Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə45/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

üçün praktiki təhdidlər» adı altında Azərbaycan və İsveçrə 

hökumətlərinin  birgə  seminarı  keçirildi.  Burada  ATƏT-in 

üzv  dövlətlərinin,  ATƏT-İn  Gürcüstanda,  Moldovada 

fəaliyyət  göstərən  missiya! annın  çoxsaylı  nümayəndələri 

iştirak  etmişlər.  İştirak  edən  nümayəndələr  tədbiri  BMT- 

nin  Yüngül  və  atıcı  silahlar  (YAS)  üzrə  seminarından 

əvvəl  regional  səviyyədə  problem  üzrə  əsaslı  töhfə  kimi 

səciyyələndirmişlər. 

Seminar 

BMT-nin 


tədbirlər 

reyestrinə daxil edilmişdir.

2001-ci 

ilin 


5-17 

noyabr 


tarixlərində 

Bakıda 


«Cooperative  Determination»  komanda-qərargah  təlimi 

keçirilmişdir.

2001- 

ci 


ilin 

16-17 


noyabr 

tarixlərində 

Bakıda 

NATO/AATŞ 



çərçivəsində 

«Balkanlarda 

regional 

əməkdaşlıqdan  öyrənilmiş  dərslər»  adı  altında  seminar 

keçirilmişdir.

Göründüyü kimi  NATO-Azərbaycan münasibətləri  yeni 

əsrin  başlanğıcından  etibarən  özünün  ən  pik  nöqtəsini 

yaşayaraq, tərəflər arasındakı qarşılıqlı anlaşma zəminində 

cərəyan  edən  hər  bir  hadisə  demək  olar  ki,  hər  iki  tərəf 

üçün  də  olduqca  müsbət  nəticələrlə  yadda  qalmışdır. 

Təsadüfü  deyildir  ki,  2002-ci  ilin  7  yanvar  tarixində 

«Azərbaycan  Respublikasının  NATO  ilə  əməkdaşlığını 

daha  da  gücləndirmək  tədbirləri  haqqmda»  Azərbaycan 

Respublikası  Prezidentinin  1997-ci  il  14  noyabr  tarixli 

Sərəncamına  dəyişikliklər  edilməsi  barədə  Azərbaycan 

Respublikası  Prezidentinin  Sərəncam  imzalaması,  tərəflər 

arasındakı  münasibətlərin  olduqca  səmərəli  bir  məcrada 

davam etdirilməsindən xəbər verməkdə idi.

2002- 

ci  ilin  17-18  yanvar tarixlərində NATO Parlament 



Assambleyasının  Prezidenti  Rafael  Estrada  Azərbaycana

180


səfər  etdi.  Səfər  müddətində  Respublika  Prezidenti 

H.Əliyev,  Milli  Məclisin  Sədri  M.Ələsgərov,  xarici  işlər 

naziri V.  Quliyevlə görüşlər keçirildi.

2002-ci  ilin  7-8  may tarixində  Bakıda  «Xəzər dənizinin 

ekoloji 

problemləri» 

adı 

altında 


NATO/Müasir 

cəmiyyətlərin  problemləri  komitəsi  (MCPK)  çərçivəsində 

seminar  keçirilmişdir.  Seminar  müddətində  NATO  Baş 

Katibinin  Elm  və  Ekologiya  məsələləri  üzrə  müavini 

cənab  Jan  Füme  Azərbaycana  səfər  etmişdir.  Səfər 

müddətində  Jan  Füme  Azərbaycan  Respublikasının 

Prezidenti  H.Əliyev,  Baş  nazirin  müavini  Y.Eyyubov, 

xarici  işlər  naziri  V.Quliyev,  ekologiya  və  təbii  sərvətlər 

naziri  H.  Bağırov,  Milli Elmlər Akademiyasının prezidenti 

M.Kərimov,  təhsil  naziri  M.  Mərdanov  ilə  görüşlər 

keçinnişdir.  Seminarın  nəticəsi  kimi,  Xəzər  dənizi  üzrə 

qısamüddətli xüsusi layihə təqdim edilmişdir.

2002-ci 

ilin 


27-28 

iyun 


tarixlərində 

Bakıda 


NATO/AATŞ  çərçivəsində  «Cənubi  Qafqazda  regional 

əməkdaşlığa təhdidlər» adı altında seminar keçirilmişdir.

21-22 noyabr 2002-ci il tarixlərində isə Praqada NATO­

nun  Zirvə  Toplantısı  keçirilmişdir ki,  burada  da  Prezident 

H.Əliyev  başda  olmaqla  demək  olar  ki,  Azərbaycan 

Respublikasının  bütün  rəsmi  nümayəndə  heyəti  iştirak 

etmişdir.

Bütün  bunlar  isə  onu  göstərir  ki,  Azərbaycan  tərəfi 

NATO  ilə  hərbi-siyasi  cəhətdən  əməkdaşlığı  davam 

etdirmək  üçün  qarşı  tərəflə  hər  zaman  dialoqlar  aparmaq 

və 

tərəflər 



arasındakı 

münasibətləri 

daha 

da 


dərinləşdirmək  niyyətindədir.  Bu  istiqamətdə  isə  gələcək 

əməkdaşlıq üçün sıx münasibətlərin qurulması prioritetdir.

181



25-26  noyabr  2002-ci  il  tarixlərində  NATO-nun  Mülki 

Kommunikasiya  Planlaşdırma  Komitəsinin  nümayəndələ­

rinin  (müxtəlif  ölkələrdən  ekspertlərin)  Azərbaycan 

Respublikasma rəsmi səfəri oldu.

2003-cü  ilin  15-16  may  tarixlərində  NATO-nun  Baş 

katibi  C.Robertson  respublikamıza  səfər  etmiş  və  səfər 

müddətində  o,  NATO  ilə  əməkdaşlıq  üzrə  Komissiyanın 

iclasında  iştirak  etmişdir.  Görüş  zamanı  Komissiyanın 

sədri,  Baş  nazirin  birinci  müavini  Y.Eyyubov  tərəfindən 

C.Robertsona Azərbaycanın NATO-nun  Fərdi  Tərəfdaşlıq 

üzrə  Əməliyyat  Planına  (FTƏP)  qoşulmaq  istəyini  əks 

etdirən məktub təqdim olunmuşdur. Beləliklə, Azərbaycan 

FTƏP-na 

qoşulmaq 

istəyini 

bildirən 

ilk 

tərəfdaş 



dövlətlərdən biri olmuşdur.

Azərbaycan-NATO  əlaqələrinin  inkişafı  Azərbaycan 

Respublikasının  Prezidenti  ilham  Əliyevin  dövründə  daha 

da  sürətlənmişdir.  Öz  fəaliyyətində  deklarativlikdən  və 

şablonçuluqdan  uzaq  olan  cənab  Prezident  NATO  ilə 

əməkdaşlıqda  da  konkret  əməli  fəaliyyətə  üstünlük verir. 

Onun aşağıdakı sözləri və fəaliyyəti dediyimizi təstiq edir: 

«Bizim Avroatlantik strukturlara inteqrasiyamız, NATO ilə 

yaxın  tərəfdaşlığımız  və  əməkdaşlığımız  Azərbaycanın 

əməli işi ilə bu strateji seçimə nə dərəcədə sadiq olduğunu 

hər bir sözdən daha qabarıq nümayiş etdirir».

Belə 


ki, 

dekabr  2003-cü 



ildə 

Azərbaycan 

Respublikasının  Milli  Məclisi  «Azərbaycan  Respublikası 

və  NATO  Maddi-Texniki  Təchizat  və  Yardım  Təşkilatı 

(NMTTYT)  arasında  maddi-texniki  təchizata  dəstəyə  dair 

əməkdaşlıq  üzrə  Anlaşma  Memorandumu»nun  təsdiq 

edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanununu 

qəbul etmişdir.

182

Tərəflər  arasındakı  öhdəliklərin  yerinə  yetirilməsi 



mexanizmini, 

eyni 


zamanda 

Azərbaycan-NATO 

inteqrasiyasının  texniki  aspektlərini  özündə  ehtiva  edən 

Qanuna iki sənəd əlavə olunmuşdur:



Əlavə A.

Azərbaycan  Respublikası  ilə  NATO  Maddi-Texniki 

Təchizat və Yardım Təşkilatı  (NMTTYT)  arasında maddi- 

texniki  təchizata  dəstəyə  dair  əməkdaşlıq  üzrə  Anlaşma 

Memorandumu;

Əlavə B.

Azərbaycanda  demilitarizasiya  layihələri  tətbiqetmə 

Sazişi.

2004-cü  ilin  12-14  yanvar  tarixlərində  Bakıda  NATO­



nun «Cooperative Best Effort» təliminin ilkin planlaşdırma 

konfransı 

keçirilmişdir. 

Konfransda 

30-a 

yaxm 


NATO/AATŞ ölkəsindən nümayəndələr iştirak etmişlər.

2004-cü 


ilin  27 

yanvar  tarixində 

«Azərbaycan 

Gənclərinin  Avro-Atlantika  Təşkilatı»  adlı  qeyri-hökumət 

təşkilatının  təsisat  görüşü  keçirildi.  NATO  yay  mək­

təbinin  məzun  gəncləri  tərəfindən  yaradılan  bu  təşkilatın 

təsisat  görüşündə  hökumət  nümayəndələri,  ölkəmizdə 

akkreditə  olunmuş  NATO  ölkələrinin  səfirləri  (eləcə  də, 

səfirliklərin  nümayəndələri)  və  kütləvi  informasiya 

vasitələrinin nümayəndələri iştirak etmişlər.

2004-cü  ilin  29  mart  tarixində  NATO-nun  növbəti 

genişlənməsi  baş  verdi.  Belə  ki,  hələ  2002-ci  il  Praqa 

Sammitinin qərarına uyğun olaraq 7 Şərqi və Cənubi-Şərqi 

Avropa  ölkəsi  (Latviya,  Litva,  Estoniya,  Sloveniya, 

Slovakiya,  Rumıniya,  Bolqanstan)  NATO  üzvlüyünə 

qəbul edildi.

183



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə