Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə38/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

eyni  vaxtda  iki  stulda  oturmaq  niyyətindən  əl  çəkməlidir. 

Onun  sözlərinə  görə,  Alyans  Rusiyanın  ona  lazım 

olduğunu  bəyan  edir,  eyni  zamanda  Moskvanın  Cənubi 

Osetiya  və  Abxaziyadakı  hərəkətlərini  pisləyir:  «Əgər 

onlara  Rusiya  lazımdırsa,  bizim  Cənubi  Osetiya  və 

Abxaziyadakı hərəkətlərimizi tənqid etməli deyillər».

Yekun  bəyannamədə  keçmiş  postsovet  ölkələrinin 

ərazilərindəki  münaqişələrin ərazi bütövlüyü çərçivəsində 

həllinin  zəruriliyi  də  vurğulanıb:  «Biz  Azərbaycan, 

Ermənistan,  Gürcüstan  və  Moldovanın  ərazi  bütövlüyünü, 

müstəqillik və suverenliyini dəstəkləyirik».

Bəs,  ümumilikdə  bu  sammitin  yekunlarını  necə 

dəyərləndirmək 

olar? 


NATO-nun 

bundan 


öncəki 

sammitində  Ukrayna  və  Gürcüstanm  quruma  üzvlüyü 

aktual  olub.  Ancaq indi  isə bu  məsələ  qismən  aktuallığını 

itirib  və ya bu məsələ zamnın yetişməsini  gözləyir.  Bu  da 

ondan  irəli  gəlir ki,  ABŞ-m  yeni  prezidenti  Barak  Obama 

Moskva 


ilə 

normal 


münasibətlər 

qurmaq 


istəyir. 

Fikrimizcə  bu  həm  də  gərgin  durumun  bir  qədər  aradan 

qaldırılaraq, 

ABŞ-m 


sarsılmış 

nüfuzunun 

yenidən 

bərpasına  yönəldilmişdir.  Təsadüfü  deyildir  ki,  ABŞ 

tərəfindən  atılmış  bu  jest,  sanki  Rusiyanı  bir  qədər 

rahatlanmış  kimi  görsətməkdədir.  Sözsüz  ki,  NATO- 

Rusiya  Şurasının  fəaliyyətinin  və  dialoqun  bərpası  da 

diqqət çəkən bir məqamdır.

Sammitin  NATO-nun  Rusiya  qarşısında  geri  çəkilməsi 

yönündə  təəssürat  yaratması  ilə  də  razılaşmaq  lazımdır. 

Çünki  Alyansın  aparıcı  ölkələri  bir  neçə  il  israrla 

vurğulayıblar ki, Ukrayna və Gürcüstanı sıralarına qatmağa 

hazırdırlar.  İndi  isə  geri  çəkilirlər.  Amma məsələ  ondadır 

ki,  qurumda  əsas  sözü  keçən  dövlət  ABŞ-dır.  ABŞ-m

152

keçmiş  prezidenti  Corc  Buşun  Rusiya  ilə  münasibətlərdə 



müəyyən  problemi  vardı. 

Corc  Buş  Ukrayna  və 

Gürcüstanın NATO-ya üzvlüyünü qətiyyətlə dəstəkləyirdi. 

Amma  Barak  Obama  yeni  bir  siyasət  elan  edib  və  Rusiya 

ilə  münasibətləri  gərginlikdən  mülayimləşməyə  doğru 

aparmasına  vəd  verib.  Bu  yumşalma  siyasəti  ABŞ-a  diktə 

edir  ki,  Ukrayna  və  Gürcüstanm  NATO-ya  üzvlüyü 

istəyindən  geri  çəkilsin.  Barak  Obama  vədinə  əməl 

edibdir.  «Bunu  həqiqətən  NATO-nun  geri  addım  atması 

kimi  qəbul etmək mümkündür. Amma Rusiyanın bir tələbi 

də  vardı  ki,  ABŞ  Polşa  və  Çexiyada  raketdən  müdafiə 

sisteminin elementlərini  qurmaq niyyətindən əl çəksin.  Bu 

məsələdə  Vaşinqton  geri  çəkilmir.  Düzdür,  Barak  Obama 

indi  bu m əsələdə  bir qədər fasilə  götürüb.  Lakin  Polşa və 

Çexiyada  həmin  elementlərin  yerləşdirilməsiylə  bağlı 

müəyyən  planlarının  olduğunu  da  vurğulayıb.  Amma 

ümumilikdə  qeyd  etmək  lazımdır  ki,  Ukrayna  və 

Gürcüstan məsələsində həqiqətən NATO geri çəkilib».

Sammitdə  NATO  Cənubi  Qafqazda  sabitlik  istəyini  də 

ortaya qoydu.  Məsələ  ondadır ki,  Ukrayna və  Gürcüstanm 

NATO-ya üzvlük məsələsində Alyansın geri addım atması 

Azərbaycanın  da  manevr  imkanlarını  azaldır,  onun  istər- 

istəməz  Rusiya  ilə  münasibətlərə  diqqətini  artırmasını 

gərəkli  edir.  Belə  çıxır  ki,  bizimlə  eyni  mövqedə  olan 

insanlar  bir  qədər  geri  çəkilmiş  kimi  görünürlər.  Əgər 

NATO  Ukrayna  və  Gürcüstanm  namizədliyində  bir  qədər 

geriyə  addım  atdısa,  Azərbaycanla  bağlı  da  mövqeyindən 

geri  addım  atacaq.  Bəlkə  də  bu,  taktiki  bir  geriləmədir. 

Çünki konseptual  olaraq Rusiya postsovet məkamnda yenə 

də  mütləq  hakim  olmağa  və  təsir  nçaqlarım  əlində 

saxlamağa  cəhd  edir.  Bu  isə,  belə  deməyə  əsas  verir  ki,

153



Rusiyanın 

regiondakı 

maraqlan 

nə 


vaxtsa 

Qərb 


ölkələrinin,  N A TO nun  maraqlan  ilə  toqquşacaq.  Buna 

görə 


də,  NATO-nun  taktiki  baxımdan  geriləməsi 

Azərbaycanın  təhlükəsizlik  maraqlanna  bir  qədər  mənfi 

təsir etsə də, strateji anlamda hələ heç nə dəyişməyib.

Rusiyanın  son  vaxtlar  bölgədə  fəallığını  artırmasını  da 

vurğulamaq  lazımdır.  Bu  reallıq  ABŞ-m  maraqlarına 

ziddir.  Buna  görə  də,  ABŞ  vəziyyəti  qiymətləndirərkən 

adekvat addımlar atmağa çalışır.  Belə ki,  Rusiya Kollektiv 

Təhlükəsizlik  Müqaviləsi  Təşkilatına  (KTMT)  üzv  olan 

ölkələrlə  əlaqələrini  genişləndirdiyi  bir  vaxtda  GUAM-da 

təmsil  olunan  Gürcüstan  isə  artıq  açıq-aşkar  bir  şəkildə 

NATO-ya meyl  etdiyini  bəyan  edir.  Düzdür,  V.Yanukoviç 

Ukraynanın prezidenti seçildikdən sonra bu prosesdə fərqli 

yanaşmaların  meydana  gəlməsi  də  diqqətdən  yayınmır. 

Belə  şəraitdə  təbii  bir  sual  meydana  çıxır  -  əgər 

Azərbaycan  da NATO-ya üzvlüklə bağlı  müraciət  edərsə, 

ona qarşı reaksiya necə olar?

Mütəxəssislərin 

fikrincə, 

Azərbaycanın  NATO-ya 

üzvlüklə  bağlı  atacağı  hər  hansı  ciddi  addım  Rusiyanın 

Cənubi  Qafqazda müəyyən problemlər yaratmasına gətirib 

çıxara bilər.

Azərbaycanın Avropanın maraq dairəsində  olan  Cənubi 

Qafqaz  regionunda baş  verən  siyasi  proseslərdən  nisbətən 

kənarda qalması  özü də maraqlı  məqamdır.  Ümumiyyətlə, 

son  vaxtlar  regionda  həddindən  artıq  gərgin  bir  situasiya 

yaranıb.  Əgər  region  dövlətlərinin  fəaliyyətini  nəzərdən 

keçirsək  görərik  ki,  burada  əsasən  Rusiyanın  Cənubi 

Qafqazı  təsir  dairəsində  saxlamağa  cəhd  etməsi  özünü 

göstərir.  Rusiya  konkret  olaraq  Gürcüstan  məsələsində 

təkcə  siyasi  və  iqtisadi  faktorları  deyil,  hərbi  faktorlan  da

154


işə salmağa başlayıb.  Gürcüstan ardıcıl olaraq Avroatlantik 

məkana  inteqrasiya  siyasətini  həyata  keçirir  və  ilk 

növbədə  NATO-ya  üzv  olmağı  qarşısına  məqsəd  qoyub. 

Ermənistan  isə  birmənalı  olaraq  Rusiyaya  bağlıdır  və 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi 

çıxış  edir.  Cənubi  Qafqaz  maraqların  toqquşduğu  region 

olduğundan 

Azərbaycanın 

hərbi 

və 


iqtisadi 

təhlükəsizliyini  təmin  etməsi  üçün  hər  hansı  bir 

beynəlxalq  təhlükəsizlik  sisteminin  tərkib  hissəsi  olması 

vacibdir.

155



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə