Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1.82 Mb.
səhifə5/67
tarix25.06.2018
ölçüsü1.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   67

məqsədilə  təşkilatın  strukturunda  və  strategiyasında  ciddi 

dəyişikliklərə 

başlamışdır. 

Bu 


modernləşmə 

aşağıdakılardan ibarətdir:

Əvvəla,  NATO-nun  strateji  konsepsiyası  dəyişdi. 

Özünün  əsas  rəqibinin  sıradan  çıxmasından  sonra  Alyans 

«soyuq müharibə» dövrünün bloklararası qarşıdurmasından 

uzaqlaşaraq, 

özünün 

ənənəvi 


məsuliyyət 

zonası 


çərçivəsindən  çıxıb,  humanitar  müdaxilə  aparmaqla  daha 

çox məhəlli münaqişələrlə məşğul olmağa başladı.

İkincisi,  bloka  yeni  üzvlərin  qəbulu  sürətlənir-NATO 

Varşava  Müqaviləsi  Təşkilatının  dağılmasından  sonra 

Avropada  yaranmış  vakuumu  doldurur.  Vışeqrad  qrupu 

Alyansın  tərkibinə  qəbul  edildikdən  sonra  Alyansın 

genişlənməsinin  ikinci  dalğası  hazırlanır,  «Sülh  naminə 

tərəfdaşlıq»  və  «Aralıq  dənizi  dialoqu»  proqramlan 

çərçivəsində  qarşılıqlı fəaliyyət güclənir.

Nəhayət,  son  onillikdə NATO-nun universallaşdırılması 

və  sırf müdafiə  problemlərindən  siyasət,  iqtisadiyyat,  elm 

və  informatika  da  daxil  olmaqla  daha  geniş  məsələlər 

dairəsinə  baxılması  ənənəsi  özünü  göstərir.  Başqa  sözlə, 

hazırda  NATO  qlobal  universal  təşkilat  olmağa  və  BMT- 

nin 

Təhlükəsizlik 



Şurasını 

və 


ATƏT-i 

dekorativ 

müəssisələr  şəklinə  salmaqla  onlardan  yan  keçən 

qərarların qəbulunu legitimləşdirməyə can atır.

Əfqanıstandakı  hadisələr  göstərdi  ki,  beynəlxalq 

terrorizm ocağım  ləğv etmək üçün hər şeydən başqa hərbi 

vasitələrdən  də  istifadə  olunmalıdır.  NATO  isə  kifayət 

qədər  səmərəli  və  çoxdan  oturuşmuş  hərbi  struktura 

malikdir  ki,  onu  qarşıya  qoyulmuş  məqsədlərə  çatmaq 

üçün  istifadə  etmək  olar.  Beləliklə,  beynəlxalq  terrorizm, 

nə  qədər  paradoksal  səslənsə  də,  Varşava  Müqaviləsi

18

Təşkilatı  buraxılandan  sonra  Şimali  Atlantika  Alyansına 



legitimlik  böhranını 

aradan 


qaldırmaqda 

müəyyən 


dərəcədə  kömək  etmişdir,  məsələn,  bir  nömrəli  terrorçu 

Ben  Ladenin  şəxsində  yeni  təhlükə  baş  qaldıran  zaman 

NATO-nun 

saxlanması 

artıq 

heç 


kimdə 

şub  ə 


doğurmurdu.  Ancaq  terrorizmlə  uğurla  mübarizə  aparmaq 

üçün hərbi  üsullar kifayət deyildir.  Xüsusi  xidmətlərin  ışı, 

iqtisadi  və  siyasi  sanksiyalar  kimi  digər  mexanızmlərdən 

də  səmərəli  istifadə  olunmalıdır.  Bu  problemə  məsələn, 

2002-ci 

ilin 


martında 

Romadakı 

konfransda 

toxunulmuşdur.  Orada  belə  bir  təklif səsləndirilmişdir  kı, 

kəşfiyyat 

xarakterli 

informasiya 

mübadiləsi 

yaxşılaşdırılmalı  və kütləvi  qırğın  silahlarının  yayılmasına 

və 


onlardan 

müdafiə 


probleminə 

boyuk 


diqqət 

yetirilməlidir.

19



3-cü fəsil

Varşava Paktının (1955-1990) ləğvindən sonra 

NATO-da keyfiyyət dəyişiklikləri

2009-cu  ilin  aprelində  Şimali  Atlantika  Müqaviləsi 

Təşkilatının  (NATO)  yaranmasının  60  ili  tamam  oldu. 

Qərbə  yönələn  Sovet  təhlükəsinə  qarşı  formalaşan  təşki­

lat,  XX əsrin 90-cı illərində  Varşava Paktının (1955-1990) 

ləğvindən  sonra  öz  fəaliyyətində  keyfiyyətcə  yeni 

mərhələyə 

qədəm 


qoydu. 

«Sülhün 


qorunması, 

müharibənin 

qarşısının 

alınması, 

təhlükəsizlik 

və 


stabilliyin  möhkəmləndirilməsi  kimi  birinci  dərəcəli 

vəzifələr  istiqamətində  siyasət  həyata  keçirən  NATO 

digər  təşkilatlarla  əməkdaşlıq  edərək  münaqişələrin 

qarşısının  alınmasına  yardım  edəcək,  böhranın  ortaya 

çıxdığı  halda  isə  beynəlxalq  hüquq  çərçivəsində  onun 

səmərəli nizama salınmasında iştirak edəcək...»  Bu  sözlər 

Şimali  Atlantika  İttifaqının  1999-cu  il,  23-24  aprel 

Vaşinqton 

sessiyasında 

təqdir 


edilən 

Strateji 

Konsepsiyasının  «XXI  əsrdə  Təhlükəsizliyə  yanaşma» 

adlı  III  hissəsində  ifadə  edilmişdir.  Müttəfiq  dövlətlər  bu 

bəyanatla 

əslində 


İttifaqın 

beynəlxalq 

sülhün 

və 


təhlükəsizliyin 

qorunub 


saxlanmasında 

böyük 


məsuliyyətini  və  Avroatlantik  regionda  təhlükəsizlik  və 

stabilliyin  təmin  edilməsində  mühüm  rol  oynadığını  bir 

daha  təsdiq  etmiş  olurlar.  Bu  gün  «təhlükəsizlik»  anlayışı 

bəşəriyyətin  ən  aktual  və  vacib  məsələlərdən  olub,  ayn- 

ayrı  dövlətlər  arasında  münasibətlərin  qurulması  və 

əməkdaşlıq edilməsində prioritet mövzu kimi qalmaqdadır. 

Hətta Amerika politoloqu A.Uolfersə görə,  «milli mənafe»

20

formulunun 



praktik 

sinonimi 

«milli 

təhlükəsizlik» 



formuludur.

«Soyuq  müharibə»  qurtarandan  sonra  Şimali  Atlantika 

Müqaviləsi təşkilatının fəaliyyətində SSRİ və ABŞ-m blok 

qarşıdurması  zamanı  təsəvvür  belə  edilməyən  ciddi 

dəyişikliklər 

baş 


verdi. 

NATO-nun 

sürətlə 

modernləşdirilməsi  başlandı.  Bunun  elementlərindən  biri 

də  Alyansın  Varşava  Müqaviləsinin  sabiq  üzvləri  və 

Bloklara  qoşulmamaq  hərəkatının  keçmiş  iştirakçıları  ilə 

əməkdaşlığı oldu.  Bu əməkdaşlıq NATO-nun 90-cı illərdə 

meydana çıxan iki  -  «Sülh naminə  tərəfdaşlıq»  və  «Aralıq 

dənizi dialoqu» proqramlannda təcəssüm etmişdir.

Yaranma  vaxtına  görə  ilk  proqram  ikinci  təşəbbüsün 

prelüdiyası  hesab  oluna  biləcək  Tərəfdaşlıq  olmuşdur. 

1994-cü  il  yanvarın  10-11-də  NATO  üzvü  olan  ölkələrin 

dövlət  və  hökumət  başçıları  Şimali  Atlantika  Şurasının 

Brüsseldəki  sessiyasında  «Sülh  Naminə  Tərəfdaşlıq 

proqramı»nı  təsis  etmək  təklifi  ilə  çıxış  etdilər.  1994-cü 

ildə  ABŞ  prezidenti  B.Klintonun  təşəbbüsünü  qəbul  edən 

NATO  tezliklə  Avropanın  bütün  demokratik  dövlətlərinə, 

habel  1992-ci  ildə  təsis  olunmuş  Şimali  Atlantika 

Əməkdaşlıq  Şurasına  daxil  olan  dövlətlərə,  həmçinin 

ATƏM-in  üzvü  olan  bir  çox  ölkələrə  dəvətnamələr 

göndərir.  1994-cü  ildə  qəbul  olunmuş  yekun  sənədində 

Vaşinqton müqaviləsinin  10-cu maddəsi xatırlanır:  «Şimali 

Atlantika  İttifaqı  bu  müqavilənin  prinsiplərini  müdafiə  və 

inkişaf  etdirməyə  və  Şimali  Atlantika  regionunun 

təhlükəsizliyinin  təmin  olunmasına  öz  töhfəsini  verməyə 

qabil  olan  başqa  Avropa  dövlətlərinin  üzvlüyü  üçün 

açıqdır».  Başqa  sözlə,  bu  proqrama  namizəd  ölkələrin 

NATO  blokuna  inteqrasiyası  yolunda  bir  növ  hazırlıq

21





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə