Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə4/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   2   3   4   5   6   7   8   9   ...   67

Qarşılıqlı  İqtisadi  Yardım  Şurasının  buraxılması,  sovet 

sisteminin məhvi xüsusi qeyd olunmalıdır.

Bəzi  tədqiqatçılar  haqlı  olaraq  iddia  edirdilər  ki, 

Varşava Müqaviləsi Təşkilatının süqutundan sonra növbəti 

məntiqi  addım  Qərbin  demokratik  dəyərlərini  «bolşevik 

irticası»ndan 

qorumaq  üçün  yaradılmış 

NATO-nun 

buraxılması  olmalı  idi.  Lakin nə  qədər paradoksal  olsa da, 

məhz  yeni  beynəlxalq  şərait  bu  addımı  qeyri-mümkün 

edirdi.  Tədqiqatçı  A.Əzimli  bunun  səbəblərini  aşağıdakı 

kımı qruplaşdırır:

•  ideoloji 

qarşıdurmadan 

qaynaqlanan 

gərginlik 

aradan  qalxsa  da,  Sovet  İttifaqı  və  Yuqoslaviyada 

hadisələrin  nəzarətdən  çıxması  göstərdi  ki,  Avropada 

sabitlik  üçün  yeni  təhlükələr  meydana  gəlmişdir.  Buna 

görə də, geri çəkilmək bağışlanmaz bir səhv olardı;

•  Sovet-Amerika  qarşıdurmasının  geosiyasi  əsaslarına 

həsr  olunmuş  «Oyun  planı»  əsərində  məşhur  Amerika 

politoloqu  Z.Bjezinski  göstərirdi  ki,  bu  rəqabətin  əsas 

hədəfi  Avrasiya  materiki  üzərində  nəzarətin  yaradılması 

olmuşdur.  Dünya okeanı  və  kosmosa nəzarət bu materikin 

kimin  təsir  dairəsində  olmasından  asılıdır.  Sovet  İttifaqı 

dağıldıqdan sonra Qərb bloku materikə demək olar ki, tam 

nəzarət  etmək  imkanı  qazandı.  Belə  olan  təqdirdə,  40  il 

gözlənilən  bu  imkanı  əldən qaçırmaq nə dərəcədə düzgün 

olardı?


•  NATO-nun  keçmiş  baş  katibi  M.Vernerin  söylədiyi 

kimi,  Alyansın  buraxılması  Avropanın  ABŞ-dan  və 

Kanadadan 

uzaqlaşması 

təhlükəsini 

daşıyır. 

Məhz 

amerikalıların  qitədəki  siyasi  və  hərbi  iştirakı,  Sovet 



təhlükəsi  qarşısında ehtiyatlılıq Avropa dövlətləri  arasında 

hakimiyyət  və  təsir  uğrunda  tarixi  mübarizənin  qarşısını

14

alan əsas  amillər  idi.  Avropa Birliyinə  qədər  sıx  və  güclü 



bır qurum  olsa  da,  ABŞ-m  iştirakı  olmadan  təhlükəsizliyi 

təmin etmək və böhranları həll etmək iqtidarında deyil;

•  Post-kommunist  məkanında  yaranmış  etnik  və 

dövlətlərarası  münaqişələrin  həll  edilməsi  və  yenilərinin 

meydana  çıxmasının  qarşısının  vaxtında  alınması  üçün 

effektiv  mexanizmə  ehtiyac  yaranmışdı.  Bu  qəbildən  olan 

münaqişələrin  Avropada  sabitlik  üçün  əsas  təhlükə 

mənbəyinə  çevrildiyi üçün NATO  öz tıərbi  strukturlarının 

effektivliyini nəzərə  alaraq sülhyaratma funksiyasım  da öz 

üzərinə  götürmək  məcburiyyəti  qarşısında  qalırdı.  Bu 

aspektdən  də  baxanda  görürük  ki,  NATO-nun  hərbi 

mövcudluğu zərurətə çevrilmişdi.

NATO  bu  gün  Avropa  ilə  Amerikam  təhlükəsizlik 

baxımından  birləşdirən  yeganə  vasitədir.  Əgər  Alyans 

Avropa  təhlükəsizliyi  və  ümumavropa  inteqrasiyası  üçün 

həlledici  əhəmiyyət  daşıyırsa,  ABŞ-ın  iştirakı  da  Alyans 

üçün  bir  o  qədər  həlledici  əhəmiyyətə  malikdir.  Şimali 

Atlantika 

Müqaviləsinin 

rəhbərliyi 

hələ 

SSRİ-nin 



dağılmasına  qədər,  hadisələrin  həm  Avropa  qitəsində, 

həm  də  qlobal  səviyyədə  qüvvələr  balansının  köklü 

şəkildə dəyişməsinə gətirib  çıxaracağını dərk edirdi.  Buna 

görə  də,  Alyansın  vəzifə  və  strategiyasının  tədricən 

korreksiyası  başlandı  və  NATO  özünün  yeni  funksiyasını 

müəyyənləşdirməyə,  beynəlxalq  həyatda yerini  və  rolunu 

təyin  etməyə,  əhatə  dairəsini  genişləndirməyə  başladı. 

Digər  tərəfdən,  sosializm  sistemi  çökdükdən  sonra, 

tarazlığı  pozulmuş  dünyada  yaranmış  yeni  dövlətlərdə 

mövcud  olan  iqtisadi,  siyasi  böhran,  milli,  etnik  və  ərazi 

münaqişələri  təkcə  Avropada  dövlətlərarası  münasibətlər 

üçün  deyil,  eyni  zamanda  bütün  beynəlxalq  münasibətlər




üçün  təhlükə  törədirdi.  Belə  bir  şəraitdə  isə  NATO  baş 

verən  proseslərə  öz  münasibətini  dəqiqləşdirməyə, 

münaqişələrin 

aradan 


qaldırılmasında 

xüsusi 


rol 

oynamağa,  həmin  ölkələrin  demokratiya  yolu  tutmasında, 

azad  bazar  iqtisadiyyatına  keçməsində  və  islahatlar 

aparmasında yeni imkanlarını təklif etməyə çalışır.

Hazırda  beynəlxalq  münasibətlər  sistemi  bir 

ölkənin  -  Amerika  Birləşmiş  Ştatlannın  üstünlüyü  ilə 

xarakterizə  olunur.  O  da  NATO-dan  real  qüvvələr 

nisbətindən  çıxış  edərək  özünün  oynamalı  olduğu  rolu 

əldə  etmək  üçün  alət  kimi  istifadə  edir.  Məhz  buna  görə 

də,  ABŞ  və  digər  qərb  ölkələri  NATO-nun  genişlənməsi 

yolunu  tutmuşlar  ki,  bu  da  beynəlxalq  münasibətlər 

sisteminin 

ikiqütblü 

dünyanın 

mövcudluğu 

zamanı 


yaranmış  müharibədən  sonrakı  strukturuna  faktiki  olaraq 

yenidən baxılması deməkdir.

Əgər  qitədə  təhlükəsizlik  bərqərar  olmasaydı  və  bu 

təhlükəsizlik  üçün  etibarlı  zəmanət  verilməsəydi  nə 

Avropa Birliyi, nə də Qərbi Avropa İttifaqı (bu hərbi siyasi 

birlik  1948-ci  il  martın  17-də  yaranmış  və  2011-ci  il 

iyunun 30-da fəaliyyətini dayandırmışdır).

Ümumavropa inteqrasiyasını təmin edə bilərdi.

16

2-ci fəsil

NATO-nun transatlantizm fəlsəfəsi

Son  onilliyin  İraq,  Bosniya  və  Yuqoslaviyaya  BMT 

Təhlükəsizlik 

Şurasının  formal  sanksiyası 

olmadan 

endirilmiş  hava  zərbələri  kimi  beynəlxalq  hadisələrinə 

nəzər  salanda  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  hazırda 

Brüssel  və  Vaşinqtonda  müharibədən  sonrakı  strukturun 

qüvvələrin 

obyektiv 

nisbətinə 

cavab 


vermədiyi 

qənaətindədirlər və  onu təftiş  etməyə  can atırlar.  Həm  də 

yeni təhlükəsizlik  sisteminin mərkəzində, onların fikrincə, 

BMT  yox,  Rusiyanın  veto  hüququna  malik  olmadığı 

NATO  qoyulmalıdır  ki,  rəsmi  Moskva  Şimali  Atlantika 

Alyansının  lazımi  qərarlar  qəbul  etməsinə  mane  ola 

bilməsin.

Lakin  transatlantizm  fəlsəfəsi  və  NATO-nun  qlobal 

strategiyası  dünyada  heç  də  hamı  tərəfindən  birmənalı 

qarşılanmır.  Zaman-zaman  hökm  sürən  antitransatlantizm 

tendensiyası  bu  gün  də  mövcuddur.  Bunun  səbəblərini 

mərhum  alim  R.  Mustafayev  aşağıdakı  kimi  ifadə  edir: 

«...NATO-nun 

əsas 


prinsiplərinin 

bir 


hissəsi, 

transatlantizm  fəlsəfəsi 

də  daxil  olmaqla,  hazırda 

genişlənmə  dinamikasım  izah  etmək  qüdrətində  deyildir. 

Bu  prosesin  sabitliyini  təmin  edəcək  ideoloji  mexanizm 

heç  kəsdən  gizli  deyil  ki,  yerində  sayır.  Bəlkə  də  buna 

görədir  ki,  biz  bu  gün  tez-tez  transatlantizm  fəlsəfəsinin 

böhranı,  yeni  strateji  tezislərin  işlənib  hazırlanma  zərurəti 

barədə səriştəli mülahizələr, fikirlər eşidirib).

Bu  kimi  mülahizələri  nəzərə  alaraq,  Şimali  Atlantika 

Müqaviləsi  Təşkilatının  rəhbərliyi  Alyansın  fəaliyyətinin 

səmərəliliyini 

yüksəltmək, 

onu 


modernləşdirmək

17



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə