Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə48/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

Münasibətlərdə  yenidən  canlanma  yaratmaq  üçün  ilk 

növbədə bu sahədə müəyyən əməli addımlar atılmalıdır.

Hazırkı  NATO  rəhbərliyi  postsovet  məkanı  üzrə 

strategiyanın  yeniləşməsinə  çalışır.  Yeni  dəyişiklik  son 

dövrlərdə  təşkil  olunan  bütün  tədbirlərdə  əsas  müzakirə 

mövzularından  biridir.  Lakin  qurumun  Azərbaycanla 

əməkdaşlığı hələlik durğunluq vəziyyətindən çıxmayıb.

Qeyd  edək  ki,  NATO  əgər  qarşısına  postsovet  məkanı 

ölkələrilə, 

eləcə 


də 

Azərbaycanla 

münasibətləri 

dərinləşdirmək  məqsədi  qoyubsa,  ilk  növbədə  bununla 

bağlı  müvafiq  qərar  qəbul  etməlidir.  Məhz  bundan  sonra 

informasiya 

şəbəkəsinin 

genişləndirilməsilə 

bağlı 

müəyyən addımlar atılmalıdır.



Gürcüstan 

təcrübəsinə 

baxsaq, 

orada 


ictimai 

diplomatiya  sahəsində  xeyli  irəliləyişin  əldə  olunduğunu 

görərik.  Gürcüstanda  rəsmi  olaraq  NATO  mərkəzləri 

fəaliyyət  göstərir.  Bizdə  isə  belə  mərkəzlər  yox 

səviyyəsindədir.  Son  illər  qurumun  ictimai  diplomatiya 

bölməsinin dəstəyilə ölkədə  iki Avroatlantika informasiya 

mərkəzi  fəaliyyətə  başlayıb,  lakin  onlar  rəsmi  qurum 

deyil.


NATO  Azərbaycanla  münasibətləri  dərinləşdirmək 

istəyirsə,  bu  istiqamətdə  ictimai  diplomatiya  sahəsinə 

xeyli  vəsait  ayırmalı,  ciddi  işlər  görməlidir.  Nəzərə 

almalıyıq  ki,  qurumla  ölkəmiz  arasında  olan  əsas  səııəd 

Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat  Planıdır.  Azərbaycanın 

NATO  ilə  IPAP-ın  birinci  fazası  2005-ci  ildə  təsdiq 

olunub.  Həmin dövrdən bəri IP AP iki  fazada uğurla yerinə 

yetirilib  və  bu  məqam  ən  müxtəlif  səviyyələrdə  NATO 

rəsmiləri  tərəfindən  yüksək  qiymətləndirilib.  19  dekabr 

2011-ci  il  tarixində  Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat

192

Planının  3-cü  mərhələsi  Azərbaycan  Respublikası  və 



NATO  arasında  razılaşdırılıb.  3-cü mərhələ  2012-2013-cü 

illəri əhatə edir.  Sənəd siyasi və təhlükəsizlik; müdafiə və 

hərbi; 

ictimai 


məlumatlandırma, 

mülki 


fövqəladə 

planlaşdırma,  elm  və  ətraf  mühit  məsələləri;  inzibati 

məsələlər,  məlumatların  təhlükəsizliyi,  resurslar  və 

hüquqi məsələləri əhatə edən dörd bölmədən ibarətdir

NATO ölkəmizlə əlaqələrini gücləndirmək istəyirsə, ilk 

növbədə,  Azərbaycanla  indiyədək  imzalanan  sənədlərin 

ictimai  açıqlığını  təmin  etməli,  münasibətlərlə  bağlı 

ictimai  məlumatlandırma  strategiyası  gücləndirilməlidir. 

Bunu  həm  qeyri-hökumət  təşkilatlan  vasitəsilə,  həm  də 

Gürcüstan timsalında,  rəsmi mərkəzin yaradılması  yolu  ilə 

həyata  keçirmək  olar.  Məsələ  ilə  bağlı  ölkədə  mütəmadi 

rəy  sorğuları  keçirilməlidir  ki,  insanların  NATO  ilə 

əməkdaşlıqdan  nə  istədiyi,  burada nə kimi  çatışmazlıqları 

gördüyü  aydınlaşsın.  İctimai  rəyi  hazırlamaq  baxımından 

bu,  olduqca  zəruridir.  Əgər  gələcəkdə  NATO  ilə 

əməkdaşlıqda  ciddi  addımlann  atılması  qərara  almarsa, 

ictimai rəyin çox vacib amil olduğu üzə çıxacaqdır.

Beləliklə, 

Azərbaycanın 

müasir 


təhlükəsizlik 

paradiqması 

və 

onun 


ayn-ayrı 

seqmentlərinin 

xüsusiyyətləri  nəzərə  alınmaqla  dünyanın  təhlükəsizlik 

sahəsində  qlobal  hərəkətverici  qüvvəsi  olan  NATO  ilə 

əlaqələr intensiv və dinamik xarakter almalı, eyni zamanda 

beynəlxalq 

konyuktura 

reallıqları 

kontekstində 

əğəkdaşlığm  səviyyəsinin  parametrləri  və  çərçivələri 

dəqiqdəşdirilməlidir.  Bu  istiqamətdə  atılan  istənilən 

addımlar elmi əsaslara söykənməlidir.

NATO-nun  rəsmi  saytında  yerləşdirilmiş  məlumata 

görə,  Azərbaycan  avroatlantik  norma  və  standartlara  nail

193



olmağa və avroatlantik institutlarla yaxm əlaqələr qurmağa 

çalışır, «NATO ilə Azərbaycan arasında olan əməkdaşlığın 

miqyası  ölkənin  islahatları  davam  etdirmək  və  mövcud 

demokratik  institutlan  möhkəmləndirmək  niyyətindən 

asılıdır», - deyə bildirilir.

NATO-nun  rəsmi  saytından  fərqli  olaraq  Azərbaycan 

Respublikasının 

NATO 


yamnda 

Nümayəndəliyinin 

saytında 

(http://www.aznatomission.be/) 

Azərbaycan- 

NATO  əlaqələri  barəsində  daha  geniş  və  operativ 

məlumat  almaq mümkündür.  Saytın bəm tərtibatı,  həm  də 

quruluşu  çox  gözəldir.  Burada  nümayəndəliyin  tərkibi 

haqqında  rəsmi  məlumatdan  tutmuş  NATO-Azərbaycan 

tərəfdaşlığı,  Alyansın  rəsmi  sənədləri,  Nümayəndəliyin 

həftəlik  bülletenləri,  müxtəlif  tədbirlər  və  s.  barəsində 

maraqlı informasiyalar yerləşdirilir və vaxtaşırı yenilənir.

NATO 

ilə 


Azərbaycan 

arasında 

əməkdaşlıq 

fəaliyyətləri,  islahat planları və  siyasi  dialoq prosesləri  iki 

illik  müddətə  birgə  razılaşdırılmış  Azərbaycanın  Fərdi 

Tərəfdaşlığa  dair  Əməliyyat  Planında  (EPAP)  ətraflı 

şəkildə öz əksini tapıb. Əməkdaşlığın əsas sahələrinə:

-  Silahlı  qüvvələr  üzərində  tam  demokratik  nəzarətin 

yaradılması,

-  Müdafiə  tədbirlərinin  planlaşdırılması  və  müdafiə 

büdcəsinin formalaşdırılması,

-  NATO-nun  norma  və  standartlarına  uyğun  olaraq 

bütün  silahlı  qüvvələrin  təşkilati  strukturunun  yenidən 

təşkili daxildir.

İslahatların aparılmasına verilən dəstəklə yanaşı, NATO 

ilə Azərbaycan  arasında  əməkdaşlığın digər əsas  məqsədi 

sülhməramlı 

və 


böhranların 

idarə 


olunması 

əməliyyatlarında  ölkənin  silahlı  qüvvələrinin  NATO

194

ölkələrinin 



silahlı 

qüvvələri 

ilə 

birgə 


işləməsi 

imkanlarının gücləndirilniəsindən ibarətdir.

Saytda 

əksini 


tapmış 

məlumata 

görə, 

NATO- 


Azərbaycan  münasibətləri  1992-ci  ildə  Azərbaycanın 

Şimali  Atlantika  Əməkdaşlıq  Şurasına  (sonradan  1997-ci 

ildə  adı  Avroatlantik  Tərəfdaşlıq  Şurasına  dəyişdirilib) 

qoşulmasından 

sonra  başlamb. 

Həmin 


əməkdaşlıq 

əlaqələri  Azərbaycanın  1994-cü  ildə  «Sülh  naminə 

tərəfdaşlıq»  proqramına  qoşulmasından  və  1997-ci  ildə 

SNT Planlaşdırma və Analiz Prosesində iştirakından  sonra 

daha  böyük  vüsətlə  inkişaf etməyə  başlayıb.  Qeyd  edilir 

ki,  2005-ci  ildə  NATO  ilə  Azərbaycanın  ilk  IPAP-m 

hazırlanmasından  sonra  Azərbaycanda  apanlan  yerli 

islahatlar prosesinə verilən dəstək daha da gücləndirilib.




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə