranın  bu  təklifi  region  ölkələri  tərəfindən  birmənalı 

qarşılanmadı.  Məsələn,  rəsmi  Bakı  öz  təhlükəsizlik 

problemlərini 

ikitərəfli 

və  çoxtərəfli 

əlaqələr  və 

beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  formasında  həll 

etməyə üstünlük verdiyini bildirdi.

125



İranın  xarici  siyasətində  mühüm  rol  oynayan  və  onun 

strateji  tərəfdaşı  olan  Rusiya  Ermənistam  özünün  Cənubi 

Qafqazdakı  yeganə  etibarlı  strateji  müttəfiqi  hesab  edir. 

Ermənistanın  geostrateji  mövqeyi,  işğalçılıq  siyasəti  və 

iqtisadi  potensialı  bu  ölkənin  regiondakı  proseslərdə 

müstəqil  iştirakına  imkan  vermir  və  onu  Rusiya  ilə  eyni 

mövqedən  çıxış  etməyə  vadar  edir.  Bu  gün  Ermənistan 

Rusiyanı  öz  müstəqilliyinin  və  təhlükəsizliyinin  yeganə 

təminatçısı  sayır.  Bu  ölkə  bütün  sahələrdə,  xüsusilə  də 

hərbi  sahədə Rusiyanın inlıisanndadır.

MDB  Kollektiv  Təhlükəsizlik  Müqaviləsinin  Cənubi 

Qafqazda  əsas  və  yeganə  tərəfdaşı  funksiyasını  icra  edən 



Ermənistanın hava məkanını,  İran  və  Türkiyə sərhədlərini 

rus hərbçiləri qoruyur.

İki  ölkə  arasında  hərbi  müttəfiqliyin  bünövrəsini  1992- 

ci  il  avqustun  21-də  prezidentlər  Boris  Yeltsinlə  Levon 

Ter-Petrosyanm 

imzaladığı 

Ermənistan 

ərazisindəki 

Rusiya  Hərbi  Hava  Qüvvələrinin  hüquqi  statusuna  dair 25 

illik 


müqavilə 

qoymuşdur. 

Sənəd 

Rusiyanın 



Ermənistandakı  102-ci hərbi  bazasının 2020-ci  ilədək ölkə 

ərazisində  qalmasını  nəzərdə  tutur.  Bütün  bunlar regionda 

geosiyasi  vəziyyəti  gərginləşdirən,  qüvvələr  nisbətinin 

dəyişməsinə  səbəb  olan  və  Dağlıq  Qarabağ  probleminin 

həllinə mane olan amillərdir.

Bu  bir  faktdır  ki,  1994-cü  ilin  mayından  etibarən 

Ermənistan  və  Azərbaycan  arasında  kövrək  sülh  şəraiti 

hökm sürür.  Lakin keçən  dövr ərzində tərəflər münaqişəni 

həll  etməyin münasib variantını  tapa bilməyiblər.  Bölgədə

6-cı fəsil

Cənubi Qafqaz və Rusiya

126


böyük  dövlətlərin  maraqlarının  toqquşması  münaqişənin 

uzanmasına  gətirib  çıxarmışdır.  Belə  ki,  bir  neçə  böyük 

ölkə,  eləcə  də  ABŞ  bu  regionda  «mühüm  strateji  həyati 

maraqlarımı  təmin  etməyə  çalışır.  Digər tərəfdən,  Rusiya 

SSRİ-nin  bu  regionda  bir  vaxtlar  malik  olduğu  nüfuzunu 

qaytarmağa 

çalışır. 

NATO-nun 

bölgəyə 

gəlmək 


ehtimalından  narahat  olan  İran  isə  Qərb  investisiyalarının 

buraya  axmasına,  Qərbi  Avropa  ilə  Uzaq 

Şərqi 

kommunikasiyalarla  və  neft  kəmərləri  ilə  birləşdirməyi 



nəzərdə  tutan  dünyanın  yeni  iqtisadi  inkişaf  mərkəzinin 

təşəkkülünə  qarşı  hər  vasitə  ilə  müqavimət  göstərir. 

Aralarında  tam  real  ziddiyyətlər  olmasına  baxmayaraq, 

Rusiya  Federasiyası  və  İran  Qərbin  Cənubi  Qafqaz  və 

Mərkəzi  Asiya  regionlarını  öz  siyasi  və  iqtisadi  nüfiız 

dairəsinə  daxil  etmək  iddialarına  qarşı  durmaq  üçün 

hazırda  taktiki  müttəfiqlər  olmağa  məcburdular.  Qarşı 

duran  ölkələr Cənubi  Qafqazın üç  respublikasına  müxtəlif 

rollar  ayırsalar  da,  aydındır  ki,  tərəflərdən  hər  hansının 

ambisiyalarının  tam  miqyasda  gerçəkləşməsi  yalnız  bu 

respublikaların  vahid  geosiyasi  məkana  daxil  olacağı 

təqdirdə mümkündür.

Qafqazda  kollektiv  təhlükəsizlik  sisteminin  yaradılması 

barədə  sənədin  hazırlanması  zərurəti  də  məhz  bölgədə 

qarşılıqlı  etimada  əsaslanan  təhlükəsizlik  sisteminin 

yaradılmasına olan ehtiyacdan doğur. Vaxtilə Ermənistanın 

təşəbbüsü  ilə  «3+3+2»  (Cənubi  Qafqaz  respublikaları  + 

regional  liderlər  -   RF,  İran,  Türkiyə  +  ABŞ  və  AŞ) 

formulu müzakirə predmeti olmuşdu. ABŞ, AŞ və Türkiyə 

prinsipcə bu  yanaşmaya etiraz etmədilər və hətta müvafiq 

müzakirələrin  Cənubi  Qafqaz  ölkələrinin  paytaxtlarında 

təsdiqlənməsi  yolunda  bir  sıra  addımlar  atdılar.  Rusiya

127



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə