Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə37/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

çıxan  Ərdoğan bir neçə namizədin irəli  sürülməsinin  daha 

ədalətli  olduğunu  vurğulayıb.  Lakin  sonda  Türkiyə  digər 

NATO  üzvlərilə  danışıqlar  apararaq  mövqeyindən  geri 

çəkilməyə  razılıq  verib  və  Danimarkanın  Baş  naziri 

Anders  Foq Rasmussen NATO-nun yeni baş katibi  seçilib. 

Rasmussenin  Baş  katib  seçilməsinə  Ankara  Barak 

Obamanın 

işə 


qarışmasından 

sonra 


razılıq 

verib. 


Rasmussen  səlahiyyətlərinin  icrasına  avqustun  1-dən 

başlayıb.

Dünyanın  ən  güclü  hərbi  strukturu  sayılan  NATO  ilə 

Azərbaycan  arasında  əlaqələr  intensiv  inkişaf edir.  Bunun 

başlıca  səbəblərindən  biri  də  NATO-nun  Azərbaycamn 

ərazi  bütövlüyünü  dəstəkləməsidir.  Təşkilatın  sabiq  baş 

katibi Yaap de Hoop Sxeffer bununla bağlı demişdi:  «Ərazi 

bütövlüyü məsələsi çox ciddi məsələdir. NATO hər zaman 

ölkələrin  ərazi  bütövlüyünü  dəstəkləyin).  Azərbaycamn 

ərazi  bütövlüyü  məsələsi  NATO-nun  zirvə  sammitinin 

yekun  bəyanatının  58-ci  maddəsində  də  öz  əksini  tapıb. 

Bəyanatda 

qeyd 

olunub 


ki, 

alyans 


Ermənistan, 

Azərbaycan,  Gürcüstan və Moldovanın ərazi bütövlüyünü, 

müstəqilliyini  və  suverenliyini  dəstəkləməkdə  davam  edir 

və  eyni  zamanda  regional  münaqişələrin  sülh  yolu  ilə 

həllini  dəstəkləməkdə  də  davam  edəcək:  «Biz  Cənubi 

Qafqaz 


və 

Moldovada 

uzunmüddətli 

regional 

münaqişələrin  hələ  də  davam  etməsindən  narahatıq.  Bu 

münaqişələrdə  bütün  tərəflər  onun  sülh  yolu  ilə  həll 

olunmasına  konstruktiv  yanaşmalıdırlar.  Biz  münaqişə 

tərəflərini  regional  təhlükəsizlik  və  sabitliyi  pozan  bütün 

addımlardan çəkinməyə çağırırıq.  Eyni zamanda, ATƏT-in 

regiondakı fəaliyyəti və səyləri  də bizi sevindirir Bu da öz

148

növbəsində  Qafqazda  sabitlik  və  əməkdaşlıq  platforması 



ilə müvəffəqiyyətlə tamamlana bilər».

Bu 


fikir 

NATO-nun 

zirvə 

sammitinin 



yekun 

bəyanatında  əks  olunsa  da,  Azərbaycan  Respublikası 

onunla  qətiyyən  razılaşa  bilməz.  Çünki,  fikrimizcə, 

ATƏT-in 


fəaliyyətindən 

çox 


fəaliyyətsizliyindən 

danışmaq daha düzgün olardı.

Təşkilat  belə  hesab  edir  ki,  Ermənistan-Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  ATƏT-in  Minsk 

qrupu  fəaliyyətini  daha  da  gücləndirməlidir.  NATO 

özünün  bu  münaqişənin  çözümündə  hələlik  aparıcı  rol 

oynamadığını  bildirir.  Bu  məqama  da  toxunan  Yaap  de 

Hoop  Sxeffer  qeyd  edirdi:  «Hesabedirəm  ki,  Dağlıq 

Qarabağ 

münaqişəsinin 

həlli 

məsələsində  NATO 



həlledici  rol  oynamamalıdır. Bu məsələ ilə bizim təşkilat 

məşğul  olmur.  Dağlıq  Qarabağ  münaqişəsi  ATƏT-in 

Minsk qrupu çərçivəsində həll olunur. Mən özüm də xarici 

işlər  naziri  olanda  ATƏT-ə  sədrlik  etdiyim  dövrdə 

münaqişənin həlli ilə maraqlanmışam».

Azərbaycan  1994-cü  ildən  həyata  keçirilən  «Sülh 

Naminə  Tərəfdaşlıq» proqramı  çərçivəsində  də NATO  ilə 

ən  fəal  əlaqə yaradan ölkələrdən biridir.  Həmin proqramın 

əsası  ABŞ-ın  sabiq  prezidenti  Bili  Klinton  tərəfindən 

1994-cü  ilin  yanvarında  NATO-nun  Brüsseldə  keçirilən 

tarixi  zirvə  toplantısında  qoyulub.  Onun  əsas  funksiyası 

Şərq 


ölkələri 

ilə 


NATO 

arasında 

əməkdaşlığı 

möhkəmlətmək və Alyansa yeni demokratik dövlətlər cəlb 

etməkdir.  Proqramda  iştirak edən  ölkələr NATO  və  digər 

Avratlantik strukturlara  sürətlə  inteqrasiya edir.  Elə bunun 

nəticəsidir  ki,  1994-2004-cü  illərdə  Şərqi  Avropanın 

keçmiş  sosialist  dövlətlərinin,  demək  olar  ki,  hamısı  və

149



Baltikyanı 

respublikalar 

NATO-nun 

bərabərhüquqlu 

üzvünə  çevrilmişlər.  1994-eü  il  mayın  4-dən  «Sülh 

Naminə  Tərəfdaşlıq»  proqramı  çərçivəsində  Azərbaycan 

da NATO  ilə  sıx  əməkdaşlıq  edir və  bu  proqrama  əsasən 

Silahlı  Qüvvələrimiz NATO  standartlarına uyğunlaşdırılır. 

Artıq NATO  rəsmiləri özləri də dəfələrlə etiraf ediblər ki, 

Azərbaycan  Silahlı  Qüvvələrinin  NATO  standartlarına 

uyğunlaşdırılınası  çox  yüksək  səviyyədə  gedir.  Bununla 

yanaşı, 


Azərbaycan 

hərbçiləri 

və 

digər 


müvafiq 

qurumların  təmsilçiləri  «Sülh  Naminə  Tərəfdaşlıq» 

proqramına  uyğun  olaraq  NATO-nun  müxtəlif  ölkələrdə 

keçirilən  layihələr  və  tədbirlərində  fəal  iştirak  edirlər. 

Azərbaycan təmsilçiləri son  15  il ərzində NATO-nun zirvə 

toplantılarının  işində  də  yüksək  səviyyədə  təmsil 

olunurlar.  Bütün  bunlara  görə  NATO-nun  Cənubi  Qafqaz 

üzrə əlaqələndiricisi Zbiqnev Rıbatski də Azərbaycanın bu 

təşkilata  inteqrasiyasının  uğurla  davam  etdiyini  bildirir. 

Həmçinin  NATO  təmsilçiləri 

özləri 

də  təşkilatın 



Azərbaycanla 

qarşılıqlı 

əməkdaşlığın 

inkişaf 


etdirilməsində  maraqlı  tərəf  kimi  çıxış  etdiyini  bəyan 

ediblər.


150

NATO-nun 2009-cu ilin aprelində  Strasburqda keçirilən 

yubiley  sammitində  Alyansın  Rusiya  ilə  münasibətləri 

bərpa etməsi haqda qərar verilib.  Bir müddət əvvəl NATO 

2008-ci  ilin  avqustunda  şimal  qonşumuzun  Gürcüstana 

hərbi  müdaxiləsinə  cavab  olaraq  Moskva  ilə  kəsilmiş 

münasibətləri  «qeyri-rəsmi»  bərpa  etmişdi.  Yubiley 

sammitində  isə  Alyans  Gürcüstana  görə  Rusiya  ilə 

qarşıdurmaya  getməyə  hazır  olmadığını  və  buna  maraq 

göstərmədiyini  bir  daha  sərgiləyib.  Yekun  Bəyannamədə 

yazılır ki, NATO-Rusiya tərəfdaşlığı Avroatlantik regionda 

təhlükəsizliyin  gücləndirilməsini  nəzərdə  tutan  strateji 

elementdir və buna  sadiq  qalınacaq.  Əməkdaşlığın  ümumi 

təhlükəsizlik  təhdidlərinə  qarşı  birlikdə  və  təsirli  şəkildə 

cavab  verməsi  üçün  Rusiya  və  NATO  arasında  dialoq 

əhəmiyyətlidir.

Sənəddə  Moskva  təkidlə  Gürcüstanla  əlaqədar  12 

avqust  və  8  sentyabr  2008-ci  il  tarixlərində  götürdüyü 

öhdəlikləri yerinə yetirməyə çağırılır və onlardan biri kimi 

ərazilərdən çəkilməsi  mühüm  sayılır.  Bəyannamədə  şimal 

qonşumuzun 

Gürcüstandakı 

separatçı 

rejimlərin 

müstəqilliyini  tamması  pislənib,  bu  qərarın  ləğvi  tələb 

olunub.  Beləliklə,  bundan  sonra  NATO-Rusiya  Şurasının 

fəaliyyəti qarşısında heç bir əngəl qalmır.

NATO-nun  2008-ci  ilin  avqust  hadisələrindən  sonra 

Rusiya  ilə  münasibətləri  kəsməsindən  bir  müddət  sonra 

geri  addım  atması  Moskvanı  cəsarətləndirib.  Rusiyanın 

Alyansdakı  nümayəndəsi  Dmitri  Roqozin  deyib ki,  NATO

10-cu fəsil

NATO-nun Strasburq sammiti:

Rusiya və Cənubi Qafqaz

151



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə