Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə32/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

Federasiyası  və  İran  isə  qəti  etiraz  edərək  ABŞ-m,  AŞ-nı 

və  Türkiyəni  kənarlaşdırıb,  «3+2»  düsturuna  tərəfdar 

çıxdılar.

Tehran  ölkəsinin  Cənubi  Qafqaz  siyasəti  ilə  bağlı 

mövqeyini  formalaşdırarkən  həm  özünün  siyasi,  iqtisadi, 

geostrateji  maraqlarını,  həm  də  region  ölkələrinin 

maraqlarım 

nəzərə 


almağa  çalışmış, 

lakin  böyük 

dövlətlərin  Cənubi  Qafqazdakı  maraqlarına  münasibətdə 

balans  siyasətini  qoruyub  saxlaya bilməmiş  və  bu  da təbii 

olaraq adı çəkilən regionda sülh və təhlükəsizliyin hələ də 

kövrək olaraq qalmasım şərtləndirmişdir.

128

Sovet  İttifaqının  süqutundan  sonra  regionda  baş  verən 



hadisələr  fonunda  Türkiyənin  sərgiləmiş  olduğu  siyasətə 

gəlincə  isə  bildirmək  olar  ki,  bu 

siyasətin  əsl 

mahiyyətində  əslində  Qafqazda  sülhün  və  əminamanlığm 

qorunması  durur.  Doğrudur  Türkiyə  bir  NATO  dövləti 

kimi  NATO-nun  Qafqazla  bağlı  sərgiləmiş  olduğu 

siyasətin əsas ana qayəsində durmaqla yanaşı, o həm də bu 

qurumdan  kənar  Qafqazda  baş  verən  hadisələri  yaxından 

izləyərək  ona  öz  prizmasından  cavab  verməkdədir. 

Təccüblü  deyildir  ki,  bu  həm  də  onunla  bağlıdır  ki, 

Türkiyə  özü  də  Cənubi  Qafqazla  qonşu  dövlətdir  və 

burada  ona  yaxın  və  qardaş  dövlət  olan  Azerbaycan 

mövcuddur.  Türkiyənin  Qafqaz  siyasətində  Azərbaycan 

arnili olduqca mühüm və strateji önəm kəsb etməkdədir.

Burada  istər NATO,  istərsə  də  Rusiya  faktoru  ilə  daim 

üz-üzə  gələn  Türkiyə  bir  çox  hallarda  hər  iki  tərəfin  də 

anlaşma  funksiyasını  daşıyırmış  kimi  hərəkət  etməkdədir. 

Belə  ki,  bu günə kimi  hələ də Qafqazla bağlı  məsələlərdə 

ortaq  məxrəcə  gələ  bilməyən  tərəflər  əksər  hallarda 

Türkiyənin 

vasitəçilik 

siyasətinə 

müraciət 

etmək


məcburiyyətində  qalmış  olurlar.  Bu  isə  bir  daha  onu 

göstərir  ki,  regionda  Türkiyəsiz  hərəkət  etmək,  onunla 

hesablaşmamaq 

sözün 


həqiqi 

mənasında 

qeyri-

mümkündür.



7-ci fəsil

Cənubi Qafqaz və Türkiyə

129



NATO  isə  Cənubi  Qafqazdakı  tərəfdaş  ölkələr  - 

Ermənistan,  Azərbaycan  və  Gürcüstanla  əməkdaşlığı 

dərinləşdirmək  niyyətindədir.  Müttəfiq  ölkələrin  dövlət 

başçıları  tərəfindən,  2004-cü  ilin  iyununda  İstanbul  Zirvə 

Görüşündə  qəbul  olunmuş  Alyansın  Cənubi  Qafqaz  və 

Mərkəzi 


Asiya 

ölkələri 

üzrə 

prioritetlərinin 



müəyyənləşdirildiyi  Yeni  sabitlik planında Qafqaz, habelə 

Mərkəzi  Asiya  regionu  ilə  tərəfdaşlığı  Alyans  üçün 

prioritet  məsələyə  çevirmək  qərarı  öz  əksini  tapmışdır. 

Burada aşağıdakı bənd yer almışdır:  «Balkanlardan tutmuş 

Qafqazadək, 

Mərkəzi 


Asiyadan 

Aralıq 


dənizi 

ölkələrinədək  və  daha  geniş  region  üzrə  daim  artan 

tərəldaşlarla münasibətləri möhkəmləndirmək».

Cənubi  Qafqaz  ölkələri  üçün  NATO-nun  Tərəfdaşlıq 

proqramları 

bu 


ölkələrin  təhlükəsizlik 

hədələrini

cavablandıra  biləcəkləri  çoxsahəli  çərçivəni  təmin  edir. 

Tərəfdaşlıq 

həmçinin 

onlara 


bu 

hədələrin 

cavablandırılması  üçün müdafiə təsisatlan və imkanlarının 

uyğunlaşdınlmasmda  müttəfiqlərin  təcrübəsindən  istifadə 

etmək  və  daha  geniş  islahatlara  nail  olmaq  yolunda 

müttəfiqlərin  dəstəyindən  faydalanmaq  imkam  yaradır. 

Son  bir  neçə  il  ərzində  bu  üç  ölkənin  hər  biri, 

əməkdaşlığının 

səviyyəsini  artıraraq 

və 


diqqətini

ölkəsindəki  islahatların  prioritetlərinə  yönəldərək  NATO 

ilə  Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat  Planı  işləyib 

hazırlamışdır.  2006-cı  ilin  sentyabr  ayında  NATO 

Gürcüstanın üzvlük istəkləri ilə əlaqədar bu ölkə ilə siyasi, 

hərbi, maliyyə və təhlükəsizlik məsələlərini tam miqyasda



8-ci fəsil

Cənubi Qafqaz və NATO

130


əhatə edən İntensivləşdirilmiş Dialoqa başlayıb. Bu Dialoq 

ölkənin  Alyansa  daxil  olması  üçün  dəvət  alacağına 

zəmanət  verməsə  də  NATO  ilə  əməkdaşlığın  miqyasının 

genişlənməsi və dərinləşməsi əlamətindən xəbər verir.

Bu  irəliləyişlər  90-cı  illərdən  başlayaraq,  NATO  ilə  üç 

Cənubi  Qafqaz  dövləti  arasında  mütəmadi  dərinləşən 

əməkdaşlıq  tarixi  zəminində  formalaşır.  Azərbaycan, 

Gürcüstan  və  Ermənistan  1991-ci  ildə  Şimali  Atlantika 

Əməkdaşlıq 

Şurasının- 

sabiq 

Varşava 


Müqaviləsi 

ölkələrinə  yardım  göstərmək  məqsədilə  ilk  addım  olaraq 

Alyans  tərəfindən yaradılan və  1997-ci  ildə Avro-Atlantik 

Tərəfdaşlıq  Şurası  ilə  əvəz  olunan  dialoq  forumunun  ilk 

iştirakçı  ölkələri  olmuşlar.  Bu üç  dövlət  1994-cü  ildə  irəli 

sürülmüş  əsas  praktiki  ikitərəfli  əməkdaşlıq  proqramına- 

«Sülh  Naminə  Tərəfdaşlıq»  proqramına  qoşulmaqla  təklif 

olunan  imkanlardan  dərhal  istifadə  etməyə  müvəffəq 

olmuşlar.

2004-cü  ilin  iyununda  İstanbul  zirvə  toplantısında 

müttəfiqlər 

Qafqaza 


və 

Mərkəzi 


Asiyaya 

xüsusi 


nümayəndə  təyin  etməyi  qərara  aldılar.  Bu  vozifəyə 

Robert  Simmons  təyin  eildi.  (Hal-hazırda  bu  vəzifəni 

Ceyms Appaturay icra edir)

Xüsusi  nümayəndənin  rolu  regional  təhlükəsizliyi 

inkişaf etdirmək  üçün  bölgə  liderləri  ilə  yüksək səviyyəli 

iş  əlaqələri  saxlamaq  və  tərəfdaşlıq  vasitələrindən 

maksimum 

yararlana  bilməkdə  tərəfdaşlara  yardım 

göstərmək  idi.  O,  region  rəsmiləri  və  habelə  Avropa 

ittifaqı  və  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 

Təşkilatı  kimi  əlaqədar  təşkilatlardakı  həmkarları  ilə 

yaxından iş  aparırdı.  Bu, daimi əlaqənin saxlanılmasına və

131



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə