Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə40/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

Əslində  bu,  NATO-nun  problemin  həllinə  beynəlxalq 

hüquq və normalar prinsipindən yanaşması ilə yanaşı, həm 

də  alyansın  ölkəmizin  ədalətli  mövqeyini  dəstəkləməsi 

kimi dəyərləndirilməlidir.

Azərbaycanın NATO ilə əlaqələri balanslı olduğu qədər 

də 


səmərəlidir. 

Daha 


doğrusu, 

qarşılıqlı-faydalı 

əməkdaşlıq müstəvisində  inkişaf edən Azərbaycan-NATO 

münasibətləri  bərabərtərəfli  prinsiplərə  əsaslanmaqla 

yanaşı,  müasir dünyanın tələblərinə tamamilə  cavab  verir. 

Çünki  Azərbaycan  balanslı  xarici  siyasətin  fonunda  digər 

regional  və  qlobal  təşkilatlarla  müxtəlif  istiqamətlərdə 

qarşılıqlı-faydalı  əməkdaşlıq  etməklə  yanaşı,  NATO-nun 

da  m üxtəlif  səpkili  proqramlarında  fəal  şəkildə  təmsil 

olunur.


Onu  da  vurğulamaq  lazımdır  ki,  NATO-Azərbaycan 

əlaqələrinin  qurulmasından 20  il  (Azərbaycan Respublika­

sı  1992-ci  ilin  martında  əməkdaşlıq  və  məsləhətləşmələr 

üçün  forum  rolunu  oynayan  Şimali  Atlantika  Əməkdaşlıq 

Şurasına  (ŞAƏŞ)  qoşulmuşdur)  ötür.  Hazırda  Azərbaycan 

«Sülh  Naminə  Tərəfdaşlıq»  proqramına  müvafiq  olaraq 

üzərinə  götürdüyü  təxminən  50-yə  yaxın  vəzifəni  yerinə 

yetirir. 

Bu, 

birgə 


fəaliyyətin 

effektivliyini 

artırır. 

Azərbaycan  NATO  ilə  Alyansın  İraq  və  Kosovoda 

sülhməramlı  missiyası  çərçivəsində  əməkdaşlıq  edib, 

hazırda belə əməkdaşlıq Əfqanıstanda davam etdirilir.

Yuxanda  qeyd  etdiyimiz  kimi,  2009-cu  il  mayın  5-də 

Azərbaycan-NATO  əlaqələrinin  17  ili  tamam  oldu.  Bu 

əlaqələrin  qurulmasına  qədər  ölkəmiz  bir  sıra  önəmli 

addımlar  atıb.  Çünki  ötən  əsrin  90-cı  illərində  dövlət 

müstəqilliyini  bərpa  etmiş  Azərbaycanın  xarici  siyasət 

prioritetlərindən  birini  məhz  Avroatlantika  strukturlanna

160

inteqrasiya  təşkil  edir.  Bu  baxımdan,  Avroatlantika 



məkanının  mühüm  təşkilati  strukturlanndan  biri  olan 

NATO  ilə  münasibətlərin  inkişaf  etdirilməsi  xüsusi 

əhəmiyyət  daşıyır.  Məhz  buna  görə  de,  ölkəmiz  1992-ci 

ilin  mart  ayında  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  ilə 

əməkdaşlığın  inkişaf  etdirilməsi  məqsədi  ilə  NATO 

tərəfindən  yaradılmış 

Şimali  Atlantika  Əməkdaşlıq 

Şurasına  daxil  olub.  1994-cü  il  may  ayının  4-də  «Sülh 

Naminə  Tərəfdaşlıq»  proqramının  çərçivə  sənədinin 

imzalanması 

ilə 

NATO-Azərbaycan 



əməkdaşlığı 

keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

1996-cı 

ildə 


Azərbaycanın 

Fərdi 


Tərəfdaşlıq 

Proqramına  qoşulması  ilə  ikitərəfli  münasibətlər  hərbi  və 

hərbi-siyasi  sahələrlə  yanaşı,  ölkə  həyatının  digər 

sahələrini,  o  cümlədən,  təhlükəsizlik  sektorunu  da  əhatə 

etməyə başlayıb.

Hazırda  ölkəmiz  bir  sıra  fəaliyyət  planları  əsasında 

NATO ilə əməkdaşlıq edir. Bu planlara «Fərdi Tərəfdaşlıq 

üzrə  Əməliyyat  Planı»,  «Terrorçuluqla  mübarizə  üzrə 

Fəaliyyət Planı»  (PAP-T),  «Planlaşdırma və Analiz Prosesi 

Proqramı» (PARP) və «Fərdi Tərəfdaşlıq Proqramı» (FTP) 

daxildir.  NATO  tərəfindən irəli  sürülən  həmin  sənədlərin 

əsas  məqsədi  ölkəmizin  təhlükəsizlik  və  müdafiə 

strukturlarının  Avroatlantik  standartlara  inteqrasiyasıdır. 

Həmin  proqramlar  yerinə  yetirildikdən  sonra  tərəfdaş 

dövlətə  NATO-ya  bərabərhüquqlu  üzv  olmaqda  sonuncu 

mərhələ olan Üzvlük üzrə Fəaliyyət Planı təklif edilir.

Yuxarıda  gösterilən  planların  icrasında  əsas  hüquqi 

çərçivəni  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham  Əliyevin  3  avqust  2005-ci  il  tarixli  Sərəncamı  ilə 

təsdiqlənmiş  «Azərbaycan  Respublikasının  NATO  ilə

161



Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı» təşkil edir. Planın 

qəbul  olunması  ilə  NATO-Azərbaycan  əməkdaşlığı  həm 

keyfiyyət,  həm  də  həyata  keçirilən  tədbirlərin  həcmi 

baxımından  daha  səmərəli  və  tamamilə  yeni  mərhələyə 

qədəm qoyub.

Bir  daha  qeyd  etmək  yerinə  düşər  ki,  Azərbaycan- 

NATO  əlaqələri  hər  iki  tərəfin  marağını  təmin  etməklə 

müasir  dövrün  tələblərinə  tamamilə  cavab  verir.  Bu  da 

təbiidir.  Çünki  NATO  ilə  əməkdaşlıq  ölkəmiz  üçün  nə 

qədər  əhəmiyyətlidirsə,  Azərbaycanla  sıx  əlaqələr  Şimali 

Atlantika  Alyansı  üçün  bir  o  qədər  vacib  və  lazımlıdır. 

Bunu  təsdiqləyən  bir  sıra  mühüm  amillər  mövcuddur. 

Azərbaycan Prezidenti  İlham  Əliyevin  Belçika Krallığında 

işgüzar  səfəri  çərçivəsində  NATO-ııun  o  zamankı  Baş 

katibi  ilə  Alyansın  mənzil-qərargahında baş  tutan  görüşdə 

Yaap  de  Hoop  Sxeffer  deyib  ki,  Azərbaycan  ilə 

əməkdaşlıq  uğurla  inkişaf edir və  NATO  bu  əməkdaşlığa 

böyük  əhəmiyyət  verir.  Azərbaycanın  regionda  xüsusi 

rolunu  vurğulayan  cənab  Sxeffer  bildirib  ki,  NATO 

Azərbaycana  bölgədə  mühüm  rol  oynayan  tərəfdaş  ölkə 

kimi yanaşır və Prezident İlham Əliyevin bu səfəri NATO- 

Azərbaycan  münasibətlərinin  genişlənməsinə  xidmət 

edəcək. Azərbaycanın antiterror əməliyyatlannda iştirakını 

yüksək  qiymətləndirən  baş  katib  deyib  ki,  ölkəmiz  «Fərdi 

Tərəfdaşlıq üzrə  Əməliyyat Planı»nda da  fəal  iştirak edir: 

«Enerji  təhlükəsizliyinin  dünyada  böyük  əhəmiyyət  kəsb 

etdiyi  bir  dövrdə  Azərbaycanın  rolu  daha  da  artıb. 

Azərbaycan  NATO-nun  dəyərli  tərəfdaşıdır.  Artıq  on  beş 

ildir  ki,  «Sülh  Naminə  Tərəfdaşlıq»  proqramı,  2005-ci 

ildən  etibarən  isə  «Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat 

Planı»  çərçivəsində  çalışırıq.  Təbii  ki,  Azərbaycan  nəinki

162


regionda,  o  cümlədən,  onun  hüdudlarından  kənarda 

mühüm  iştirakçıdır.  Azərbaycan  enerji  təhlükəsizliyi 

baxımından  çox  vacib  bir  ölkədir  və  NATO-nun  çox 

dəyərli 


tərəfdaşıdır. 

Biz 


həmin 

tərəfdaşlığı 

genişləndiririk». Öz növbəsində Prezident İlham Əliyev də 

bildirib  ki,  NATO-Azərbaycan  əlaqələri  inkişaf  edir, 

Azərbaycan  NATO-nun  müxtəlif  proqramlarında  və 

tədbirlərində  fəal  iştirak  edir.  «Fərdi  Tərəfdaşlıq  üzrə 

Əməliyyat  Plam»nda  ölkəmizin  fəal  iştirak  etdiyini 

vurğulayan  Prezident  İlham  Əliyev  deyib  ki,  Azərbaycan- 

NATO  əlaqələri  ölkəmizin  Avroatlantik  strukturlara 

inteqrasiyasının  tərkib  hissələrindən  biridir.  Azərbaycanın 

dövlət  başçısı  ümidvar  olduğunu  bildirib  ki,  əlaqələrimiz 

bundan  sonra  da  inkişaf edəcək.  Prezident  İlham  Əliyev 

deyib  ki,  ötən  il  ölkəmiz  Alyansın  200  tədbirinə  qatılıb. 

Azərbaycan-NATO  tərəfdaşlığını  yüksək  qiymətləndirən 

və  antiterror  əməliyyatlannda  ölkəmizin  fəal  iştirak 

etdiyini  vurğulayan  dövlətimizin  başçısı  bildirib  ki, 

Azərbaycan Əfqanıstanda hərbçilərinin sayını artmb.

Ölkəmiz  üçün  başlıca  problem  olan  Ermənistan- 

Azərbaycan, 

Dağlıq 


Qarabağ 

münaqişəsinin 

həlli 

məsələsinə 



NATO-nun 

yanaşması 

da 

tamamilə 



qəbulediləndir.  NATO  Dağlıq  Qarabağ  münaqişəsinin 

tənzimlənməsində  birbaşa  rol  oynamasa  da,  təşkilat 

rəhbərliyi  hesab  edir  ki,  münaqişənin  həllində  ərazi 

bütövlüyü  prinsipi  əsas  götürülməlidir.  Elə  NATO-nun 

2008-ci  il  aprelin  2-4-də  Buxarestdə  keçirilən  sammitinin 

yekun  bəyannaməsində  də  Dağlıq  Qarabağ  münaqişəsinin 

ərazi  bütövlüyü  prinsipi  əsasında  həllinin  vacibliyi  ifadə 

olunmuşdur.

163



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə