Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə50/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

90-100  təyyarə  təşkil  edir.  Bu  aviabazalardan  İran 

ərazisindəki obyektlərə qədər məsafə minimaldır».

Ekspertlərin  fikrincə,  Azərbaycan  NATO  ölkələri 

içərisində  daha  çox  Türkiyə  və  ABŞ  ilə  hərbi  sahədə  sıx 

əlaqələrə malikdir. Belə ki, uzun müddətdir türkiyəli hərbi 

mütəxəssislər 

Azərbaycan 

ordusunu 

hazırlaşdırırlar. 

Azərbaycanla  ABŞ  arasında  hərbi  əməkdaşlıq  isə  hazırda 

keyfiyyətcə 

yeni 


mərhələyə 

qədəm 


qoyur. 

Bu 


əməkdaşlığın  prioriteti  Azərbaycan  ordusunun  NATO 

standartlarına  uyğunlaşdırılınası,  Azərbaycanın  Hərbi 

Dəniz 

Donanmasının 



ölkənin 

dəniz 


sərhədlərinin 

təhlükəsizliyinin 

təmin 

olunmasmdakı 



imkanlarının 

genişləndirilməsi,  eləcə  də  ölkənin  hava  məkanının 

təhlükəsizliyi sisteminin standartlaşdınlmasıdır.

Rusiya  mətbuatı  bildirir  ki,  ABŞ  Azərbaycanla  3 

istiqamət:  təcrübə  mübadiləsi,  ABŞ  Silahlı  Qüvvələrinin 

çevik 


birləşmələrinin 

Azərbaycanda 

müvəqqəti 

yerləşdirilməsi və Azərbaycan hərbi qulluqçularının təlimi 

üzrə  hərbi  əməkdaşlığa  hazırdır.  Bundan  başqa,  ABŞ 

Azərbaycanda  ekstremizm  və  kütləvi  qırğın  silahının 

yayılmasına  qarşı  mübarizə  üzrə  birgə  təlimlər  keçirməyi 

planlaşdıra.  «Bütün  bu  tədbirlərin  gerçəkləşməsi  ABŞ-ın 

regionda 

hərbi 


mövcudluğunun 

genişlənməsinə 

gətirəcəkdir».

Hazırkı  dövrdə  Çindən  Avropaya  və  əks  istiqamətə 

göndərilən yüklərin bir qismini TRACECA dəhlizinə cəlb 

etməyə  çalışan  Ölkələr  NATO-nun  hazır  və  «alyansın 

özünün təklif etdiyi»  yüklərini  ötürməklə  həm  gəlir  əldə 

etmiş olurlar, həm də Alyansın etibarını qazanırlar.

Bu  günlərdə  üzərində  müzakirələrin  aparıldığı  Poti- 

Bakı  -  Aktau  -  Özbəkistan  -  Əfqanıstan  marşrutunun

200

Azərbaycan  üçün  bir  sıra  iqtisadi  üstünlükləri  vardır. 



Bunlar aşağıdakılardır:

- Azərbaycanın tranzit potensialı artacaq;

-  Hazır yüklərin  daşınmasından Azərbaycanın nəqliyyat 

vasitələri  (dəmir  yolu,  hava  və  dəniz  nəqliyyatı)  cəlb 

edilməklə gəlir əldə olunacaq;

- Poti-Bakı-Aktau konteyner qatan layihəsi reallaşacaq;

-  TRACECA  dəhlizinin  rolu  artacaq  və  bu  dəhliz 

iqtisadi  əhəmiyyəti  ilə  yanaşı  hərbi  və  humanitar 

əhəmiyyətini nümayiş etdirmiş olacaq;

-  Azərbaycan 

şirkətləri 

Əfqanıstandakı  koalisiya 

qüvvələrinin  təchizatına  qatılmaqla  öz  məhsullannı  yeni 

bazara çıxarmış olacaqlar;

- Azərbaycan tranzit ölkə olmaqla yanaşı müttəfiqlərdən 

istifadə  etməklə  nəqliyyat  infrastrukturunda  təhlükəsizli­

yin yüksək səviyyədə təmin olunmasına nail olacaq.

Peşavər  (Paldstan)-Kabil  (Əfqamstan)  marşrutunda  son 

yaşantılar,  eləcə  də  «Manas»  aviabazasının  icarəsinə  dair 

müqavilənin 

ləğvi 

bir 


daha 

göstərdi 

ki, 

hərbi 


əməliyyatların  təchizatında  mühüm  rol  oynayan  nəqliyyat 

infrastrukturu  istənilən  zaman  bu  və  digər  qüvvələr 

tərəfindən  təhdidlərlə  üzləşə  bilər.  Xüsusilə  də  Mərkəzi 

Asiya  kimi  həssas  bölgədə.  Bu  baxımdan,  seçilmiş 

nəqliyyat  dəhlizlərinin  təhlükəsizliyi  qarşıda  duran  bir 

nömrəli  məsələlərdəndir  və  bildiyimiz  qədər  NATO-nun 

da diqqətindədir.

TRACECA-nm  11  illik  tarixinə  nəzər  saldıqda  bu 

dəhlizlə  bağlı  bir  sıra problemlərin  öz  həllini  tapmadığını 

görmüş  oluruq.  Bu  proqramda  iştirak  edən  12  dövlət  hər 

hansı  bir  məsələdə  konsensusa  gələnə  qədər  Rusiyanın 

çıxardığı  qərarlar  dəhlizin  işinə  təsir  göstərir.  Məlum 

olduğu  kimi,  Rusiya  açıq  şəkildə  TRACECA  dəhlizinə

201



qarşı  olduğunu  bildirməsə  də  müəyyən məsələlərlə  bağlı 

verdiyi  qərarlar  rəsmi  Moskvanın  bu  layihəni  maksimum 

şəkildə  əngəlləyib  sıradan  çıxarmaq  marağında  olduğunu 

açıq-aydın göstərir.

Şübhəsiz ki, ABŞ-m uzaq və səmərəsiz Latviya-Rusiya- 

Qazaxıstan-Özbəkistan-Əfqamstan 

marşrutunu 

yox, 


TRACECA 

dəhlizini 

seçməsi 

rəsmi 


Moskvanı 

qıcıqlandırır.  Rusiya  və  addımlarını  Moskvanın  marşına 

uyğunlaşdıran  İranın  TRACECA-da  gerçəkləşdiriləcək  bu 

layihəyə  qarşı  çıxışlar  etməsi  mümkün  variantlardandır. 

Bu  da  öz  növbəsində  NATO-nu  və  ABŞ-ı  TRACECA 

dəhlizində  təhlükəsizliyin  daha  da  yüksək  səviyyədə 

təşkilinə diqqət yönəltməyə məcbur edəcək.

NATO-nun  öz  hərbi-humanitar  yüklərini  iqtisadi 

baxımdan  səmərəli  TRACECA  dəhlizinə  yönəltməsi 

»  yaxın 

perspektivdə 

aşağıdakı 

təhdidləri 

meydana 


çıxaracaq:

-  Regionda  siyasi-hərbi  vəziyyətin  daha  da  kəskinləş­

məsi;

-  Rusiya  və  İranın  açıq  və  dolayısı  dəstəyi  ilə  yeni 



münaqişə ocaqlarının yaranması;

- Maraqlı dövlətlərin xüsusi xidmət orqanlarının dəstək­

lədiyi terrorçu qrupların fəallaşması;

- Rusiya tərəfindən iqtisadi təzyiq nçaqlanmn işə salın­

ması və s.

Nə  etməli?  Fikrimizcə,  sadalanan  bu  təhdidlər  nəinki 

logistik  səmərəliliyi  heçə  endirəcək,  hətta  regiondakı 

təhlükəsizlik  situasiyasını  dəyişə  biləcək.  Bu  kontekstdə 

onsuz  da  həssas  bölgə  olan  Cənubi  Qafqazda  vəziyyətin 

yaxşı  olmayacağmı  düşünmək  olar.  Bu  baxımdan, 

TRACECA  dəhlizini  seçən  NATO  və  müttəfiqlərinin 

aşağıdakı məsələlərə diqqət yetirmələri vacibdir:

202

1)  Regiondakı 



münaqişələrin  həlli  istiqamətində 

səylərin  fəallaşması  və  separatçı  rejimlərə  təzyiqin 

gücləndirilməsi;

2)  Rusiyanın  mümkün  qədər  neytrallaşdırılması  və 

Moskva ilə dialoqun aktivləşdirilməsi;

3)  TRACECA  dövlətlərinin  (NATO-ya  üzv  dövlətlər 

istisna olmaqla)  arasında  siyasi və  təhlükəsizlik sahəsində 

əlaqələrin sıxlaşdınlması;

4) Dəhlizdə nəqliyyat təhlükəsizliyinin təmin olunması, 

iştirakçı 

dövlətlər 

arasında  bu 

sahədə 

əlaqələrin 



koordinasiyası;

5)  Ukrayna,  Gürcüstan,  Azərbaycan,  Qazaxıstan  və 

Özbəkistana  hərbi  və  təhlükəsizlik  sahəsində  birbaşa  və 

dolayısı  yardımların  artırılması,  bəzi  zəruri  avadanlıq  və 

məmulatların satışına qoyulan qadağanın götürülməsi;

6)  Xəzər  və  Qara  dənizdə  təhlükəsizlik  tədbirlərinin 

gücləndirilməsi, 

terror 


təhdidlərinin 

minimuma 

endirilməsi  üçün  hərbi  dəniz  və  sərhəd  qüvvələrinin 

gücləndirilməsi;

7)  NATO-nun  bilavasitə  iştirakı  ilə  İranın  radikal 

hərəkətlərinə  və  mümkün  hədələrinə  cavab  vermə 

imkanının  yaradılması  (bura  güclü  hava  hücumundan 

müdafiə sisteminin qurulması da daxildir);

8)  Türkiyənin  regionda  rolunun  gücləndirilməsi  və 

NATO  tərəfindən  Ankaraya  regional  təhlükəsizliyə 

cavabdeh dövlət mandatının verilməsi.

Lakin  2009-cu  il  yanvarın  1-dən  etibarən  NATO-nun 

Azərbaycanla  münasibətlərində  əlaqə  dövləti  Rumıniya 

elan 


olunub. 

Bununla  da 

Türkiyənin 

NATO-nun 

Azərbaycanla  əiaqə  dövləti  statusunda  olması  müddəti 

başa çatıb.




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə