Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə42/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

II BÖLMƏ

NATO-nun sülhməramlı əməliyyatları və strateji 

proqramlarında Azərbaycan Respublikasının yeri və rolu

1-ci fəsil

Azərbaycan transatlantik təhlükəsizlik və 

əməkdaşlıq strukturlarına inteqrasiya prosesində

Azərbaycan 

Respublikası 

ümumi 


və 

bölünməz 

təhlükəsizlik,  qanunun aliliyi, dövlətlərin  suverenliyinə və 

ərazi 


bütövlüyünə 

hörmət 


prinsiplərinə 

əsaslanan 

ümumavropa  təhlükəsizlik  və  əməkdaşlıq  prosesində  fəal 

iştirak  edir,  öz  milli  mənafelərini,  təhlükəsizliyinin  təmin 

edilməsi  yollarını  və  vasitələrini  müstəqil  seçmək  kimi 

suveren  hüququnu  əsas  tutaraq  beynəlxalq  əməkdaşlığın 

inkişafına  fəal  surətdə  layiqli  töhfəsini  verir,  Avropa  və 

transatlantika  təhlükəsizlik  və  əməkdaşlıq  strukturlarına 

inteqrasiya istiqamətində mühüm addımlar atır.

Bununla  əlaqədar  olaraq,  Azərbaycan  Respublikası 

ümumavropa  təhlükəsizlik  və  əməkdaşlıq  prosesinin 

inkişafında,  Avropa  qitəsində  sülhün,  təhlükəsizliyin  və 

sabitliyin 

qorunmasında  NATO-nun  rolunu 

yüksək 

qiymətləndirir.  Azərbaycan  Şimali  Atlantika  Alyansı 



ölkələrinin  belə  inamına  tamamilə  şərikdir  ki,  regionda 

təhlükəsizlik  və  sabitlik  yalnız  əməkdaşlıq  və  birgə 

tədbirlər  yolu  ilə,  ümumi  dəyərlər  və  prinsiplər  əsasında 

təmin  edilə  bilər.  Buna  görə  də  Azərbaycan  Respublikası 

ilk  addım  kimi  Şimali  Atlantika  Əməkdaşlıq  Şurasının 

fəaliyyətinə  və  NATO-nun  «Sülh  Naminə  Tərəfdaşlıq» 

Proqramına qoşulmuşdur.

Azərbaycan  Respublikası  artıq  əldə  olunmuş  nəticələr 

əsasında  NATO  ilə 

siyasi  və  hərbi  əməkdaşlığı

168

keyfiyyətcə  yeni  səviyyəyə  qaldırmaq,  habelə  yeni 



yaradılmış  Avro-Atlantika  Tərəfdaşlıq  Şurası  və  NATO­

nun genişləndirilmiş «Sülh Naminə Tərəfdaşlıq» Proqramı 

çərçivəsində 

əməkdaşlıq 

üçün 

yaradılmış 



yeni 

mexanizmlər 

və 

imkanlardan 



fəal 

istifadə 

etmək 

niyyətindədir.  Azərbaycan  Respublikası  tərəfdaş  ölkələrə 



Brüssel  şəhərində,  NATO-nun  qərargah-mənzilində  öz 

diplomatik  missiyalarını  açmaq  hüququ  verilməsi  barədə 

Madrid  şəhərində  1997-ci  il  iyulun  8-9-da  NATO  üzvü 

olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının  görüşündə 

qəbul  edilmiş  qəran  son  dərəcə  müsbət  qarşılayaraq 

NATO-da  öz  siyasi  və  hərbi  təmsilçiliyini  gücləndirmək 

üçün  yaxın  vaxtlarda bu  imkandan  istifadə  edərək  tezliklə 

Brüssel  şəhərində,  NATO-nun  qərargah-mənzilində  öz 

diplomatik  nümayəndəliyini  açılması  yolunda  bir  sıra 

addımlar atır.

Yuxanda  qeyd  edilənləri  əsas  tutaraq,  Avro-Atlantika 

Tərəfdaşlıq  Şurasında  və  NATO-nun  «Sülh  Naminə 

Tərəfdaşlıq»  Proqramında  Azərbaycan  Respublikasının 

iştirakının  xüsusi  əhəmiyyət  kəsb  etdiyini,  NATO-ya 

təqdim  edilmiş  Azərbaycan  Respublikasının  prezentasiya 

sənədini, Azərbaycan Respublikası Prezidentinin  1996-cı il 

19  aprel  tarixli  302  nömrəli  «Azərbaycan  Respublikasının 

Şimali  Atlantika  Birliyinin  «Sülh  naminə  Tərəfdaşlıq» 

Proqramı  çərçivəsində  hazırlanmış  prezentasiya  sənədi 

haqqında»  Sərəncamını,  NATO  üzvü  olan  ölkələrin  və 

tərəfdaş  ölkələrin  dövlət  və  hökumət  başçılarının  1997-ci 

il  iyulun  8-9-da  Madrid  şəhərində  keçirilmiş  görüşünün 

yekunlarını 

nəzərə  alaraq  Azərbaycan  Respublikası 

Prezidentinin  14  noyabr  1997-ci  il  tarixli  «Azərbaycan 

Respublikasının  NATO  ilə  əməkdaşlığını  daha  da 

gücləndirmək tədbirləri haqqmda» 692 №-li  Sərəncamı ilə

169



Azərbaycan 

Respublikasının 

Prezidenti 

yanında 


Azərbaycan  Respublikasının  NATO  ilə  əməkdaşlığı  üzrə 

Komissiya  yaradılmışdır.  Eyni  zamanda,  müvafiq  dövlət 

qurumlarına bu  Sərəncamdan irəli  gələn  vəzifələri yerinə 

yetirmək tapşırılmışdır:

1997-ci  il  14  noyabr  tarixli  692  nömrəli  bu  sərəncama 

Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2002-ci  il 

və  5  sentyabr  2003-cü  il  tarixli  sərəncamları  ilə  zəruri 

əlavə  və  dəyişikliklər  edilmişdir.  Ümummilli  liderimizin 

NATO ilə əməkdaşlığa uzaqgörənliklə belə önəm verməsi 

sayəsində  gənc  müstəqil  ölkəmizin  Alyansla  əlaqələri 

xeyli möhkəmlənmiş və daha işgüzar xarakter almışdır.

1990-cı  illərin  əvvəllərindən  etibarən  NATO-nun 

strukturlarında  siyasi  və  hərbi  dəyişikliklər  prosesi 

başlamışdır.  1990-cı  ilin  iyulunda  yeni  təhlükəsizlik 

mühitinə 

uyğunlaşmaq 

üçün 

London 


sammitində 

Dəyişilmiş  Şimali  Atlantika  Alyansına  dair  London 

Bəyannaməsi,  bir  il  sonra  isə  Roma  sammitində  yeni 

Strateji  konsepsiya  və  Sülh  və  əməkdaşlığa  dair 

bəyannamə  qəbul  edildi.  Nəzərdə  tutulmuş  əməkdaşlığın 

gələcək  inkişafım  istiqamətləndirən  Şimali  Atlantika 

Əməkdaşlıq  Şurası  (ŞAƏŞ)  təsis edildi.  ŞAƏŞ-m ilk açılış 

görüşü  1991-ci il dekabrın 20-də keçirilmişdir. Azərbaycan 

Respublikası 

1992-ci  ilin  martında  əməkdaşlıq  və 

məsləhətləşmələr  üçün  forum  rolunu  oynayan  ŞAƏŞ-na 

qoşulmuşdur.

NATO-nun  Cənubi 

Qafqaz  regionunda  yaranmış 

vəziyyətlə  bağlı  narahatlığı  1994-cü  ilin  yanvar  ayında 

Şimali 


Atlantika 

Şurası 


tərəfindən 

qəbul 


edilmiş 

Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ 

keçirmək  məqsədilə  gücdən  istifadə  edilməsi  pislənir  və 

Cənubi 


Qafqaz 

dövlətlərinin 

ərazi 

bütövlüyünə,



170

müstəqilliyinə  və  suverenliyinə  hörmət  regionda  sülhün, 

sabitliyin  və  əməkdaşlığın  bərqərar  olmasının  vacib 

elementi kimi  səciyyələndirilir.

1994-cü 

il 


10-11 

yanvar  tarixlərində  Brüsseldə 

keçirilmiş  NATO  Şurasında  Sülh  Naminə  Tərəfdaşlıq 

(SNT)  proqramı  qəbul  olundu.  SNT  proqramına  dəvət 

ŞAƏŞ-da  iştirak  edən  bütün  tərəfdaş  dövlətlərə,  o 

cümlədən ATƏT-in üzvü olan dövlətlərə göndərildi.

Terrorun  dialektikasım  tədqiq  edən  Peter  Maklaren  bu 

prosesləri  nəzərdə  tutaraq  haqlı  olaraq  qeyd  edir  ki, 

qloballaşma 

adlanan 


hadisə 

imperialist 

dövlətlərin 

tüfənglərinin  lüləsindən  inkişaf  edən  hadisədir.  Xaricdə 

olan  kapitalını  gələcəkdə  qorumaq  üçün  ABŞ  və  Aİ 

onların  iqtisadi  maraqlarına  təhlükə  ola  bilən  ölkələrə 

qarşı  Avropadan  kənarda  hücum  xarakterli  müharibələri 

qanuniləşdirən  yeni  NATO  doktrinası  yaratdılar...  NATO 

Şərqi  Avropadakı  keçmiş  sosialist  dövlətlərini  və  sabiq 

SSRİ  respublikaları  arasından  yeni  sülh  tərəfdaşlarını  öz 

sırasına daxil  etmək üçün genişlənir.  Avropa və  Birləşmiş 

Ştatlann  hər  hansı  hücumdan  rəsmi  müdafiəsinə  əminlik 

üçün  imperialist  dövlətlərin  hərbi  alyansı  daha  çox  ölkəni 

və  onların  müxtəlif hərbi  və  qeyri-hərbi  strukturlarını  öz 

sıralanna daxil edir.

Bu  dövlətlərin  özləri  də  təhlükəsizlik  maraqlarını  əsas 

tutaraq  prosesdə 

iştirak  edirlər. 

Onlar  Rusiyadan 

qaynaqlanan  təhdidlərdən  sığortalanmaq  üçün  Qərbin 

hərbi-siyasi  bloku  -   NATO-ya  bu  qədər  can  atırlar. 

Almaniyalı  professor  Lotar  Rühl  bu  münasibətləri 

araşdıraraq  belə  qənaətə  gəlir  ki:  «Onlar  Alyansa  üzv 

olaraq 


Rusiyanın 

artan 


təhdidlərinə 

qarşı 


öz 

müstəqilliklərini 

və 

təhlükəsizliklərini 



sığortalamaq 

istəyirlər.  Bu  ölkələr  hazırda  Rusiyaya  qarşı  özlərini

171



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə