Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə46/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 

2004-cü  ilin  may  ayında  Brüsselə  səfəri  zamam  NATO­

nun  baş  katibi  ile  ikitərəfli  əməkdaşlığın  inkişafı, 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 

həlli  prosesi,  maraq  doğuran  regional  və  beynəlxalq 

məsələlər barədə  fikir mübadiləsi  apanlıb.  Eyni  zamanda, 

Azərbaycan  Prezidenti  ölkəmizin  hazırladığı  «Fərdi 

tərəfdaşlıq  üzrə  Əməliyyat  Planı»nı  NATO-nun  baş 

katibinə  təqdim  edib.  Bu  plana  görə  Azərbaycan  Şimali 

Atlantika Blokunun 300-ə yaxın proqramında iştirak etmək 

hüququ  əldə  edib.  Fərdi  tərəfdaşlıq  planında  iştirak 

Azərbaycamn  NATO  ilə  əməkdaşlığı  sahəsində  dönüş 

nöqtəsi olub.

Ümumiyyətlə,  Azərbaycanın NATO  ilə  əməkdaşlığının 

mahiyyəti  ondan  ibarətdir  ki,  Azərbaycan  bu  qurumun 

imkanlarından  istifadə  edərək  beynəlxalq  təhlükəsizlik 

sisteminə inteqrasiya edə bilər.  Buna görə də, Azərbaycan 

-  NATO  əlaqələri  getdikcə  daha  da  intensivləşir. 

Azərbaycan  ordusunun  NATO  standartlarına  uyğun 

formalaşdırılması  prosesi  gedir.  Azərbaycanın  nümayəndə 

heyəti  bu  təşkilat  çərçivəsində  keçirilən  tədbirlərdə  fəal 

iştirak  edir.  Azərbaycan  Silahlı  Qüvvələrinin  birləşmələri 

NATO 

ilə 


əməkdaşlıq 

çərçivəsində 

Kosovo 

və 


Əfqanıstanda sülhyaratma əməliyyatlarına qoşulublar.

14-19  iyun  tarixlərində  NATO  təcrübəsində  ilk  dəfə 

olaraq,  Bakıda  «NATO  həftəsi»  keçirilmişdir.  NATO  Baş 

katibinin  ictimai  diplomatiya  üzrə  müavini  Jan  Füme  və 

digər  yüksək  səviyyəli  nümayəndələrin  iştirakı  ilə 

keçirilən  bu  həftə  ərzində  NATO-nun  Elm  komitəsinin 

iclası,  eyni  zamanda  elmlə  bağlı  bir  sıra  seminarlar,  o

184


cümlədən  işçi  seminarlar,  dəyirmi  masalar təşkil  olunmuş, 

növbəti NATO Yay Məktəbi keçirilmişdir.

2004-cü  ilin  28-29  iyun  tarixlərində  İstanbulda 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyevin 

iştirakı 

ilə 

NATO-nun 



zirvə 

toplantısı 

keçirilmişdir.

2004-cü  ilin  26-29  oktyabr  tarixlərində  NATO 

Əməliyyatlar  Departamentinin  Planlaşdırma  bölməsinin 

başçısı  Dieqo  Ruiz  Palmerin  başçılığı  ilə  nümayəndə 

heyəti  Azərbaycanda  olmuşdur.  Səfərdə  məqsəd  Milli 

Böhranlann  idarə  edilməsi  sahəsində  ölkəmizdə  mövcud 

olan  proseduraların  dəyərləndirilməsi  və  tövsiyələrin 

verilməsi idi.

2004-cü  ilin  28-29  oktyabr  tarixlərində  Bakı  şəhərində 

NATO  Xüsusi  Komitəsinin  işçi  qrupunun  Avro-Atlantika 

Tərəfdaşlıq Şurası çərçivəsində iclası keçirilmişdir.

2004-cü  ilin  4-5  noyabr  tarixində  NATO  Baş  Katibi 

cənab  Yaap  de  Hoop  Sxeffer  respublikamıza  səfər 

etmişdir. 

Səfər 

çərçivəsində 



o, 

Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən 

qəbul  edilmişdir.  Respublika  rəhbərliyi  ilə  aparılan 

danışıqlarda  Azərbaycanın  NATO-nun  «Sülh  naminə 

tərəfdaşlıq»  Proqramında  iştirakı,  Azərbaycan-NATO 

fərdi  tərəfdaşlıq  planının  gerçəkləşdirilməsi,  beynəlxalq 

terrorizmlə mübarizə üzrə əməkdaşlığın inkişaf etdirilməsi 

məsələləri müzakirə edilmişdir.

Eyni  zamanda,  qonaq  Azərbaycan  Respublikasının 

NATO ilə əməkdaşlığı üzrə Komissiyanın iclasında iştirak 

etmiş  və  xarici  işlər  naziri  cənab  E.  Məmmədyarov  ilə 

görüş  keçirmişdir.  Baş  katib  səfər  müddətində  həmçinin

185



Bakı  Dövlət  Universitetinin  tələbələri  ilə  də  görüş 

keçirmişdir.

2005-ci  ilin  2-3  fevral  tarixində  Bakıda  NATO  Baş 

katibinin müavini  Patrik Hardouinin  sədrliyi  altında Avro- 

Atlantika  Tərəfdaşlıq  Şurası  çərçivəsində  «İqtisadiyyat, 

Təhlükəsizlik  və  Müdafiə  -  makroiqtisadi  sabitləşmənin 

təhlükəsizlik  aspektləri  və  müdafiə  üçün  mövcud  olan 

resursların 

idarə 

olunması 



daxil 

olmaqla 


struktur 

islahatları» adlı seminar keçirilmişdir.

2005-ci  il  fevralın  6-9-da  NATO  Baş  katibinin  Cənubi 

Qafqaz  və  Orta  Asiya  üzrə  xüsusi  nümayəndəsi  cənab 

R.Simons  Azərbaycan  Respublikasına  səfər  etmişdir. 

Nümayəndə  heyətinin  tərkibində  NATO-nun  Cənubi 

Qafqaz üzrə  əlaqələndirici  zabiti  cənab  Ramuldas  Razuks 

da Respublikamıza səfər etmişdir.

2005-ci  ilin  4-9  aprel  tarixində  «Saloğlu»  layihəsini 

müzakirə  etmək məqsədi  ilə NATO  Beynəlxalq Heyət və 

NATO Maddi Texniki  Təchizat və Təminat Agentliyindən 

(NAMSA)  nümayəndə  heyəti  Azərbaycana  «feasibility 

study» 

(ehtiyacın 



dəyərləndirilməsi) 

proqramı 

çərçivəsində  səfər  etmişdir.  Səfər  müddətində  nüma­

yəndə 


heyəti 

Azərbaycan 

Respublikası 

Ərazilərin 

Minalardan 

Təmizlənməsi  üzrə  Milli  Agentliyində 

(ANAMA)  görüşlər  keçirmiş  və  sözügedən  Agentliyin 

təşkili  ilə  Saloğluya  səfər  etmişdir.  Eyni  zamanda 

Azərbaycan 

Respublikasının 

yiiksək 

səviyyəli 

nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.

3  avqust  2005-ci  ildə  Azərbaycan  Respublikasının 

Prezidenti  Azərbaycan  Respublikasının  NATO  ilə  Fərdi 

Tərəfdaşlıq  üzrə  Əməliyyat  Planının  təsdiq  edilməsi 

barədə  Sərəncam  imzaladı  (№  937).  Sərəncamın  elə  ilk

186


cümləsində  Avro-Atlantika  məkanına  inteqrasiya  ölkənin 

strateji məqsədlərindən biri olaraq dəyərləndirilir.

8  noyabr  2006-cı  ildə  Azərbaycan  Respublikasının 

Prezidenti 

İlham 

Əliyev 


Brüsseldə, 

NATO-nun 

qərargahmda təşkilatın baş katibi Yaap de Hoop Sxeffer ilə 

görüşüb.  Görüşdən  sonra  Prezident  ilham  Əliyev  Şimali 

Atlantika  Şurasında  çıxış  edib.  NATO-nun  üzvü  olan 

dövlətlərin  Şuradakı  daimi  nümayəndələri,  səfirləri  ilə 

müzakirələr  aparılıb.  Müzakirələrdən  sonra  Prezident 

İlham  Əliyev  və  NATO-nun  baş  katibi  Yaap  de  Hoop 

Sxeffer  birgə  mətbuat  konfransı  keçiriblər.  Azərbaycan 

Prezidenti  və  NATO-nun  Baş  katibi  bəyanatlarla  çıxış 

ediblər.

28  sentyabr  2007-ci  ildə  Azərbaycan  Prezidenti  İlham 

Əliyev NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya 

üzrə  xüsusi  nümayəndəsi  Robert  Simmonsun  rəhbərlik 

etdiyi 

nümayəndə 



heyətini 

qəbul 


edib. 

Görüşdə 


Azərbaycan-NATO  əməkdaşlığının  hazırkı  səviyyəsi  və 

gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

2-4  aprel  2008-ci  ildə  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyev  NATO  sammitində  iştirak  etraək 

üçün  Rumıniyanın  paytaxtı  Buxarestdə  səfərdə  olub.  Bu 

sammit  NATO-nun  yarandığı  tarixdən  keçən  59  ildə 

Alyansın ən böyük tədbiri hesab olunur.

Sammitin son günü Şimali Atlantika Şurasının üzvü olan 

dövlət  və  hökumət  başçıları  NATO-nun  Buxarest 

sammitinin  yekun  bəyannaməsini  qəbul  ediblər.  Sənəddə 

Azərbaycanın  ərazi  bütövlüyü  məsələsinə  də  toxunulub. 

Orada  deyilir:  «Biz  Şimali  Atlantika  Alyansına  üzv 

ölkələrin  dövlət  və  hökumət  başçıları  Cənubi  Qafqaz  və 

Moldova  Respublikasında  regional  münaqişələrin  davam

187



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə