Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə49/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

4-cü fəsil

Azərbaycan NATO-nun logistik planlarında 

yeri və rolu

Bakıda  «Əfqanıstandakı  Hərbi  Əməliyyatlara  dəstək 

üçün 

Nəqliyyat 



Dəhlizlərinin 

Əlaqələndirilməsi» 

mövzusunda  keçirilən  konfrans  Azərbaycanın  NATO-nun 

şərqə  doğru  genişlənməsində  mühüm  yer  tutduğunu  bir 

daha göstərdi.  Son günlər Əfqanıstanda vəziyyətin  böhran 

həddinə  çatması  və  oradakı  qüvvələrin  təchizatı  ilə  bağlı 

məsələnin  aktuallaşması  bəzi  Avropa ölkələrinin  əvvəllər 

birmənalı  yanaşmadığı  TRACECA  (Transport  Corridor 

Europe-Caucasus-Asia) 

dəhlizinin 

(Azərbaycan 

və 


Gürcüstandan 

keçir) 


rolunu 

artırmaqdadır. 

Lazımi 

infrastrukturun 



mövcudluğu, 

həmçinin 

təhlükəsizlik 

baxımından 

etibarlılığı 

TRACECA 


dəhlizinin 

səmərəliliyini sübuta yetirir.

Əfqanıstanda 

Beynəlxalq 

Təhlükəsizliyə 

Yardım 


Qüvvələrinin  (İSAF)  təchizatını  həyata  keçirən  NATO­

nun  Logistik  Qüvvələrinin  nəqliyyat  karvanlarının  bu 

ölkənin 

Pakistanla 

sərhədində 

Taliban 


yaraqlıları 

tərəfindən  atəşə  tutulması  və  çoxsaylı  itkilər,  həmçinin 

Qırğızıstanın  «Manas»  hərbi  bazasının  bağlanması  NATO 

və ABŞ-ı yeni təchizat marşrutları seçməyə vadar edib.

Rəsmi  məlumatlara  görə,  2001-ci  ildə  Əfqanıstan 

əməliyyatları  başlayandan  Azərbaycan  Alyansın  logistik 

planlarında yer tutub. 2002-ci ildən başlayaraq Əfqanıstana 

uçan NATO təyyarələri Azərbaycanın iki hava limanından 

-   Heydər  Əliyev  Beynəlxalq  Hava  Limanı  və  Hacı 

Zeynalabdin  Tağıyev  qəsəbəsindəki  hərbi  aerodromdan 

istifadə  edib.  Əfqanıstana  uçan  hərbi  və  nəqliyyat

196


təyyarələrinin  hərəkətini  asanlaşdırmaq  məqsədi  ilə 

NATO  o  zaman Hacı  Zeynalabdin  Tağıyev  qəsəbəsindəki 

hərbi  aerodromun  modemləşdirilməsinə  kömək  edib. 

Hazırda  bu  aerodromdan  NATO-nun  hərbi  nəqliyyat 

təyyarələri  istifadə  edirlər.  Bundan  başqa,  Əfqanıstandakı 

beynəlxalq  sülhyaratma  qüvvələri  üçün  Azərbaycanın 

neftayırma  müəssisələrində  benzin  və  dizel  yanacağı 

tədarük olunub.

197



5-ci fəsil

NATO-nun Buxarest sammiti və Azərbaycan

NATO-nun  Buxarestdə  keçirilən  sammitindən  sonra 

Brüsseldə  Cənubi  Qafqazın  gələcəyi  ilə  bağlı  planlar 

cızılmağa  başlanıb.  Məqsəd  Cənubi  Qafqaz  ölkələrinin 

qısa  zaman  kəsiyində  NATO-ya  tam  və  hərtərəfli 

inteqrasiyasına nail olmaqdır. Bu inteqrasiya  sonda Cənubi 

Qafqaz  ölkələrinin  alyansa  üzvlüyünü  təmin  etməlidir. 

Alyansda  hesab  edirlər  ki,  Cənubi  Qafqaz  ölkələrinin 

Brüssellə  arzuolunan  münasibətlərini  təmin  etmək  üçün 

öncə bir neçə təxirəsalınmaz addımlar atılmalıdır:

1. 

Rusiyanın  bu  ölkələrdə  iqtisadi,  siyasi  və  nəhayət, 



hərbi  maraqlarının  azaldılması  zəruridir.  Bu  çərçivədə 

Ermənistana  iqtisadi,  Gürcüstana  hərbi,  Azərbaycana  isə 

siyasi dəstəyin verilməsi qaçılmazdır.

2.  Cənubi  Qafqazda  mövcud  olan  münaqişələrin 

tərəflərin maraqlanna uyğun şəkildə həlli və bundan sonra 

bölgədə uzunmüddətli sülhə nail olunması vacibdir.

3.  Rusiyanın  Cənubi  Qafqaz  ölkələrində,  xüsusilə 

Ermənistanda,  habelə  Azərbaycanda  hərbi  mövcudluğuna 

tamamilə  son  qoyulması  lazımdır.  Söhbət  Rusiyanın 

Ermənistandakı 

102 

saylı 


hərbi 

bazasının 

və 

Azərbaycandakı 



Qəbələ 

radioiokasiya 

stansiyasının 

fəaliyyətinin tam dayandırılmasından gedir.

Qərb  ekspertlərinin  fikrincə,  Azərbaycana  bu  siyasi 

oyunda  xüsusi  rol  verilib.  NATO  və  ABŞ  üçün 

Azərbaycanın geosiyasi dəyəri ondan ibarətdir ki,  ölkəmiz 

əhəmiyyətli 

dərəcədə 

neft 


ehtiyatlanna 

malikdir. 

Həmçinin Azərbaycanın ərazisindən NATO-nun Qafqazda 

və  Orta  Asiyada  mövqelərinin  güclənməsi  və  eləcə  də

198

müxtəlif növ  hərbi-strateji  vəzifələrin  icrası  üçün  istifadə 



etmək olar.

«Azərbaycan  İraqda  və  Əfqanıstanda  əməliyyatlarla 

əlaqədar  ABŞ  və  NATO-nun  hərbi  aviasiyasının 

yerləşməsi,  İrana hərbi-siyasi  təzyiqin  göstərilməsi,  eləcə 

də  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  təhlükəsizliyinin 

təmin  olunması  üçün  uyğun  yer  hesab  edilə  bilər.  Digər 

tərəfdən, 

alyansın 

və 

onun 


ayn-ayn 

üzvlərinin 

Azərbaycan  ərazisində  hərbi  mövcudluğunun  bu  ölkənin 

mövqeyinin 

möhkəmlənməsinə 

dəlalət 


edəcəyi 

şübhəsizdir», - deyə ekspertlər düşünürlər.

Rusiya 

mətbuatının 



məlumatına 

görə, 


ABŞ 

Azərbaycanın  hava  limanlarından  İran,  İraq,  hətta  Çinin 

hava  məkanına  nəzarət  etmək  niyyətindədir. 

«Bu 


tapşırıqların  öhdəsindən  gəlmək  üçün  Azərbaycan  geniş, 

kifayət  qədər  təchiz  olunmuş  aerodromlar  şəbəkəsinə 

malikdir.  Azərbaycanın  özündə  isə  ABŞ  və  NATO 

qüvvələrinin  yerləşdirilməsini  ölkə  üçün  faydalı  hesab 

edirlər.  Düşünürlər  ki,  bu,  Dağlıq  Qarabağ  probleminin 

həllinə  yardım  edəcək  və  alyans  standartlarına  keçən 

Azərbaycan 

ordusunun 

müasirləşdirilmosini 

və 


strukturunun  yenidən  qurulmasını  sürətləndirəcək»  -  deyə 

qeyd edilir.

Qərb  mənbələri  isə  bildirirlər  ki,  ABŞ  ilə  İran 

arasındakı  münasibətlərin mövcud vəziyyəti Azərbaycanın 

ABŞ  və  NATO-nun  planlarına  daha  fəal  şəkildə  cəlb 

olunması  zərurətini  ortaya  çıxanb:  «Azərbaycan  İrana 

qarşı  əməliyyat baş  verəcəyi  təqdirdə  zərbə  aviasiyasının 

yerləşməsi  üçün  ən  uyğun  ərazi  hesab  edilir.  ABŞ  və 

NATO  üçün  Kürdəmir  və  Hacı  Zeynalabdin  Tağıyev 

aviabazaları  cəlbedici  görünür.  Onların  əməliyyat  tutumu

199



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə