Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə36/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

tərəfdaşların  SNT  7  fəaliyyətləri  çərçivəsində  ən  böyük 

qeyri-hərbi  tərkib  hissəni  təmsil  edən  mülki  fövqəladə 

planlaşdırma  üzrə  əməkdaşlığa  yüksək  qiymət  verdiyini 

əks etdirir.

Cənubi 

Qafqaz 


ölkələrindən 

olan 


alimlər 

və 


tədqiqatçılar  NATO  və  Tərəfdaş  dövlətlərin  alimləri 

arasında  əməkdaşlığın  həyata  keçirilməsi,  şəbəkənin 

genişləndirilməsi  və  potensialın  artırılmasına  yönəldilmiş 

NATO-nun  Sülh  və  Təhlükəsizlik  naminə  Elm-  (STE) 

Proqramı 

çərçivəsində 

verilən 

imkanlardan 

da 

faydalanırlar.  Bu  proqram  çərçivəsində  tətbiq  edilən 



fəaliyyətlərin siyahısına elmi tədqiqat,  seminarlar,  seminar 

məşğələləri və təhlükəsizliklə əlaqədar elmi m əsələlər və 

ətraf  mühit  problemləri  üzərində  müştərək  tədqiqatların 

aparılması daxildir.

Əvvəllər  Varşava  Müqaviləsi  ölkələri  tərəfindən 

istifadə edilmiş yüksək zəhərli və aşındıncı raket yanacağı 

melanj  hazırda  Azərbaycanda  sağlamlıq  və  ətraf  mühit 

üçün  ciddi  təhlükə  mənbəyidir.  Azərbaycan  hökumətinin 

müraciətinə  əsasən  NATO-nun  Sülh  və  Təhlükəsizlik 

naminə  Elm  (STE)  Proqramı  çərçivəsində  NATO-nun 

Maddi-Texniki 

Təminat 


və 

Təchizat 

Agentliyinin 

(NAMSA)  rəhbərliyi  altında  melanj  maddəsini  zərərsiz 

maddəyə çevirmək üçün  səyyar emal zavodu qurulmuş və 

2007-ci  ilin  sonunadək  1200  ton  melanjm  emalı  prosesi 

başa çatmışdır.

Alimlər  arasında  əməkdaşlıq  bir  ənənədir  və  bu,  elmi 

tərəqqinin 

tələbidir. 

Qurulmuş 

şəbəkələr  müxtəlif 

mədəniyyət  və  adət-ənənələrə  malik  icmalar  arasında 

qarşılıqlı anlaşma və etimad quruculuğu siyasi məqsədinin 

yerinə  yetirilməsinə  xidmət  edir.  Digər  məqsəd  isə

144


tərəfdaş dövlətlərin konkret prioritet məsələlərinin həllinə 

yardım  göstərmək  üçün  texnologiya  mübadiləsi  və 

ötürülməsi məsələlərinin təkmilləşdirilməsindən ibarətdir.

Xüsusi  sahələrdə  aparılan  tədqiqatlara  yönəldilmiş 

layihələlərlə  yanaşı,  STE  proqramında  Cənubi  Qafqaz 

dövlətlərinin  elm  və  akademiya  dairələri  arasındakı 

əlaqəni  möhkəmləndirmək  də  nəzərdə  tutulub.  Virtual 

İpək  Yolu  layihəsinin  məqsədi  peyk-rabitə  şəbəkəsi 

vasitəsilə  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrində  elmi- 

tədqiqat  institutlarının 

internetə 

çıxış 


keyfiyyətinin 

yüksəldilməsindən 

ibarətdir. 

Şəbəkə 


infrastrukturu 

qrantları telekommunikasiya ləvazimatlarının təhlükəsizlik 

səviyyəsini  və  keyfiyyətini  artırmağa  qadir  avadanlıqla 

təchiz 


etməklə 

tərəfdaş 

dövlətlərin 

elmi-tədqiqat 

institutlarına köməklik göstərir.

NATO  və  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 

Təşkilatı  (ATƏT)  NATO-nun  Sülh  və  Təhlükəsizlik 

naminə 


Elm 

(STE) 


Proqramı 

çərçivəsində 

maliyyələşdirilmiş  axar  çayların  monitorinqi  layihəsinə 

yardım  göstərmək  üçün  Cənubi  Qafqazda  qüvvələrini 

səfərbər  etmişdir.  2004-cü  ildə  irəli  sürülmüş  və  2008-ci 

ilin  sonunadək  davam  etmiş  bu  təşəbbüs  ümumi  su 

ehtiyatlan 

ilə 


əlaqədar 

mübahisələrin 

potensial 

səbəblərinin azaldılması məqsədini güdür.

Ermənistan,  Azərbaycan  və  Gürcüstan,  Kür  və  Araz 

çaylanndan  və  onlann  qollanndan  birgə  istifadə  edir. 

Sərhədləri  aşan  çaylarda  tez-tez  baş  verdiyi  kimi,  kənd 

təsərrüfatı və sənaye fəaliyyəti nəticəsində bu dövlətlər su 

ehtiyatı  və  çayların  çirklənməsi  ilə  bağlı  ümumi 

problemlərlə  qarşılaşırlar.  Bu  layihənin  məqsədi  hər  üç 

ölkədə suyun monitorinqi üçün müasir avadanlıqla, yüksək 

səviyyədə  təlim  keçmiş  işçi  heyəti  və  standart  əməliyyat

145



prosedurlan 

ilə 


təmin 

olunmuş 


laboratoriyaların 

yaradılmasından ibarətdir.

Bu  layihə  çərçivəsində  təsadüfi  və  ya  terror  aktı 

nəticəsində  qəsdən  suya  axıdılmış  hər  hansı  radioaktiv 

izotopun 

aşkar 


edilməsi 

üçün 


suyun 

tərkibində 

radioaktivliyin monitorinqi də həyata keçirilir.

NATO-nun  Ermənistan,  Azərbaycan  və  Gürcüstan  ilə 

əməkdaşlığının  digər  əsas  sahəsi  bu  barədə  ictimaiyyətin 

məlumatlandırılmasıdır.  NATO  ilə  əməkdaşlığın  faydalan 

haqqında,  habelə  vətəndaş  cəmiyyətini  daha  geniş  Avro- 

Atlantik  təhlükəsizliyi  məsələlərinə  dair  dialoqlarda 

iştiraka 

cəlb 


etmək 

məqsədilə 

ictimaiyyətin 

məlumatlandmlma 

səviyyəsini 

artırmaq 

üçün 

universitetlər,  qeyri-hökumət  təşkilatlan,  mətbuat  və 



media  ilə  şəbəkə  qurmaq  üzrə  iş  apanlır.  Seminarlar, 

konfranslar,  seminar  məşğələlər  və  nəşr  layihələri  kimi 

çoxsaylı  fəaliyyətlər  NATO-nun  dəstəyi  ilə  və  dövlət 

orqanlan  ilə  əməkdaşlıq  sayəsində  yerli  qeyri-hökumət 

təşkilatlan tərəfindən təşkil olunur.

Bu  üç  ölkənin  nüfüzlu  ictimai  liderlərindən  ibarət 

qruplar  Alyans  haqqında  brifinqlərdə  iştirak  etmək 

məqsədilə  mütəmadi  olaraq  NATO-nun  Baş  Qərargahına 

və  MQAABQ-yə  dəvət  olunur.  NATO  rəsmiləri  ictimai 

tədbirlərdə  çıxış  etmək üçün tez-tez  regiona  səfər edirlər. 

NATO-nun İctimai  Diplomatiya  Şöbəsi  bu  dövlətlərin hər 

birində  müvafiq  nəşrlər  və  sənədlərin  yayılması  üçün 

əlaqələndirici  məntəqələr  qismində  fəaliyyət  göstərən 

NATO-ya  dair  məlumat  mərkəzlərinin  yaradılmasına  da 

köməklik göstərmişdir.

146


9-cu fəsil

NATO-nun 60 illiyi: nailiyyətlər və perspektivlər

«Böyük  İyirmilər»ə  daxil  olan  dövlətlərin  London 

görüşünün  ardınca  dünyanın  diqqətini  cəlb  edən  daha  bir 

önəmli hadisə NATO-nun 60 illiyinə həsr olunmuş sammit 

oldu.  Sammit  Almaniyanın  Köln  və  Fransanın  Strasburq 

şəhərlərində 

keçirilib. 

Sammit 


zamanı 

NATO-nun 

üzləşdiyi  ümumi  və  strateji  məsələlər  müzakirə  edilib, 

yeni  strateji  konsepsiya  hazırlamaq  məqsədilə  Avratlantik 

təhlükəsizliyi 

kontekstində 

NATO-nun 

yerini 


müəyyənləşdirmək  üçün  gələcək perspektivlər araşdırılıb. 

Bununla  yanaşı,  sammitdə  NATO-nun  Əfqanıstana  dair 

strategiyasında irəliləyişlər, Kosovoda vəziyyət, Rusiya ilə 

münasibətlər,  Fransanın  quruma  yenidən  tamhüquqlu  üzv 

qəbul  olunmaq  istəyi,  bunun  NATO-Avropa  İttifaqı 

münasibətlərinə təsiri də müzakirə olunub.

Təşkilatın  28  üzvünün  dövlət  və  hökumət  başçıları  bir 

araya  gələrək  qurum  qarşısında  duran  məsələlər ətrafında 

fikir  mübadiləsi,  qarşılıqlı  müzakirələr  apanblar.  NATO 

qarşısında duran  əsas məsələlərdən biri təşkilatın yeni  baş 

katibinin seçilməsilə bağlı olub. Bu vəzifəyə əsas namizəd 

Danimarkanın  Baş  naziri  Anders  Foq  Rasmussen  olsa  da, 

alyansa üzv  olan  28  ölkənin  başçıları  onun  namizədliyinə 

dair məsələdə  yekdil  fikrə gələ  bilməyiblər.  Rasmussenin 

namizədliyinə  əsasən  Türkiyə  etiraz  edib.  Türkiyənin  Baş 

naziri  Rəcəb  Tayyib  Ərdoğan  hələ  sammitdən  əvvəl 

NATO baş katibliyinə başqa bir şəxsin namizədliyinin irəli 

sürülməsini  tələb  edib.  Bir namizəd  məsələsinin  əleyhinə

147



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə