Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə43/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

müdafiəsiz  hiss  edirlər.  Onların  digər  bir  niyyəti  isə, 

Qərbdən  demokratik  və  iqtisadi  islahatlara  lazımi  dəstək 

almaq,  ümumiyyətlə  Qərbi  Avopa  ilə  aradakı  əlaqələri 

bərkitməkdir».

1992-ci  ildən başlayan  Azərbaycan-NATO  əməkdaşlığı 

1994-cü ildən daha intensiv xarakter almışdır.  1994-cü il 3- 

4  may  tarixlərində  Belçikaya  rəsmi  səfəri  zamam 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev 

NATO-nun  Brüsseldəki  mənzil-qərargahında  NATO-nun 

«Sülh Naminə  Tərəfdaşlıq» proqramının Çərçivə  sənədini 

imzaladı. 

Bununla 


da, 

Azərbaycan 

NATO 

ilə 


genişmiqyaslı  əməkdaşlığı  nəzərdə  tutan  SNT proqramım 

imzalamış  15-ci  dövlət  oldu.  Həmin  dövrdən  başlayaraq, 

NATO-Azərbaycan  əlaqələrinin  inkişaf  etdirilməsi  üçün 

münbit şərait yaranmışdır.

NATO  ilə  əməkdaşlığın  məqsədlərindən  bəhs  edən 

Ümummilli  lider bu  məqsədləri  aşağıdakı  kimi  ifadə edir: 

«...biz NATO  ilə  əməkdaşlığa başlayarkən,  «Sülh Naminə 

Tərəfdaşlıq»  sənədini  imzalayarkən  bunu  əsas  tuturuq  ki, 

öz  məqsədimizi  həyata  keçirmək  üçün  yeni  imkanlarımız 

yaranacaqdır.  Məqsədlərimiz  isə  münaqişənin  dincliklə 

aradan  qaldırılmasından,  atəşin  və  bütün  hərbi  əməliyyat­

ların  dayandırılmasından,  işğal  olunmuş  Azərbaycan 

ərazilərindən Ermənistan silahlı birləşmələrinin çıxarılma­

sından,  Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin 

toxunulmazlığının təmin edilməsindən ibarətdir».

ABŞ-ın və Qərbi  Avropa ölkələrinin regiondakı  iqtisadi 

maraqlan da Azərbaycanın NATO-ya inteqrasiyasını labüd 

edir.  1994-cü  ilin  4  may  tarixində  Çərçivə  sazişini 

imzalayaraq  «Sülh  Naminə  Tərəfdaşlıq»  proqramına 

qoşulan  Azərbaycan, 

sonrakı  dövrlərdə  NATO-nun 

tədbirlərində yaxından iştirak etməyə başladı.

172

Azərbaycan  mətbuatında,  həm  müxalifət,  həm  də 



iqtidar  partiyalannm  nəzarətində  olan  KİV-də  bəzən 

ölkənin  NATO-ya  inteqrasiyasının  zəruriliyi  təbliğ  edilir. 

Belə inteqrasiyanın Azərbaycanın təhlükəsizlik siyasətinin 

strateji  məqsədi  olduğu  da  bildirilir.  İctimaiyyətə  təlqin 

edilir  ki,  BTC  neft  boru  kəmərinin  qorunmasında  və 

Xəzərin təhlükəsizliyinin təminatında NATO qüvvələrinin 

iştirakı  məqbul  sayıla  bilər.  Hərbi-siyasi  alyans  kimi 

formalaşmış  NATO-ya  «demokratiya  keşikçisi»  kimi 

yanaşanlar  və  ona  «kollektiv  müdafiə  vasitəsi»  kimi 

baxaraq,  Azərbaycanın  gələcəkdə  mümkün  təhlükələrdən 

qorunması  üçün  bu  bloka  qoşulmasının  vacibliyini  qeyd 

edənlər  də  az  deyildir.  Fəqət  onlar  belə  bir  faktın 

üzərindən  sükutla  keçirlər  ki,  NATO  regionun  ictimai- 

siyasi  həyatına  ciddi  təsir  imkanında  olan  ABŞ-ın  hərbi 

təcavüzünün  əsas  icraçısıdır  və  ABŞ-ın  beynəlxalq 

miqyasda  hərbi  cinayətlərinin  (gizlədilməsini)  edilməsini 

və 

beləliklə, 



bəşəriyyət 

qarşısında 

məsuliyyətinin 

bölüşdürülməsini öz üzərinə götürmüşdür.

Azərbaycamn 

ictimai-siyasi 

həyatında 

NATO- 


Azərbaycan  əlaqələrinin  zəruriliyinə  əsas  kimi  göstərilən 

arqumentləri belə qruplaşdırmaq mümkündür:

1)  Bu  əlaqələr  Azərbaycanın  gələcəkdə  təhlükəsizliyi­

nə tam əminlik yaradır;

2)  Azərbaycan  üçün  həllini  gözləyən  vacib  problemin- 

Dağlıq Qarabağ probleminin həlli reallaşacaq;

3)  Neft  hasilatının  və  ixracının  təhlükəsizliyi  təmin 

ediləcək;

4) Xəzərin statusunun həlli başa çatdırılacaq;

5)  Azərbaycan  ordusu  NATO  standartlarına  uyğun 

olaraq formalaşacaq.

173



Azərbaycan 

ictimaiyyətinə 

təlqin 

edilən 


bu 

arqumentlərin  nə  dərəcədə  əsaslı  olmasına  həsr  edilmiş 

elmi  və  ya  siyasi  tədqiqatlar  demək  olar  ki,  yox 

dərəcəsindədir.  Son  10-15  ildə  ölkəmizdə  bu  mövzuda 

nəşr olunmuş kitablar və digər tədqiqatlar NATO haqqında 

faydalı  məlumatlarla  zəngin  olsa  da,  lakin  NATO- 

Azərbaycan  əlaqələri,  respublikamızın  bu  əməkdaşlığın­

dan hansı dividentlər əldə edə biləcəyi məsələləri  kifayət 

qədər  əsaslandırılmır.  NATO-Azərbaycan  əlaqələrinin 

zəruriliyini  təbliğ  etməklə  öz  siyasi  məqsədlərini  inkişaf 

etdirən Azərbaycan müxalifətinin əksər nümayəndələri  də 

bu  əlaqələrdən  Azərbaycanın  necə  faydalana  biləcəyini 

əks etdirən konkret siyasi platformaya malik deyillər.

NATO-Azərbaycan münasibətlərini  tədqiq  edənlərin və 

siyasi 

ekspertlərin 



əksəriyyəti 

NATO-nun 

Şərqə 

genişlənməsinə  haqq  qazandıraraq,  belə  genişlənmənin 



məhz  təhlükəsizlik  üçün  vacib  olduğunu  arqument  kimi 

irəli  sürürlər.  Lakin  belə  təhlükəsizliyin  mahiyyəti  və  ya 

hansı  tərəfin  təhlükəsizliyinin  nəzərdə  tutulduğu  adətən 

aydın  ifadə  olunmur.  NATO-nun  son  15  ildəki  hərbi 

əməliyyatlarının  mahiyyəti  göstərir  ki,  belə  əməkdaşlıq 

heç 


də  yerli  əhalinin  təhlükəsizliyinin  qorunması 

məqsədilə 

həyata 

keçirilmir. 



NATO-nun 

Balkan 


yanmadasında və Əfqanıstandakı hərbi əməliyyatları da bu 

regionda ABŞ-ın  gələcəyə  yönəlmiş  maraqlanndan  xəbər 

verir.

Azərbaycan 



cəmiyyətində 

NATO-Azərbaycan 

əlaqələrinin  mahiyyətinin  geniş  müzakirə  olunmaması 

səbəbindən  bir  çoxları  belə  əlaqələrə  ölkənin  gələcək 

təhlükəsizliyinin təminatı kimi yanaşır və beləliklə  ictimai 

fikirdə  NATO-ya  kor-koranə  vurğunluq  sindromu  kök 

salır.  Eyni  zamanda  belə  bir  təsəvvürlər  formalaşır  ki,

174


NATO  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  real 

mexanizmləri  yarada  bilər və  onu  uğurla  tətbiq  edə  bilər. 

Başqa sözlə, Azərbaycanın NATO-ya inteqrasiyasını təbliğ 

edən  siyasilərin  və  politoloqlann  əksəriyyəti  düşünür  ki, 

Azərbaycan  NATO  ilə  əməkdaşlığını  genişləndirərsə, 

Ermənistan  isə  NATO-nu  öz  ərazisinə  yaxın  buraxmazsa, 

bu  halda  NATO  Azərbaycan  tərəfində  dayanaraq  Dağlıq 

Qarabağ 


probleminin 

həllinin 

hərb 

variantını 



dəstəkləyəcək.  Başqa  fikir müəllifləri  isə  iddia  edirlər ki, 

ABŞ  və  digər Qərb  ölkələrinin  regiondakı  maraqlan  bunu 

deməyə  əsas  verir  ki,  Dağlıq  Qarabağ  probleminin  həlli 

üçün  hərb  variantı  seçildiyi  halda  NATO  tərəfindən 

Azərbaycana  təzyiqlər  ciddi  sürətdə  artacaq.  Çünki 

NATO-nun  Qafqazdakı  missiyası  Dağlıq  Qarabağın 

erməni  separatçılarından  və  ya  Ermənistan  qoşunlanndan 

azad  edilməsi  deyil,  ABŞ-m  və  NATO  üzvü  olan  Avropa 

ölkələrinin 

təhlükəsizliyinin, 

cümlədən 



enerji 

təhlükəsizliyinin  təmin  edilməsidir.  Bu  «təhlükəsizlik 

kəmərinin» 

Qafqazdan 

keçən 

hissəsi 


isə 

«Əsrin 


Müqaviləsi»,  BTC  və  CQBK  layihələri  ilə  bağlıdır.  Odur 

ki,  hər  iki  halda  NATO  yalnız  bu  missiyanı  həyata 

keçirəcəkdir.

175



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə