Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə47/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

etməsindən  narahatıq.  Bizim  xalqlarımız  Ermənistan, 

Azərbaycan,  Gürcüstan  və  Moldovanın  ərazi  bütövlüyü, 

müstəqilliyi  və  suverenliyini  dəstəkləyir.  Biz  həmin 

prinsipləri  nəzərə  alaraq  bu  regional  münaqişələrin  sülh 

yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyirik».

27  iyun  2008-ci  ildə  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyev  NATO  Baş  katibinin  Cənubi 

Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert 

Simmonsu  qəbul  edib.  Görüşdə  Azərbaycan-NATO 

əməkdaşlığının  hazırki  vəziyyəti  və  perspektivləri  barədə 

fikir  mübadiləsi  aparılıb.  Robert  Simmonsun  verdiyi 

məlumata  görə,  əməkdaşlığın  bir  sıra  istiqamətləri  üzrə 

mühüm  nailiyyətlər  əldə  olunub:  «Hesab  edirəm  ki, 

NATO  ilə  Azərbaycan  arasında  əlaqələr  çox  yaxşıdır. 

Azərbaycanla 

NATO 


arasında 

proqramın 

ikinci 

mərhələsinə  baxış  keçirilir.  Burada  bir  sıra  sahələrdə 



nəzərəçarpacaq irəliləyişlər var.  Bunun  əhəmiyyəti  ondan 

ibarətdir  ki,  bu  proqram  bir  sıra  nazirlikləri  əhatə  edir. 

Fəaliyyət  hökumət  daxilində  koordinasiyalı  şəkildə 

aparılır.  Bu,  Azərbaycanla NATO arasındakı  əməkdaşlığın 

pozitiv  aspektlərindən  biridir».  Azərbaycan  və  NATO 

arasında 

münasibətlərin 

inkişaf  səviyyəsinin 

ölkə 

sərhədlərindən  kənarda,  xüsusən  də  Rusiyada  diqqətlə 



izləndiyi  məlum  reallıqdır.  Rusiya media orqanlarında  yer 

alan  məlumatlara  görə,  NATO  ilə  yaxınlaşmağa  can  atan 

Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycan Şimali 

Atlantika  Alyansı  ilə  münasibətdə  daha  praqmatik  siyasət 

yeridir.  Elə  bunun  nəticəsidir  ki,  rusiyalı  hərbi  ekspert 

Maksim  Qolts  bu  gedişlə  Azərbaycanın  Gürcüstan  və 

Ukraynadan  fərqli  olaraq,  daha tez NATO  sıralarına qəbul 

ediləcəyini istisna etmir.

188

Azərbaycanın  NATO-ya  üzvlüyü  və  əməkdaşlığın 



mövcud  vəziyyəti  ilə  bağlı  Azərbaycan  Respublikasının 

Prezidenti 

cənab 

İlham 


Əliyevin 

fikirlərində 

bu 

praqmatizmi 



sezmək 

çətin 


deyildir: 

«NATO 


ilə

əməkdaşlığımız kifayət qədər müsbət xarakter daşıyır.  Bu 

əməkdaşlıq  bizə  bu  sahədə  islahatlar  aparmağa  imkan 

verir  və  əməkdaşlığın  bugünkü  səviyyəsi  bizi  qane  edir. 

Azərbaycan  bunu  əsas  götürür  ki,  hər  hansı  təşkilatda 

üzvlük qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir, biz 

özümüzü kiməsə zorla qəbul etdirmək fikrində deyilib).

Son 


dövrlər 

Azərbaycan-NATO 

təmaslarının 

intensivləşməsi  tərəflər  arasında  münasibətlərinin  daha 

intensiv  inkişafı  kimi  qiymətləndirilir.  Bu  xüsusda  isə, 

daha 


çox 

diqqət 


sonuncu 

Azərbaycan-NATO 

məsləhətləşmələrinə  verilir.  Xatırladaq  kı,  2009-cu  ilin 

iyulunda  baş  tutan  məsləhətləşmələrdə  iştirak  edən 

Azərbaycan  nümayəndə  heyətinin  tərkibinə  Xarici  İşlər, 

Müdafiə,  Milli  Təhlükəsizlik,  Daxili  İşlər  və  Fövqəladə 

Hallar nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin yüksək 

rütbəli təmsilçiləri daxil olub.

Məsləhətləşmələr 

zamanı 


Azərbaycan-NATO 

münasibətləri,  Azərbaycanın  NATO  ilə  Fərdi  Tərəfdaşlıq 

üzrə  Əməliyyat  Planının  (İPAP)  yerinə  yetirilməsi, 

həmçinin  regionda  təhlükəsizlik,  o  cümlədən  enerji 

təhlükəsizliyi  məsələləri  müzakirə  edilib,  Azərbaycanın 

eneıji  resurslarının  Avropa bazarlarına  nəqlinə  dəstək  ifa­

də  olunub.  NATO  tərəfi  Azərbaycamn  IP AP  vasitəsilə 

təhlükəsizlik  sektorunda  apardığı  islahatları,  qüvvələrin 

NATO  ilə  qarşılıqlı  operativ  uzlaşmasını,  Azərbaycamn 

Əfqanıstanda 

Beynəlxalq 

Təhlükəsizliyə 

Yardım 

Qüvvələri  (İSAF)  əməliyyatlarına  töhfəsi  sahəsində  əldə



189


etdiyi  uğurları  yüksək  qiymətləndirib.  Bundan  əlavə, 

NATO  tərəfi  elm,  təhsil,  ətraf  mühit  və  ictimaiyyətin 

məlumatlandırılması  sahəsində  ölkəmizlə  əməkdaşlığın­

dan və milli tədbirlərdən məmnun qalıb.

Rusiya 

hesab 


edir 

ki, 


belə 

məsləhətləşmələr 

Azərbaycamn 

NATO-ya 


üzvlüyünü 

sürətləndirmək 

xarakteri  daşıyır.  Onu  da  qeyd  edək  ki,  Azərbaycanın 

NATO-ya  üzvlüyünə  zəmin  hazırlayan  Fərdi  Tərəfdaşlıq 

üzrə  Əməliyyat  Planının  2008-2010-cu  illəri  əhatə  edən 

ikinci  mərhələsi  gerçəkləşməkdədir.  2005-ci  ildə  NATO 

ilə  Azərbaycan  arasında  təsdiqlənmiş  bu  sənəddə  qeyd 

olunur  ki, 

ölkəmizin 

silahlı 


qüvvələrinin 

NATO 


standartlarına  tam  transformasiyası  reallaşdırılmalıdır. 

Əvvəlcə bu prosesin aşağı  səviyyədən başlanması nəzərdə 

tutulsa da,  sonradan plan yuxan səviyyələri də əhatə  edib. 

Artıq  ötən  müddət  ərzində  orduda  aşağı  səviyyələrdə  bir 

sıra  struktur  dəyişiklikləri  reallaşdmlıb.  Məsələn,  artıq 

Azərbaycan  ordusunda  komandirlərin  sayı  əvvəlki  qədər 

deyil.  Belə  ki,  əvvəllər  hərbi  hissələrdə  bir  komandir  və 

onun üç müavini  var idisə,  indi bu bölgü bir komandir, bir 

müavin və müavinin 2 köməkçisi formatı ilə əvəzlənib. Bu 

bölgü  korpus  komandiri  səviyyəsinə  qədər  davam  edir. 

Onu  da  qeyd  edək  ki,  bu  proses  Müdafiə  Nazirliyinin 

yuxan  eşelonlannda,  Silahlı  Qüvvələrin Baş  Qərargahında 

yekunlaşmalıdır.

Bütün  bunlar  isə  Azərbaycan  ordusunun  NATO 

standartlanna tam keçidini  təmin etməklə yanaşı,  şübhəsiz 

ki,  ölkəmizin  Şimali  Atlantika  Alyansına  üzvlüyünə  də 

zəmin yaradır.

190


3-cü fəsil

NATO-nun Azərbaycanla bağlı yeni informasiya

siyasəti

Azərbaycan  və  NATO  arasında  əlaqələrin  miqyası 

təkcə  qeyd  edilənlərlə  yekunlaşmır.  Təsadüfü  deyildir ki, 

2010-cu  ildən  etibarən  NATO  Azərbaycanla  bağlı  yeni 

informasiya  siyasəti  də  həyata  keçirməyə  başlamışdır. 

Maraqlıdır ki, NATO-nun tərəfdaş ölkələrlə münasibətlərə 

dair  yeni  strategiyasında  bir  sıra  yeni  müddəalar  da  öz 

əksini  tapmışdır  ki,  bunların  da  arasında  NATO  ilə  sıx 

əməkdaşlıq 

qurma 


perspektivinə 

malik 


postsovet 

ölkələrində  ictimai  rəyi  lazımi  yönə dəyişdirmək  kimi  bir 

sıra  mühüm  faktlar  da  yer  almaqdadır  ki,  bu  da  tərəfdaş 

ölkələrdə  kənar  qüvvələrin,  Azərbaycanda  isə  İran  və 

Rusiyanın  təbliğatını  həyata  keçirən  media  qurumlarının 

fəaliyyətini önləmək anlamı kimi də şərh oluna bilər,  Yeni 

strategiyada  yer  alan  əsas  məqamlardan  biri  də  məhz 

tərəfdaş  ölkələrdə  informasiya  mərkəzlərinin  yaradılma 

prosesinin  sürətləndirilməsi  və  təbliğat  mexanizmlərinin 

qurulması 

ilə 

bağlıdır. 



Azərbaycanda 

qurumla 


əməkdaşlığın  üstünlüyünü  göstərən  çox  az  sayda  təbliğat 

qurumu  mövcuddur.  Onlann  fəaliyyəti  isə  elə  də  hiss 

olunmur.  Tiflisdə NATO təbliğatının qurulmasında NATO 

informasiya  mərkəzləri  xüsusi  rol  oynadığı  halda, 

Azərbaycanla bağlı bunu demək mümkün deyildir. NATO­

nun  Cənubi  Qafqaz,  xüsusən  də  Azərbaycanla  bağlı 

siyasətində  son vaxtlar müəyyən durğunluq nəzərə  çarpır. 

Bu  səbəbdən,  Azərbaycan  cəmiyyətində  NATO  ilə  bağlı 

müəyyən  təbliğata  və  informasiyaya  ehtiyac  hiss  olunur.

191



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə